İSTİqlal fəDAİLƏRİ – azərbaycan xalq cümhuriYYƏTİNİn daxiLİ İŞLƏr naziRLƏRİ



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə15/36
tarix05.03.2017
ölçüsü3,76 Mb.
#10119
1   ...   11   12   13   14   15   16   17   18   ...   36

QeydƏ.H. Qarayev ona görə belə deyirdi ki,Parlamentin 

iclasından qabaq həbsdə olan bolşevik Ə.Bayramovun orada güya 

boğularaq öldürüldüyü... xəbəri yayılmışdı. 

-

 



Daxili  iĢlər  nazirinin  müavini  ġəfi  bəy  Rüstəmbəyli     

Ə.H. Qarayevin  çıxıĢında toxunduğu məsələ barədə izahat verərək 

bildirmiĢdi: ”Daxili iĢlər naziri (M.Vəkilov nəzərdə tutulur) burada 

yox  ikən  Qarayev  Ə.  Bayramov  haqqında  danıĢdı.  Bu  xüsusda  bir 

neçə  söz    deyəcəyəm.  Bir  neçə  gün  bundan  əvvəl  polis  dövlət 

çeviriliĢi  və  üsyan  qaldırmaq  planını  kəĢf  etdi.Burada  hökuməti 

yıxmaq,  Parlamanı  da  dağıtmaq  və  Ģura  hökuməti  qurmaq 

istəyirdlilər. Ə. Bayramov da bu çeviriliĢin iĢtirakçılarından biridir. 

Parlaman  üzvü  Əli  Heydərin  də  orada  imzası  var.  Polisə  əmr 

olunmuĢdu ki, o adamları tutsun. Polis axtarır, tapa bilmirdi. Bu ara 

xəbər  çıxdı  ki,  Ə.Bayramov  yoxa  çıxıb...Bu  barədə  məlumatda 

yoxdur.Ancaq Ģayiələr var ki, onu bir qoçu tutub polisə verib.Polis 

isə  onu  boğmuĢdur.  Bu  xəbəri  eĢidən  cənab  nazir  qradonaçalnikə 

əmr verdiki, xəbəri rəsmi Ģəkilə salsın, tapıb açsın.Deyilənlər döğru 

çıxsa,  kim  müqəssir  olsa,  məhkəməyə  vetiləcək  və  cəzalanacaq. 

Hökumətə  iftira, böhtanlar  yağdırılır, buna  ciddi  etiraz edirəm”. 



Qeyd: Hərb tarixi tədqiqatçlarından biri, o cümlədən 1928-ci 

ildə  Azərbaycan  Ordusu  tarixinə  dair  kitab  həsr  etmiş  A.  Steklov 

yazır  ki,  Əli  Bayramovun  başını  əslində,  1920-ci  il  martın  22-dən 

23-nə  gecə  “naməlum  adamlar”  kəsmişdilər...  Onun  başını  kəsib, 

bədənindən  ayırmış,  meyidini  isə  gecə  fəhlə  rayonuna  daxil  olan 

Xatisov zavodunun (indiki Səttərxan zavodu) həyətinə atmışdılar... 

Ə. Bayramovu öldürən cinayətkaların həbs edilməsi və onla-

rın  haqqında  cinayət  iĢi  qaldırılması  üçün  daxili  iĢlər  naziri            

M.  Vəkilov  Ģəxsən  göstəriĢ  vermiĢ  və  müavini  ġ.  Rüstəmbəylinin 

sədrliyi ilə bu iĢi araĢdirmaq üçün xüsusi komissiya yaradılmıĢ, na-

zir  özü  isə  bununla  əlaqədar  Parlamentin  1920-ci il aprelin 15-



 

196 


də    keçən    xüsusi    iclasında  Ə.Bayramovun  ölümü  ilə  bağlı  millət  

vəkillərinin  suallarına  cavablar  vermiĢdi... 



Təyinat. Daxili iĢlər naziri əvəzi ġ. Rüstəmbəylinin 14  mart 

1920-ci il tarixli 45 nömrəli əmri ilə ġamaxı  qəzasının  rəisi  Səlim 

bəy  AğakiĢibəyov  tutduğu  vəzifəsindən  azad  edilmiĢ,  onun    yerinə 

Bakı    polismeysterinin    böyük    köməkçisi    Mehrəli  bəy  Fərzəli-

bəyov  tövsiyə  edilmiĢdi...Daxili  iĢlər  naziri  M.Vəkilovun  19  mart 

1920-ci il tarixli əmri ilə isə Lütvəli bəy Zülədərov Cavad qəzasının  

rəisi  vəzifəsindən  azad  edilmiĢdi... 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  axırıncı  daxili  iĢlər  naziri 

M.Vəkilov nazir kürsüsünü M.H.Hacınskidən qəbul etmiĢdi. O, Da-

xili  ĠĢlər  Nazirliyinə  çox    ağır  dövrdə,  hökumət  böhranı  ərəfəsində  

gəlsə də,bu  ali inzibati təĢkilatı zəifləməyə qoymamıĢdı. M.Vəkilov 

siyasi-sosial  vəziyyəti  nəzərə  alaraq    hesab  edirdi  ki,  onun  öz  ko-

mandası  olmalıdır. Mustafa bəy özündən  əvvəlki  nazirlərin səhvlə-

rini təkrar etməməyə çalıĢırdı. M.Vəkilovun nazirliyi dövründə DĠN 

və polis  sistemi  keçmiĢ  çar Rusiyası   və  bəzi  Qərbi Avropa (Ġngil-

tərə və s.) ölkələrindəki klassik  polis sistemi yönündə təkmilləĢdiri-

lirdi. 1920-ci ilin yazında  Azərbaycan Cümhuriyyətinin Daxili ĠĢlər 

Nazirliyi  və  onun    yerli    strukturları  ölkədə  ictimai  təhlükəsizliyi 

müstəqil qoruya bilən və cinayətkarlıqla  bilavasitə  mübarizə  apar-

mağa qadir  olan  real  qüvvəyə  çevrilmiĢdi. 

M.Vəkilovun  bir daxili iĢlər naziri kimi bütün fəaliyyəti müs-

təqil  Azərbaycan  Respublikası  hakimiyyətini  qoruyub  saxlamağa 

yönəlmiĢdi. Onun bolĢeviklər və fəhlələrlə dialoqa girməsi və hətta 

kompromis yola əl atması da bununla bağlı idi. M. Vəkilov 1920-ci 

il  martın  22-də  Azərbaycan  hökuməti  əleyhinə  çıxıĢ  edən  bütün 

qüvvələrə (siyasi partiyalara, təĢkilatlara, vətəndaĢlara, xarici təbəə-

lərə), o cümlədən Bakı fəhlələrinə müraciətində bildirirdi:  

“ZəhmətkeĢlərin  maraqlarını  müdafiə  edən  Ali  Ġcra haki-

miyyəti  fəhlə  sinfinin  iqtisadi  və  hüquqi  vəziyyəti  yaxĢılaĢdırmaq 

üçün apardığı mübarizəyə qarıĢmaq fikrində deyil. Amma fəhlə sin-

finin maraqlarını qorumaq adı altında təĢviqat və cinayət  iĢlətməklə  

dövlət  əleyhinə  çıxıĢlar edən xarici qüvvələrin əlaltılarına qarĢı bü-

tün mümkün tədbirlər həyata  keçiriləcək”. 


 

197 


Bakı Polismeysterliyinin  Liman Sahə Polis Pristavlığı 1920-

ci  ilin  fevralında Azərbaycan Cümhiriyyətinin  hərbi naziri, tam ar-

tilleriya  generalı  S.  Mehmandarovun  Naberejnı    küçəsində  (indiki 

Neftçilər  prospekti)  yerəĢən  51  saylı  evinin  girəcəyində  ona  və 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  hökumət  baĢçısı  ilə  görüĢmək 

üçün  Tiflisdən  Bakıya  gəlmiĢ    Don,  Terek  və   Kuban    BaĢ  Dairə-

sinin nümayəndələri Mixail Zazulyaya, Nikolay Baqiyevə və Pyotr 

Kovalyova  bomba  atmıĢ  Novikov  adlı  birisini  tutmuĢdu.  Həmin 

bomba  partlayıĢı  nəticısində  Kovalyovun  sol  əli,  hərbi  nazirimizin 

qapısı  ağzında  növbədə  duran  qorodovoy  Qulu  Məmmədoğlunun 

isə üzü yaralanmıĢdı. Hərbi nazir S. Mehmandarov partlayıĢ səsinə 

küçəyə-hadisə  yerinə  gəlmiĢ,  tələsdiyindən    papağınıda    baĢına  

qoymağı unutmuĢdu. Tezliklə, hər  Ģey  aydınlaĢmıĢdı. 

Hadisəni  törədənin  polis  tərəfindən  ĠçəriĢəhərdəki  dükanların 

birində  yaxalanan  naməlun  Ģəxsin  iki  pasportu  olan  Filip  Novikov 

olduğu müəyyənləĢmiĢdi. Onun üstündən 2 ədəd bomba, 1 ədəd ta-

pança, 9 ədəd patron, 275 manat  Azərbaycan  hökumətinin pulu ta-

pılmıĢdı.  F.Novikov    Liman  Sahə  Ppolis  Pristavlığına  gətirilmiĢdi. 

Daxili iĢlər naziri Mustafa bəy, onun iki müavini, Bakının general-

qubernatoru  Murad  Gəray  Tlexas,  qradonaçalnik  Əli  Heydər  bəy 

Yusifov,  Ģəhər  komendantı,  general-mayor  Firidun  bəy  Vəzirov 

(1850-1925),  Bakı  polismeysteri    Rüstəm  bəy  Mirzəyev  (1840-

1920)  və  Məhkəmə  Palatasının  prokuroru  Nəzərov  hadisə    yerinə 

gəlmiĢ, Novikovun  dindirlməsində  iĢtirak etmiĢdilər. 



Haşiyə:  General-mayor  Firdun  bəy  Cəlal  oğlu  Vəzirov  peĢə-

kar hərbçi idi. O, 1850-ci il aprelin 19-da Tiflisdə zadəgan ailə-

sində anadan olmuĢdu. 1868-ci ildə Yelizavetpol (Gəncə) süvari 

məktəbini əla bitirmiĢdi. Çar Rusiyası ordusunda nümunəvi xid-

mət  göstərmiĢ,  generl-mayor  rütbəsində  istefaya  çıxıb  Tiflisdə 

yaĢayırdı. Azərbaycan Cümhurriyyəti Milli  Ordusunun BaĢ Qə-

rargah rəisi, Qərargahın növbətçi generalı, general-mayor Həmid 

bəy QaytabaĢının (1889-1920) dəvətini qəbul edib həyat  yoldaĢı 

Zinaida  Səlim qızı Vəzirova ilə Tiflisdən köçüb Bakıya gəlmiĢ-

di.  General F.Vəzirov Azərbaycan Cümhuriyyətinin  hərbi naziri 

S. Mehmandarovun 1919-cu il 7 avqust tarixli 351 nömrəli əmri 

ilə Bakı Ģəhərinin komendantı təyin edilmiĢdi. Qocaman general 



 

198 


bu  vəzifədə  Azərbaycan  Xalq  Cümhuriyyətinin  süqutuna  qədər 

xidmət göstərmiĢdi... General F. Vəzirov 1925-ci il iyunun 30-da 

Bakıda 75 yaĢında vəfat etmiĢdi. General Firidun bəyin qızı Ni-

gar  xanım  1995-ci  ildə  hələ  Bakıda  yaĢayırdı...Bunu  AMEA 

Azərbaycan Milli Tarix Muzeyinin əməkdaĢı, əməkdar mədəniy-

yət  iĢçisi,  mərhum  Nərminə Tahirzadə (13 avqust 1921, Ġstan-

bul-19 yanvar 2012 Bakı) söyləmiĢdi... 

...ġahidlər dindirilərkən hərbi nazir S. Mehmandarovun müha-

fizəçiləri  əldə  qayırma  bombanı  atanların  3  nəfər  olduğunu,  bun-

lardan  birinin  məhz  F.Novikov  olduğunu  təsdiq  etmiĢdilər.Təsa-

düfən  yoldan  keçən  14  yaĢlı  gimnaziya  Ģagirdi  ,  hadisəni  görmüĢ 

BaraĢvili  Novikovu  geyimindən  tanımıĢ  və  demiĢdi  ki,  bu,  bomba 

atanlardandır.  F.Novikov  sərxoĢ  idi,  əvvəl  diĢ  texniki  olduğunu, 

Bakıda  iĢlədiyini,  hadisə  yerinə  təsadüfən  gəlib  çıxdığını,  heç  bir 

bomba tullamadığını deyir, üstündən tapılan bombaları isə ona tanı-

madığı  gürcünün  verdiyini  söyləmiĢdi...  Dostlarının  isə  Ġ.Levin  və 

Razin (onlar bolĢevik idilər) olduğunu bildirmiĢdi. F.Novikov Ġçəri-

Ģəhərdə  Liman  sahə  polis  pristavına  təslim  olmuĢdu.  Hərbi  Səhra 

Məhkəməsinin qərarı ilə o, etdiyi terrorçuluq aktına görə 1920-ci il 

martın 23-də dar ağacından asılmaqla ölüm cəzasına məhkum edil-

miĢdi.  Hökm  elə  həmin  gecə  Bayıl  həbsxanasında  yerinə  yetiril-

miĢdi. 


27 mart 1920-ci il. DMK-nın 3196 saylı sərəncamı ilə DĠN-in 

ehtiyat qüvvələrinə əlavə 300 Ģtat, o cümlədən 276 əsgər Ģtatı ayrıl-

mıĢ və beləliklə, ehtiyat qüvvə üzrə əsgərlərin sayı 1000 nəfərə çat-

dırılmıĢdı.  Bu  məqsəd  üçün  1920-ci  il  ərzində  təkcə  ərzağa  4  mil-

yon rubl kredit ayrılmıĢdı. 

Daxili  iĢlər  naziri  M.  Vəkilovun  1920-ci  ilin  martında  bütün 

vətəndaĢlara, siyasi partiyalara və təĢkilatlara daha bir müraciətində 

deyilirdi  ki,  dövlət  əleyninə  hər  cür  cəhdlərin  və  qanunsuz    tətil, 

mitinq  və  çıxıĢların  qarĢısı  qətiyyətlə  alınacaqdır...  Lakin  Bakıda 

bolĢeviklərin  üsyan  planından  xəbər  tutan  Mustafa  bəyin  əmri  ilə 

polis  1920-ci  il  aprelin  11-də  AK(b)P-nin  fəal  üzvlərindən  DadaĢ 

Bünyadzadə (1888, Bakı qəzası, Fatmayı kəndi - 1938; otuzuncu il-

lərdə  repressiya  olunub,  güllələnmiĢdir...),  Vasili  Yeqorov  (1899, 

Rusiya,  Tambov  quberniyası,  Berezovka  kəndi-1938;otuzuncu  il-



 

199 


lərdə  repressiya  olunub,  güllələnmiĢdir...)  və  Əlixanov  müvəqqəti 

həbs olunmuĢdu. Ümumiyyətlə, 1920-ci ilin aprelində həmin səbəb-

lər üzündən  tutulan  60  siyasi  dustaq  var  idi. 

Ermənilərin ucbatından yaranan Qarabağ və qaçqınlar məsələ-

si də Azərbaycan Cümhuriyyəti hökumətinin problemli vəzifələrin-

dən  idi.  Bunu  Gəncənin  general-qubernatoru  X.Rəfibəyliyə  quber-

niyanın  qəzalarından  pristavlar  tərəfindən  göndərilən  raportlardan 

bilmək olardı. 

9

 

mart  1920-ci  il. 



Gəncə  Ģəhəri  polismeystrerinə. 

Cənab  qubernatorun  tapşırığı  ilə  Quberniya  İdarəsi  martın 

11-nə  vəsait toplamaq məsələsini müzakirə etmək üçün “Müsavat” 

partiyasının sədri Məşədi Əli Rəfiyevi, ”İttihad” partiyasının  sədri 

doktor  Aslan bəy Səfikürdskini (1881-1937), Həmkarlar İttifaqının 

sədri Məşədi Yusif Fərzixanovu, Kəndlilər İttifaqının sədri  Alış bəy  

Məmmədovu  qubernatorluğun  binasına  dəvət  etməyi  Sizə  təklif 

edir”

10

 



aprel 1920-ci il. 

Qaraçinar kəndi. Cənab Gəncə qubernatoruna. 

Raport. 

Zati  Alinizə  məlimat  verirəm  ki,  erməni  qarovvulları  əvvəlki 

təki Gülüstan kəndi tərfdən bizim süvari mühafizə dəstələrimizi atə-

şə tuturlar. 

Qəza  rəisi  Məmməd  Muradov”. 

Gəncənin  general-qubernatoru  X.Rəfibəyli  qaçqınlar  məsəlsi 

ilə  hər  gün,  təxirəsalmadan  məĢğul  olurdu.  Belə  ki,  Ermənistanın 

müxtəlif  yerlərindən  –  Göyçədən,  Zəngəzurdan  axıĢıb  gəlmiĢ  və 

gəlməkdə davam edən 20 min qaçqını yerləĢdirmək heç də asan mə-

sələ deyildi. X.Rəfibəyli bu iĢdə Gəncə camaatını, xüsusilə, imkanlı 

adamları  da  qaçqınlara  dayaq  olmağa  səfərbər  edirdi.  O,  bu  haqda 

daxili iĢlər naziri  M. Vəkilova vaxtaĢırı məlumat verirdi. 

...Bir  dəfə  daxili  iĢlər  naziri  M.Vəkilov  Bakı  qubernatoru  ilə 

söhbətində qeyd etmiĢdi ki, rüĢvətxorluqla mübarizə zəif aparılır... 

Bir sıra yüksək çinli polis məmuru və pristavlar yalnız imza atmaqla 

iĢlərini bitmiĢ hesab edir, bəziləri hətta oxumadan sənədə qol çəkir 

və fəaliyyətsizlik göstərirlər. Qubernator nazirin  bu qənaətini etiraf 



 

200 


etmiĢ  və  bildirmiĢdi  ki,  bir  çox  qulluqçular  doğrudan  da  “ideal” 

olmaqdan uzaqdırlar.  Belələrinə qarĢı mübarizə  davam  etdiriləcək-

dir... 

1920-ci  il  aprelin  5-də  daxili  iĢlər  naziri  M.  Vəkilovun  əmri 



ilə  qətlə  yetirilmiĢ  bolĢevik  fəalı  Ə.Bayramovun  “iĢi”  üzrə  burax-

dığı  “kobud”  səhvlərə  görə  Bakı  polismeysteri  həbs  edilmiĢdi... 

Bakı  Ģəhərinin  sabiq  polismeysteri  olmuĢ  Mustafa  bəy  Qabul  oğlu 

Qabulov sonralar bu haqda belə bəhs etmiĢdi: 

 ”1920-ci  il  aprelin  10-da  Tiflis  vağzalında  Ģəxsi  vaqonunda 

onu  qəbul  edən  daxili  iĢlər  naziri  Mustafa  Vəkilov  yeni  vəzifəyə  - 

Bakı  Ģəhərinin  polismeysteri  vəzifəsinə  təyin  olunduğumu  mənə 

bidirərək,  tapĢırdı ki, özbaĢınalığına  görə  polismeyster Rüstəm  bəy 

Mirzəyevi həbs edim. O və yaxın adamları Əli Bayramovun oğurla-

nıb  vəhĢicəsinə  qətlə  yetirilməsində  müqəssir  bilinirdilər.  Mən 

R.Mirzəyevi  və  daha  3  qorodovoyu  həbs  edib  silahlı  gözətçilərin 

müĢayiəti  ilə  Bayıl  Dustaqxanasına  saldırdım.  R.Mirzəyevin  yaxın 

qohumu,  4-cü  sahə  polisinin  pristavı  Nurəddin  Seyidovun  və  onun 

müavini  Süleyman  bəy  Sübhanverdixanaovun  yerlərini  dəyiĢib 

Balaxanıya göndərdim...”. 

Təyinat.  Bakı  MöhkəmləndirilmiĢ  rayonun  general-quberna-

toru,  general-mayor  Murad  Gəray  bəy  Tlexasın  7  aprel  1920-ci  il 

tarixli    6966  nömrəli  əmri  ilə    Bakı    polismeysteri    Rüstəm  bəy  

Mirzəyev  tutduğu  vəzifəsindən  azad  olunmuĢdu.  Azərbaycan  Xalq 

Cümhuriyyətinin daxili iĢlər naziri  M. Vəkilovun 10 aprel 1920-ci 

il  tarixli  əmri  ilə  Balaxanı-Sabunçu  polismeysteri  vəzifəsində  çalı-

Ģan Qabulov Mustafa bəy Qabul oğlu vəzifə xidmətində irəli çəkilə-

rək, sabiq polismeyster Rüstəm bəy Mirzəyevin yerinə - Bakı Ģəhə-

rinin polismeysteri vəzifəsinə təyin edilmiĢdi .  Bakının general-qu-

bernatoru, general-mayor M. Tlexasın 19 aprel 1920-ci il tarixli və 

daxili iĢlər naziri əvəzi ġ. Rüstəmbəylinin 21 aprel 1920-ci il tarixli 

60 nömrəli əmriylə Rüstəm bəy Heybət bəy oğlu Kərimbəyov Lən-

kəran  qəzasının  rəisi  (o  vaxt  Lənkəran  qəzası  Bakı  quberniyasının 

tərkibində  idi)  vəzifəsindən  azad  edilərək,Rüstəm  bəy  Mirzəyevin 

yerinə Balaxanı-Sabunçu polismeysteri təyin edilmiĢdi. Azərbaycan 

Cümhuriyyəti  DĠN-in  Lənkəran  Qəzasında  Səlahiyyətli  müvəkkili  

Bəhram  xan  Naxçıvanskinin 21 aprel 1920-ci il tarixli 70 nömrəli 


 

201 


əmri  ilə  onun  böyük  köməkçisi  Adil  bəy  Kəngərlinski  müvəqqəti 

olaraq  Balaxanı  Sabunçu  polismeysteri  vəzifəsinə  irəli  çəkilmiĢ 

Rüstəm bəy Kərimbəyovun yerinə Lənkəran qəzasının rəisi vəzifə-

sinə təyin olunmuĢdu. 

Qeyd etmək lazımdır ki, hətta əqidəsinə görə mövcud qurulu-

Ģa  qarĢı  çıxıĢ  edənlərin  qanundan  kənar,  özbaĢına  cəzalandırıl-

masına  yol  verilməyəcəyinə  dair  zəmanət  veriləcəyinə  daxili  iĢlər 

naziri  M.  Vəkilov  bəyanat  vermiĢdi.  Məsələn  ,  bolĢevik  Ə.  Bayra-

movun həyat yoldaĢı C.Bayramova 1920-ci il aprelin 9-da Azərbay-

can Cümhuriyyətinin daxili iĢlər naziri  M.Vəkilova ərizə ilə müra-

ciət edərək göstərmiĢdi ki, həmin il mart ayının 22-dən 23-nə keçən 

gecə onun əri Bakı Polismeysterliyinin qorodovoyları və mühafizə-

çiləri  olan  Gəncə  sakinləri  Vəli  MəĢhədihüseyn  oğlunun,  Həbibin 

və Əbdürrəhmanın bilavasitə iĢtirakı ilə baĢı kəsilməklə vəhĢicəsinə 

qətlə  yetirilmiĢdir.  Həmdə  bu  cinayət  Bakı  qradonaçalnikinin  və 

Bakı polismeysterinin razılığı ilə baĢ vermiĢdir. Və adları çəkilənlər 

cəzalanmalıdırlar”.  Bununla  əlaqədar  nazir  M.Vəkilovun  ərizənin 

üstünə  yazdığı  dərkənarda  deyilirdi:  ”Bakı  Dairə  Məhkəməsinin 

prokuroruna.  Bu  ərizə  əsasında  lazımi  tədbirlər  görmənizi  xahiĢ 

edirəm”. 

Tarixi sənədlər  Ə. Bayramovun qatilnin konkret kim olduğu-

nu  müəyyənləĢdirməyə imkan vermir.Lakin onun məhz Bakı Polis-

meysterliyindən  yoxa  çıxması  (o  vaxt  siyasi  dustaq  kimi  yatan  

görkəmli  bolĢeviklərdən  DadaĢ  Bünyadzadə demiĢdi  ki, qorodo-

voylar  Ə. Bayramovu Polismeysterlikdə  görmüĢlər) sonra isə vəh-

Ģicəsinə qətlə  yetirilməsi hakimiyyətin cəza orqanında hələ qanun-

suzluqlar və bəzi ordakı məmurların “gizli iĢlərlə” məĢğul olmaları-

nı göstərirdi. Buna görə də Azərbaycanda sovet hakimiyyəti qurul-

duqdan  sonra  Ə.Bayramovun  öldürülməsi  ilə  əlaqədar  aparılan 

məhkəmə  prosesi  nəticə  etibarı  ilə  çox  amansız  hökm  çıxarmıĢdı. 

Belə  ki,  Ə.Bayramovun  qətlində  günahkar  bilinənlərin  bir  qədər 

tələsikliklə,  cəmi  bir  həftə  davam  etmiĢ  məhkəmə  mühakiməsi 

1920-ci ilin mayın 20-dən sonra baĢlanmıĢdı.Müttəhimlər kürsüsün-

də qorodovoydan tutmuĢ qoçu, pristav və generala  qədər  20  “mü-

qəssir”  oturmuĢ, 69 Ģahid  dindirilmiĢdi. 


 

202 


Bu  cəhətdən  Azərbaycan  SSR  Ali  Ġnqilabi  Tribunalının  28 

may 1920-ci il tarixli hökmü səciyyəvidir.  Sədr Teymur Namaz oğ-

lu Əliyevin (29 oktyabr 1890, ġuĢa-mart 1938; otuzuncu illərdə rep-

ressiyaya  məruz  qalmıĢ,  1938-ci  il  martın  8-dən  9-na  keçən  gecə 

güllələnmiĢdi),  Lev  Qantsın,  Yefim  Ġvanoviç  Rodionovun  (əslən 

Rusiyanın  Saratov  quberniyasının  Xmelevki  kəndindən  idi.  Sonra-

lar, Azərbaycan SSR-in xalq poçt və teleqraf komissarı, Bakı Soveti 

sədrinin  müavini  və  s.  vəzifələrdə  içləmiĢdi.  Otuzuncu  illərdə  rep-

ressiya  olunmuĢ,  həbs  edilərək,  1937-ci  ilin  dekabrında  güllələn-

miĢdi),  Zeynal  DadaĢovun  və  Mir  BəĢir  Qasımovun  (1879-1949) 

üzv  olduğu  Ġnqilabi  Tribunal  həmin  cinayət  iĢi  ilə  əlaqədar  olaraq 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  daxili  iĢlər  nazirinin  müavini    

ġ.  Rüstəmbəylini,  Bakının  general-qubernatoru  Murad  Gəray  bəy 

Tlexasıda (1874-1920) ölüm cəzasına məhkum etmiĢdi. 

Azərbaycan  Xalq  Cümhiriyyətinin  sonuncu  daxili  iĢlər  naziri 

M.Vəkilovun  (Mustafa  bəy  Bakıda  KladbiĢenski  (Qəbristanlıq) 

küçəsi,  9  nömrəli  evdə  (indiki  Nazirlər  Kabinetinin  və  Teleteatrın 

yaxınlığında  “Qəhrəmanlar”  Evinin  yanında  ikimərtəbəli  binada 

yaĢayırdı. Ġndi orada hündürmərtəbəli kooperativ bina ucalır və alt 

mərtəbəsində  flora  və  fauna  muzeyi  yerləĢir)  daxili  iĢlər  nazirliyi 

dövründə  polis  quruculuğu  zamanın  tələblərinə  uyğun  qurulmaqla 

aparılır və inkiĢaf edirdi. Onun nazirliyi zamanı Azərbaycan Cüm-

huriyyəti  Daxili  ĠĢlər  Nazirliyinin  və  respublika  polisinin  mərkəzi 

və yerli təĢkilati strukturları aĢağıdakı kimi idi: 

-

 

Daxili  iĢlər  naziri  Mustafa  bəy  Vəkilov  (xidməti  telefon 



nömrəsi-57-57; mənzil nömrəsi 39-72 idi). Onun müavini ġəfi bəy 

Rüstəmbəyli.  Dəftərxana  direktoru  və  vitse-direktoru  Rza  bəy 

Ağasıbəyov. 

-

 



DĠN-in 6 Ģöbəsi vardı: 1-ci Ģöbə. Rəisi Nikolay Doljenkov. 

2-ci  Ģöbə.  Rəisi  Aleksandr  Motorin.  3-cü  Ģöbə.  Rəisi  Ġvan  Baliçki. 

4-cü  Ģöbə.Rəisi  Sonazır  Taprov.  5-ci  Ģöbə.  Rəisi  knyaz  Vladimir 

Çaçba-ġervaĢidze. 6-cı-ĠnĢaat Ģöbəsi. Müdiri Panteleymon Kosyurp. 

Hüquq  məsləhətçisi  Vladimir  Qadaseviç.  Xüsusi  tapĢırıqlar  üzrə 

kargüzar  məmurlar:  baĢ  polis  məmuru  Ġlya  Pavliyev;  kiçik  polis 

məmuru Abdulla DadaĢov. Katiblik  Məmmədağa Agayev. Ġnzibati 

Ġnspeksiya  -  baĢ  inspektor  Ömər  Faiq  əfəndi  Nemanzadə.  Ġnzibati 



 

203 


Ġnspeksiya  (Polis  MüfəttiĢliyi)  Nikolayev  (indiki  Ġstiqlaliyyət)  kü-

çəsi, 7 nömrəli evdə yerləĢirdi). Dəftərxana direktoru Səmədağa Qa-

yıbov.  Dəftərxana  katibi  Teymur  Hüseynzadə.Qeydiyyatçı  Əhməd 

Əfəndizadə.  Bakı  rayonu  üzrə  polis  redaktoru  Səməd  bəy  Əli  Ġs-

gəndərov.  Gəncə  rayonu  üzrə  polis  redaktoru  Ġsmayıl  ağa  Vəkilov 

(1863-1931).  Göyçay  rayonu  üzrə  polis  redaktoru.  Əhməd  ağa 

Vəkilov.  ġuĢa  rayonu  üzrə  polis  redaktoru    Məmməd  Həsən  bəy 

Mirzəcamalov. Quba rayonu üzrə polis redaktoru Mirzə Vəlizadə. 

Bakıda  Daxili  ĠĢlər  Nazirliyinə  tabe  olan  aĢağı  polis  təĢkilat-

ları və onların strukturları belə idi: 

BAKI  MÖHKƏMLƏNDĠRĠLMĠġ  RAYONUN  HƏRBĠ  GE-

NERAL-QUBERNATORLUĞU  (15  fevral  1905-ci  ildə  təsis  edil-

miĢdir) (Birja, indiki Ü.Hacıbəyov küçəsi, 8 nömrəli ev).Bakı rayo-

nunun  hərbi  qubernatoru.  General-mayor  Murad  Gəray  bəy  Tlexas 

(1874-1920).  Dəftərxana  rəisi  Sergey  Romanov.  Xüsusi  tapĢırıqlar 

üzrə məmur Boris Spektor. Mənzil Ģöbəsinin müdiri Xəlil bəy Sul-

tanov və onun köməkçisi Musa bəy Hüseynov. 

BAKI  QUBERNATORLUĞU.  Qubernator  (qubernator  vəzi-

fəsi  hələ  1872-ci  ildə  təsis  edilmiĢdi).  Qubernator  Əmir  bəy  Nəri-

manbəyov (Əmir bəy  Nərimanbəyov bu vəzifəyə daxili  iĢlər naziri 

əvəzi-vitse-nazir,  general-mayor  M.S.  Ağabəyzadənin  2  sentyabr 

1919-cu il tarixli əmri ilə təyin edilmiĢdi. Ə. Nərimanbəyovun aylıq 

məvacibi 3.600 manat idi. Onun böyük köməkçisi Əmirxan Xoyski 

(1888-1954) (o, bu vəzifəyə 2 sentyabr 1919-cu ildə təyin edilmiĢdi. 

Aylıq məvacibi 2.700 manatıydı) və köməkçisi Qafarov idi.. 

BAKIQRADONAÇALNĠKLĠYĠ.  (ġƏHƏR  RƏĠSLĠYĠ).  (Bir-

ja  (indiki  Ü.Hacıbıəyov)  və  Krasnovodsk  (indiki  Səməd  Vurğun) 

küçəsinin  kəsiĢdiyyi  yerdə,  Budaqovun  evi)  yerləĢirdi).  Bakı  Qra-

donaçalnik Puda (əslində Quda) Əliyeviç Qudiyev (1880-1920) (o, 

bu  vəzifəyə  15  iyun  1919-cu  ildə  təyin  olunmuĢdu).  Polismeyster-

liyin katibi. Ġsmayıl xan oğlu TalıĢxanov (Lənkəranın məĢhur TalıĢ-

xanovlar  (TalıĢinskilər)  nəslindən  çıxmıĢdır.  Atası  Mir  Əsgər  xan 

TalıĢxanov  (1841-1920)  general-mayor  rütbəsinə  malik  idi...  O, 

”Müsavat” partiyasının üzvü kimi Azərbaycan hökumətinin Lənkə-

randa  Səlahiyyətli  nümayəndəsi  seçilmiĢdi).  Dəftərxana  müdiri 

Georgi  Dqebuadze.  Xüsusi  tapĢırıqlar  üzrə  baĢ  məmur  Xasbulat 



 

204 


Cambulatov. Kargüzar Vasili Lukin. Arxivarius Məmməd Cəfərov. 

Tərcüməçi Əzimağa Vəlixanov.Qorodovoy hazırlayan məktəb (Ġçə-

riĢəhər). Müdiri polis podpolkovniki ġükür bəy YüzbaĢınski (o, bu 

vəzifəyə 1918-ci ilin sentyabrından təyin edilmiĢdi...). 

BAKI  ġƏHƏR  POLĠSMEYSTERLĠYĠ.  Hələ  çar  Rusiyası 

dövründə,  1868-ci  ildə  yaradılmıĢ  və  Azərbaycan  Xalq  Cümhuriy-

yəti  dövründə  də  polisin  bir  xidmət  strukturu  kimi  Birja  küçəsi  – 

21-də, Skobelevlərin evində  yerləĢirdi). Bakı polismeysteri Rüstəm 

bəy  Mirzəyev  (1840  Gəncə  -1920,  Bakı)  (o,  bu  vəzifəyə  15  iyun 

1919-cu  ildə  təyin  edilmiĢdi),  BaĢ  polis  qulluqçusu  Mehrəli  bəy 

Fərzəlibəyov.  Mansur  bəy  ġıxlinski.  Kiçik  polis  qulluqçusu,  sonra 

polismeysterin müavini olmuĢdu. Onun 2 köməkçisi (Fyodr Varakin 

və Mixail Lasinski), onların 2 köməkçisi (Velyamin Naydel və Mir 

Həmdi bəy TalıĢxanov), xəzinədar (Anatoli Fedotyeviç);qeydiyyatçı 

(Mariya Karaseva) və arxivarius (Yusif Ağayev). 

Bakı Polismeysterliyi 10 sahə pristavlığından, Liman və Ehti-

yat  polisindən  ibarət  idi.  1-ci  sahə  pristavlığı  Bibi  Heybətdə,  58 

nömrəli  evdə  yerləĢirdi.  Pristav  Abbas  bəy  Usubbəyov  (o,  sovet 

hakimiyyəti  qurulduqdan  sonra  həbs  olunmuĢ  və  Azərbaycan  FK 

Kollegiyasının qərarı ilə 1921-ci ildə güllələnmiĢdir...), katib Stepan 

Popov.  2-ci  Qala  sahə  pristavlığı  Böyük  Çəmbərəkənd  küçəsi,  ev 

111/13-də  yerləĢirdi.  Pristav  Ġlyas  bəy  Hacı  Əlibəyov,  köməkçisi 

Qafar Həsənov, katib Vlasi Selivançik. 3-cü Aleksandr Nevski sahə 

pristavlığı. Spassk keçmiĢ Qasım Ġsmayılov (indiki Zərgərpalan kü-

çəsi)- 53-də yerləĢirdi. Pristav Rzaqulu bəy Məmmədzadə, kömək-

çisi Həbib Ġsgəndərbəyov, katib Leonti Vyaznov. 4-cü ġamaxı sahə 

pristavlığı. Spassk küçəsi-122-də  yerləĢirdi. Pristav Nurəddin Seyi-

dov,  köməkçisi  Qərib-Sultan  Alboqaçiyev,  katib  Adam  Ravinski.    

5-ci Mərkəzi sahə pristavlığı. Merkuryev (indiki Azərbaycan) pros-

pekti,  1/21-də  yerləĢirdi.  Pristav  Mixail  Vasilyeviç  Vakulo  (sovet 

hakimiyyəti  qurulduqdan  sonra  Bakı  qradonaçalniki  Q.Qudiyevlə 

birlikdə  həbs  olunmuĢ,  Azərbaycan  SSR  Ali  Ġnqilabi  Tribunalının 

1920-ci  il  29  avqust  tarixli  əmri  ilə  ona  10  il  iĢ  kəsilmiĢdi...),  kö-

məkçisi    Mirzə  Axundov,  katib  Yakov  Yefimov.  6-cı  Mixaylovski 

sahə pristavlığı. Qoqol (indiki Mərdanov qardaĢları) küçəsi - 46-da 

yerləĢirdi.  Pristav  Abutalıb  Sadıxov,  köməkçisi  Məhəmməd  Sulta-



 

205 


nov, katib Ġlya Bezsolov. 7-ci Romanovski sahə pristavlığı. BolĢaya 

Morskaya  (indiki  Bül-Bül)  prospekti-36-da  yerləĢirdi.  Pristav  Qri-

qori  ġpak,  köməkçisi  Camir  Adcı  Mustafa  Əliməmmədov,  katib 

Dmitri  Zaldastanov.  8-ci  Kapitanski  sahə  pristavlığı.  N.Priyutskoy 

küçəsinin küncü Otaslavski küĢəsi, 219/58-də yerləĢirdi. Pristav Fa-

taliyon  Qulambəyov,  köməkçisi  Paçaxat  bəy  AbaĢidze,  katib  Tro-

fim  Vasuyenko  -  Bobruyusok;  9-cu  Zavağzal  sahə  pristavlığı.  1-ci 

Slaboda  küçəsi-13-də  yerləĢirdi.  Pristav  Həsən  bəy  Firidunbəyov, 

köməkçisi Məmmədəli BaxĢəliyev.10-cu QaraĢəhər sahə pristavlığı. 

AğĢəhər  Ģosesində,  Yaqub  Sərkisovun  evində  yerləĢirdi.  Pristav 

əvəzi Sadıx Abbasov idi. Liman sahə pristavlığı. Minarət küçəsi 18 

nömrəli  evdə  yerləĢirdi.  Pristav  Hüseyn  bəy  ġıxlinski.  Onun  kö-

məkçisi Talıb bəy Həsənbəyovi (1897-1920.1920-ci ildə bolĢeviklər 

tərəfindən  həbs  olunaraq,  Nargin  adasında  güllələnmiĢdir...)  idi. 

Ehtiyat  polisi  Birja  (indiki  Ü.Hacıbəyov)  küçəsi-21-də  yerləĢirdi. 

Müdir Nikolay Kolaydoviç... 

Bakı  Polismeysterliyinin  14  nərdən  ibarət  Xəfiyyə  ġöbəsi 

vardı. ġöbənin rəisi Əbdül Məcid Rebirov, köməkçisi Ġlya ĠnaliĢvili, 

bayır xidməti hissəsinin rəisi Süleyman bəy Sübhanverdixanov, kar-

güzarı  Ġvan  Markelov  idi.  ġöbə  əməkdaĢlarının  9  nəfəri  polis  nə-

zarətçisi  idi.  ƏməkdaĢlar  milli  tərkibcə  müxtəlif  millətlərdən  təĢkil 

olunmuĢdu. Bundan baĢqa, Bakı Ģəhər Upravası ilə müntəzəm birgə 

fəaliyyət göstərən ayrıca polis də vardı ki, Ģəhər Upravası təsərrüfat 

-  abadlıq  iĢlərində  və  s.  də  onun  xidmətindən  istifadə  edirdi.  Bu, 

hələ çar Rusiyası dövründən belə idi. Həm Xəfiyyə polisi və həm də 

Uprava polisi Bakı Ģəhər Qradonaçalnikliyinə də tabe idi. 

BALAXANI-SABUNÇU  POLĠSMEYSTERLĠYĠ.  Hələ  çar 

Rusiyası dövründə, 1897-ci ildə yaradılmıĢ, Azərbaycan Xalq Cüm-

huriyyəti dövründədə polisin bir xidmət strukturu kimi saxlanmıĢdı. 

Sabunçu  kəndində,  Martınov  küçəsi  ev  213-də  yerləĢirdi.  Polis-

meyster  Mustafa  bəy  Qabul  oğlu  Kabulov  (əslində  Qabulov)  idi. 

Onun böyük köməkçisi Vladimir Qulyanoviç. Kiçik köməkçisi Sul-

tan bəy Əhmədbəyov. Ehtiyat polisi (müdiri Ġbrahim bəy Davıdov). 

Mərkəzi Ünvan Stolu (ġöbə). ġöbə rəisi Əbdül Cabbar Ələkbərzadə 

idi. Xəfiyyə polisi. 1918-ci ilin sonunda  Bakı qəza rəisliyi ləğv olu-


 

206 


nanda  onun  bütün  ərazisi  də  Balaxanı-sabunçu  polismeysterliyinə 

verilmiĢdi. 

Balaxanı-Sabunçu  Polismeysterliyi  7  sahə  polis  pristavlığın-

dan ibarət idi. 1-ci sahə polis pristavlığı Sabunçu kəndində yerləĢir-

di. Pristav Ġlyas Tomayev, köməkçisi Dursun bəy Xıdırbəyov idi. 2-

ci  sahə  pristavlığı  Ramana  kəndində  yerləĢirdi.  Pristav  knyaz  Ġvan 

Avalov, köməkçisi Georgi EliaĢvili idi. 3-cü sahə pristavlığı Zabrat 

kəndində  yerləĢirdi.  Pristav  əvəzi  Əkbər  ağa  Məmmədov  idi.  4-cü 

sahə  pristavlığı  Balaxanı  kəndində,  Ġbrahimovun  evində  yerləĢirdi. 

Pristav Ağa bəy Misirxanov (1885-1938), köməkçisi Qədir bəy Ba-

laqədirbəyov idi. 5-ci sahə pristavlığı Suraxanı kəndində, Balayevin 

evində yerləĢirdi. 6-cı sahə pristavlığı.Binəqədi kəndində, O . Baba-

yevin evində yerləĢirdi.7-sahə pristavlığı. Corat kəndində yerləĢirdi. 

Pristav Xosrov Ġmaməliyev, köməkçisi Mirzə Əfəndiyev idi. 

Azərbaycan Xalq Cümhuriyyəti DĠN-in Dəftərxanasına, daxili 

iĢlər nazirinin adına qubernatorlar və qəza rəisləri tərəfindən göndə-

rilən  hesabatlara  əsasən  respublikanın  qəza-Ģəhər  polisinin təĢkilatı 

vəziyyəti və strukturu əsas etibarı ilə pristavlıqlardan ibarət olmaqla 

aĢağıdakı kimi idi: 

BAKI QUBERNĠYASI. (Ərazisi 39.075.15 km.): – Tərkibinə 

5  qəza:  Göyçay,  Cavad,  Quba,  ġamaxı  və  Lənkəran  qəzaları  daxil 

idi. 


GÖYÇAY  QƏZASI.  Mərkəzi  Göyçay  Ģəhəri  idi.  Çar  höku-

mətinin 9 dekabr 1867-ci il tarixli inzibati islahatına əsasən 1868-ci 

il  yanvarın  1-də  Bakı  quberniyasının  tərkibində  yaradılmıĢdı.  Mər-

kəzi Göyçay Ģəhəri idi. 1917-ci ilə aid mənbələrə görə Göyçaya Al-

xasova (Alxas adlı Ģəxsin adıdır) və Yalman demiĢlər.Qəza Ġdarəsi-

nə qəza rəisi, onun müavini, məntəqə iclasçıları, xəzinədar və polis 

idarəsi daxil idi. Göyçay qəzası Azərbaycanın  rayonlaĢdırılması ilə 

əlaqədar 1929-cu ilin aprelində ləğv olunmuĢdu. 1930-cu il avqus-

tun 8-də rayon təĢkil edilmiĢdir). 

Göyçay Qəza Ġdarəsinin rəisi. Aylıq məvacib 2500 manat idi. 

Niftəli (əslində Lütvəli) bəy Zülqədərov (o,bu vəzifəyə Azərbaycan 

Cümhuriyyətinin daxili iĢlər naziri N.Yusifbəylinin 23 iyun 1919-cu 

il  tarixli  85  nömrəli  əmri  üzrə  təyin  olumuĢ  və  14  fevral  1920-ci 


 

207 


ilədək xidmət etmiĢdi). Niftəli bəyin böyük köməkçisi Mahmud bəy 

Fərzəlibəyov, kiçik köməkçisi Hacı Abdullayev.  

BeĢ sahə pristavlığı mövcud idi:  

1.Göyçay Ģəhər pristavlığı.Pristav Axundov, köməkçisi Əliba-

ba Əliyev. 

2. Ġvanovski pristavlığı (Göyçay Ģəhəri).Pristav Rüstəmbəyov, 

köməkçisi ƏliĢ Rzayev. 

3. Kürdəmir sahə pristavlığı. Mərkəzi Kürdəmir stansiyasında 

yerləĢirdi. Pristav Hacı Yunus, köməkçisi Əhməd Bədirov (”Kürdə-

mir”  keçmiĢdə  indiki  Kürdəmir  Ģəhərinin  ətrafındakı  torpaqlardan 

qıĢlaq kimi istifadə edən Kürdəmir adlı Ģəxsin adını daĢıyır... Kür-

dəmirə  Sor-Sor  və  Xınıslı  da  demiĢlər  (Xınıslı  tayfa  adıdır).  1930-

cu il avqustun 8-də Kürdəmir rayonu təĢkil edilmiĢdir...). 

