İstifadə olunan ixtisarların siyahısı


Verilənlərin çevrilməsinin harada aparılmasına görə



Yüklə 388,52 Kb.
səhifə55/91
tarix02.01.2022
ölçüsü388,52 Kb.
#41076
1   ...   51   52   53   54   55   56   57   58   ...   91
C fakepathMuhazireler

Verilənlərin çevrilməsinin harada aparılmasına görə ETL prosesini 3 üsulla reallaşdırmaq olar:

1) aralıq yaddaşdan istifadə edilməsi;

2) aralıq yaddaşdan istifadə edilməməsi;

3)verilənlərin çevrilməsinin VA serverində aparılması.

ETL prosesinin təşkilinin ümumi qəbul edilmiş üsulu aralıq yaddaşından istifadə edilməsinə əsaslanır (şəkil 8.1).

İlkin mənbələrdən çıxarılmış verilənlər aralıq yaddaşa yazılır. Aralıq yaddaş kimi VB-dən və ya ayrı-ayrı fayllardan istifadə edilir. Aralıq yaddaşda yerləşdirilmiş verilənlər üzərində çevrilmə və təmizlənmə prosedurları aparılır və sonra onlar VA-ya yüklənir.


Verilənlərin Verilənlərin Verilənlərin

çıxarılması çevrilməsi yüklənməsi

Şəkil 8.1. Aralıq yaddaşdan istifadə etməklə ETL prosesinin təşkili


Baxılan üsula alternativ olan digər üsulda verilənlərin çevrilməsi ETL-serverin əməli yaddaşında aparılır və alınan nəticələr birbaşa VA-ya yüklənir (şəkil 4.7).


Verilənlərin Verilənlərin Verilənlərin

çıxarılması çevrilməsi yüklənməsi


Şəkil 8.2. Aralıq yaddaşdan istifadə etmədən ETL prosesinin təşkili

Əməli yaddaşda verilənlərin çevrilməsi 1-ci üsulla müqayisədə daha sürətlə aparılır. Lakin əməli yaddaşın tutumuna qoyulan məhdudluq VA-ya yüklənən verilənlərin porsiyasının ölçüsünü məhdudlaşdırır. Porsiyanın ölçüsü böyük olduqda aralıq yaddaşdan istifadə edilir.

ETL prosesinin təşkilində daha bir üsul verilənlərin çevrilməsinin VA-serverində aparılmasıdır (şəkil 4.8). Bu halda verilənlərin çevrilməsi onların VA-ya yüklənməsi prosesində yerinə yetirilir. Bu üsulun tətbiqi VA-serverin hesablama imkanları ilə təyin edilir.


Verilənlərin Verilənlərin



çıxarılması çevrilməsi və yüklənməsi

Şəkil 8.3. Verilənlərin çevrilməsinin VA-serverdə aparılması ilə ETL

prosesinin təşkili


Yüklə 388,52 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin