3.2. Qərar qəbulu məsələsinin formal modeli
Ümumi formada istənilən məsələ “verilir...”, “axtarılır” şəklində təsvir edilə bilər. Bu formaya uyğun olaraq qərar qəbulu məsələsinin formal modelini belə təsvir etmək olar:
-fərdi QQŞ üçün
0,T,Q,: S,A,B,Y,f,K,Yopt>;
-qrup QQŞ üçün
0, T,Q,: S,A,B,Y,F(f),L,Yopt>
Burada “:” işarəsindən solda verilənlər,sağda isə məsələnin naməlum elementləri yazılıb: S0-problem situasiyası;T- qərar qəbul etmək üçün vaxt; Q-qərar qəbulu üçün mövcud olan resurslar;S=(S1,.......,Sn)–problem situasiyasını dəqiqləşdirən alternativ situasiyalar çoxluğu; A=(A1,....,Ak)-qərar qəbulu zamanı qarşıya qoyulan məqsədlər; B=( B1,...Bl) məhdudluqlaq çoxluğu ; Y=(Y1....,Ym) qərarın alternativ variantlar çoxluğu; f-QQS-in verdiyi üstünlüyü xarakterizə edən funksiya; K-ən yaxşı qərarın seçim kriterisi; F(f) qrupun verdiyi üstünlüyü xarakterizə edən funksiya; L-qrup üstünlük dərəcəsini formalaşdırmaq üçün fərdi üstünlük dərəcələrinin razılaşdırılması prinsipi;Vopt-optimal qərar.
Beləliklə, qərar qəbulu məsələsinin qoyuluşunun belə ifadə etmək olar: T vaxtına və Q resurslarına görə S hipotetik situasiyalar çoxluğunu nəzərə almaqla, S0 situasiyasını dəqiqləşdirmək, A-məqsədlər çoxluğunu. B-məhdudluqlarını və Y alternativ qərarlar variantlarını formalaşdırmaq, qərarlara verilən fərdi üstünlük dərəcələrini (f) qiymətləndirmək, fərdi QQŞ üçün formalaşdırılan seçim kriterisinə K və ya L prinsipi əsasında seçilən qrup üstünlük dərəcəsinə (F(f)) cavab verən S0 situasiyasını dəqiqləşdirmək tələb olunur. Məsələnin elementlərinə ətraflı baxaq.
S0 problem situasiyası məzmunlu və mümkün olduqda kəmiyyət xarakteristikalarının toplusu ilə təsvir olunur. Problem situasiyasının təsviri həll edilən problemin məzmunlu qoyuluşunu, problemin yarandığı şərtləri, yaranma səbəbini və inkişafını əhatə etməlidir.
Məsələnin xarakterindən asılı olaraq qərar qəbuluna sərf olunan vaxt operativ məsələlər üçün saniyələrlə və ya saatlarla uzunmüddətli məsələlər üçün isə aylarla və ya illərlə ölçülə bilər. Ayrılan vaxt problem situasiyası haqqında tam və doğru informasiyanın alınmasına və qərarların nəticələrinin hərtərəfli əsaslandırılmasına təsir edir.
Optimal qərarın tapılması üçün tələb olunan resurslara (Q) aiddir: QQŞ-in və ekspertlərin bilikləri və təcrübələri, müəssisənin elmi-texniki potensialı, informasiya təminatının və idarəetmənin avtomatlaşdırılmış sistemləri, maliyyə və material –texniki resurslar.
Real idarəetmə məsələlərində problem situasiyası (S0) çox vaxt tam aydın olmur.Qeyri-müəyyənlik müxtəlif faktorlarla bağlı ola bilər, məsələn, məhsula tələbatın bəlli olmaması, elmi-texniki potensialın imkanlarından istifadənin aydın olmaması, klimatik faktorlar və s. S0 problem situasiyasını tam müəyyənləşdirmək üçün S=(S1,...Sn) çoxluğunu təşkil edən Sj(j=1,n) hipotetik situasiyanı (hipotezlər,versiyalar) formalaşdırmaq lazımdır. Hər bir Sj situasiyası bütün digərlərinə alternativ olmalıdır, yəni bütün situasiyalar bir-birini inkar edən, yəni müstəqil olmalıdır. Situasiyalar toplusu tam qrup təşkil etməlidir, yəni S0 problem situasiyasını təyin edən bütün mümkün situasiyaları əhatə etməlidir. Hər bir situasiya kəmiyyət xarakteristikaları toplusu ilə məzmunlu təsvir olunur. Bu xarakteristikalara situasiyanın doğruluğu xarakteristikası–Pj situasiyasının ehtimalı da daxildir. Asılı olmayan situasiyaların tam qrupu üçün ehtimalların cəmi vahidə bərabərdir:
Burada n–tam qrupu təşkil edən situasiyaların sayıdır. Problem situasiyasında qeyri-müəyyənlik olmayan hallarda situasiyalar toplusu (hipotezlər,versiyalar) formalaşdırmağa ehtiyac olmur. Problem situasiyasının tam müəyyənlik halına qeyri-müəyyənliyin xüsusi halı kimi baxmaq olar. Hesab etmək olar ki, bu halda ehtimalı 1-ə bərabər olan bir alternativ situasiya var və digər situasiyaların yaranma ehtimalı sıfra bərabərdir.
Problem situasiyasını aradan qaldırmaq məqsədilə lazımi nəticəni dəqiq təyin etmək üçün məqsədlər çoxluğu A=(A1....,Ak) formalaşdırmaq lazımdır. Real məsələlər əksər halda çoxməqsədli olurlar, yalnız xüsusi hallarda bir məqsəd formalaşdırıla bilər. Məqsədlərin təsviri məzmunlu və kəmiyyət xarakteristikalarının toplusu ilə aparılır. Məqsədlərin ən vacib xarakteristikalarına məqsədlərə çatma kriteriləri, məqsədlərə çatma dərəcəsi, məqsədlərin vacibliyini xarakterizə edən üstünlük dərəcələri daxildir.
Qərarların qəbulu həmişə müxtəlif məhdudluqlar –maliyyə, material.hüquqi və s. –şəraitində aparılır. Odur ki, qərarların reallaşdırılma imkanlarına və konkret problem situasiyasında məqsədlərə nail olmağa təsir edən məhdudluqlar çoxluğu B=(B1....,Be) formalaşdırılmalıdır.
Məqsədlərə nail olmaq üçün qərarların alternativ variantlar çoxluğu Y=(Y1,...Ym) formalaşdırılır. Bu çoxluqdan yalnız bir optimal və ya qəbul oluna bilən qərar (Yopt) seçilir. Qərarlar məzmunlu xarakteristikalar toplusu ilə təşvir olunurlar. Xarakteristikaların siyahısına qərarların reallaşdırılması üçün lazım olan resurs xarakteristikaları da daxil edilir.
Üstünlük funksiyası (f) QQŞ-in verdiyi üstünlüklər əsasında qərarların keyfiyyətinin təsviri və müqayisəli qiymətləndirilməsi üçün istifadə edilir. Qərarın bütün alternativ variantları (Yi) üstünlüyə görə nizamlandıqda qiymətləndirmə keyfiyyət xarakterli, qərarlar kəmiyyətə görə müqayisə olunduqda isə kəmiyyət xarakterli olur.
Optimal və ya qəbul edilə bilən qərar (Yopt) seçim kriterisinə (K) görə seçilir.Fərdi qərar qəbul zamanı K kriterisi QQŞ-tərəfindən formalaşdırılır. Qrup qərar qəbulu zamanı isə fərdi üstünlüklərin (L) razılaşdırılması üçün seçilən prinsip əsasında (məsələn, səslərin çoxluğu prinsipi) qrup üzvlərinin fərdi üstünlükləri f vektorundan f=(f1,...fd) asılı olan qrup üstünlük funksiyası F(f) qurulur; burada d-qrupun üzvlərinin sayıdır. Optimal qərar qrup üstünlüyünü təmin etməlidir. Qərar qəbulu məsələsinin məzmunu bir sıra xüsusiyyətləri formalaşdırmağa imkan verir:
Məsələnin naməlum elementləri: situasiyalar, məqsədlər, məhdudluqlar, qərarlar, üstünlüklər -əsasən məzmun xarakterli olurlar, yalnız qismən kəmiyyət xarakteristikaları ilə təyin olunurlar.Məsələnin naməlum elementlərinin sayı məlum elementlərinə nisbətən xeyli çox olur.
Məsələnin naməlum elementlərinin təyini və son nəticədə ən yaxşı həllin tapılması tam formallaşdırıla bilmir,belə ki, məqsədləri və qərar variantlarını formalaşdırmağa imkan verən metodlar və alqoritmlər yoxdur.
Məsələnin elementləri bir hissəsi obyektiv ölçülə bilən, digər hissəsi isə yalnız subyektiv ölçülən (məsələn,məqsədlərin üstünlüyü) xarakteristikalarla təsvir olunur.
Bir sıra hallarda problem situasiyasının natamam təsviri və gözlənilən nəticələrin dəqiq qimətləndirilməsi mümkün olmadıqda səbəbindən qərar qəbulu məsələsini qeyri-müəyyənlik şəraitində həll etmək lazım gəlir. Bu hallarda məntiqi təfəkkürlə yanaşı QQŞ-in intuisiyası da mühüm rol oynayır.
Qəbul edilən qərarlar bilavasitə QQŞ-in və ekspertlərin maraqlarına təsir edə bilərlər.Odur ki, onların hərəkət motivləri qərarın seçilməsinə təsir edir.
Sadalanan xüsusiyyətlər idarəetmə qərarlarının qəbulu məsələsinin optimal qərarın tapılması məsələsindən fərqini əks etdirirlər.
Dostları ilə paylaş: |