Qeyd: N. Nərimanov Bakıya Həştərxandan sovet hakimiyyəti
qurulandan 18 gün sonra gəlmişdi. O, Azərbaycan SSR XKS-in
sədri işlədiyi dövrdə Türkiyə ilə qardaş bir ölkə kimi həmişə xoş
münasibətdə olmuş, Mustafa Kamal Paşa Atattürkə yaxından kömək
etməyə çalışmışdı. Hətta bir dəfə M. Atatürk ondan borc olaraq 1
milyon pul istədikdə, o dərhal onun xahişini yerinə yetirmiş və ona
yazmışdı: ”Paşam, qardaş qardaşa borc verməz, əl tutar!”.
Gəmi ilə Trabzona çatanda xoĢ bir təsadüf ġəfiqə xanımgili
ġəfi bəy Rüstəmbəyli ilə rastlaĢdırmıĢdı. ġəfi bəy ġəfiqə xanımı və
uĢaqlarını böyük ehtiramla qarĢılayıb, Ġstanbula gətirmiĢ və orada
məskunlaĢmıĢ Qaspıralılara qovuĢdurmuĢdu.Beləliklə, ġəfiqə xanım
övladlarl ilə birlikdə Ġstanbula gəlmiĢdi. Bu zaman Ġstanbulda onun
xalası Nigar xanım, qardaĢları Heydər bəy və Cövdət Mənsur bəy
yaĢayırdılar... ġəfiqə xanım Ġstanbulda “Qırmızı Aypara” Cəmiyyə-
tində iĢə düzəlmiĢ və ömrünün sonunadək orada yaĢamıĢdı. Xalası
Nigar xanım onu və övladlarını himayəyə götürmüĢdü.
Nəsib bəyin qızı Zöhrə xanım Berlin Universitetinin Kənd
Təsərrüfatı Fakultəsini bitirmiĢ, Ġstanbulda yaĢayan görkəmli azər-
baycanlı seleksiyaçı alim, kənd təsərrüfatı elmlləri doktoru Mirzə
bəy MəĢədi Yusif oğlu (ləqəbi Göygöl idi) Hacızadə ilə ailə qur-
169
muĢdu. Bu ailəlikdən onların 4 övladı dünyaya gəlmiĢdi. Zöhrə xa-
nım 90-cı illərin əvvəlində Ġstanbulun Taksim meydanında Alma-
niya konsulluğu ilə üzbəüz 4 mərtəbəli Ģəxsi malikanəsində yaĢa-
yırdı. 1992-ci ildə onun 90 yaĢı tamam olmuĢdu...Yorulmaz tədqi-
qatçı, mərhum jurnalist dostumuz Xanlar Bayramov həmin il Ġstan-
bula getmiĢ, Zöhrə xanımla görüĢmüĢ, söhbət aparmıĢ və həmin
görüĢdən yadigar Ģəkil də çəkdirmiĢdir...
Zöhrə xanım Xanlar müəllimlə söhbətində atası ilə son gö-
rüĢünü belə xatırlamıĢdır: ”...1920-ci il aprelin 27-də gecədən xeyli
keçmiĢ atam Nəsib bəy pəriĢan halda özünün rus sürücüsü Mitya
ilə evə gəlib bildirdi: ”Fəna bir zaman baĢladı. Hər yerdə tuthatut-
dur!...”. Sonra cibindəki pulun bir hissəsini stolun üstünə qoyaraq,
ailəsilə vidalaĢdı.”Özünüzü qoruyun!”, -deyib, dərhal qapıdan çıxdı,
hansı istiqamətdəsə getdi və bu onun son gediĢi oldu. O zamandan
indiyədək Nəsib bəydən bir kəlmə belə, məlumat ala bilməmiĢik”.
Nəsib bəy Yusifbəyli, ailə üzvləri və nəsli sovet rejiminin ağır
repressiya tədbirlərinə məruz qalmıĢdılar... Atası Yusif bəy uzun
sürən xəstəlikdən sonra 1922-ci ildə Gəncədə vəfat etmiĢdi...Buna
ilk növbədə səbəb oğlu Nəsib bəyin qətlə yetirilməsi idi...Anasının
adı Cəmilə xanım idi... Oğlunun adı Niyazi bəydi. Qızı Zöhrə xanım
idi. Nəvəsi, Zöhrə xanımın oğlu Selcuk bəy isə vəfat etmiĢdir...
Zöhrə xanımın bircə qızı ġölə xanım isə Almaniyada yaĢayır...
(Mərhum jurnalist Xanlar Bayramov yazmıĢdır ki, akademik Cingiz
Cuvarlı Nəsib bəy Yusifbəylinin bacısı oğludur...).
Nəsib bəy Yusifbəyli Bakıda hələ keçmiĢ çar dövründən adla-
nan Nikolayev (Azərbaycan Cümhiriyyəti dövründə “Parlaman”,
Azərbaycan SSR dövründə “Kommunust”, indiki dövrdə Ġstiqlaliy-
yət) küçəsindəki 21-ci binada (Filarmoniya ilə üzbəüz bina) yaĢa-
mıĢdı (Fətəli xan Xoyski də həmin binada yaĢamıĢdır). Buraya
xatirə lövhəsi vurulmuĢdur. Bakı Ģəhərində Nərimanov rayonunda,
Gəncə Ģəhərində görkəmli siyasi və dövlət xadimi Nəsib bəy Yu-
sifbəylinin adını daĢıyan küçələr vardır. 1992-ci il mayın 28-də Nə-
sib bəyin vaxtilə Gəncədə yaĢadığı binaya xatirə lövhəsi vurulmuĢ-
dur. 2012-ci ilin iyununda N.Yusifbəyliyə həsr olunmuĢ “Bir qətlin
iki qurbanı” adlı sənədli film çəkilmiĢdir. Filmi gəncəli Elnur PiĢna-
mazzadə çəkmiĢdir...
170
MƏHƏMMƏD HƏSƏN HACINSKİ
(1876 - 1931)
Azərbaycanın görkəmli ictimai-
siyasi və dövlət xadimi. Azərbaycan
Xalq Cümhuriyyətinin 1 və 2-ci hö-
kumət kabinetlərində xarici iĢlər və
maliyyə naziri, 3-cü kabinetdə dövlət
müfəttiĢi, 5-ci kabinetdə Azərbaycan
Respublikasının daxili iĢlər naziri,
sonra ticarət, sənaye və ərzaq naziri
vəzifələrində iĢləmiĢdir.
Məhəmməd Həsən Cəfərqulu
oğlu Hacınski 1876-ci il martın 3-də
Bakıda xırda tacir ailəsində anadan
olmuĢdu.
Məhəmməd Həsən Hacınskinin anası ərəb qızı idi.Atası,
bakılı xırda tacir Cəfərqulu Hacızadı hələ 1872-ci ilin yazında Misi-
rə ticarət səfərinə getmiĢdi. Həmin səfər zamanı orada ərəb qızı Fa-
timə ilə evlənib onu özü ilə Bakıya gətirmiĢdi (“fatimə” ərəbcə
“uĢağı süddən ayıran” (qadın) deməkdir). Bir il sonra Cəfərqulunun
Zibeydə adlı qızı, üç il sonra, 1876-cı il martın 3-də yeganə oğlu
dünyaya gəlmiĢdi. Cəfərqulu kiĢi oğluna Həzrəti Məhəmməd Pey-
ğəmbərin (570-632) Ģərəfinə Məhəmməd adını qoymuĢdu (”Mə-
həmməd” ərəb dilində “Mühamməd” kimi tələffüz olunur. ”Mə-
həmməd” sözünün mənası ərəbcə “bəyənilmiĢ”, ”mədh edilmiĢ”,
”çox təriflənmiĢ”, ”çox öyülmüĢ”, ”çox təriflənən”, ”çox öyülən”,
”tərifəlayiq” deməkdir). Burada anası, ərəb qızı Fatimə adının Mə-
həmməd Peyğəmbərin övladının adı olması da görünür, müəyyən
rol oynamıĢdı. Odur ki, tarixi ədəbiyyatların çoxunda Məhəmməd
Həsən yox, Məmməd Həsən yazılması, fikrimizcə, sonralar, sovet
dövründə iĢlədilən və yazılan “Mamed” - “Məmməd” söylən-
məsindən irəli gəlmiĢdir.Yeri gəlmiĢkən,xalqımızın böyük oğlu Mə-
həmməd Əmin Rəsulzadəni də ruslar sənədlərdə Məmməd Əmin
kimi yazmıĢlar. Əslində, Məhəmməd Əmindir.Bunu M.Ə. Rəsul-
171
zadənin hazırda Bakıda yaĢayan nəvəsi Rəis bəy gileylənərək bizə
Ģəxsən söyləmiĢdir...
