İstifadə olunan ixtisarların siyahısı



Yüklə 388,52 Kb.
səhifə82/91
tarix02.01.2022
ölçüsü388,52 Kb.
#41076
1   ...   78   79   80   81   82   83   84   85   ...   91
C fakepathMuhazireler

11. 2.Qeyri-səlis məntiq
Verilənlərin analizi məsələsinin həllində bəzən ilkin verilənlərin natamamlığından qeyri-müəyyənlik yaranır. İki növ qeyri-müəyyənliyi ayırırlar: fiziki və linqvistik.

Fiziki qeyri-müəyyənliyin mənbəi xarici mühitdir. O, iki cür ola bilər:

-qeyri-dəqiqlik (müəyyən kəmiyyətin qiymətlərinin ölçü cihazları vasitəsilə ölçülməsi zamanı yarana bilər);

-təsadüfülük (xarici mühitdən obyektə təsir edən bir neçə amilin olması; onlardan hər biri təsadüfi xarakter daşıyır; bu zaman ehtimalların paylanması qanununun bəlli olması güman edilir).

Fiziki qeyri-müəyyənlikləri emal etmək üçün ehtimal nəzəriyyəsinin metodlarından və klassik çoxluqlar nəzəriyyəsində istifadə edilir.



Linqvistik qeyri-müəyyənlik çoxlu sayda situasiyanın məgdud sayda sözlə ifadə olunması zamanı yaranır. Linqvistik qeyri-müəyyənliyin də iki növünü ayırırlar:

-sözün mənasının qeyri-müəyyənliyi (çoxmənalılıq, aydın olmamaq, qeyri-səlistlik); müxtəlif obyektlərin eyni sözlə ifadə edilməsi zamanı baş verir;

-frazanın mənasının qeyri-müəyyənliyi (onun da statistik və semantik növlərini ayırırlar).

Süni intellekt nəzəriyyəsinin metodlarından istifadə edən sistemlərin inkişafı ilə linqvistik qeyri-müəyyənliyin emalı üçün formal metodlar yarandı. Bu metodların əsasını qeyri-səlis məntiq təşkil edir.

Qeyri-səlis məntiqin əsas tətbiq sahəsi idarəetmədir. Təsadüfi deyil ki, qeyri-səlis məntiqin əsasını qoyan məşhur alim Lütfi-zadə idarəetmə sahəsində tanınmış mütəxəssisdir. İdarəetmənin bütün səviyyələrində qeyri-səlis məntiqdən istifadə edilməsi yaxşı səmərə verir.

Sistemlərin öyrənilməsi üçün Lütfi-zadə riyazi ifadələrdən deyil, xassələri ifadə edən sözlərdən ibarət linqvistik model təklif etmişdir. Linqvistik modelin tətbiqi riyazi modelləşdirmədəki dəqiqliyi təmin edə bilmir. Lakin yaxşı, keyfiyyətli model qurmaq mümkündür. Bu halda müzakirə obyekti sistemin təsviri dilindəki sözlərin qeyri-səlisliyi olur.

Mürəkkəb obyektlərin idarə edilməsi zamanı bir çox hallarda sərhədləri səlis olmayan anlayışlardan və əlaqələrdən istifadə edilir. Qeyri-səlisliyin mənbəyi obyektlərin müəyyən siniflərə mənsubiyyətinin dəyişkənliyidir. Obyekt həmin sinfə tam aid ola, heç aid olmaya və ya müəyyən dərəcədə aid ola bilər. Binar xarakteristik funksiyaya əsaslanan çoxluğun adi riyazi anlayışı bu cür təsviri formalaşdırmağa imkan vermir.

Lütfi-zadənin təklif etdiyi iki anlayış qeyri-səlis çoxluq və linqvistik dəyişən-bu cür mürəkkəb sistemlərin formal təsvir imkanlarını xeyli artırdı. Bu tip modellərə linqvistik modellər deyilir.

Təbii dildə işlətdiyimiz bir sıra anlayışları qeyri-səlis dəyişənlərə misal kimi göstərmək olar: isti, çox isti, soyuq, çox soyuq, mülayim, ayın sonu, ayın əvvəli. Biz bu anlayışları başa düşürük və onlarla işləyirik və onların qeyri-səlisliyi fərqimizdə olmur. Formal baxımdan linqvistik dəyişəni qiymətləndirmək üçün “mənsubiyyət funksiyası(µ)” deyilən anlayışdan istifadə edilir. (0-1) intervalında dəyişən mənsubiyyət funksiyası linqvistik dəyişənin qiymətinin onun mümkün qiymətləri çoxluğuna nə qədər aid olmasını göstərir.

Beləliklə, x linqvistik dəyişəninin mümkün qiymətlər çoxluğunu mənsubiyyət funksiyası vasitəsilə belə ifadə etmək olar



(1)

Məsələn, yay mövsümündə “çox isti” linqvistik dəyişəninin qiymətlər çoxluğu (dərəcə ilə) {35,36,37,38,39,40,41,42}, mənsubiyyət funksiyası ilə həmin çoxluğun ifadəsi isə belə ola bilər: {(35,0.5),(36,0.6),(37,0.7),(38,0.75),(39,0.8),

(40,0.9),(41,0.95),(42,1)}.

Qeyri-səlis məntiqə dair ədəbiyyatda qeyri-səlisliyi ingilis dilindən keçmə (ingiliscə, fussy”-“qeyri-səlis”) fazifikasiya, qeyri-səlisliyin açılışına isə ((1) ifadəsi) defazifikasiya deyilir.

Qeyri-səlis məntiqin əsas üstünlüyü qeyri-səlis i\darəetmə məsələsinin həllində özünü daha qabarıq göstərir. Qeyri-səlis məntiq insanın təfəkkürünü aydın ifadə etməyə imkan verir. İnsan özünün gündəlik fəaliyyətində riyazi ifadələrə əsaslanan formal modelləşdirmədən yox, qeyri-səlis təbii dildən istifadə edir. Qərar qəbulu prosesində insan situasiyanı yaxşı anlayır, onu hadisələrə ayırır və hər bir hadisəyə uyğun qərar qəbul edir. Beləliklə, insan qarşısında baxılan şəraitdə baxılan obyektləri və ya hadisələri (prosesləri) təsvir edən və sözlə ifadə edilən lokal modellər yaranır. Bu modellər ümumi əsaslara malik olub, keyfiyyət səviyyəsində asan başa düşülür. Bu cür söz formalı modelə misal olaraq “əgər..., onda...” konstruksiyasını göstərmək olar.

İdarəetmədə qeyri-səlis məntiqdən istifadə edilməsi aşağıdakı xüsusiyyətlərlə səciyyələnir:

-qərar qəbuletmə qaydaları “əgər...,onda...” tipli şərti mülahizələrlə ifadə olunur və məntiqi çıxarış müxanizmi vasitəsilə reallaşdırılır;

-qeyri-səlis məntiq xüsusi qaydalarla əməliyyat aparır;hər bir lokal sahə və məsələ üçün, hər bir tənzimlənən kəmiyyət üçün və hər bir idarəetmə məqsədi üçün qaydalar verilir;bu isə ümumiləşdirilmiş məqsəd kriterisindən imtina etməyə imkan verir;

-“əgər...,onda...” tipli qaydaların tətbiqi təsnifat məsələsini operatorla dialoq rejimində həll etməyə imkan verir, bu isə klassifikatorun keyfiyyətini yüksəldir.


Yüklə 388,52 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin