İstifadə olunan ixtisarların siyahısı



Yüklə 388,52 Kb.
səhifə77/91
tarix02.01.2022
ölçüsü388,52 Kb.
#41076
1   ...   73   74   75   76   77   78   79   80   ...   91
C fakepathMuhazireler

İnternet texnologiyaları. İnternet texnologiyaları və ümumiyyətıə elektron biznes sahəsində ən vacib məsələlərdən biri müştərilərin cəlb edilməsi və saxlanmasıdır. VA texnologiyası çox vaxt İnternet-mağazaların qurulması və Web-saytlarından istifadə edənlərin fərdiləşdirilməsi üçün tətbiq edilir.

Müştərilərin mal almalarındakı qanunauyğunluqlar əsasında malların və xidmətlərin təqdim edilməsi böyük inandırıcı qüvvəyə malik olur. Statistika göstərər ki, mağazaya gələnlərin əksəriyyəti yaxın qohumlarının, dostlarının, qonşularının həmin mağazadan aldıqları mallarla maraqlanırlar. Müştərinin fərdiləşdirilməsi, başqa sözlə, müştərinin hansı kateqoriyaya aidliyinin avtomatik təyini kopmpaniyaya daha çevik marketinq siyasəti aparmağa imkan verir. Elektron ticarətdə pul və ödəmə sistemi də elektron formada olduğundan, plastik kartlarla əməliyyat zamanı təhlükəsizliyin təmin edilməsi vacib əhəmiyyət kəsb edir. VA texnologiyası fırıldaqçılıq hallarının üzə çıxarılmasını təmin edir. Marketinq məsələlərinin həllində işlədilən VA metodologiyası elektron ticarətində də tətbiq edilə bilər. Bu sahə Web Mining texnologiyası ilə sıx bağlıdır.

Web Mining texnologiyasının spesifikasiyası ənənəvi Data Mining texnologiyalarının Web-qovşaqlarda saxlanan müxtəlif xarakterli və böyük həcmə malik olan paylanmış verilənlərin analizinə tətbiqindən ibarətdir. Burada iki istiqaməti ayırmaq olar: Web Content Mining və Web Usage Mining, 1-ci istiqamət “informasiya küyü” (lazımsız informasiya) ilə dolu olan İnternet mən-bələrindən keyfiyyətli informasiyanın avtomatik axtarışını və çıxarılmasını, həmçinin, sənədlərin avtomatik təsnifatı və annotasiyalarının tərtibi üçün müxtəlif vasitələri əhatə edir. Bu istiqamətə həmçinin Text Mining deyilir. Web Usage Mining istiqamətində isə konkret Web qovşağın isti-fadəçilərinin davranışlarında qanunauyğunluqların üzə çıxarılmasına, o cümlədən, hansı səhifələrin, hansı vaxt ardıçıllığı ilə və hansı qrup istifadəçilər tərəfindən çağrılmasına baxılır.
103. Bank işi
Qərar qəbulunu dəstəkləyən sistemlərdən bank işində bir sıra tipik məsələlərin həlli üşüm istifadə edilir.

Müştərinin kreditödəmə qabiliyyətinin təyin edilməsi. Bu məsələ binar təsnifat məsələsi kimi həll edilir. Bankın müştəriləri iki sinfə bölünür: krediti ödəyən və krediti ödəməyən. Krediti ödəməyən sinfinə aid müştərilər və yeni müştəri haqqında verilənlərin analizi əsasında müştərinin sinfi təyin olunur.

Banka yeni müştərilərin cəlb edilməsi. Bu məsələ də binar təsnifat məsələsi kimi həll olunur. Müştərilər haqqında verilənlərin (qazancı, ailə vəziyyəti, keçmişdə kredit götürməsi və qaytarması haqqında məlumat və s.) analizi əsasında onlar iki sinfə bölünür: “münasib” və “qeyri-münasib” müstərilər. “Münasib” müştərilər arasında aktiv marketinq siyasətini aparmaqla, onları banka cəlb etmək olar.

Müştərilərin seqmentləşdirilməsi. Seqmentləşdirmə məsələsinin həlli ilə müştəriləri müxtəlif qruplara ayırmaqla bank özünün marketinq siyasətini daha məqsədyönlü qura bilər.

Müştərilərin hesablarındakı qalıqların proqnozlaşdırılması. Ənənəvi müddətlər ərzində müştərilərin hesablarındakı qalıqlar haqqında verilənləri analiz etməklə gələcəkdə müəyyən vaxt ərzində hüsablardakı qalıqları proqnozlaşdırmaq və bununla da bankın pul ehtiyatını qiymətləndirmək olar.

Kredit kartları ilə fırıldaqçılıq hallarının araşdırılması. Kredit kartları ilə şübhəli əməliyyatları təyin etmək məqsədilə müəyyən vaxt intervalı üzrə aparılan əməliyyatlar analiz edilir. Əgər növbəti əməliyyat şübhə doğurarsa, həmin kartla əməliyyatlar bloklaşdırılır.


Yüklə 388,52 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin