Verilənlərin mənbədən kim tərəfindən çıxarılmasına görə ETL prosesi aşağıdakı üsullarla təşkil oluna bilər:
ETL-server periodik olaraq verilənlər mənbələrinə qoşulur, onlarda sorğu aparır, müsbət cavablandırılan sorğuların nəticələrini çıxarır və onları sonrakı emal üçün özündə saxlayır.
Verilənlər mənbələrində quraşdırılmış xüsusi proqramlar (triggerlər) verilənlərdəki dəyişiklikləri izləyir və dəyişilən verilənləri ayrıca cədvəldə yerləşdirirlər. Həmin verilənlər sonradan ETL-serverə eksport edilirlər.
Xüsusi hazırlanmış proqram verilənlər mənbələrində periodik olaraq sorğu aparır və verilənləri ETL-serverə eksport edir.
Verilənlər mənbələrinin log-jurnallarından istifadə edilir. Həmin jurnallarda verilənlərin dəyişdirilməsi üçün icra edilən bütün tranzaksiyalar saxlanılır. Dəyişdirilən verilənlər log-jurnallardan çıxarılır və verilənlər mənbəsinin serverində saxlanılır. Sonradan onlar ETL-serverə ötürülür.