1.Predmet sahəsinə yönümlük.
Verilənlər anbarı tətbiqi proqramların deyil, predmet sahəsinin xüsusiyyətlərini nəzərə almaqla yaradılır. VA-nın strukturu onunla işləyən analitikin (QQS) informasiya haqqında təsvirini ifadə etməlidir. Məsələn, əgər mal tədarükçüləri haqqında VB-də “müqavilə” və “sifariş” cədvəlləri saxlanırsa, həmin mövzuya aid VA-da “müştərilər”, “mallar” və “istehsalçılar” haqqında ümumiləşdirilmiş verilənlər toplanır. Predmet yönümlük həmçinin VA-da yalnız analiz üçün lazım olan verilənlərin saxlanmasına imkan verir, məsələn, analiz üçün sənədlərin nömrələrini saxlamağa ehtiyac yoxdur.
Dostları ilə paylaş: |