İstifadə olunan ixtisarların siyahısı



Yüklə 388,52 Kb.
səhifə52/91
tarix02.01.2022
ölçüsü388,52 Kb.
#41076
1   ...   48   49   50   51   52   53   54   55   ...   91
C fakepathMuhazireler

Çoxölçülü model.

OLAP–sistemdə tətbiq edilən çoxölçülü modelə, başqa sözlə, çoxölçülü OLAP (Multidimensional OLAP –Molar OLAP) deyilir. Bu model daha artıq əyaniliyə və informativliyə malik olub, verilənlərin analizini aparmaq üçün yaxşı imkan yaradır.




Ölçü
Çoxölçülü modelin ən çox istifadə olunan variantı verilənlərin üç ölçüyə görə təsvirdir. VA–da əksər halda verilənlər vaxta görə yığılır. Verilənlərin hər bir qiyməti üçölçülü fəzada (P, O, T) üçlüyü ilə təsvir edilir. Burada P-parametrin (verilənin) adı, O–obyekt, T–vaxtdır. Bu cür nöqtələr çoxluğu hiperkub təşkil edirlər (şəkil 4.2).





Ölçülər:

Vaxt -2009, 2010, 2011

Məhsul –AI-83, AI-93, AI-95

Obyekt: 1-ci sex, 2-ci sex,

3-cü sex

Göstərici: məhsul istehsalı


2011

2010
2009




1-ci sex

2-ci sex


3-cü sex



xana





Benzin Benzin Benzin

AI-83 AI-93 AI-95


Şəkil 7.2. Üçölçülü modelə aid missal


Çoxölçülü modelin əsas anlayışları “ölçü” və “qiymət”dir. Ölçü hiperkubun bir tərəfini təşkil edən çoxluqdur (relyasiya modelində domenin analoqu). Ölçülər hiperkubun xanalarındakı konkret qiymətləri identifikasiya etmək üçün istifadə edilən indekslər rolunu oynayırlar. Qiymətlər hiperkubun xanalarında saxlanan və analiz edilən verilənlərdir. Çoxölçülü modeldə ölçülər üzərində aşağıdakı əməliyyatlar aparıla bilər: kəsik (Slice), fırlanma (Rotate), detallaşdırma (Drill-Down) və ümumiləşdirmə (Drill UP)

Kəsik–bir və ya bir neçə ölçünün göstərilməsi ilə alınan hiperkubun altçoxluğudur. “Kəsiklərin” alınması istifadəçinin tələb etdiyi verilənlərin ayrılması üçün lazım olur. Çünki, hiperkubun bütün qiymətləri praktiki olaraq eyni vaxtda istifadə olunmur. Məsələn, əgər, şəkil 4.2-də göstərilmlş hiperkubda “Məhsul” ölçüsünü yalnız “AI-93”- lə məhdudlaşdırsaq, onda həmin məhsulun müxtəlif illər və sexlər üzrə istehsalı haqqında verilənlərə malik olan “kəsiyini” – ikiölçülü cədvəli–alarıq.

Fırlanma əməliyyatı verilənlərin ikiölçülü təsviri zamanı tətbiq edilir. Bu əməliyyat nəticisində verilənlərin vizual təsviri zamanı ölçülərin (oxların) yeri dəyişilir.

Çoxölçülü modelin xanalarında detallaşdırılmış verilənlər saxlanır: məsələn 2009-cu ildə 1-ci sexdə istehsal olunan Aİ-93 benzinin miqqdarı (şəkil 4.2)



Ümumiləşdirmə əməliyyatının mahiyyətini nümayiş etdirmək üçün fərz edək ki, şəkil 4.2-də göstərilən hiperkubdakı ölçülərdən əlavə “İstehsal sahəsi” və “Qurğu “ ölçüləri də var. Bu halda hiperkubdakı ölçülərin yuxarıdan- aşağıya iyerarxiyası olur: İstehsal sahəsi, Sex, Qurğu. Fərz edək ki, göstərilən hiperkubda illər üzrə zavodun qurğularında, sexlərində və istehsalat sahələrində istehsal olunan məhsulun miqdarı haqqında verilənlər toplanıb. Bu halda ümumiləşdirmə əməliyyatı vasitəsilə iyerarxiyanın səviyyələri üzrə yuxarı qalxaraq təyin etmək olar ki, qurğu, sex, istehsalat sahəsi üzrə istehsal olunan AI-93 benzinin miqdarı nə qədərdir.

Çoxölçülü modelin tətbiqini məhdudlaşdıran ciddi çatışmazlıqlar mövcuddur. Onlardan biri ondan ibarətdir ki, çoxölçülü modeldə relyasiya modeli ilə müqayisədə yaddaş sərfi xeyli çoxalır, ona görə ki, bütün qiymətlər üçün əvvəlcədən yer ayrılır, baxmayaraq ki, onlardan bəziləri və ya əksəriyyəti olmaya bilər. 2-ci çatışmayan cəhət ondan ibarətdir ki, hiperkubun reallaşdırılması zamanı yüksək detallaşdırma səviyyəsinin seçilməsi çoxölçülü VA-nın həcmini xeyli artırır.

Bu və digər səbəblərə görə çoxölçülü modellə qurulan sistemlər böyük həcmli verilənlər massivləri ilə əməliyyat apara bilmirlər. Bu sistemlərdə saxlana bilən verilənlərin ümumi həcmi 30-50 G baytla məhdudlaşır. Odur ki, çoxölçülü modeldən həcmi həddən çox olmayan VA-nın reallaşdırılmasında və ölçülərinin sayının vaxt üzrə sabit olduğu halda istifadə edilməsi məqsədəuyğun sayılır.


Yüklə 388,52 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin