Müəllimsiz öyrətmətəsviredici modellərlə xarakterizə edilən məsələləri əhatə edir. Əgər analiz edilən verilənlərdə müəyyən qanunauyğunluqlar varsa, model onları təsvir etməlidir. Bu halda modelin öyrədilməsinə ehtiyac olmur. Bu məsələlərin üstünlüyü ondan ibarətdir ki, analiz edilən verilənlər haqqında hər hansı ilkin biliklər olmadan onları həll etmək mümkündür. Bu tip məsələlərə klasterləşdirmə və assosiativ qaydaların axtarışı aiddir.
Indi isə verilənlərin analizi əsasında həll olunan məsələlərə ətraflı baxaq.