İstifadə olunan ixtisarların siyahısı



Yüklə 388,52 Kb.
səhifə73/91
tarix02.01.2022
ölçüsü388,52 Kb.
#41076
1   ...   69   70   71   72   73   74   75   76   ...   91
C fakepathMuhazireler

9.7. Vizuallaşdırma
Vizuallaşdırma vasitəsilə analizinm son nəticələrinə baxmaq, hesablama prosesini təşkil və idarə etmək, geriyə-ilkin verilənlərə qayıdaraq, sonrakı hərəkətlərin istiqamətini təyin etmək mümkündür. Vizuallaşdırmadan istifadə etməklə verilənlərin qrafiki surəti yaradılır. Vizuallaşdırmanın tətbiqi verilənlərin analizi prosesində anomaliyaları, strukturları, trendləri (tendensiyaları) görməyə imkan verir. Vizuallaşdırma verilənlərin analizində analitikə lazımi nəticələrin alınmasında yardımçı olur. Məsələn, verilənlərin səpələnməsi diaqramında trend xətti və ya nöqtələrin müəyyən yerlərdə daha çox yerləşməsi qanunauyğunluqları daha tez tapmağa və lazımi qərarları qəbul etməyə kömək edir.

Vizuallaşdırmanın əsas üstünlüyü ondan ibarətdir ki, istifadəçidən xüsusi hazırlıq tələb olunmur. Analiz nəticələri ilə tanış olmaq və onlardan istifadə etmək üçün qrafiki təsvirə nəzər yetirmək kifayət edir. Verilənlərin vizuallaşdırılması üçün qrafiklərdən, sxemlərdən, diaqramlardan və s. istifadə edilir.

Vizuallaşdırmanın sadə növlərinin xeyli əvvəl yaranmasına baxmayaraq, onun imkanlarından yalnız son illərdə geniş istifadə olunmağa başlanmışdır. Vizuallaşdırma təkcə analiz prosesini təkmilləşdirməyə yönəlməyib. Skob Leybsin sözlərinə görə vizuallaşdırma hətta onu əvəz edə bilər[15].

Beləliklə, vizuallaşdırmanın rolunu onun aşağıdakı imkanları ilə təsvir etmək olar:

-interaktiv və razılaşdırılmış tədqiqatın dəstəklənməsi;

-nəticələrin təsvirinə kömək;

-görüntüdən istifadə etməklə surətləri yaratmaq və onları asanlıqla araşdırmaq.
Mühazirə 10. QQDS-in TƏTBİQ SAHƏLƏRİ


Yüklə 388,52 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin