8.Vaxta görə invariantlıq yoxdur.
Verilənlər bazasında verilənlkərin həqiqiliyinə zəmanət yalnız onların VB-dən çıxarılması zamanı verilir. Belə ki, sonrakı anlarda onlar növbəti tranzaksiya nəticəsində dəyişə bilər. VA-nı VB-dən fərqləndirən cəhətlərdən biri də bundan ibarətdir ki, VA-da verilənlərin həqiqiliyi həmişə saxlanır. VA-da verilənlərin vaxta görə invariantlığı vaxt atributunun olması ilə əldə edilir.
9.VBİS-lə qartşılıqlı əlaqə yaratmaq üçün vahid dildən istifadə edilir.
Verilənlər bazasında tranzaksiyaların təsviri və VBİS-ə çatdırılması üçün xüsusi dildən istifadə edilir. Əvvəllər (90-cı illərin sonuna qədər) hər bir tip VBİS üçün ayrıca dil yaradılırdı, məsələn, “dBase” tipli sistemlər üçün, “FoxPro” tipli sistemlər üçün və s. Sonradan isə bu dillər vahid bir dillə-SQL (Struktured Query Language) dili ilə əvəzləndi. Hazırda mövcud olan bütün VBİS-lər SQL dilini dəstəkləyir.
Dostları ilə paylaş: |