5.2. Üçsəviyyəli verilənlər anbarına əsalanan QQDS
Verilənlər anbarında bütöv müəssisəyə aid ümumiləşdirilmiş və bəzi halda aqreqatlaşdırılmış verilənləır saxlanır. Başqa sözlə, verilənlər anbarı vahid mərkəzləşdirilmiş korporativ informasiya mənbəidir. Verilənlər vitrinləri verilənlər anbarının altçoxluqlarını saxlayırlar və müəssisənin ayrı-ayrı bölmələrinin məsələlərinin həlli üçün istifadə edilirlər. İstifadəçilər müəssisənin ayrı-ayrı bölmələrinə aid verilənləri əldə etmək üçün verilənlər vitrinlərinə bütöv müəssisəyə aid verilənlər üçün isə, verilənlər anbarına müraciət edə bilərlər (şəkil 2.4).
İ s t i f a d ə ç i l ə r
Şəkil 2.4. Üçsəviyyəli verilərlər anbarına əsaslanan QQDS-in arxitekturası
Üçsəviyyəli arxitekturanın üstünlükləri:
-verilənlər vitrinlərinin qurulması və doldurulması sadələşir, belə ki, onlar təmizlənmiş və normallaşdırılmış verilənlərdən ibarət olan vahid standartlaşdırılmış və etibarlı mənbədən doldurulur;
-verilənlərin vitrinləri korperativ təsvirlə sinxronlaşdırılır və uyğunlaşdırılır. Anbarın genişlənməsi və yeni vitrinlərin əlavə edilməsi üçün nisbətən asan başa gələn imkanlar var;
-məhsuldarlığa zəmanət var.
Çatışmazlıqlar:
-verilənlərin izafiliyi mövcuddur;
-qəbul olunmuş arxitekturanı müxtəlif tələblərə malik müxtəlif sahələrlə razılaşdırmaq lazım gəlir (məsələn, tətbiqin sürəti arxitektur yanaşmanın tələbləri ilə uzlaşmır).
Beləliklə, QQDS-in arxitekturasının dörd variantına, onların müsbət və mənfi cəhətlərinə baxdıq. Konkret variantın seçilməsi sistemə qoyulan tələblərdən asılıdır.
Hansı arxitektura ilə qurulmasından asılı olmayaraq, istənilən halda QQDS dörd əsas komponentdən ibarət olur:
-verilənlər anbarı (Data Warehouse);
-verilənlərin çıxarılması, seçilməsi və yüklənməsi vasitələri (ETL);
-verilənlərin analizi vasitələri (OLAP);
-DATA MİNİNG vasitələri.
Dostları ilə paylaş: |