4.  BərgüĢad  sahə  pristavlığı.  Mərkəzi  Ucar  stansiyasında  idi. 

Pristav Nəbibəyov, köməkçisi Ələkbərov (Ucar ġirvan düzündə yer-

ləĢirdi. Ucarın adı həmdə Qarabörk olub (Qarabörk qədim türk tay-

fasının adıdır). 1939-cu ildə Ucarda rayon təĢkil olunmuĢdu. 1963-

cü il yanvarın 4-də Zərdab rayonu da ləğv edilərək Ucar rayonuna 

verilmiĢdi...Lakin  1965-ci  ildə  yenidən  öz  müstəqilliyini  bərpa  et-

miĢdir...). (”Zərdab” fars sözüdür. ”Zərdab” sözüylə əlaqədar müx-

təlif  ehtimallar  mövcuddur.  Bir  qisim  müəllifıər  hesab  edirlər  ki, 

farsca  ”zərd”-“sarı”,  ”ab”–“su”,  yəni  xəstəlik  yayan  “sarısu” 

deməkdir.  Bir  baĢqaları  hesab  edirlər  ki,”Zərdab”  “axmaz”,  ”göl-

məçə” mənasındadır. N. Zeydlis “Bakı quberniyası” kitabında “Zər-

dab” sözünü “soyuq su” kimi izah edir.Bir qrup müəlliflər isə hesab 

edirlər  ki,  ”farsca  “Zərdab”  əncir  bol  olduğundan  əncir  yeyən,  əti 

yeyilən məkan quĢu, ”əncirquĢu”dur...Vaxtıilə Zərdabın yeri Tyqay 

meĢələri olmuĢdur. Burada “zərd”-“əncirquĢu” çox olmuĢ və bu da 

yaĢayıĢ  yerinə  öz  təsirini  göstərmiĢdi.”Zərdab”  “qızıl  su”  kimi  də 

səciyyələndirilir...Zərdab qədim  yaĢayıĢ  yeridir.Mənbələrdə  Zərdab 

kəndinin adı ilk dəfə 1578-ci ildən məlumdur. 1884-cü ildə Zərdab 

500 evli kənd kimi qeyd edilmiĢdir...). 

5.  Müsüslü  pristavlığı.  Mərkəzi  Müsüslü  stansiyasında  idi. 

Pristav Mustafayev, köməkçisi Ġbrahimov idi. 

CAVAD  QƏZASI.  Mərkəzi  Salyan  Ģəhəri  idi.  Çar  hökumə-

tinin “Qafqazda inzibati islahatların keçirilməsi haqqında” 9 dekabr 



 

208 


1867-ci il tarixli fərmanına əsasən 1868-ci ildə Bakı quberniyasının 

tərkibində yaradılmıĢdı. Ərazisi 83.96,97 kv.km., əhalisinin 162.305 

nəfərini, o cümlədən 83.955 nəfərni (51,72 faiz) kiĢilər, 78.350 nə-

fərini  (42,27  faiz)  isə  qadınlar  təĢkil  edirdi.  Mərkəzi  Salyan  Ģəhəri 

idi. 

Cavad  Qəza  Ġdarəsinin  rəisi  (aylıq  məvacib  2500  manat)  Mə-



həmməd bəy Süleymanbəyov idi (o, bu vəzifəyə Azərbaycan Cümhu-

riyyətinin daxili iĢlər naziri N.Yusifbəylinin 15 noyabr 1919-cu il ta-

rixli əmri ilə 14 oktyabr 1919-cu ildən sayılmaqla təyin olunmuĢdu).  

Haşiyə: Salyan hələ 13-cü əsrdə böyük yaĢayıĢ məntəqəsi idi 

(“Salyan” sözü farsca “illik bağ, ”illik gəlir” mənasındadır. Digər 

fərziyəyə görə “salın yan aldığı yer” deməkdir, tədricən “Salyan” 

Ģəkilinə  düĢmüĢdür.  BaĢqa  bir  fərziyəyə  görə  qədim  türk  tayfa-

ları içərisində sal tayfasıda olmuĢdur. Karvan və ticarət yollarının 

üstündə  yerləĢən  Salyan  yaĢayıĢ  məntəqəsi  keçmiĢdə  məhz  sal 

tayfasının adını daĢımıĢdır. Beləki, orta  əsrlərdə  yaranmıĢ  yaĢa-

yıĢ  məntəqələrinin  əksəriyyəti  qəbilə,  tayfa,  nəsil,  tirə  və  Ģəxs 

adlarını daĢımıĢdır... Tarixin müxtəlif dönəmlərində Salyana Xə-

zər,  AĢağı  Qaramanlı,  Marıslı  da  (türk  tayfasının  adıdır)  demiĢ-

lər...  Salyan  rəsmi  sənədlərdə  1916-cı  ildən  Ģəhər  hesab  olun-

muĢdur.  Ġndiki  Salyan  rayonu  1930-cu  il  avqustun  8-də  təĢkil 

edilmiĢdir... Lakin Salyanın nə vaxt salındığı dəqiq məlim deyil. 

MəĢhur  coğrafiyaçı,  tarixçi,  etnoqraf  və  səyyah  Hacı  Zeynalab-

din ibn Axund Ġsagəndər ġirvani (1780-1838 )  yazırdıki, Salyan 

ġirvanın  cənub-Ģərqində  bir  limandır...Həmin  əsrin  axırlarında 

Salyanda  zərbxana  olmuĢ  və  burada  gümüĢ  və  mis  pullar  kəsil-

miĢdir...  Salyan  müqavimət  göstərdiyi  üçün  1795-ci  ildə,Ağa 

Məhəmməd  xan  Qacarın  birinci  yürüĢü  zamanı  talan  edilmiĢdi. 

Qeyd etmək lazımdır ki, Cənubi Rusiyada və Qafqazda ilk olaraq 

məhz 1894-cü ildə Salyanda meteroloji stansiya yaradlmıĢdı... 

Cavad qəzası 5 sahə pristavlığına bölünürdü

1.  Salyan  sahə  pristavlığı.  Ptistav  Haxcıyev,  köməkçisi  Xəlil 

Məmmədov. 

2. Cavad pristavlığı. Mərkəzi Petropavlovka kəndi idi. Pristav 

Hüseynbəyov, köməkçisi A.Axundov (Cavad adına hələ 16-cı əsrin 

tarixi  mənbələrində  rast  gəlinir.  Kür  və  Arazın  birləĢdiyi  yerdə, 



 

209 


SuqovuĢandaydı... Cavad 1768-ci ildə Quba xanlığının (1747-1806) 

tərkibində,  Türkmənçay  müqaviləsindən  (10  fevral  1828)  sonra  isə 



Rusiyanın tərkibində olmuĢdur...). 

Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin