İSTİqlal fəDAİLƏRİ – azərbaycan xalq cümhuriYYƏTİNİn daxiLİ İŞLƏr naziRLƏRİ



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə16/36
tarix05.03.2017
ölçüsü3,76 Mb.
#10119
1   ...   12   13   14   15   16   17   18   19   ...   36

Qeyd:  Əzəmətli  çariça  İkinci  Yekaterina  Böyük  (1729-1796; 

1762-1796-cı  illərdə  çarlıq  etmişdir)  fəth  məqsədilə  18-ci  əsrin 

sonlarında, 1796-cı ilin aprelində genera-anşef (general-leytenant), 

baş  komandan,  qraf  Valerian  Aleksandroviç  Zubovun  (1771-1804) 

başçılığı  altında  Azərbaycana  30  minlik  qoşun  göndərmişdi.  Xalq 

arasında “Qızılayaq” ləqəbilə çağırılırdı. Zubov 1794-cü ildə Rusi-

yaya  qarşı  Polşada  baş  vermiş  üsyanın  yatırılması  zamanı  çöldə 

hərbi  xəritə  çəkərkən  naqafil  atılan  top  mərmisindən  ayağından 

ağır  yaralanmışdı.  Onun  ayağını  kəsməli  olmuşdular.  Bir  ayağı 

kəsildiyindən  qızıl  suyuna  çəkilmiş  protez  düzəltmişdilər...).  V. 

Zubov  Şirvan  düzündə,  Cavad  yaxınlığında,  Kür  çayının  üstündə-

onun sol sahilində şəhər-qala tikilməsi ideyasını irəli sürmüşdü. V. 

Zubov belə hesab  edirdi ki,yeni  salınacaq şəhər  Volqa çayı  ilə Xə-

zər dənizinə girən rus gəmiləri üçün əlverişli liman olar. Bu şəhər-

qalnın  imperatriça  İkinci  Yekateinanın  şərəfinə  “Yekaterinaserd” 

adlandırılması nəzərdə trutulmuşdu. Lakin 1796-cı il noyabrın 6-da 

çariça İkinci Yekaterina qəflətən öldüyü üçün qraf V. Zubov tələsik 

Azərbaycanı  tərk  edib  Rusiyaya  qayıtdığından  həmin  niyyət  baş 

tutmamışdı. Bununla belə, sonralar bu ideya həyata keçmiş, general 

V. Zubovun dediyi yerdə Çıplaqlı kəndində şəhərin əsası qoyulmuş-

du.  Yeni  şəhər-yaşayış  məntəqəsi  V.  Zubovun  şərəfinə  “Zubovka” 

adlanmışdı...  Çıplaklının  bir  tayfa  adı,  yaxud  ərazinin  bitki  örtü-

yünün az olması ilə bağlılığı ehtimal edilir... Azərbaycanın Göyçay 

rayonunda  Lək  Çıplak,  Türkiyənin  Mardin  və  Qars  vilayətlərində 

Çıplaklı kəndlərinə təsadüf olunur... Azərbaycan MİK-in  qərarı ilə 

1930-cu  il  avqustun  8-də  Əlibayramlı  rayonu  təşkil  olunmuşdu. 

1938-ci  ildə  Zubovka  adı  götürülmüş  və  Əlibayramlı  adlandırıl-

mışdı.  Zubovka  ilə  yanaşı  əhali  yeni  yaşayış  sahəsinə  “Qırxçı-

raq”da  deyirdi.  Yaxınlıqdakı  “Papanin”  adlanan  dəmiryol  stansi-

yası da Zubovkaya daxil olub gələcək rayon mərkəzinə çevrilmişdi. 

Ona 1920-ci il martın 23-də Bakıda qətlə yetiilmiş bolşevik Əli Bay-

ramovun  şərəfinə  Əlibayramlı  adı  verilmişdi.  Əlibayramlı  1938-

1954-cü  illərdə  şəhər  tipli  qəsəbə  olmuşdu...  İkinci  Dünya  müha-

 

210 


ribəsindən sonra Əlibayramlı şəhəri Azərbaycanın iri sənaye şəhər-

lərindən  birinə  çevrilmişdi...  1963-cü  il  yanvarın  4-də  Əlibayram-

lıya respublika tabeli şəhər statusu verilmişdi. Azərbaycan Respub-

likasının  Prezidenti  İlham  Əliyevin  7  may  2008-ci  il  tarixli  2800 

nömrəli sərəncamı ilə Əlibayramlı şəhəri  Şirvan şəhəri  adlandırıl-

mışdır...  Şirvan  şəhərinin  ərazisi  hazırda  72,7  kv.m.-dir.  Şirvan 

şəhəri Bakıdan 113 km. məsafədə yerləşir

Petropavlovka  indiki  Sabirabaddır.  1868-ci  ildən  burada  ilk 

ikimərtəbəli bina və pravoslav kilsəsi tikilmiĢdi. Çarizmin köçürmə 

siyasəti ilə əlaqədar 1887-ci ildə Muğana ukraynalı kəndlilər köçü-

rülmüĢdü. 1888-ci ildən oraya Petropavlovka adı verilmiĢdi. 1898-

ci  ildə  Yeni  Araz  (Para  Nuri),  habelə  Novo  Aleksandrovka  (Bay-

ramqulu) və Kaqeraman (yəqin Qəhrəman) kəndlərinin əsası qoyul-

muĢdu...  Petropavlovka  sonra  bir  müddət  Qalaqayın  adlanmıĢdır. 

1930-cu  il  avqustun  8-də  Petropavlovkada  rayon  təĢkil  olumuĢdu. 

1931-ci il oktyabrın 8-də Petropavlovka  görkəmli Azərbaycan Ģairi 

Sabirin  Ģərəfinə  Sabirabad  adlandırılmıĢdır.  1943-cü  ildə  qonĢu 

Saatlı (“yəni “saya atlı”, yaxud 11-ci əsrdə bura gəlmiĢ səlcuq türk 

tayfalarındn birinin adı olan sayatlı, saatlı, saadlı, sayadlı tayfasının 

adıdır)  rayonu  ləğv  olunmuĢ  və  ərazisi  Sabirabad  rayonuna  veril-

miĢdi. 1965-ci ildə indiki Saatlı rayonu yenidən müstəqil rayon ol-

muĢdur. Tarixin müxtəlif dönəmlərində Sabirabadı Qarasu, Kövrətli 

və Qaratuqay (meĢə ilə örtülmüĢ ovlaq, çoxmeĢəli ovlaq deməkdir), 

Poladtyqay  (Polad  meĢəsi),  Zəngər(n)ə  (qədim  türk  tayfasının  adı-

dır)  kimi  də adlandırmıĢlar. 

3.  Xıllı  pristavlığı. Bojiy Promısel kəndində  yerləĢirdi...  Pris-

tav Haqverdiyev, köməkçisi N.Həsənov (Xıllı Neftçalada ən böyük 

kəndlərdən  idi.  ”Neftçala”  əvvəl  “Trest”  qəsəbəsi  adlanıb.  1940-cı 

ildə  Neftçala  rayonu  yaradılıb.  1952-ci  il  oktyabrın  7-dən  Neftçala 

Ģəhəri adlanıb. 1959-cu ildə Neftçala rayonu ləğv edilib  və Salyan 

rayonuna verilib. 1973-cü ildən yenidən müstəqil rayondur). 

4.  Muğan  pristavlığı.  Sebidaj  sahəsində  yerləĢirdi  (indiki 

Cəlilabad). Pristav Feyzulla bəy Muradxanov, köməkçisi Ağabəyov 

idi (Rayon ərazisində mövcud olmuĢ HəmĢərə Ģəhəri e.ə.2-ci minil-

liyə aiddir... Ərəblərin iĢğalı zamanı HəmĢərə Ģəhəri dağıdılmıĢdı... 

Əvəzində  sonra  Hasıllı  Ģəhəri  məĢhurlaĢmıĢdı.Odur  ki,  tarixin 



 

211 


müxtəlif  dönəmlərində  Cəlilabada  Hasıllı,  həmçinin  Alar  da  (Alar 

türk-Ģahsevən  tayfasının  adıdır,  Cəlilabad  rayonunda  indi  də  Alar 

kəndi vardır). 1845-ci ildə Rusiyanın Astarxan (HəĢtərxan) Ģəhərin-

dən buraya çoxlu rus ailəsi köçürülmüĢdü. Həmin vaxtdan ərazi As-

tanxanbazar  adlanmıĢdı.  Astarxanbazarda  rayon  8  avqust  1930-cu 

ildə  yaranmıĢdı.  Azərbaycan  Ali  Soveti  Rəyasət  Heyətinin  2  iyul 

1967-ci il tarixli fərmanı ilə Astarxanbazar adı ləğv olunmuĢ və ona 

böyük Azərbaycan  yazıçısı Cəlil Məmədquluzadənin Ģərəfinə Cəli-

labad adı verilmiĢdir). 

5.  Biləsuvar  sahə  pristavlığı.  Pristav  R.Rəcəbov,  köməkçisi 

Allahverdiyev.  Pristavlıq  Qaradonlu  kəndində  yerləĢirdi...(1930-cu 

ildə  Qaradonlu  rayonu  təĢkil  olunub.  Qaradonlu  adı  1938-ci  ilədək 

adlanıb.  Qaradonlu  indiki  ĠmiĢli  Ģəhərinin  və  rayonunun  adıdır. 

ĠmiĢlinin ilkin adlarından biri Ağcüyür, yəni “ağımtıl rəngli söyüdə 

oxĢar ağac bitən yer” adlanmıĢdır...). 

Tarixçi,coğrafiyaçı,arxeoloji alimlər “Biləsuvar” adının türkcə 

“burada su var”, ərəbcə “suv-ar”, ”sub-ar”, yəni “böyük atlı”, farsca 

”suvar”, yəni “hərbi atlı” kimi söyləyirlər... Bu adı Muğanda yaĢa-

yan xəzər türk tayfalarından olan Bil və Suvarların adı ilə əlaqələn-

dirənlərdə var... Səkkizinci əsrdə ərəb sərkərdəsi Səid Əl-HərəĢinin 

onlara  qalib  gəlməsi  tarixi  faktdır.  Biləsuvar  toponimi  ilə  əlaqədar 

bir sıra alimlər, tədqiqatçılar və el ağsaqqalları “Belə su var”, yəni 

“yaxĢı  su var”, ”bol  su var”, ”bolllu  su var”, ”çoxlu su var” qəna-

ətindədirlər.  Bu  adın  qədimdən  Azərbaycanın  Muğan  bölgəsində 

yaĢayan türk tayfalarının oğuz soyuna aid alan suvar tayfasının adl 

ilə bağlı olduğunu bildirənlər də var...Görkəmli tarixçilər L.Qumil-

yov  (Lev  Nikolayeviç  Qumilyov.ĢərqĢünas  tariçi  alim.1  oktyabr 

1912-ci ildə Tver quberniyasında anadan olmuĢ, 5 aprel 1992-ci ildə 

80 yaĢında Moskvada vəfat etmiĢdir.O, 1967-ci ildə yazdığı “Qədim 

türklər” adlı əsəri ilə xüsusilə məĢhurlaĢmıĢdı. L.Qumilyov məĢhur 

rus Ģairəsi Anna Axmatovanın (qızlıq soyadı Qorenkodur) (23 iyun 

1889,  Odessa,  Ukrayna-5  mart  1966,  Domodedovo,  Moskva)  oğlu 

idi), Süleyman Əliyarlı, Oqtay Əfəndiyev B. Kumekov və b. qədim-

dən  Muğan  və  digər  bölgələrdə  yaĢayan  suvar  tayfasını  “savirilər” 

kimi  də  adlandırmıĢ,  onların  e.ə.11-10-cu  əsrlərdə  Altaydan  Kiçik 

Asiyaya və Qafqaza gəldiyini yazırlar. Suvarlar digər türk tayfaları 



 

212 


kimi  cəngavərlikləri  ilə  fərqlənmiĢlər.Hələ  V  əsrdə  “Avropanın 

imperatoru”  titulunu  qazanmıĢ,  böyük  Hun  (macar)  Ġmperiyasının 

hökmdarı  Atilayın  (Atillanın) (doğulub  395-ci  ildə-vəfat  edib  453-

cü  il)  ordusunda  bu  tayfanın  döyüĢçüləri,  ən  peĢəkar,  qorxmaz  və 

xüsusi tapĢırıqları  yerinə  yetirən tayfa kimi “suvari” adıyla tnınmıĢ 

və  qoĢunun  tərkibində  elita  dəstəsi  kim  “quzlar”ın  (oğuzlar”ın) 

baĢında  ən  ön  cərgədə  getmiĢlər.  Sonralar,Türk  Dünyasında  və 

ümumiyyətlə, bütün ġərqdə peĢəkar və ən yaxĢı döyüĢkən dəstələrə 

“suvar” tayfasının adıyla süvarilər deyirdilər. Xüsusi təyinatlı hərbi 

dəstələr  əksər  hallarda,  məhz  suvarilərdən  ibarət  olub.”Biləsuvar” 

sözünün  mənası  Muğanda  (“muğ”-“düz”,”an”-“yer”,  yəni  “düz 

yer”, ”düzənlik” deməkdir) ”Muğan” sözü Altay mənĢəli türk sözü-

dür) Pilsuvar (“Pil”, ”Fil”-əjdaha boyda, çöx böyük, pəhləvan, igid 

deməkdir),  yəni  “igid  suvar”.  Beləliklə,  ”Biləsuvar”  sözünün  mə-

nası  Muğanda  çöx  su  olması  deyil  (əksinə,  burada  su  həmiĢə  az, 

suvarma isə problem olub) birbaĢa suvar oğuz türk tayfasının adıyla 

bağlıdır (Bu haqda ətraflı bax: Yəhya  Yusif  Canıyar. ”Turan Mü-

barizi”  kitabı. Bakı, ”Ozan” nəĢriyyatı, 2011, səh.137)... Biləsuvar 

rayonu  1930-cu  il  avqustun  8-də  yaranıb.  1938-ci  ilədək  PuĢkin 

(böyük rus Ģairi Aleksandr PuĢkinin (10 iyun 1799-10 fevral 1937) 

Ģərəfinə)  adlandırılıb.  1938-ci  ildə  ləğv  edilərək,  ərazisi  Cəlilabad 

rayonu  ilə  birləĢdirilmiĢdi...1964-cü  ildən  yenidən  müstəqil  rayon-

dur. Tarixin  müxtəlif  dönəmlərində Biləsuvara  Ağayrı və Ağalı da 

demiĢlər... 

QUBA  QƏZASI.  Mərkəzi  Quba  Ģəhəri  idi.  Onuncu  əsrdə 

yaĢamıĢ  ərəb  alimlərinin  coğrafi  lüğətlərində  Quba  Azərbaycan 

Ģəhərləri  arasında  “Kubba”  kimi  qeyd  olunb.  Səfəvi  qaynaqlarında 

isə  Ģəhərin  adı  “Qübbə”  kimi  öz  əksini  tapmıĢdır.  Qubanın  əsası 

1744-cü  ildə  qoyulmuĢdur.  Rəvayətə  görə  “Quba”  sözü  Nadir  Ģah 

ƏfĢarın  (1688-1747)  buraya  yürüĢü  zamanı  qurduğu  çadırın  qüb-

bəsinə  iĢarə  etməsindən  yaranmıĢdır.  Qubanın  türkcə  “köbə”,  yəni 

“sahil” mənası verdiyini deyənlər də var (sahil Qudyalçayın sahilinə 

aiddir).  Tarixin  müxtəlif  dönəmlərində  Qubaya  Birinci  Nügədi, 

Əlik, Susay, Ağbil, Zərdabi, Zizik (Zizik kəndinin adı ilə. Bu kən-

din  adı  A.  Bakıxanovun  “Gülistani-Ġrəm”  əsərində  çəkilir),  Afruca 

(“su  aĢağı,  su  sıçrayan,  su  tökülən,  Ģəlalə)  və  Amsar    (“böyük 



 

213 


yaĢayıĢ məntəqəsi” də demiĢlər... Quba xanlığı Fətəli xan Hüseynəli 

xan oğlu ġahsevən (ƏfĢar) (Quba xanlığının 6-cı xanı. 1735, Quba 

Ģəhəri  -  1789,  Quba,  54  yaĢ)  çöx  qüdrətli  olmuĢdur...  Bu  xanlıq 

1806-cı ildə qılınc gücünə Rusiyaya birləĢdirilmiĢdir... Axırıncı Qu-

ba  xanı  ġeyx  Əli  xan  (1791-1806)  idi...  Quba  qəzası  1840-cı  ildə 

təĢkil olunmuĢdu. 1860-cı il martın 5-də Bakı quberniyasının tərki-

binə verilmiĢdi... 1929-cu ilin aprelində ləğv olunmuĢdu. 1930-cu il 

avqustun 8-də indiki Quba rayonu yaradılmıĢdır. 

Quba Qəza  Ġdarəsinin  rəisi  (Aylıq məvacibi 2500 manat)  Sə-

lim bəy AğakiĢibəyov (O, bundan əvvəl ġamaxı qəzasının rəisi iĢlə-

miĢ, daxili iĢlər naziri əvəzi  ġ. Rüstəmbəylinin 14 mart 1920-ci il 

tarixli 45 nömrəli əmri ilə tutduğu vəzifəsindən azad olunub, Quba 

qəzasına  rəis  göndərilmiĢ,  yerinə  isə  Bakı  polismeysterinin  böyük 

köməkçisi Mehrəli bəy Fərzəlibəyov tövsiyə edilmiĢdi), onun böyük 

köməkçisi (birinci müavini) Rüstəmağa Kərimbəyov, kiçik kömək-

çisi Hüseyn Əli Hüseynzadə idi.Quba Ģəhər pristavı .BoĢdur). 

 Quba  Qəza  Ġdarəsi  5  pristavlığa  bölünürdü.  1.  Quba  Ģəhər 

pristavlığı  özü  iki  hissə  pristavlıqdan  ibarət  idi:  1-ci  hissənin  pris-

tavlığı.  Pristav  vəzifəsi  boĢdur.  Köməkçi  Musa  Kazımbəyov.  2-ci 

hissənin  pristavlığı.Pristav  ġirəlibəy  Həsənbəyov.Köməkçisi  Ələk-

bər bəy Nəzirov idi. 

Qəza  sahə  polis  pristavlıqları:  1.Rustov  sahə  pristavlığı. 

Mərkəzi Rustov kəndi idi. Pristav Musa bəy Həsənbəyov (Musa bəy 

ġərif bəy oğlu Həsənbəyov 1890-cı ildə anadan olmuĢdu. AXC döv-

ründə  polisdə  xidmət  etdiyi  üçün  sovet  hakimiyyətnin  cəza  orqan-

ları  tərəfindən  otuzuncu  illərdə  repressiyaya  məruz  qalaraq  həbs 

edilmiĢ, 1938-ci il martın 16-da Bakıda 48 yaĢında güllələnmiĢdi...), 

onun köməkçisi Muxtar Xəlfəyev. 2.Qusar sahə pristavlığı. Mərkəzi 

Həzrə  kəndi  (”həzrə”  ərəbcə  “ev”,  ”ocaq”,  ”yaĢayıĢ  yeri”  demək-

dir). Pristav Asəf Vahabov, köməkçisi Mürsəl bəy Qayıbov. 



Qeyd:  ”Qusar”  sözü  macarca  “süvari”  qoşun  növü  demək-

dir. Qusar kəndinin (sonralar şəhər idi) əsası çarizmin köçürmə si-

yasətinin nəticəsində 1830-cu illərdə yaranmış və Bakı quberniyası-

nın 1840-cı ildə təşkil edilən Quba qəzasının tərkibinə daxil olmuş-

du.  Qusar  bir  vaxtlar  bu  ərazidə  məskunlaşmış  Qusar  Şirvan 

polkunun tərxis olunmuş rus əsgərlərinin şərəfinə adlandırılmışdır. 

 

214 


Qusarın  ilk  sakinləri  məhz  həmin  əsgərlər  və  onların  ailələri  idi... 

1930-cu ildə Qusar rayonu yaradılmış və mərkəzi Hil kəndi olduğu 

üçün 1938-ci ilədək Hil rayonu adlanmışdır. 

3.  Müşkür  sahə  pristavlığı.  Mərkəzi  Xaçmaz  stansiyası  idi.. 

Pristav  Məmmədəli  bəy  Heydərbəyov,  köməkçisi  Butay  Əbdülrza-

yev  (Ġndiki  Xaçmaz  rayonu  (mərkəzi  Xudat  idi).  Xaçmazın  qədim 

adı Ağa Rəhimoba olub. Xaçmaza Gülalanda deyiblər... ”Xaçmaz” 

sözü isə “hökmdar qalası” deməkdir...Xaçmaz rayonu 1930-cu il av-

qustun 8-də  yaradılmıĢdı. 4 yanvar 1963-cü ildə ləğv edilərək, əra-

zisi    Quba  və  Qusar  rayonlarına  verilmiĢdi...1965-ci  ildə  yenidən 

müstəqil rayon kimi fəaliyyətini bərpa etmiĢdir... ). 

5.  Dəvəçi  sahə  pristavlığı.  Mərkəzi  Dəvəçi  kəndi.  Pristav 

Müslüm  Qasımov,  köməkçisi  Ağaəli  Əliyev  idi  (Ġndiki  Dəvəçi  ra-

yonu  1930-cu  il  avqustun  8-də  yaradılmıĢdır...1944-cü  ilədək 

“Dəvəçi  bazarı”  adlanmıĢdı... 4  yanvar 1963-cü ildə ləğv  edilərək, 

ərazisi AbĢeron rayonuna verilmiĢdi. Dəvəçi (hazırda ġabran) 1965-

ci ildə yenidən öz müstəqil rayon ststusunu bərpa etmiĢdir...1956-cı 

il  dekabrın  4-də  Xızı  rayonu  da  ləğv  edilib  ərazisi  AbĢeron  rayo-

nuna verilmiĢdi. Bunadək Azərbaycanın ayrıca inzibati ərazi vahidi 

idi. Xızı rayonu 1930-cu il avqustun 8-də təĢkil olunmuĢdu. Xızının 

əvvəlki adı Altıağac olmuĢdur. Mənbələrdə Altıağac adına ilk dəfə 

1823-cü  ildə  rast  gəlinmiĢdir.  Xızı  rayonuna  bəzən  YaĢma  da 

demiĢlər...  Xızı  rayonu  1990-cı  il  mayın  18-də  yenidən  yaradıl-

mıĢdır... Dağ rayonu sayılan Xızı ilə Bakının arası 104 km.-dir). 



Haşiyə:  Yuxarıda  barəsində  bəhs  olunan  AbĢeron  rayonu 

Azərbaycan  SSR Ali Soveti Rəyasət Heyətinin 4 yanvar 1963-

cü il tarixli fərmanı ilə yaradılmıĢdı. ”AbĢeron” sözünün fars di-

lində “ab” su, yəni “Ģoran, duzlu su” mənası verdiyi izah olunur. 

Lakin əksər tədqiqatçıların yekdil fikiri belədir ki, vaxtıilə bura-

da  avĢar  (əfĢar)  adlı  oğuz  türk  boylarından  biri  məskən  saldı-

ğından  AbĢeron  adıda  ondan  törənmiĢdir.“AbĢeron”,yəni  “Av-

Ģar yaĢayan yer” deməkdir. AbĢeron rayonunun mərkəzi Xırda-

lan kəndi 1936-cı ildən Ģəhər tipli qəsəbə olmuĢdur. Azərbaycan 

Respublikasının prezidenti Ġlham Əliyevin imzaladığı 2 oktyabr 

2006-cı  il  tarixli  149-3  Q  saylı  Qanuna  əsasən  Xırdalana  Ģəhər 

statusu verilmiĢdir. 



 

215 


ġAMAXI QƏZASI. Mərkəzi  ġamaxı Ģəhəri.   ġamaxı  Ģəhəri-

nin əsası 6-cı əsrdə Sasani Ģahı ƏnuĢirəvan tərəfindən qoyulmuĢdur. 

ġamaxı  7-9-cu  əsrlərdə  ərəblər,  13-cü  əsrdə  monqollar,  XV  əsrdə 

Qaraqoyunlular,  16-cı  əsrdə  Səfəvilər,  17-ci  əsrdə  Nadir  Ģah  ƏfĢar 

tərəfindən  dağıdılmıĢdır...1795-ci  ildə  Mustafa  xan  öz  sarayını  uca 

Fit dağına köçürmüĢ və orada özü üçün ev-qala tikmiĢdi. Fit dağının 

baĢqa bir adı “Qırxotaq”dır. Xalq arsında “Fit dağı əfsanəsi”,  ”Qır-

xotaq əfsanəsi”  indi də dolaĢmaqdadır...Fit dağının əlçatmaz bir ye-

rində  Mustafa  xan  onun  ətrafında  qala  tikdirmiĢdi.  Qalanın  3  arĢın 

enində divar hörgüsü vardı...”Fit qalası” ġirvanĢahların son iqamət-

gahı idi. Qala ġamaxı Ģəhərindən 35 km. məsafədə Sulut və Basqal 

kəndlərinin yaxınlığında yerləĢir və  Lahıc  dağları  ilə  əhatə  olun-

muĢdur. 

Rus  ĢərqĢünas  alimi  V.A.Nikonova  görə  “ġamaxı”  ərəbcə 

“hündürlük”  deməkdir.  Digər  fərziyəyə  görə  “ġaməxi”  sözündən 

olub,  ”Ģərq  qardaĢlığı”  deməkdir.  TanınmıĢ  coğrafiyaçı  alim,  mər-

hum  Rəmzi YüzbaĢova  (5 may 1906-cı il, ġamaxı Ģəhəri, Yuxarı-

lala məhəlləsi - 30 oktyabr 1990, Bakı, 84 yaĢ) görə “ġamaxı” vax-

tıilə burada yaĢamıĢ ġamaxiyə və yaxud Kamaxiya adlı tayfa baĢçı-

sının  adıdır.  Qədim  albanlar  “ġamaxı”nı  “Ģahlar  diyarı”  adlandır-

mıĢlar... ġamaxıya Birinci Çağan, yəni “böyük, sulu çay, dənizə tö-

külən  çay”  da  demiĢlər...ġamaxının  salındığı  dəqiq  tarix  məlum 

deyil. Ərəblərin əsarəti dövründə, 9-cu əsrin ikinci yarısında ġamaxı 

ərəb caniĢini əl-Yəzidin Ģərəfinə Yəzidiyyə adlanmıĢdır...1805-ci il 

dekabrın 27-də ġamaxı xanlığı güclü Rusiyanın hakimiyyətini qəbul 

etmiĢ...1813-cü il 12 oktyabr Gülüstan  sülhünə əsasən  Rusiyanın  

tərkibinə  qatılmıĢdı... 

ġamaxının axırıncı xanı Xançobanı tayfasından çıxmıĢ Musta-

fa  xan  (1792-1820)  olmuĢdu.O,1844-cü  ildə  Beyləqanda  vəfat  et-

miĢdi... ġamaxı xanlığının paytaxtı ġamaxı Ģəhəri, ara-bir Yeni ġa-

maxı (Ağsu) və sonuncusu isə indi Ġsmayıllı ərazisinə aid olan “Fit 

dağ qalası” olmuĢdu  (Ġsmayıllının ilkin adlarından biri Ağbulaq ol-

muĢdur.  Ağbulağın  keçmiĢdə  Ərəb  ġahverdi  adlı  bir  nəslin  qıĢlaq 

yeri olması məlimdur. Ġsmayıllını “Balık Kənd, Balık Yurd” da ad-

landırmıĢlar  ki,  bu  da  “qala  divarları  ilə  əhatə  olunmuĢ  Ģəhər  “de-

məkdir.  Böyük  Qafqaz dağlarının  cənub  yamacında  yerləĢən  Ġsma-



 

216 


yıllıda 1931-ci il noyabrın 24-də rayon təĢkil olunmuĢdu.). ġamaxı 

qəzası  1840-cı  il  aprelin  10-da,  ġamaxı  quberniyası  isə  1846-cı  il 

dekabrın 14-də  yaradılmıĢ, ġamaxı Ģəhəri ayrı-ayrı zamanlarda ġir-

van  əyalətinin,  Xəzər  vilayətinin  ġamaxı  qəzasının  və  ġamaxı 

quberniyaının paytaxtı olmuĢdur.1859-cu il mayın 31-də zəlzələ baĢ 

verməsi nəticəsində ġamaxı dağılmıĢdı...Odur ki, quberniyanın mər-

kəzi  həmin  ildə  ġamaxıdan  Bakıya  köçürülmüĢdü.  1902-ci  il  yan-

varın 2-də  ġamaxıda  yenidən  dəhĢətli zəlzələ baĢ vermiĢdi. 1930-

cu il avqustun 8-də indiki ġamaxı  rayonu  yaradılmıĢdır... 

Qeyd:  Nadir şah Əfşar 1734-cü ildə ona müqavimət göstərən 

Şamaxını  dağıdaraq  əhalisini  onun  yaxınlığına  köçürmüş  və  ona 

“Yeni Şamaxı” adını vermişdi. Yeni Şamaxı indiki Ağsunun adıdır... 

Ağsu çayının adını daşıyır. Çayın gətirdiyi suxurları onun yatağına 

çökdüyündən bu adı almışdır. ”Ağsu” həm də “yungül su” demək-

dir... Ağsuya “Qəşəd”, həmçinin “Padar”, ”Axtaçı” (hər ikisi türk 

tayfalarının adıdır) demişlər... Yeni Şamaxı Azərbaycanda orta əsr 

şəhəri idi. Onun xarabalıqları indiki Ağsu şəhərinin 4-5 kilometrli-

yində yerləşir. Arxeoloqlarımız orada qazıntılar aparmış və uğurlu 

nəticələr  əldə  etmişlər...  Ağsu  rayonu  1943-cü  ildə  təşkil  edilmiş, 

1963-cü ilin yanvarında ləğv edilmiş, Kürdəmir rayonuna verilmiş-

di...  İndiki  müstəqil  Ağsu  rayonu  1965-ci  ildə  yenidən  bərpa 

olunmuşdur... 

ġamaxı Qəza Ġdarəsinin rəisi (aylıq məvacibi 2500 manat) Ta-

lıbxan  Talıbxanov  (14  mart  1920-ci  ildən  bu  vəzifədə  Quba  qəza-

sına  rəis  göndərilmiĢ  Səlim  bəy  AğakiĢibəyovu  əvəz  etmiĢdi),  bö-

yük  köməkçisi  Ġluzan  bəy  Rüstəmbəyov,  kiçik  köməkçisi  Səməd 

bəy Hacıbəyov idi 

ġamaxı Qəza Ġdarəsi pristavlıqlardan ibarət təĢkil olunmuĢdu: 

ġamaxı  Ģəhərinin  1-ci  hissəsinin  pristavlığı.  Pristav  Qulam  Axun-

dov, köməkçisi Övsəl Fərzəliyev. ġəhərin 2-ci hissəsinin pristavlığı. 

Pristav  Mahmud  bəy  Qasımbəyov.  ġəhərin  Qəbristan  sahə  pristav-

lığı.  Pristav  Ġsgəndər  bəy  Əsgərbəyov.  KoĢuyok  sahə  pristavlığı. 

Pristav  Davud  bəy  Zülqədərov.  Abdulyan  sahə  pristavlığı.  Pristav 

Hacı  Ağa  bəy  Hacıbəyov.  Mədrəsə  sahə  pristavlığı.  Pristav  Sulta-

nov, köməkçisi Həmzət bəy Həbibulla bəy oğlu ġirvanski (1884-cü 

ildə Qaxda anadan olmuĢdu) idi. 


 

217 


Qeyd:  Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə,  1918-1919-

cu illərdə, əslən Məlik-Çobanlı kəndindən olan polkovnik Azad bəy 

Ağa Sadıq bəy oğlu Qocamanbəyov (1860-1920) da Şamaxı qəzası-

nın  rəisi  vəzifəsində  işləmişdi.  Onun  köməkçisi  isə  Tərlan  bəy 

Əilyarbəyov (1892-1956) idi. 

LƏNKƏRAN  QƏZASI.  Daxili  ĠĢlər  Nazirliyinin  Lənkəran 

qəzası yanında Xüsusi Səlahiyyətli müvəkkili (aylıq məvacibi 3.000 

manat) – Bəhram  xan  Naxçıvanski idi (O, bu vəzifəyə 1919-cu ilin 

sonunda təyin edilmiĢdi). Qəza Ġdarəsinin rəisi Rüstəm bəy Kərim-

bəyov (o, bu vəzifəyə Azərbaycn Cümhuriyyətinin daxili iĢlər naziri 

N.Yusifbəylinin  23  oktyabr  1919-cu  il  tarixli  156  nömrəli  əmri  ilə 

təyi olunmuĢ və 1920-ci il aprelin 19-dək xidmət göstərmiĢdi). Qəza 

Ġdarəsinin Dəftərxana rəisi Cəfər Əfəndi Həbibullahi. Xüsusi tapĢı-

rıqlar  üzrə  məmur  Mir  Ağadı  bəy  TalıĢxanov.  Mühasib  Karapet 

Menyans,  kargüzarlar  Vladimir  Yermalayev  və  Böyükxan  TalıĢın-

ski.  Arxivarius-qeydiyyatçı  Sultan  bəy  Muradov.Fars  dilindən  tər-

cüməçi Ġlyas Axundzadə. Dəftərxana qulluqçuları Balabəy Çaxmaq-

sazov və  Mariya Trubetskaya.  Qeydiyyatçı reimnqtonistikaçı  Anna 

BernĢteyn idi. 

Lənkəran  sözünün  gəbul  edilmiĢ  eimalogiyası  belədir  ki, 

”Lənkəran”  fars  dilində  “Lənkərkonan”,  yəni  “lövbər  salınan  yer” 

deməkdir. BaĢqa bir fərziyəyə görə “Lənkəran”, ”Lən” talıĢ dilində 

“qamıĢ”,  deməli,  ”qamıĢlı  yer”  deməkdir.  Lənkərana  “Türkəkəran 

Lənkəran”, yəni “türk elləri” də demiĢlər... Lənkəran qəzası çar hö-

kumətinin keçirdiyi inzibati islahatı zamanı 1840-cı il 10 aprel fər-

manına  əsasən  1841-ci  il  yanvarın  1-də  yaradılmıĢdı...  Yardımlıda 

Lənkəran qəzasının tərkibinə daxil idi... Yardımlı ViləĢ çayın sahi-

lində,  çökəklikdə  yerləĢir.  1930-cu  ildə  Yardımlıda  rayon  təĢkil 

olunmuĢdu. Yardımlı 1938-ci ilədək Vərgədüz rayonu adlanmıĢdır. 

1963-cü il yanvarın 4-dən Ģəhər tipli qəsəbə idi... Lənkəran  1859-cu 

ildən Bakı quberniyasının tərkibinə daxil edilmiĢdi. Lənkəran indiki 

Astara,  Lənkəran,  Lerik,  Masallı,Yardımlı  və  Cəlilabad  rayonunun 

ərazilərini əhatə edirdi. Sahəsi 5321,5 kv.km. idi (Xəzər dənizi sahi-

lində yerləĢən “Astara” farsca “aĢağı yer”, ”aĢağıda duran” demək-

dir.  Astaranın  bir  adı  da  “AlaĢa”  olub,  yəni  “hündür  olmayan  yer, 

alçaq yer” adlanıb...Astara rayonu 1930-cu il avqustun 8-də yaradıl-



 

218 


mıĢ,  1963-cü  il  yanvarın  4-də  ləğv  edlərək,  Lənkəran  rayonuna 

verilmiĢdi. 1965-ci ildən yenidən müstəqil rayondur. Lerik rayonu 8 

avqust  1930-cu  ildə  yaradılmıĢdı.  Bu  rayonun  ərazisi  ən  qədim 

insanların ilkin yaĢayıĢ yeri olmuĢdur. 1938-ci ilədək Zuvand-Druğ 

rayonu adlanıb. Lerikin ilkin adlarından biri “AğqıĢlaq”,yəni “Kiçik 

qıĢlaq” olub...1965-ci ildən müstəqil rayondur. Masallıya “Qədirli” 

də  demiĢlər.  Bu,  Masallıdakı  eyni  adlı  kəndi  salmıĢ  ġahsevənlər 

tayfasından olan nəslin adıyla belə adlanmıĢdır...Masallının mərkəzi 

uzun  illər  qədim  yaĢayıĢ  məskənlərindən  biri  DaĢtvənd-Ərkivan 

olmuĢdur. ”Ərkivan” “çöl kənarı”, ”dəniz kənarı” (ərk” fars dilində 

“qala”, istinadgah”, ”van” isə yer” deməkdir; qalanın yaxınlığında, 

istinadgah  yerində  salınmıĢ  yer”  deməkdir.  Beləliklə,”Ərkivan” 

“qala  yeri”  deməkdir.  Tarixçi  alimlər  məĢhur  Səfəvilər  sülaləsinin 

banisi  ġeyx  Səfiəddin  Ərdəbilinin  (1252-1334)  Ərkivanda  yaĢadı-

ğını qeyd etmiĢlər... 1930-cu il avqustun 8-də Ərkivandakı məĢhur 

“Qala bazarı” da Masallıya köçürülmüĢdü. Bu, həmin vaxt Masallı-

da rayon təĢkil olunması ilə əlaqədar idi... 

Lənkəran Qəza Ġdarəsi rəisliyi Lənkəran, Səbican, Ərkivan iri 

inzibati  idarəçilik-polis  məntəqələrindən  və  Muğan  polis  pristavlı-

ğından ibarət idi. Qəza Ġdarəsinə idarə rəisi, onun müavini, xəzinə-

dar,  məntəqə iclasçıları və  polis  idarəsi  daxil idi. Mülki  və  inzibati 

hakimiyyət qəza Ġdarə rəisinin əlində cəmləĢmiĢdi. Lənkəran qəzası 

1929-cu ilin aprelindək mövcud olmuĢ, sonuncu tarixdən  Azərbay-

canın  rayonlaĢdırılmasının baĢlanması ilə əlaqədar olaraq ləğv edil-

miĢdi.  1930-cu  il  avqustun  8-də  indiki  Lənkəran    rayonu    təĢkil  

olunmuĢdur. 

QƏNCƏ  QUBERNĠYASI.  Mərkəzi  Gəncə  Ģəhəriydi.  Ərazisi 

44.371.29  min  kv.km.  idi.  Tərkibinə  9  qəza:  Gəncə,  Nuxa  (ġəki), 

ƏrəĢ, ġamxor (ġəmkir), Qazax, ġuĢa, Zəngəzur, Cəbrayıl və Cavan-

Ģir qəzaları daxil idi. 

GƏNCƏ GENERAL-QUBERNATORLUĞU. General-quber-

nator  (aylıq  məvacibi  3.000  min  manat)  Xudadat  bəy  Rəfibəyli 

(1877-1920).  (O,  bu  vəzifəyə  6  may  1919-cu  ildə  təyin  edilmiĢdi). 

Onun  köməkçisi  (müavini)  polkovnik  Hüseynqulu  xan  Xoyski. 

Quberniya  Ġdarəsinin  məsləhətçiləri  -  Ġsrafil  bəy  Mikayılbəyov  və 

Aleksandr Boqatko. Zemski (Ģəhər bələdiyyə) nümayəndəsi Georgi 



 

219 


Çernyavski-mühəndis. Ġki nəfər kargüzar, mühasib, arxivarius, qey-

diyyatçı,  ekzekutor  (vergini  ödəyə  bilməyənlərdən  əĢyaları  qanuni 

miqdarda müsadirə edən, əməliyyat-axtarıĢ iĢlərində xüsusi səlahiy-

yəti olan mülki mütəxəssis) və tərcüməçi. Qubernator Dəftərxanası-

nın rəisi Konstantin Qrabovski (o, həm də qubernatorun böyük kö-

məkçisi (birinci müavini) sayılırdı). Qubernator yanında xüsusi tap-

Ģırıqlar üzrə baĢ məmur Abbas bəy CavanĢir. Xüsusi iĢlər üzrə kö-

məkçi Abbasquli bəy Babayev idi. 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin