4.Xronologiyanın təmin olunmaması.
VB-də vaxt göstəricisinin cədvələ daxil edilməməsi hadisələrin inkişafının vaxta görə təsvirini və ya verilənlərin qiymətlərinin vaxt üzrə dəyişmə xarakterinin ifadə edilməsini mümkünsüz edir. Bu isə qərar qəbulunda xronologiyaya (vaxt ardıcıllığına) əsaslanan analitik sorğuların cavablandırılmasını xeyli çətinləşdirir.
5.VB-də verilənlər normal formalarda saxlanır.
Müasir verilənlər bazalarında verilənlərin təsviri modeli kimi relyasiya modelindən istifadə edilir. Bu modeldə verilənlərin (cədvəllərin) normallaşdırılması tələb olunur. Açarsız cədvəllərdə 1-ci, açarlı cədvəllərdə isə 2-ci və ya 3-cü normal formalar kifayət edir. Verilənlərin normallaşdırılması tələbi VB-nin layihələndirilməsində mütləq nəzərə alınmalıdır.
Dostları ilə paylaş: |