Mühazirə 5.
QQDS–in ARXİTEKTURASI
Plan:
5.1. İkisəviyyəli verilənlər anbarına əsaslanan QQDS
5.2. Üçsəviyyəli verilənlər anbarına əsalanan QQDS
5.3. QQDS-in qurulma mərhələləri
5.1. İkisəviyyəli verilənlər anbarına əsaslanan QQDS
QQDS-ə həsr olunmuş informasiya mənbələrində onların dörd tip arxitektor növünə baxılır:
-funksional QQDS;
-müstəqil verilənlər vitrinləri;
-ikisəviyyəli verilənlər anbarı;
-üçsəviyyəli verilənlər anbarı.
Bu tip arxitektura müəssisənin bütün verilənlərinin vahid sistemdə (anbarda) toplanmasına imkan yaradılır (şəkil 2.3). Bu isə bölmələrinin sayı çox olan iri müəssisəsələr üçün əlverişlidir. Bu halda verilənlərin təyini və emalı üsulları unifikasiya edilə bilir. Bu cür QQDS-in işini təmin etmək üçün hazırlıqlı mütəxəssislərdən ibarət komanda tələb olunur. Bütün müəssisə daxilində verilənlərin təyini və çevrilməsi prosesi razılaşdırılmalıdır.
İ s t i f a d ə ç i l ə r
Şəkil 2.3. İkisəviyyəli verilənlər anbarına əsaslanan QQDS-in arxitekturası
Bu arxitektura ilə qurulan QQDS-in üstünlükləri:
-verilənlər yalnız bir nüsxədə saxlanır;
-verilənlərin saxlanması üçün sərflər azalır;
-verilənlərin bir neçə surətinin sinxronlaşdırılması ilə bağlı problemlər olmur-müəssisə səviyyəsində verilənlər bir yerdə cəmləndiyindən, vahid biznes mühiti yaratmaq mümkün olur.
Arxitekturanın çatışmazlığı:
-ayrı-ayrı istifadəçilərin və ya istifadəçi qruplarının tələblərinin dəstəklənməsi üçün verilənlər struklaşdırılmır;
-sistemin məhsuldarlığı aşağı ola bilər;
-istifadəçilərin verilənlərə müraciət səlahiyyətlərinin məhdudlaşdırılmasında çətinliklər yarana bilər.
Dostları ilə paylaş: |