Qeyd: 1593-cü il Osmanlı qaynaqlarından birində indiki Fü-
zulinin Horadiz kəndinin də adı çəkilir.”Horadiz” irandilli (fars)
sözdür; ”hor” “od”, ”günəş”, ”işıq”,”diz” “qala”, yəni “Günəş
qalası”, ”qala kənd” (“məskən, yurd, qala” anlamındadır). Onyed-
dinci əsrin ikinci yarısında kəndin sahibi Səfəvi dövlətinin (1501-
1736) adlı-sanlı əmirlərindən biri Xələf bəy idi. 1823-cü ilə aid rus
mənbəyində bildirilir ki, Horadiz kəndi Cəfərqulu xana məsusdur).
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra, 1920-ci
il iyulun 29-da Karyagin Qəza Ġnqilab Komitəsinin sədri Məmməd-
xan Məmmədxanov onun qərargahını Qoçəhmədli kəndinə köçür-
müĢdü...(Burada “Qoçəhmədli” sözü, ”qoç”-“igid”, ”cüssəli”, ”qəh-
245
rəman” deməkdir, ”əhmədli” isə etnonimdir. Qoçəhmədli bu kənddə
ilkin məskunlaĢmıĢ nəslin adıdır).(1593-cü ilə aid Osmanlı
qaynaqlarından birində bildirilir ki, Gəncə-Qarabağ əyalətinin Di-
zaq nahiyəsində Qoçəhmədli kəndi mövcuddur). Qoçəhmədli kəndi
1867-1905-ci illərdə Cəbrayıl qəzasının tərkibində olmuĢdur.
1929-cu ilin yazında aparılan yeni inzibati ərazi bölgüsünün
tətbiqi və rayonlaĢmaya keçilməsiylə əlaqədar olaraq, respublikada-
kı bütün qəzalar, o cümlədən Karyagin qəzası da ləğv olundu, əvə-
zində rayon yaradıldı. Bu dəfə yeni yaranan rayona daha Karyaginin
adı verilmədi. Rayon Sərdar rayonu adlandırıldı. Beləki,1929-cu il
martın 1-də Azərbaycan XKS əslən Qarğabazar kəndindən olan
(“Qarğabazar” adına hələ 1724-cü il tarixli bir türk qaynağında rast
gəlinir.Kəndin mənĢəyi burada ilkin məskun olmuĢ Qarqar türk tay-
fasının adı ilə əlaqələndirilir. Qarğabazar karvan yolları üzərində
yerləĢirdi. Burada səsli-küylü, izdihamlı, gur bazar da mövcud idi.
Məhz bazarın olması ilə əlaqədar sonralar kəndin adı “Qarqar ba-
zarı”, ”Qarqarlar bazarı” adlandırılmıĢ, zaman-zaman hallalanaraq
“Qarğabazar” Ģəkilinə düĢmüĢdür) məĢhur inqilabçı Bünyad Sərda-
rovun (həqiqi soyadı Ġbrahimovdur) 1919-cu ildə faciəli vəfatının
(Bünyad Bakıda çarizmə qarĢı mübarizə dövründə, Balaxanı neft
mədənlərində iĢlərkən inqilabi fəaliyyəti zamanı-1908-ci ildə
təqibdən yaxa urtarmaq üçün “Sərdarov” soyadını götürmüĢdü. O,
1919-cu ilin yazında “Ġbrahim Ata” pasportu ilə gecə ikən kiçik
balıqçı qayığında HəĢtərxandan Xəzərə çıxıb (qayıqda silah və s.
vardı) Bakıya yollanarkən “Çeçen adası” deyilən yerin yaxınlığında
ağqvardiyaçı keĢikçi gəmisi tərəfindən yaxalanmıĢ, çoxlu iĢgəncə-
lərdən sonra boynuna daĢ bağlanmaqla, güllələnərək dənizdə batırıl-
mıĢdı.) 10-cu ildönümü ilə əlaqədar olaraq, Karyagin rayonuna və
Ģəhərinə Sərdar adını vermiĢdi. Lakin SSRĠ XKS-in təzyiqi altında
Azərbaycan SSR XKS 1931-ci ilin əvvəlində Sərdar adını ləğv edib,
yenidən Karyaginin adını bərpa etmiĢdi. Sərdar rayonu RPK-nın ilk
1-ci katibi Məmməd Əsədov, RĠK-in ilk sədri Əziz Nuriyev və
Rayon Milis Ġdarəsinin ilk sədri Əbdül Məmmədov olmuĢdular.
Beləliklə, Karyagin adı 1931-ci ilin əvvəlində yenidən bərpa olun-
muĢdu. Bu ad 1959-cu ilin aprelinədək qalmıĢdır (Karyagin rayonu-
na xalq arasında uzun müddət “Qaryagin” demiĢlər. Hətta rəsmi
246
sənədlərin bir çoxunda, tarixi ədəbiyyatlardada “Qaryagin” adı
yazılmıĢdır. Hələ indinin özündədə belə deyənlər var). 1959-cu il
aprelin 2-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı
ilə dahu Ģair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi
Ģərəfinə Karyagin adı ləğv edilmiĢ, rayona və Karyagin Ģəhərinə M.
Füzulinin (1494-1556) adı verilmiĢdir (“Füzuli” ərəb sözüdür,
”həddi bilinməyən”,”həddini aĢan” deməkdir). Əlli min nəfərə ya-
xın əhalisi qeydə alınmıĢ Füzuli Ģəhəri və rayonun böyük hissəsi 23
avqust 1993-cü ildən erməni qəsbkarları tərəfindən iĢğal olunmuĢ-
dur (Kiçik Qafqazın cənub-Ģərq qurtaracağı ilə Araz çayı arasında
1386 kv.km.ərazisi olan Füzuli rayonunun yalnız 22 kəndi iĢğalda
deyildir. Hazırda rayonun inzibati mərkəzi Horadiz Ģəhərindədir.
Azərbaycan Respublikasının 2007-ci il 23 oktyabr tarixli qərarı ilə
Horadizə Ģəhər statusu verilmiĢdir.
QUBADLI. Qarabağ yaylasının cənub-Ģərqində yerləĢir. On-
altıncı yüzilliyin sonunda Azərbaycana köçmüĢ səlcuq türklərinə
mənsub Qubad nəslinin adını daĢıyır. Tarixin müxtəlif dönəmlə-
rində Qubadlıya AĢağı Xoca Musaxlı (19-cu əsrin ikinci yarısında
Zəngəzur qəzasında yaĢayan yerli tayfanın adıdır), Dondarlı (orada
yaĢayan qədim, döyüĢkən dondarlı türk tafalarının adıdır), Xanlıq,
Məmmədli, Yuxarı Cibikli, Sarıyataq da demiĢlər. Ġnzibati ərazi va-
hidi kimi Qubadlı rayonu 1933-cü ildə təĢkil olunmuĢdu. Ərazisi
826 kv.km., əhalisi 31.000 nəfər idi. 1963-cü il yanvarın 4-də ləğv
edilmiĢ və ərazisi Zəngilan rayonuna verilmiĢdi. 1964-cü ildə yeni-
dən müstəqil rayon olmuĢdur. Qubadlı 31 avqust 1993-cü ildə Er-
mənistan “silahlı qüvvələri” tərəfindən iĢğal edilmiĢdir. Ermənistan
Respublikası rəhbərliyinin Azərbaycan (türk) mənĢəli toponomlərin
erməni adları ilə əvəz edilməsi siyasətinə uyğun olaraq iĢğal altında
olan Qubadlı Ģəhəri indi “Sanasar” adlandırılmıĢdır.
ZƏNGĠLAN. Zəngilan Kiçik Qafqazın cənub-qərbində, Arazın
sol sahilində yerləĢir. ġimaldan Qubadlı və Cəbrayıl, qərbdən Ermə-
nistanla, cənubdan və Ģərqdən Ġranla həmsərhəddir. XV əsrin məĢhur
cöğrafiyaĢünası və tarixçilərindən biri yazırdı ki, Zəngilanın əsası
hicri tarixin 15-ci ilində axırıncı Peyğəmbərimiz Məhəmməd Əley-
hissalamın (570-632) 622-ci ildə Məkkədən Mədinə Ģəhərinə hicrət
etməsi ili ilə baĢlanır, yəni əsası 636-cı ildə qoyulub. ”Zəngilan” hə-
247
min ərazidə ilk məskən salmıĢ “zəngənə”, ”zəng” adlı kürd qəbi-
ləsinin adını daĢıyır.Tarixin müxtəlif dönəmlərində Zəngilana
SarıqıĢlaq, Pirçivan, Məmmədli, Mincivan, Saralı-XəĢtab (yəni
“Saralı tayfasına məxsus qıĢlaq” da demiĢlər. Ġndiki Zəngilan rayonu
8 avqust 1930-cu ildə təĢkil olunmuĢ, 1959-cu ilədək Pirçivan
adlanmıĢdır. 1963-cü il yanvarın 4-də qonĢu Qubadlı rayonu da ləğv
edilmiĢ və Zəngilan rayonuna verilmiĢdi. 1964-cü ildə Qubadlı
yenidən müstəqil olduğundan ərazisi Zəngilandan ayrılmıĢdı.
Zəngilan 29 oktyabr 1993-cü ildə Ermənistan “silahlı qüvvələri”
tərəfindən iĢğal olunmuĢdur.
CAVANġĠR QƏZASI. Mərkəzi Tərtər kəndi idi. Ġnzibati
ərazi vahidi kimi çar hökumətinin “Qafqazda inzibati islahatlar
haqqında” 9 dekabr 1867-ci il tarixli fərmanına əsasən Yelizavet-
pol quberniyasına daxil olan 8 qəzadan biri kimi 1 yanvar 1868-ci
ildə yaradılmıĢdı. Ərazisi 4654,06 kv. verst, əhalisi 75730 nəfər idi.
Əhalinin 54,79 faizini kiĢilər, 45,20 faizini qadınlar təĢkil edirdi. 1
iyul 1883-cü ildə CavanĢir qəzası inzibati dəyiĢikliklərə uğramıĢdı...
Mərkəzi Tərtər məntəqəsi idi. Tərtər orta əsrlərdə “Trtu” adlan-
mıĢdır. 1920-ci il aprelin 22-də Azərbaycan hökumətinin qərarı ilə
CavanĢir qəzası bir sıra dəyiĢilkilər əsasında yenidən təĢkil olun-
muĢdu. Mərkəz yenə Tərtər idi.Tərtər 1922-ci ilədək CavanĢir qəza-
sının tabeliyində idi. 1922-ci ildə CavanĢir sahəsi adlandırılmıĢdı.
CavanĢir sahəsi 7 iyul 1923-cü ildən 1930-cu ilin avqustunadək
Qarabağ dairəsinin tabeliyində olmuĢdu. 1930-cu il avqustun 8-də
Tərtər rayonu yaradılmıĢdı. 1931-ci il fevralın 24-də Tərtər rayonu
ləğv edilərək, Bərdə rayonunun inzibati tabeliyinə verilmiĢdi. 27
yanvar 1934-cü ildsə yenidən müstəqil olmuĢdu. 1949-cu ilədək
Tərtər adı ilə mövcud olan Tərtər rayonunun adı 5 avqust 1949-cu
ildə dəyiĢdirilərək MirbəĢir rayonu (sovet dövlət xadimi MirbəĢir
Qasımovun Ģərəfinə) adlandılmıĢdı.1963-cü il yanvarın 4-də
MirbəĢir rayonu da ləğv edilərək Bərdə rayonuna verilsədə, lakin 6
yanvar 1965-ci ildə yenidən MirbəĢir adı ilə müstəqilliyini
qaytarmıĢdı.Qədim Yuxarı Qarabağın mərkəzində, Kür-Araz
ovalığının qərb hissəsində, Tərtərçayın sağ və sol sahillərində
yerləĢən Tərtər rayonu Ģimaldan Ağdərə, cənubdan Bərdə (qədim
Bərdə Ģəhəri də Tərtər çayının sahilində idi...Onun yeri indiki
248
Bərdənin yaxınlığında olmuĢdur.Bərdə” türkcə “Piyaləli”, ”Kuzəli”
mənasını bildirir. Farsca isə “qul yeri” deməkdir.Erməni mənbələ-
rində Bərdə “Partav” adlandırılır.Bərdə Arranın (Albaniyanın)
paytaxtı (752-ci ildən) olmuĢdur. Əslində, ”Aran”, yəni dağlıq yerə
nisbətən alçaq, düzən yer, ”qıĢlaq yeri”, ”isti yer” deməkdir. Arran
deyəndə Kur və Araz çaylarının arası, qovuĢduğu yer baĢa düĢülür-
dü. Ərəblər Aranı “Arran” Ģəkilində söyləmiĢlər. Bərdəni “Arranın
anası”da adlandımıĢlar.Bərdə qədim türk dillərində “aran” termini
“isti yer” deməkdir.Aran Qarabağı deyiləndə Qarabağ tayfasının
qıĢlaq yeri baĢa düĢülür. Tarixin müxtəlif dönəmlərində Bərdəyə
“Qurdlar, ”Böyük Qacar”, ”Bala Qacar”, Bük (“meĢəlik”, ”kolluq”,
”cəngəllik”) demiĢlər. Bərdə rayonu 8 avqust 1930-cu ildə təĢkil
olunmuĢdur) qərbdən Ağdam, Ģimali-Ģərqdən Naftalan (1968-ci il-
də yaradılıb) və Goranboy (1930-cu ildə yaradılıb. 1938-ci ildən
Qasım Ġsmayılov (1885-1922) rayonu (inilabçı Qasım Ġsmayılovun
Ģərəfinə adlanıb. Qasım Ġsmayılova ġadılı da deyilib, yəni ġadılı
tayfasına mənsub), cənub-Ģərqdən Yevlax rayonları ilə həmsərhəd-
dir (Yevlaxın ilkin adı “Ovlaq” Ģəkilində olub. Ovlax adı ilk dəfə
16-cı əsr Azərbaycan tarixçisi Həsən bəy Rumlunun (1530-cu ildə
Qum Ģəhərinsdə anadan olmuĢdu) “Əhsən ət-təvarix” (Tarixləri ən
yaxĢısı” əsərində çəkilmiĢdir. 1879-1888-ci illərdə Bakı-Tiflis
dəmiryolu çəkiləndə burada iĢləyən rus mühəndisləri əraziyə aid
olan “Ovlaq” sözünü “Yevlax” kimi iĢlətmiĢ,dəmir yolu stansiya-
sını bu adla adlandırmıĢlar. Həmin vaxtdan “Yevlax” sözü Azərbay-
can dilinə daxil olub. Ümumiyyətlə, bu yerlər əvvəldən ovlaq yeri
olub. Tədqiqatçılara görə bu yerin əsl qədim adı elə “Ovlaq”dır.
Yevlaxa korkın adlı qədim oğuz türk tayfasının adı ilə AĢağı
Qarxun da demiĢlər. AXC dövründə Yevlax stansiyası (“Vağzal” da
deyirlər) və Yevlax kəndinin ərazisi ƏrəĢ və CavanĢir qəzalarının
tərkibində olmuĢdu. 1928-ci ildə Yevlaxda pambıqtəmizləmə zavo-
du iĢlə salınmıĢdı. 1935-ci il fevralın 20-də Azərbaycan MĠK-in
qərarı ilə Yevlax rayonu təĢkil olunmuĢdu. Həmin ilin mayında
Yevlax rayon mərkəzinə çevrilmiĢdi. 1939-cu il fevralın 1-də Yev-
lax rəsmən Ģəhər adlandırılmıĢdı. 1962-ci il dekabrın 26-da Yevlax
rayonu ləğv edilərək, ərazisi AğdaĢ, Bərdə və Qasım Ġsmayılov
(Göranboy) rayonlarına verilmiĢdi (Qədim tarixə malik Goranboy
249
rayonu Azərbaycan MĠK-in 8 avqust 1930-cu il tarixli qərarı ilə
yaradılmıĢdı. 8 sentyabr 1938-ci ildə adı dəyiĢdirilərək Qasım
Ġsmayılov adlandırılmıĢdı. Bu, məĢhur inqilabçı, 1922-ci ildə sovet
hakimiyyətinin düĢmənləri ilə mübarizədə öldürülmüĢ Qasım
Ġsmayılovun Ģərəfinə belə adlandırılmıĢdı. Azərbaycan Respublikası
Ali Sovetinin 12 fevral 1991-ci il tarixli qərarı ilə ġaumyan (kənd)
rayonu və Qasım Ġsmayılov adı ləğv edilmiĢ və Goranboyun tarixi
adı özünə qaytarılmıĢdır. Ġndiki Yevlax rayonu 6 yanvar 1965-ci
ildən müstəqildir). Coğrafi mövqeyinə görə Qərblə ġərq arasında
keçən karvan yollarının üstündə olduğundan Tərtər tarixdə “Çapar-
xana” (Karvansara) və qala vəzifəsi daĢıdığı üçün “Çəpərxana”
adlanmıĢdır. 1963-cü ildə ləğv edilərək ərazisi Bərdə rayonuna
verilmiĢdi. 1965-ci ildə yenidən müstəqil rayondur. Uzun müddət, 5
avqust 1949-cu ildən Mir BəĢir rayonu (Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyətinin sədri MirbəĢir Qasımovun (1879-1949)
Ģərəfinə) adlanmıĢdır. MirbəĢirə “Apanlı”da demiĢlər. 1991-ci il
fevralın 7-də MirbəĢir adı ləğv edilmiĢ və Tərtər rayonu adı özünə
qaytarılmıĢdır. Azərbaycan Respublikası MM-in 13 oktyabr 1992-ci
il tarixli 327 nömrəli qərarı ilə Ağdərə rayonu da ləğv edilərək,
Ağdərə qəsəbəsi və 28 kəndi ilə birlikdə Tərtər rayonuna
verilmiĢdir. Həmin 28 kənddən 13-ü və Ağdərə qəsəbəsi hazırda
erməni iĢğalı altındadır.
CavanĢir Qəza Ġdarəsinin rəisi (aylıq məvacibi 3.000 manat)
Mustafa bəy Qabulov (1920-ci ilin əvvəli), onun böyük köməkçisi Ġs-
mayıl bəy Hacıbəyov, kiçik köməkçisi Baqrat Kaçançyans. 1-ci sahə
polis pristavlığı. Pristav Ərəblinski. 2-ci sahə polis pristavlığı. Pristav
Əbdürrəhim Hacıverdiyev.3-cü sahə polis pristavlığı.Pristav Bahadur
bəy ƏlikiĢibəyov.4-cü sahə polis pristavlığı.Pristav Sergey
Sarkisyans. 5-ci sahə polis pristavlığı. Pristav YegiĢe Ter-Akopov.
Yevlax qəsəbə polis pristavlığı. Pristav Ġmran Kazımov idi.
Beləliklə, 1920-ci ilin aprelinədək, yəni M. Vəkilovun daxili
iĢlər naziri olduğu dövrdə Azərbaycan Respublikası DĠN-in təĢkila-
tı-struktur mənzərəsi 4 quberniya (Bakı, Gəncə, Zaqatala quberni-
yaları, Qarabağ general-qubernatorluğu) və 10-dan çox qəzalar üzrə
mövcud olub fəaliyyət göstərən ölkə polisi haqqında, DĠN-in yuxa-
rıdan aĢağı təĢkilat və strukturu haqqında aydın təsəvvür yaradır.
250
Ġstər DĠN-də, onun mərkəzi və yerli aparatlarında və istərsədə, qə-
zalarda polis əməkdaĢları azərbaycanlılarla yanaĢı ruslar, yəhudilər,
gürcülər, ermənilər, polyaklar, ukraynalılar, ləzgilər, talıĢlar, ose-
tinlər və s. xalqların, millətlərin nümayəndələri xidmət göstərirdilər.
Daxili ĠĢlər Nazirliyi sistemində iĢləyən əməkdaĢların bu cür bey-
nəlmiləl kontingentdə olması Azərbaycan Xalq Cümhuriyyəti Par-
lamentinin və Hökumətinin ölkə ərazisində yaĢayan bütün millətlərə
və xalqlara eyni gözlə, bərabərhüquqlu vətəndaĢlar kimi, baĢqa
sözlə, demokratiya prinsipindən yanaĢmasının nəticəsi idi.
Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti döv-
ründə Azərbaycan hökumətinin 6 mart 1920-ci il tarixli qərarı və
daxili iĢlər naziri M. Vəkilovun əmri ilə həmin vaxtadək DĠN-in
tərkibində olan Əks-KəĢfiyyat Ġdarəsi (sovet tarixi ədəbiyyatında
“Müsavat Əks-KəĢfiyyatı” kimi yazılır. Əslində, Əks Ġnqilabla Mü-
barizə TəĢkilatıdır ...) Nazirliyin strukturundan çıxarılmıĢdı.
... V.Ġ. Leninin baĢçılıq etdiyi sovet Rusiyası hələ 1920-ci ilin
əvvəllərindən Azərbaycandakı bolĢeviklərin köməyi ilə milli müstə-
qil dövlətimizin varlığına son qoymaq üçün əlveriĢli Ģərait və bəha-
nə gözləyirdi. Bunu V. Leninin Ġ.T. Smilqaya və S. Orconikidzeyə
1920-ci il martın 17-də göndərdiyi telaqram da sübut edir. Teleq-
ramda deyilirdi: ”Bakını almaq bizə olduqca və olduqca zəruridir.
Bütün qüvvələri buna yönəldin. Qüvvələrin ora yeridilməsi haqında
BaĢ komandınlıqla ĢərtləĢin”.
1920-ci ilin aprelində ġimali Qafqazda ağqvardiyaçı general
Denikini məğlub edən 11-ci ordu hissələri V.Leninin həmin
niyyətini əməli olaraq həyata keçirmək üçün M. Levandovskinin
komandanlığı altında Dərbənd rayonunun Azərbaycanla sərhədboyu
ərazilərində cəmləĢməyə baĢlamıĢdı.Yeri gəlmiĢkən,burada Azər-
baycan Xalq Cümhuriyyəti ilə Denikin (Anton Ġvanoviç Denikin.
Görkəmli rus hərbi xadimi, çar ordusunun general-leytenantı,
”ağlar” hərəkatının rəhbəri (1872, PolĢa-1947, ABġ) hökuməti və
ordusu arasındakı münasibətlər üzərində dayanaq. Belə ki, Denikin
hökuməti və ordusu Azərbaycandakı milli müstəqil demokratik
hökumətin fəaliyyətini bu və ya digər dərəcədə müdafiə etmiĢdir.
Bunu bəzi tarixi faktlar da sübut edir. Məsələn, Denikin höku-
məti Bakı XKS-in Azərbaycan neftini sovet Rusiyasına göndər-
251
məsinə mane olmaqla əslində, bir növ Azərbaycan Cümhuriyyətinə
kömək edirdi. Ġngilislərə də yaxın olan Denikin Azərbaycan höku-
mətinin Britaniya komandanlığı ilə normal münasibətlərdə olduğu-
nu bilərək, hətta 11-ci ordu ilə döyüĢlərdə məğlub olduqdan sonra
belə, Azərbaycan Respublikasına qarĢı sovet Rusiyası daĢnak Ermə-
nistanı tərəfindən günü-gündən güclənən təcavüzkarlığı görərək,
Azərbaycan hökumətinə öz istiqlaliyyətini qorumaq üçün silahla
kömək göstərmiĢdi...
Tarixi ədəbiyyatda Denikin ordusunun 1920-ci ilin aprelində
gəmilərlə Lənkərana hər cür silah-sursat, hətta aeroplanda göndər-
məsi barədə məlumat vardır. Həmin silah və döyüĢ sursatlarını,
hərbi ləvazımatların Gəncəyə çatdırılmasını Azərbaycan hökuməti
daxili iĢlər naziri M.Vəkilovun baĢçılıq etdiyi Daxili ĠĢlər
Nazirliyinə həvalə etmiĢdi. Nazir M. Vəkilovun müvafiq gizli
əmrilə Saloğlu (indiki Poylu-Ağstafa) dəmiryol polisinin pristavı
Ġsrafil Ġbrahimov həmin silahların Gəncəyə aparılmasını təmin
etmiĢdi. Bu silahlardan Azərbaycan Ordusunun əsgər və zabitləri,
sovet hakimiyyətini qəbul etməyən milli qüvvələrimiz Gəncədə
üsyana qalxarkən, 1920-ci il mayın 24-dən iyunun 4 - dək 11-ci
orduya qarĢı döyüĢlərdə istifadə etmiĢdilər.
Qeyd: 20-30-cu illərdəki repressiyalar dövründə Bakıda həbs
olunaraq güllələnməyə məhkum edilmişlərin demək olar ki, əksəriy-
yəti Xəzər dənizindəki Nargin adasından başqa daha müdhiş bir
yerə - “ölüm adası”na aparılırdılar. Barəsində mərhum akademik
Ziya Bünyadovunda bəhs etdiyi həmin “qorxunc” ada “Xarə Zirə”
(indiki Bulla) adasıdır...(“Zirə” “çökəklik yer” deməkdir
Beləliklə, Denikin hökuməti ilə Azərbaycan Cümhuriyyəti
arasında müəyyən müsbət mənafe əməkdaĢlığı aparıldığı aĢkar olur.
Hətta Gəncədə Denikin ordusu zabitlərinin gizlənib bolĢeviklərə
qarĢı döyüĢlərdə milli qüvvələrimizə kömək göstərmələri faktı da
məlumdur. Odur ki, Rusiyanın xalq xarici iĢlər komissarı G. Çiçerin
(1872-1936) hələ 1920-ci ilin yanvarında Azərbaycan Cümhuriyyə-
tinin xarici iĢlər naziri F.Xoyskiyə yazanda ki: ”Biz hökumətinizi o
vaxt tanıyarıq ki, siz Denikinə qarĢı çıxasınız”. F.Xoyski cavabında
yazmıĢdı: ”Biz müstəqil dövlətik, baĢqa dövlətin iĢinə qarıĢmırıq”.
252
Yuxarıda bəhs etdiyimiz faktlara əsaslanaraq deyə bilərik ki,
Denikin hökumətinin və ordusunun müstəqil Azərbaycan Cümhu-
riyyətinin ərazisinini açıq qəsb etmək niyyəti olmayıb...Açıq qəsb-
karlıq planını bolĢevik Rusiyası, onun təcavüzkar 11-ci ordusu ha-
zırlamıĢdı və həyata keçirmək üçün fürsət gözləyirdi. Sənədlər
sübut edir ki, hələ Dərbənddə ikən 1920-ci il aprelin 25-də 11-ci
ordu komandanlığı “Bakı üzərinə hücum və “Azərbaycanın azad
edilməsi haqqında” xüsusi əmr hazırlamıĢdı.Əmrdə deyilirdi:
”Müxtəlif mənbələrdən alınmıĢ məlumatlara görə, Azərbaycan
Cümhuriyyətinin ordusu 12 minlik bir piyada diviziyadan (bunlar
Bakı, Göyçay, Zaqatala, Gəncə və Qazax polklarıdır), 2 min nəfər-
lik polisdən, 300 nəfərlik Parlamenti mühafizə dəstəsindən və 400-
500 nəfərlik yunker məktəbinin Ģəxsi heyətindən ibarətdir. Ordunun
ümumi sayı 30 min nəfərə çatır.Azərbaycan Cümhuriyyətinin
qüvvələri 1920-ci il aprelin birinci yarısında aĢağıdakı kimi
yerləĢmiĢdir: Dağıstan vlayəti və Azərbaycanın Qusar-Quba-Xudat
rayonlarının sərhədində 5 min nəfər; bilavasitə sərhəddə “jandarm”
(əslində, sərhədi mühafizə polisi) divizonu dayanır. Bakı Ģəhərində
Bakı piyada polku, 2 min nəfərlik polisin ehtiyat batalyonu və 300
nəfərlik Parlamenti Mühafizə Dəstəsi yerləĢir”.
Ermənilər də Bakının və bütövlükdə Azərbaycanın 11-ci “qı-
zıl ordu” tərəfindən tutulmasının sürətləndirilməsi üçün dəridən qa-
bıqdan çıxırdılar. Belə ki, hələ 1920-ci ilin əvvəllərində erməni nü-
mayəndələri Zaxaryan və Pirumov Moskvaya gedib, ərazi güzəĢtləri
müqabilində Azərbaycan Cümhuriyyətini devirmək iĢində “öz tək-
liflərini” və “xidmət”lərini bildirmiĢdilər. Qarabağda ermənilərin qi-
yamı və daĢnak Ermənistanıyla Azərbaycan Cümhuriyyəti arasın-
da müharibə də planlaĢdırılmıĢdı. 72 minlik 11-ci ordu hissələrinin
Ģimal sərhəddimizə - Samur çayı sahilinə cəmləĢdiyi Novruz Bayra-
mı günlərində, 1920-ci il martın 21-22-də Dağlıq Qarabağ erməni-
lərinin təxribat xarakterli qiyamı baĢlanmıĢdı. Antanta dövlətlərinin
(Ġngiltərə, Fransa, ABġ) etirazına baxmayaraq, 11-ci ordu hissələri
Azərbaycan sərhəddinə yeridilmiĢdi (40 minlik Azərbaycan ordusu-
nun demək olar, hamısı bu zaman Azərbaycanın qərbinə - Ermənis-
tanla sərhədə - Zəngəzura və Qarabağa yerləĢdirilmiĢdi).
253
Lakin Azərbaycan Cümhuriyyətini ciddi təhlükə daĢnak Er-
mənistanından deyil, daha ciddi təhlükə Ģimaldan təhdid edirdi.
1920-ci il aprel ayının 18-də Quba qəzasının rəisi Səlim bəy Ağaki-
Ģibəyov (o, bu vəzifəyə daxili iĢlər naziri M.Vəkilovun 14 mardt
1920-ci il tarixli əmri ilə təyin olunmuĢdu. S. AğakiĢibəyov buna-
dək ġamaxı qəzasının rəisi vəzifəsində çalıĢırdı) Daxili ĠĢlər Nazir-
liyinə, nazir M.Vəkilova gönfərdiyi məxvi teleqramda Azərbay-
canın sərhədlərinə toplaĢmıĢ 11-ci ordu hissələrinin hazırlığı və
hərəkətləri barədə məlumat vermiĢdi...
1920-ci il aprel ayının 21-də Qafqaz cəbhəsi komandanlığının
rəhbərliyinə və Volqa-Xəzər donanmasının komandanı F. Raskolni-
kova (Fyodr Raskolnikov. 28 yanvar 1892, Peterburq-12 sentyabr
1939, Nitsa, Fransa; Trotskiçi siyasi mühacir), RSFSR Hərbi Ġnqi-
lab ġurasının üzvləri marĢal M.N.Tuxaçevski (1893-1937. Otuzun-
cu illərdə repressiyaya məruz qalmıĢ və 1937-ci ildə güllələn-
miĢdir...), S.Orconikidze və Zaxarovun imzası ilə göndərilən
direktivdə bildirilirdi ki, Azərbaycanın əsas qüvvələri öz dövlətinin
qərb cəbhəsində məĢğuldur. Direktivdə əmr olunurdu ki, aprelin 27-
də Azərbaycanın sərhəddini keçib, 5 gün ərzində “Yalama-Bakı
əməliyyatı”nı yerinə yetirsinlər. Lakin aprelin 23-də bu direkdivdə
dəyiĢiklik edildi və əmr olundu ki, 11-ci ordunun vəzifəsi təkcə
Bakını tutmaq deyil, bütün Azərbaycanı ələ keçirməkdir...
21 aprel 1920-ci il. Azərbaycan Cümhuriyyəti DMK-nın və
DĠN-in birgə qərarı ilə Ģimaldan yaxınlaĢan 11-ci ordu ilə mübarizə
məqsədilə Quba qəzasında 200 nəfərlik daimi “xalq milisi “ yaradıl-
mıĢ və onun dərhal təĢkili üçün 2 milyon rubl avans pul ayrılmıĢdı.
Qərara əsasən düĢmənə qarĢı əməliyyatların baĢlanacağı təqdirdə
xalq milisinin bütün Ģəxsi heyəti Hərbi Nazirliyin müvafiq hərbi
hissə komandanlığının sərəncamına keçməli idi.
1920-ci il aprelin 26-da Azərbaycanla müharibə vəziyyətində
olan Ermənistan daĢnak hökuməti Azərbaycan Cümhuriyyəti ilə
güya “barıĢıq” imzalamaq xahiĢi ilə ona müraciət etdi. Lakin bu,
növbəti riyakar fənd idi və hadisələrin gələcək “məcrası”na təsir
edə bilməzdi.Azərbaycan Cümhuriyyətinin müqədəratı əslində,
Moskvada həll olunmuĢdu. Bakıda milli mənafeyimiz əleyhinə
canfəĢənlıqla fəaliyyət göstərən Anastas Mikoyanın (1895-1978)
254
baĢçılıq etdiyi bolĢeviklərin nümayəndə heyəti Dağıstanın Port-
Petrovsk (Mahaç Qala, dağıstanlılar onu məĢhur ġeyx ġamilin
Ģərəfinə “ġamil-Qala” da adlandırırlar) Ģəhərində yerləĢən 11-ci or-
du komandanlığının qərargahına gələrək, Azərbaycan xalqı adından
(?) sovet-rus ordusunu məmləkətimizə dəvət etmiĢdi. S. Orconikid-
ze, S.M. Kirov və baĢqalarının yaxından köməyi və 11-ci ordunun
Hərbi Ġnqilab ġurası ilə qabaqcadan razılaĢdırılmıĢ plana əsa-
sən,”qızıl ordu” Bakıda onun gəliĢini səbirsizliklə gözləyən və müs-
təqil Azərbaycan Cümhuriyyətini devirməyə hazırlaĢmıĢ Ə.H. Qa-
rayev, H. Sultanov, H. Cəbiyev, L. Mirzoyan və digərlərinin səyi ilə
aprelin sonunda Azərbaycana soxulmalı idi. Bununla da beynəlxalq
aləmdə belə bir “fikir” yaradılmalıydı ki, Azərbaycan hökuməti
xarici hərbi müdaxilə vasitəsilə deyil, məhz daxili müxalif qüv-
vələrin “inqilab” etməsi yolu ilə devrilmiĢdir.
Ancaq buna bir növ ehtiyac qalmadı. Aprel ayının 27-də Mi-
xail Levandovskinin (1890-1938) komandanlıq etdiyi 11-ci qırmızı
ordu artıq Azərbaycan sərhəddini keçmiĢdi. Azsaylı Azərbaycan
Ordusunun qüvvələri sovet ordusunun avanqardı, Mixail Yefremo-
vun (1897-1942) komandirlik etdiyi “Üçüncü Beynəlmiləl” zirehli
qatarın müĢayiəti ilə Bakıya doğru hərəkət edən dəstələrinə qarĢı
uzun müddət müqavimət göstərə bilməsədə, Yalama stansiyası uğ-
runda 2 saatlıq davam edən qanlı döyüĢdə düĢmənə qarĢı 4 topu və
10 pulemyotu olan Quba piyada alayının iki taboru və 200 nəfərə
yaxın polisin mühafizə dəstələri vuruĢmuĢdu.
Həmin hadisələrin iĢtirakçısı olmuĢ bolĢevik E.Y. Blyumin
sonralar xatirələrində 11-ci ordunun 1920-ci il aprelin 27-də Ģimal-
dan irəlilədiyi vaxt səhər saat 4-də Xaçmaz-Quba sərhəddində
keĢik çəkən və atların üstündə mürgüləyən, tez-tez oyanıb ətarafa
diqqət kəsilən 200 nəfərlik “jandarmeriya” dəstəsi ilə rastlaĢdığın-
dan yazırdı. Həmin rastlaĢma zamanı Azərbaycan ordu hissələri və
“Jandarmeriya”- gözətçi dəstələri ilə döyüĢdə “qırmızı” rus
əsgərlərindən 6 nəfər öldürülmüĢ, 2 nəfəri isə yaralanmıĢdı...
Onbirinci “qırmızı” ordunun hücumu ərəfəsində və zamanı
Azərbaycan Cümhuriyyətinin xarici və daxili vəziyyətində mürək-
kəb durum, o cümlədən Parlamentdə hökumətin tərkibində böhran
hokm sürürdü... Sovet Rusiyasına qarĢı sərt və barıĢmaz xəttin tərəf-
255
darı olan xarici iĢlər naziri F. Xoyski qrupu və güzəĢt siyasətinə tə-
rəfdar olan, sabiq daxili iĢlər naziri M.H. Hacınski qrupu arasında
ixtilaflar dərinləĢmiĢdi. Yeni hökumət təĢkil etmək Parlament tərə-
findən M.H. Hacınskiyə tapĢırılsada, o, bu vəzifəni həll edə bilmə-
miĢdi. M.H. Hacınski kommunistlərin də daxil olması Ģərtilə koalis-
yon hökumət yaradlmasını təklif etsədə, bolĢeviklər ondan imtina
etdilər. Bundan dərhal, özüdə olduqca saymazyana istifadə edən 11-
ci ordu hissələri sürətlə irəliləyərək, Bakıya çatmaqdaydı.
Belə tarixi Ģəraitdə Azərbaycan Parlamentində kəskin müba-
hisələr gedirdi. 1920-ci il aprelin 27-də, gündüz saat 12-də H. Sulta-
novun baĢçılığı ilə AK(b)P MK və RK(b) P-nin Qafqaz Ölkə Ko-
mitəsinin Bakı Bürosu adından hakimiyyəti təhvil vermək haqında
ultimatum təqdim edilmiĢdi. Ultimatumda bildirilirdi ki, hakimiyyət
heç də ruslara deyil, azərbaycanlı kommunistlərin ixtiyarına keçə-
cək. Burada Rusiya ordusunun güya Anadoluya (Türkiyə) gedib xa-
rici düĢmənləri qovacağı və bununla əlaqədar Xəlil paĢanın da
(1881-1957) (Ənvər paĢanın əmisi idi...) səlahiyyətli nümayəndə
kimi onunla getməsinə icazə verilməsinin zəruriliyi də müzakirə
olunmuĢdu. (Haşiyə: General Xəlil paĢa-Xəlil KUT. ”KUT” əsgi
türklərdə, qədim uyğurlarda hökmdar ləqəbi–“Ġdi-KUT, ”Ġduk-
KUT”, yəni “Tanrı tərəfindən göndərilmiĢ” deməkdir. Xəlil KUT
1881-ci ildə anadan olmuĢ və 1957-ci ildə 76 yaĢında vəfat etmiĢdir.
Türkiyənin tanınmıĢ hərbi xadimlərindən biri, tüm general (general-
leytenant) olan Xəlil KUT Qafqaz Ġslam Ordusunun təminat-
təchizat və təsərrüfat iĢlərinə (intendant) rəhbərlik etmiĢdi...
Parlamentin son iclasında kəskin çıxıĢ edən M.Ə. Rəsulzadə-
nin və ġ. Rüstəmbəylinin Rusiya ordusunun Azərbaycanı iĢğala gəl-
diyini demələrinə baxmayaraq, Parlament səs çoxluğu ilə yaranmıĢ
hazırkı böhranlı vəziyyətdə qan tökülməsinə yol verilməməsi üçün
1920-ci il aprelin 27-də, axĢam saat 11-də hakimiyyətin kommu-
nistlərə verilməsi haqqında qərar çıxardı. Beləliklə, Bakıda haki-
miyyət siyasi yolla bolĢeviklərin əlinə keçdi, ki ilə yaxın (23 ay)
mövcud olan Azərbacan Xalq Cümhuriyyəti süqut etdi. Azərbayca-
nın 11-ci ordu tərəfindən 1920-ci il aprelin 27-dən zorla baĢlanan
iĢğalı bir gün sonra - aprelin 28-də Bakıda sovet hakimiyyətinin
256
qurulması, həmin il mayın 15-də isə qəzalarda silah gücünə bərqərar
olmasıyla baĢa çatdı...
Böyük M.Ə. Rəsulzadə bu münasibətlə sonralar yazdığı
“Qara gün münasibətilə” əsərində xarici təcavüz nəticəsində bey-
nəlxalq münasibətlərə və hüquqlara zidd olaraq dünya ölkələri tərə-
findən 1920-ci il yanvarın 11-də de-yure tanınmıĢ suveren dövlətin
- Azərbaycan Xalq Cümhuriyyətinin zor iĢlədilməklə devrildiyini
qeyd etmiĢ və 27 apreli “qara gün” kimi səciyyələndirmiĢdi...
O, ”Nahaq qan yerdə qalmaz” adlı digər bir məqaləsində isə yaz-
mıĢdı: ”...Azərbaycanlılar Mehdi zühuruna inanırlar (dünya müsəl-
manları arasında qəbul olunmuĢ belə bir ümumi inam var ki, qeybə
çəkilmiĢ 12-ci imam Mehdi Sahib əz-Zaman nə vaxtsa (“Qiyamət
Günü”) yenidən zühur edəcək... (”Mehdi” ərəbcə “doğru yola gəl-
miĢ” deməkdir). BolĢeviklər bütün sərvət və zənginliyi dağıdaraq,
hər kəsi bir loğma çörəyə möhtac etmək siyasətinin, bir əlində silah,
bir əlində çörək tutan bu Ģeytanə politikanın xalqı nə kimi vasitələr-
lə bolĢevik etdiyini görüncə Azərbaycan xalqı...bundan sonra, təbii
ki, Mehdinin gəlməsini gözləyir. ”Azərbaycan Mehdisi” xalqının
idealından, Milli Ġstiqlalından ibarətdir”.
Müstəqil dövlətçiliyini itirib, bu dəfə sovetləĢmiĢə formada
Rusiyanın tərkibinə qatılan Azərbaycan xalqının milli təəssübkeĢli
qüvvələrinə qarĢı 11-ci ordunun “Bakı əməliyyatı” çox qəddarlıqla-
“qırmızı terror” yolu ilə baĢa çatdırılmıĢ, minlərlə azərbaycanlı dar
ağacından (hətta evlərin balkonundan, küçələrdə səyyari qurulmuĢ
tirlərdən və s.) həbsxanalara atılmıĢ, baĢqa sözlə, repressiyaya
məruz qalmıĢdılar. Bu haqda çoxlu sənədlər, fotolar və faktlar var .
Belə bir statistik fakt var: - 1920-ci ilin aprelin 29-dan həmin il
sentyabrın 1-dək Azərbaycan Fövqəladə Komissiyası (FK)
tərəfindən 1308 adam həbsə alınmıĢdı. Bunun 1261-i kiĢi, 47-si isə
qadın və uĢaq idi. Ümumiyyətlə, 20-ci illərdə FK tərəfindən həbslər
aparılması adi bir iĢə çevrilmiĢdi. Belə ki, sovet hakimiyyəti qurul-
duqdan sonra təkcə 1921-ci ilin avqustunadək Azərbaycanda “qır-
mızı terror” vasitəsilə 48 min adam məhv edilmiĢdi ki, bununda
çox hissəsi görkəmli ictimai-siyasi xadimlərdən və ziyalılardan o
cümlədən Azərbaycan Xalq Cümhuriyyəti daxili iĢlər orqanlarının
canını fəda etmiĢ Ģəxsiyyətlərindən ibarət idi... Bu akt otuzuncu
257
illərdə də davam etdirilmiĢdi. Belə ki, təkcə 1934-1938-ci illərdə
27.854 nəfər XDĠK tərəfindən güllələnməyə məhkum olunmuĢdu...
BolĢeviklər Azərbaycan Cümhuriyyətinin görkəmli xadimləri-
nə toxunmayacaqlrı barədə verdikləri vədə əməl etmədilər və 11-ci
ordu da Anadoluya getmədi. Bütün milli təfəkkürlü, demokratik
ruhlu siyasi partiyalar (“Müsavat”, ”Ġttihad”, ”Əhrar” və s) onların
liderləri, Azərbaycan Cümhuriyyəti Parlamentinin və Hökumətinin
görkəmli üzvləri, dövlət xadimləri təqibə, həbslərə məruz qalmıĢ,
güllələnmiĢ, bir çoxları canını qurtarmaqla ölkədən qaçmaya və
siyaisi mühacir həyatı yaĢamağa məcbur olmuĢdular. Onların içəri-
sində Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli ictimai-siyasi
xadimi, sabiq daxili iĢlər naziri Mustafa bəy Vəkilovda vardı.
1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti
qurulduqdan və baĢ verən “hadisələrdən” sonra M. Vəkilov məcbur
olaraq əvvəlcə Tiflisə, həmin il dekabrın sonundan isə Ġstanbula
gedərək ömrünün axırınadək orada yaĢamıĢdı...
...XI ordunun Xüsusi ġöbəsinin əməkdaĢları Bakıda hakimiy-
yət bolĢeviklərin əlinə keçdikdən dərhal sonra M.Ə. Rəsulzadənin
“sağ əli” hesab etdikləri Mustafa bəyi əlimyandı ilə axtarırdılar. On-
lar M.Vəkilovun gizlənə biləcəyi bütün evləri və mənzilləri diqqətlə
axtarsalar da, izinə düĢə bilməmiĢdilər. Mustafa bəy uzaq qohumu
olan Xədicə Qayıbovanın (24 may 1893, Tiflis-19 oktyabr 1938,
Bakı) evində gizlənərək, nəhayət, fürsət tapıb yük qatarı ilə Tiflisə
gedib çıxa bilmiĢdi. Bundan sonra siyasi mühacir həyatı yaĢayan
M.Vəkilov Tiflisdə fəaliyyətini dayandırmamıĢdı. O, Azərbaycan-
dan buraya təĢrif buyurmuĢ digər mühacirlərə faktiki rəhbərlik edə-
rək, qısa müddətdə Bakı ilə konsprativ əlaqə yarada bilmiĢdi...
Haşiyə: Xədicə xanım Osman qızı Qayıbova Azərbaycan
Xalq Maarif Komissarlığı nəzdində ġərq Musiqisi ġöbəsinin mü-
diri. ġərq Konservatoriyasının (indiki Azərbaycan Dövlət Kon-
servatoriyasının) yaradıcısı. Milli ruhlu azərbaycanlı pianoçu
qadın. O, 10 gündən çox Mustafa bəyi evində gizlətmiĢdi. Hətta
Azərbaycan Ġnqilab Komitəsinin sədri M.D. Hüseynovdan Mus-
tafa bəyin SSRĠ-də leqal (açıq) Ģəkildə yaĢaması barədə razılıq
da əldə etmiĢdi. Lakin M.Vəkilov Azərbaycan Ordusunun sabiq
zabiti Sultan Hüseynzadənin (1897-1962) köməyi ilə Bakıdan
258
qaça bilmiĢdi... Xədicə xanım Osman qızı Qayıbova isə sonralar
repressiya olunaraq həbs edilmiĢ və Azərbaycan SSR XDĠK
“Üçlüyünün” 1938-ci il 19 oktyabr tarixli qərarına əsasən
müstəsna cəza tədbiri-ölüm hökmü ilə güllələnmiĢdi.
Dostları ilə paylaş: |