İstifadə olunan ixtisarların siyahısı



Yüklə 388,52 Kb.
səhifə11/91
tarix02.01.2022
ölçüsü388,52 Kb.
#41076
1   ...   7   8   9   10   11   12   13   14   ...   91
C fakepathMuhazireler

Ssenarilər metodu proqnozlaşdırma metodlarından biri olub, idarəetmənin daha əlverişli alternativini seçmək məqsədilə hadisələrin inkişafının ehtimal olunan tendensiyasını və qəbul edilən qərarların mümkün nəticələrini təyin etməyə imkan verir. Analiz edilən situasiyanın ssenarisinin formalaşdırılmasında müxtəlif profilli və baxılan problemə müxtəlif baxışlarla yanaşan mütəxəssislər iştirak edirlər. Ssenari metodu problem situasiyasının məzmunlu və formal təsviri üçün üsulları və ssenarilərin qurulması və tədqiqi üçün konkret metodları və alqoritmləri özündə birləşdirir.

Ssenari dedikdə hadisələrin vaxta və məkana görə ardıcıl inkişafının hipotetik mənzərəsi başa düşülür. Ssenaridə aşkar şəkildə obyektin vəziyyətinin dəyişmə dinamikasını təyin edən parametrlər arasındakı səbəb-nəticə asılılıqları, mövcud faktorlar və şərtlər qeyd olunur. Ssenari sistemin mümkün inkişafının nisbi, şərti qiymətləndirilməsidir. Qərar qəbulunun ssenari metodu çoxvariantlığı yəni sistemin inkişafının bir neçə alternativ variantının hazırlanmasını nəzərdə tutur.Ssenarilər metodunun praktiki reallaşdırılması üçün bir-birindən məzmununa, ssenarinin tamlığına və onların yaradılma prosedurunun təşkilinə görə fərqlənən müxtəlif üsullar var.

Həll ağacı” metodu həm fərdi, həm də qrup qərarların qəbulunda tətbiq edilə bilər. Ondan yüksək dərəcədə qeyri-müəyyənliklə xarakterizə olunan və qərarların müəyyən ardıcıllığını tələb edən mürəkkəb problemlərin həlli üçün istifadə olunur. Hər bir qərar bir neçə mümkün nəticə verə bilər və hər bir nəticə özünün başvermə ehtimalına malik olur. Hər bir sonrakı qərar əvvəlki qərarın nəticəsindən asılı olur. Həll ağacı ardıcıl qərarların qəbulu prosesinin sxematik təsviri olub “budaqlardan” –qərar variantlarından və “təpələrdən”- onlara uyğun nəticələrdən ibarətdir. Hər bir nəticə üçün onun başvermə ehtimalı və bu ehtimalı nəzərə almaqla əldə edilən uduşun (gəlirin) miqdarı hesablanır. Hər bir qərarla bağlı olan sərflər uyğun “budaqda” qeyd olunur. Bu sərflər gözlənilən gəlirdən çıxılır və xalis gəlirin qiyməti tapılır.

Hesablama qərar qəbulunun başlanğıc qovşağından başlayaraq uyğun nəticənin sonuncu qovşağına qədər hər bir qərar vektoru üçün aparılır. Nəticədə maksimal uduşa gətirən “budaq” seçilir. Uduşun qiyməti kiçik olan alternativ “budaqlar” silinir. Qərar vektorlarının hamısının hesablanmasından sonra xalis uduşun maksimal qiymətinə gətirən optimal qərar vektoru seçilir.


Yüklə 388,52 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin