1.6. Termodinamikanın birinci qanunu
Termodinamikanın birinci qanunu istilik və mexaniki enerjilərin qarşılıqlı çevrilməsində ekvivalentliyi qeyd edir
Beynəlxalq vahidlər sistemində (Sİ) enerjinin vahidi Coul-dur (C). (1.28) ifadəsindən yalnız istiliyin tamamilə işə çevrildiyi halda istifadə oluna bilər. Ümumi halda qaza verilən istilik həm qazın daxili enerjisinin dəyişməsinə, həm də mexaniki işin görülməsinə sərf olunur, yəni
(1.29) ifadəsi bir kq qaz üçün yazılmışdır. Burada qazın tam daxili enerjisinin dəyişməsidir.
Bildiyimiz kimi daxili enerji qazın atomlarına aiddir və tam daxili enerji
uk – atomların hərəkət enerjisidir, atomların sürətindən, sonuncu isə qazın temperaturundan asılıdır, yəni
up – atomların potensial enerjisidir, onların arasındakı məsafədən, sonuncu isə qazın tutduğu həcmdən asılıdır, yəni
Odur ki,
Gördüyümüz kimi, daxili enerji hal parametrlərindən asılıdır, odur ki başlanğıc və son nöqtələri eyni olan proseslərdə daxili enerji dəyişməsi eyni olur və prosesin xarakterindən asılı deyil, ona görə də daxili enerjiyə hal funksiyası deyilir. Yuxarıda deyilənlərə əsasən yaza bilərik ki,
Belə funksiyalara deyirlər ki o , hal parametrlərinin tam diferensialıdır.
Proses məlum olmadığı halda (1.30) tənliyi diferensial şəkildə aşağıdakı kimi yazılır
Proses məlum olduğu halda isə
şəklində yazıla bilər.
Bildiyimiz kimi , odur ki
Bu tənliyin sağ tərəfinə eyni kəmiyyəti əlavə edib , çıxaq
i – entalpiya adlanır və gördüyümüz kimi bu da hal funksiyasıdır.
Deməli
p=const olduğu halda
Qapalı proseslər üçün termodinamikanın I qanunu aşağıdakı şəkildə yazılır:
Düz tsikl üçün q1 – verilən istilik, q2 – alınan istilik, – işçi cismin gördüyü iş;
əks tsikl üçün q1 – alınan istilik, q2 – verilən istilik, – xaricdən sərf olunan işdir.
Dostları ilə paylaş: |