İstifadə olunan ixtisarların siyahısı



Yüklə 388,52 Kb.
səhifə74/91
tarix02.01.2022
ölçüsü388,52 Kb.
#41076
1   ...   70   71   72   73   74   75   76   77   ...   91
C fakepathMuhazireler

Plan:

10.1. Biznes

10.2. Telekommunikasiya və İnternet texnologiyaları

103. Bank işi

10.4. Sığorta biznesi
10.1. Biznes
QQDS-lər istehsalat və qeyri-istehsalat xarakterli bütün müəssisələrdə qərar qəbul edən şəxsləri lazımi informasiya ilə təmin etməklə onlara kömək etmək üçün tətbiq edilə bilər. Bir sözlə bu sistemlərdən verilənlərin avtomatik analizi tələb olunan bütün sahələrdə istifadə etmək olar.

Onlardan əsaslarına baxaq.

Biznes sahəsində verilənlərin avtomatik analizi vasitəsilə aşağıdakı məsələlər həll oluna bilər:

-maliyyə analizi və proqnozlaşdırma;

-reallaşdırmanın və mal alışının marketinqi;

-müştərilərin davranışlarına görə stereotiplərin analizi və gizli qanunauyğunluqların aşkar edilməsi;

-risklərin analizi;

-fırıldaqçılığın qarşısının alınması;

-istehlakçının davranışının analizi və yeni maliyyə xidmətlərinin planlaşdırılması.

Məsələn, ticarətdə malların alınması ilə periodu arasındakı əlaqələri əks etdirən verilənləri analiz etməklə mallara olan tələbatı optimal nizamlamaq olar. Digər tərəfdən, tələbatı idarə etmək üçün istehlakçılar haqqında verilənlər olmalıdır. Həmin verilənlərin analizi nəticəsində oxşar davranışlı (stereotipli) istifadəçilər qruplarını ayırmaq, yəni bazarı seqmentləşdirmək olar.

Ardıcıllıqların (sikvensial) analizi ticarət müəssisəsinə mal ehtiyatlarının yaradılması haqqında qərar çıxarmağa kömək edir.

Topdan satış müəssisələrində verilənlərin analitik emalından aşağıdakı məsələlərin həlli üçün istifadə edilə bilər:

-assortmentin (çeşidin) analizi;

-mallar üçün sahələrin paylanması və malların yerləşdirilməsi;

-menecerlərin fəaliyyətinin səmərəliliyinin analizi;

-reklamın, aksiyaların, satışın və s. planlaşdırılması və səmərəliliyinin analizi;

-qiymətqoymanın analizi və idarə edilməsi.


Yüklə 388,52 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin