7.3. Verilənlər anbarının qurulması üçün tətbiq edilən modellər Şəbəkə mühitində reallaşdırılan OLAP-sistemi iki əsas komponentdən ibarət olur:
OLAP –server: müəyyən model üzrə verilənlərin saxlanmasını və onlar üzərində lazımi əməliyyatların aparılmasını təmin edir;
OLAP –kliyent: istifadəçilərə həmin modellə işləmək üçün interfeys təqdim edir və analiz məsələsini yerinə yetirmək üçün verilənlərlə əlverişli formada əməliyyat aparmağa imkan verir.
OLAP–serverlər tətbiq edilən modeli istifadəçilərdən gizlədirlər. Onların formalaşdırdıqları hiperkub vasitəsilə istifadəçilər OLAP–kliyentin köməkliyi ilə lazımi əməliyyatları aparır və verilənləri analiz edirlər.
Verilənlər anbarında verilənlərin təsviri üçün əsasən üç modeldən istifadə edilir: çoxölçülü model, relyasiya modeli və bu iki modeli birləşdirən hibrid model.