10.2. Telekommunikasiya və İnternet texnologiyaları
Telekommunikasiya müasir iqtisadiyyatın dinamik inkişaf edən sahələrindən biridir. Hər hansı kompaniyanın öz fəaliyyətində rastlaşdığı problemlər burada daha qabarıq hiss olunur. Sərt rəqabət şəraitində işləyən telekommunikasiya kompaniyaları hər il 25%-ə qədər müştərilərini itirə bilərlər. Olan müştərilərdən isə yalnız 20%-i gəlir gətirirlər. Telekommunikasiya sənayesi fırıldaqçılıq hallarına görə ildə gəlirlərinin 10%-ni itirir. Odur ki, gəlirlərin və müştərilərlə risklərin analizinə, həmçinin fırıldaqçılığın aşkarlanmasına yönəlmiş VA texnologiyası telekommunikasiya kompaniyalarına böyük həcmdə vəsaitlərə qənaət etməyə imkan verər.
Bu sahədə verilənlərin analizi əsasında yuxarıda baxılan digər məsələlər də (təsnifat, klasterləşdirmə, proqnozlaşdırmanın, vizuallaşdırmanın və s.) həll olunur. Məsələn, telefon çağırışlarının müfəssəl xarakteristikalarını əks etdirən yazıların analizi əsasında müştərilərin kateqoriyalarını təyin etmək və cəlbedici xidmətlər və qiymətlər toplularını yaratmaq olar.
Dostları ilə paylaş: |