Təşkilati mərhələdə qəbul edilən qərar və onun icra müddəti bilavasitə icraçılara çatdırılır, məsul şəxslər, instruktajlar və qarşılıqlı əlaqələr təyin edilir.
İdarəetmə qərarlarının reallaşdırılmasının müxtəlif formaları var.
Təlimat- qərarın göstərilən vaxtda mütləq icra ediməsi haqqında vəzifə şəxsinə rəsmi məlumatdır.
İşgüzar söhbət-qəbul edilən qərarın reallaşdırılmasının optimal variantını hazırlamaq məqsədilə işçilərlə fikir mübadiləsidir.
İnandırmaq və başa salmaq– idarəetmə qərarının məzmunu və icra müddəti haqqında fikir yaratmaq üçün rəhbərin onun tabeliyində olan işçilərlə apardığı söhbətdir.
Məcbur etmək- qəbul edilən qərarın qeyri-kafi, natamam icrası və ya heç icra olunmaması halında işçilərin sosial və iqtisadi hüquqlarının məhdudlaşdırılmasıdır.
Nəsihət– qərarın səmərəli icrası üçün bilik və təcrübə vermək məqsədilə rəhbərin apardığı söhbət;
Məlumat- qərarın icrası üçün əlavə informasiya vermək məqsədilə rəhbərin apardığı söhbət.
Öyrətmə- qəbul edilmiş qərarın icrası üçün işçilərdə yeni biliklərin və unformasiyanın formalaşdırılması məqsədilə rəhbərlə aparılan söhbət.
Məsləhət- qərarın icrası qaydası haqqında öz baxışlarını bölüşdürmək məqsədilə rəhbərin işçilərə verdiyi informasiya.
Treninq- qərarların hazırlanması və reallaşdırılması üzrə xüsusi təşkil olunmuş fəaliyyət.Treninq zamanı qərarların icrası vərdişləri möhkəmləndirilir.
Müşavirə- qəbul edilmiş qərarların icrası üçün konkret məsələlərin işçilərə operativ çatdırılmasının kollektiv işgüzar forması.
İclas- qəbul edilmiş qərarların icrası üzrə təşkilati məsələləri həll etmək üçün peşə işçilərinin müzakirəsi.
İşgüzar söz- tabeliyində olan işçilərə rəhbərin şifahi formada verdiyi qərar.