...M.H. Hacınski 1887-ci ildə Bakı real məktəbinə daxil ol-
muĢdu. Xüsusilə dəqiq elmlər üzrə fitri istedada malik olan
M.H. Hacınski həmin məktəbi demək olar, əla qiymətlərlə bitirmiĢ-
di. O, boĢ vaxtını həmiĢə bibisi Minabəyim xanımın evində yerlə-
Ģən, hələ 1 avqust 1894-cü ildə N. Nərimanovun açdığı kitabxana-
nın qiraətxanasında keçirirdi. M.H. Hacınski 1896-cı ilin sentya-
brında Sankt-Peterburqdakı imperator Nikolayın adını daĢıyan Tex-
nologiya Ġnstitutuna qəbul olunmuĢdu. Ġnstitutu bitirən M.H. Hacın-
ski bir neçə ay Moskvada maarifpərvər Azərbaycan milyonçu-
larından ġəmsi Əsədullayevin (1840-1913) neftayırma zavodlarının
tikintisində çalıĢmıĢ, 1902-ci ildə Bakıya qayıdaraq, Ģəhər Uprava-
sının (ġəhər Ġdarəsi) Tikinti ġöbəsinin rəisi təyin edilmiĢdi.
Hacınskilər ailəsi musiqini çox sevirdi. Ailədə yeganə oğul
övladı olan Məhəmməd gəncliyində “Pəncərədən daĢ gəlir” xalq
mahnısını xüsusilə sevir və onu ürəkdən oxuyurdu. M.H. Hacınski
1902-ci ilin ortalarında (iyulda) qonĢuluqlarındakı molla Tahirin
(Tahir ərəb sözüdür, ”pak”, ”təmiz” deməkdir) nəvəsi Səadət xa-
nımla ailə qurmuĢdu. 1903-cü ilin oktyabrında M.H. Hacınskinin
oğlu dünyaya gəlmiĢdi. Onun adını Dağıstanın və Çeçenistanın ima-
mı, Dəndəhan ġeyx ġamilin (1796, Cümrü kəndi, - 1871, Mədinə,
Səudiyyə Ərəbistanı) Ģərəfinə ġamil qoymuĢdular.
M. Hacınskinin ilk övladı, 3 yaĢlı ġamil 1906-cı ildə miningit
xəstəliyundən çox yaĢamamıĢdı. Onun ardınca dünyaya gəlmiĢ
Mehriban adlı qızları da həyatdan tez köçmüĢdü. 1908-ci il iyunun
8-də M.H. Hacınskinin oğlu dünyaya gəlmiĢdi. Yenə ona ġamil adı-
nı qoymuĢdular. Bir il sonra M.H. Hacınskinin digər oğlu - NuĢira-
van doğulmuĢdu. 1913-cü il yanvarın 24-də Muxtar, sonrakı il de-
kabrın 23-də isə Tofiq dünyaya göz açmıĢdı.1918-ci il avqustun 2-
də Azərbaycan Cümhuriyyətinin ən gərgin günlərindən birində
M.H. Hacınskinin ailəsində yeddinci uĢaq – Murad dünyaya gəl-
miĢdi. Ümumiyyətlə, M.H. Hacınskinin 8 övladı olmuĢdur.
PeĢəkar mühəndis olan M.H. Hacınski Bakıda aparılan tikinti-
abadlıq iĢlərində özünü memar kimi də göstərmiĢdi. Bu iĢdə ona me-
mar Fon der Nonnenin (1832-1908) təsiri böyük olmuĢdu. M.H. Ha-
172
cınski müəllifi mülki mühəndis, arxitektor Nikolay Fon der Nonnenin
olduğu Bakı Ģəhərinin baĢ planını daha da təkmilləĢdirmiĢdi. M.H.
Hacınskinin “Yelpik” adlanan memarlıq layihəsi 1908-ci ildə Bakı
ġəhər Duması tərəfindən bəyənilmiĢ və təsdiq olunmuĢdu.
1909-cu il aprelin 7-də yenidən ġəhər Ġdarəsinin Tikinti ġöbə-
sinin rəisi təyin edilən (ġəhər Ġdarəsi Kələntərov pasajı - HaĢımov
meydanı (indiki Gənclər meydanı) ilə üzbəüzdə, ikimərtəbəli mülk-
də, QoĢa Qala qapısının ağzında yerləĢirdi, 1870-ci ildə təsis edil-
miĢdi) M.H. Hacınski həmin il mayın 5-də o zaman Rusiyada ən
uzun sayılan ġollar Su Kəmərinin layihəsinin təsdiqində və çəkil-
məsində yaxından iĢtirak etmiĢdi. Onun layihəsi ilə həmçinin yenə
1909-cu ildən Bakı dənizkənarı parkı (bulvar) (indiki Sahil bulvarı-
Milli Park) salınmıĢdı. Həmin parkın və dənizkənarı hamamın ti-
kintisi M.H. Hacınskinin rəhbərlyiyi altında 1912-ci ildə baĢa çat-
dırılmıĢdı. M.H. Hacınski 1913-cü ildə qısa müddətdə Bakı ġəhər
Ġdarəsinin rəisi olmuĢ, ġirvanĢahlar sarayının qorunması və bərpası-
na dair təĢəbbüslər irəli sürmüĢdü. Onun tövsiyəsi üzrə memarlar
Zivər bəy Əhmədbəyov (1873-1925) və Ö. Abuyev ġirvanĢahlar sa-
rayının bərpa layihəsini hazırlamaq üçün elmi-tədqiqat iĢlərinə baĢ-
lamıĢdılar.
Haşiyə: Zivər bəy Gəray bəy oğlu Əhmədbəyov. lk azərbay-
canlı ali təhsilli memar-rəssamdır. 1873-cü ildə ġamaxıda anadan
olub. 1902-ci ildə Peterburq ĠnĢaat Mühəndisləri Ġnstitutunu bitir-
miĢdi. 1910-cu ildən Bakı Ģəhərində yaĢayıb. 1917-ci ilədək Bakı
Quberniya Ġdarəsində və Bakı ġəhər Ġdarəsində memar iĢləyib.
Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan sonra Bakı Ģəhə-
rinin baĢ memarı təyin edilib. Bu vəzifədə 1922-ci ilədək çalıĢıb.
Z. Əhmədbəyov böyük məharətlə Qərbi Avropa və ġərq memar-
lıq ənənələrini özündə əks etdirən layihələr üzrə çoxlu möhtəĢəm
binalar inĢa edib. Z. Əhmədbəyov 1925-ci il fevralın 16-da Bakı-
da 52 yaĢında vəfat etmiĢdir.26 may 2011-ci ildə Bakıda “Ni-
zami” metrostansiyasının qarĢısında Z. Əhmədbəyovun heykəli
və onun adını daĢıyan parkın açılıĢı olmuĢdur. Azərbaycan Res-
publikasının prezidenti Ġlham Əliyev açılıĢ mərasimində iĢtirak
etmiĢdir. Parkla üzbəüz bina vaxtıilə Zivər bəy Əhmədbəyovun
layihəsi əsasında inĢa edilmiĢdir...
173
... Onun bəyənilmiĢ layihəsinin həyata keçirilməsi ilə əlaqə-
dar Bakı ġəhər Dumasında (M.H. Hacınski 1902-1917-ci illərdə
Bakı ġəhər Dumasının üzvü olmuĢ və onun bir çox iclaslarına sədr-
lik etmiĢdi) çıxıĢ edən Məhəmməd Həsən Hacınski demiĢdi: “ Bu
sadəcə layihə deyil...! Burada fantaziya və gözəllik lazımdır”. Qəbul
edilmiĢ layihə əsasında indiki “Azneft” meydanından Kukla Teatrı-
nın yanındakı yeraltı keçidə qədər Dənizkənarı bulvarın salınması
baĢlanmıĢdı. Bulvarın tikintisi 1912-ci ildə baĢa çatmıĢdı.
M.H.Hacınski Bakıya çəkilən ġollar Su Kəmərinin (O, bu
kəmərin tikintisini aparan ingilis Lindeylə birgə çalıĢmıĢdı) və digər
tikintilərin də həyata keçirilməsində xeyli əmək sərf etmiĢdi. 1913-
cü ilin aprelində Xaçmaz ərazisində ġollar Su Kəmərinin açılıĢında
Bakı ġəhər Dumasının üzvləri MəĢədi Əzizbəyov (18 yanvar 1876,
Bakı - 20 sentyabr, 1918,Ağcaqum, Türkmənistan), Ağa AĢurov
(1880. Bakı - 1936, Rostov), Ağabala Quliyevlə (1862-ci ildə,
Bakıda, KeĢlə kəndində anadan olmuĢdu; nüfuzlu Bakı varlıların-
dan idi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Ġrana
mühacirət edib, elə həmin ildə Təbrizdə dünyasını dəyiĢib...) yanaĢı
M.H. Hacınski də iĢtirak etmiĢdi.
M.H. Hacınski Bakıdakı çoxlu yoxsul müsəlmanlara və tələ-
bələrə Novruz Bayramı və digər əlamətdar günlərdə maddi kömək-
liklər də göstərirdi. 1907-ci ildə onun köməkliyi ilə Bakıda müsəl-
man əhalisinin övladları üçün “Ġslam” müəllimlər məktəbinin açıl-
ması barədə elan verilmiĢdi.
Ġstedadlı mühəndis olan M.H. Hacınski Bakı küçələrinin abad-
laĢdırılması üçün çox çalıĢırdı. Bakı Ģəhər Tikinti ġöbəsinin rəisi olan
M.H. Hacınskinin redaktəsi altında Bakı küçələrinin abadlaĢdırılması
haqqında Ģəhər Upravası 1912-ci ildə ayrıca bir kitab da buraxmıĢdı.
M.H. Hacınski 1913-cü ildə Bakı ġəhər Ġdarəsinin rəisi təyin
edilmiĢdi. Bakıdakı məĢhur ġirvanĢahlar sarayının mühafizə olunub
saxlanması və bərpa edilməsinin də təĢəbbüsçüsü M.H. Hacınski idi.
Bunlarla yanaĢı,M.H.Hacınski xalqımızın müstəqilliyə qovuĢ-
ması uğrunda gedən mübarizədən də kənarda qalmamıĢdı. O, hələ
1904-cü ildə Bakıda yaradılan “Hümmət” müsəlman təĢkilatının
təsisçilərindən biri idi. 1904-cü ilin axırlarında RSDFP-nin Bakı
Komitəsi yanında yaradılan ilk müsəlman sosial-demokrat təĢkilatı
174
kimi “Hümmət”in məqsədi Azərbaycanda, eləcə də, Rusiyanın
müxtəlif yerlərində yaĢayan müsəlmanları çarizmə qarĢı inqilabi
hərəkata cəlb etmək, onlar arasında ana dilində təbliğat və təĢviqat
aparmaq idi. ”Hümmət” təĢkilatını yaradanlar M.H. Hacınski ilə ya-
naĢı Mir Həsən Mövsümov (1882-1907) və M.Ə. Rəsulzadə (1884-
1955) idilər. N.Nərimanov (1870-1925), M.Əzizbəyov (1876-1918),
S.M.Əfəndiyev (1887,Bakı quberniyası, ġamaxı Ģəhəri-1938; otu-
zuncu illərdə repressiya olunub və güllələnib) kimi görkəmli inqi-
labçılar da 1905-ci ildən bu təĢkilatın üzvləri idilər.
M.H. Hacınski sonradan görkəmli müsavatçı olmuĢdu. O,
1911-ci ilin oktyabrında Bakıda gizli yaradılan “Müsavat” partiyası-
nın üzvü, sonralar isə partiyanın Mərkəzi Komitəsinin üzvü seçil-
miĢdi. Nüfuzu getdikcə artan M.H. Hacınski Rusiyada baĢ verən
1917-ci il fevral burjua-demokratik inqilabından sonra, martın 22-
də Bakıda yaradılan Milli Müsəlman ġurasının Ġcraiyyə Komi-
təsinin sədri (M.Ə.Rəsulzadə onun müavini idi) olmuĢ, həmin ilin
aprelində Qafqaz müsəlmanlarının Bakıda, mayda Rusiya müsəl-
manlarının Moskvada keçirilən qurultaylarında iĢtirak etmiĢ, daha
sonra Rusiya Müəssisələr Məclisinə Azərbaycandan millət vəkili
seçilmiĢdi. O zaman mühüm rol oynayan Milli Müsəlman ġurası-
na F. Xoyski, Ə. M. TopçubaĢov, Mirzə Əsədullayev (1875-1936),
B. CavanĢir, N. N. Nərimanov, M.Ə. Rəsulzadə, M. Vəkilov kimi
millətsevərlər daxil idilər.
M.H. Hacınski “Müsavat” partiyasının 1917-ci il oktyabrın
26-31-də Bakıda keçirilən Birinci qurultayında həmin partiyanın
Mərkəzi Komitəsinin üzvü seçilmiĢdi. O, 1917-ci il noyabrın 15-də
yaranmıĢ Zaqafqaziya Komissarlığı hökumətində ticarət və sənaye
komissarının müavini,Zaqafqaziya Seyminin üzvü,1918-ci il aprelin
26-də Seym tərəfindən müstəqil Trans Qafqaz hökumətinin tərki-
bini təsdiq olunanda menĢevik lideri A.Ġ. Çxengelinin təĢkil etdiyi
hökumət kabinetində (26 aprel-26 may 1918-ci il) F. Xoyski ədliyyə
naziri, N.Yusifbəyli xalq maarif naziri, M.H.Həsən Hacınski isə
ticarət və sənaye naziri vəzifələrini tutmuĢdular.
M.H.Hacınski Azərbaycan Milli ġurasının Azərbaycanın Ġs-
tiqlal Bəyannaməsini qəbul edən 24+2 üzvündən biri idi.O, Azər-
baycan Xalq Cümhuriyyətinin ilk xarici iĢlər naziri olmuĢdur.
175
Müstəqillikdən sonra Osmanlı dövləti ilə 1918-ci ilin yunun 4-də
bağlanmıĢ “Dostliq və əməkdaĢlıq haqqında” müqaviləni M.Ə. Rə-
sulzadə ilə birlikdə o imzalamıĢdı.
1918-ci il Mayın 28-də ġərqdə və bütün müsəlman aləmində
ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasında və fəaliyyətində də M.H. Hacınskinin rolu az deyildi.
O, 1918-ci il mayın 28-də Tiflisdə bitərəf F. Xoyskinin baĢçılığı
ilə yaradılan birinci hökumət kabinetində (28 may – 17 iyun 1918-ci
il) xarici iĢlər, yenə F.Xoyskinin rəhbərlik etdiyi ikinci hökumət ka-
binetində yenidən xarici iĢlər, həmin hökumətdə 1918-ci il
oktyabrın 6-da aparılan kabinədaxili dəyiĢikliklərdən sonra maliyyə
naziri, F.Xoyskinin sədr olduğu Nazirlər ġurasında (26 dekabr
1918-14 mart 1919-cu il) dövlət müfəttiĢi (16 yanvar 1919-cu ilə-
dək), N.Yusifbəylinin axırıncı, beĢinci hökumət kabinetində (24 de-
kabr 1919 – 30 mart 1920-ci il) daxili iĢlər naziri , sonra isə ticarət,
sənaye və ərzaq naziri olmuĢdu.
Hələ Gəncədə ikən Bakını ingilislərdən və “oyuncaq” “Sent-
rokaspi ” hökumətindən azad etmək məsələsi ilə bağlı gedən fikir
mübadiləsi zamanı M.H. Hacınski demiĢdi: ” Bakı məsələsi ancaq
qüvvədən asılıdır. Əgər Bakı alınmasa, hər Ģey batdı. Əlvida, Azər-
baycan! Hətta alındıqdan sonra belə, biz çoxlu diplomatik çətinlik-
lərlə qarĢılaĢmalı olacağıq. Bu vəzifəni yerinə yetirmək üçün biz
qabaqcadan hazırlamalıyıq...“.
M.H. Hacınski 1918-ci il dekabrın 28-də Parlamentin Ağsaq-
qallar ġurası ilə birlikdə F.Xoyski hökumətinin də iĢtirakı ilə Avro-
paya Paris Sülh Konfransına gedəcək və geniĢ hüquqlara malik 7
nəfərdən ibarət nümayəndə heyətinin tərkibində idi. 1919-cu ilin
yanvarında Azərbaycan Cümhuriyyəti Parlamentinin sədri bitərəf
Ə.M. TopçubaĢovun (1862-1934) rəhbərliyi altında Parisə Sülh
Konfransına (sədri Fransanın BaĢ naziri Jorj Benjamin Klemanso
(1841-1929) idi) iĢtirak etmək üçün yola düĢən nümayəndə heyəti-
nin tərkibində M.H. Hacınski Ə.M.TopçubaĢovun müavini, zəruri
hallarda müvəqqəti sədr hüququna malik idi. Nümayəndə heyətinin
səfəri üçün ayrılmıĢ 150 min manat pul vəsaiti də Xarici ĠĢlər Na-
zirliyinin qərarı ilə M.H. Hacınskiyə verilmiĢdi.Ümumiyyətlə, Av-
ropa və Amerikaya nümayəndəlik göndərmək üçün Azərbaycan
176
Parlamenti və Hökumətinin qərarı ilə 2,5 milyon manat vəsait ayrıl-
mıĢ və nümayəndəliyin hesabına keçirilmiĢdi. Sonralar M.H. Hacın-
ski yazırdı: ” Deyirdilər Parisdə və ümumilikdə Qərbi Avropada nə-
zərdə tutulan iĢ üçün külli miqdarda maliyyə vəsaiti lazımdır.Və
bunsuz orada heç bir iĢ görmək mümkün deyidir. Maliyyə məsələ-
sində Azərbaycan ən az imkanlı idi. Müqayisə üçün Ermənistan
nümayəndəliyi 10 milyon, Gürcüstan isə 5 milyon manat pul
götürmüĢdü...”.
M.H. Hacınski daxili iĢlər naziri olduğu dövrdə (24 dekabr
1919-cu il, 18 fevral 1920-ci il) o, DĠN-in zamanın tələblərinə uy-
ğun təkmilləĢməsi və daha səmərəli fəaliyyət göstərməsinə çalıĢırdı.
24 dekabr 1919-cu ildə Parlamentdə “Ġttihad” partiyasının lideri
(”Ġttihadi Ġslam-Rusiyada müsəlmanlıq” partiyası 1918-ci ilin yan-
varında yaranmıĢdı) doktor Qara bəy Qarabəyovun təklifi ilə
N.Yusifbəylinin hökumət kabinetində daxili iĢlər naziri vəzifəsinə
təyin olunması heç də birmənalı qarĢılanmayıb,”bəzilərinin”
ürəyincə olmayıb və onların “mənafeyinə” toxunmuĢdu...
M.H. Hacınskinin nazirliyi dövründə polis orqanları müstəqil
dövlətimizin həyatı üçün mühüm əhəmiyyət kəsb edən neft mədən-
lərinin qorunmasında və burada oğurluq, təxribat, ziyançılıq törət-
mək cəhdlərinə qarĢı qətiyyətlə mübarizə aparırdı. Lakin nazir M.H.
Hacınskinin əmri ilə bu iĢdə demokratik prinsiplərə, o cümlədən
neft mədənlərində çalıĢan fəhlələr arasında təbliğat, proflaktika ya
da üstünlük verilirdı. Məsələn, 1920-ci il yanvarın 14-də Bakı polis-
meysteri Rüstəm bəy Mirzəyev (1840-1920) neft mədən-zavod
fəhlələrini xüsusi müĢavirəyə dəvət etmiĢdi.O, bunun səbəbini açıq-
layaraq demiĢdi: ” Mən ona görə bu gün sizləri toplamıĢam ki,
sizinlə birlikdə (müĢavirəyə 65 nəfər fəhlə gəlmiĢdi) fikir müba-
diləsi edim. Çünki indiki vaxtda sənaye rayonlarında oğurluq baĢ
verir. Mən sizdən xahiĢ edirəm ki, bu bəla ilə mübarizə iĢində bizə
kəmək edəsiniz. Sizin üzünüzə mənim qapım həmiĢə açıqdır”.
Təyinat. Azərbaycan Cümhuriyyəti hökumətinin 6 yanvar
1920-ci il tarixli qərarı ilə milli istiqlalımızın görkəmli xadimlərin-
dən biri - Ġbrahim bəy Ġsa bəy oğlu Heydərov (1879-1949) daxili
iĢlər naziri M.H. Hacınskinin müavini vəzifəsinə təyin edilmiĢ və
bu vəzifədə həmin il martın 10-dək çalıĢmıĢdı. Daxili iĢlər naziri
177
M.H. Hacınskinin 24 yanvar 1920-ci il tarixli 805 nömrəli əmri ilə
Mustafa bəy Qabul oğlu Qabulov CavanĢir qəzasının rəisi vəzifə-
sindən azad edilərək,Balaxanı-Sabunçu polismeysteri vəzifəsinə
təyin olunmuĢdu.
Qeyd: B u fakt Azərbaycanın istiqlal hərəkatının fəal iştirak-
çılarından biri - İsa bəy Hacı Mehdiqulu bəy oğlu Aşurbəyovun
(Aşurbəylinin) (1881-1938) otuzuncu illərdə repressiya qurbanı
kimi həbs olunaraq, güllələnməmişdən əvvəl Xalq Daxili İşlər Ko-
missarlığının (XDİK) zirzəmisində müstəntiqə verdiyi ifadələrindən
məlum olmuşdur. Qeyd etmək lazımdır ki, fakt haqqında indiyədək
tarixünaslığımızda heç bir məlumat getməmişdir. Odur ki, bu faktı
ilk dəfə dövriyyəyə Bakı Asiya Universitetinin professoru, Azərbay-
can Tarixi Şəcərə Cəmiyyətinin üzvü Ədalət Tahirzadənin daxil
etdiyini bildiririk. Buna görə də xalqımızın istiqlaliyyəti uğrunda
çalışmış, Dağıstanda anadan olan azərbaycanlı soydaşımız İbrahim
bəy Heydərovun az tanınan, keşməkeşli, lakin örnək ola biləcək
maraqlı həyat və mübarizə yolunun əsas mərhələləri və məqamları
ilə oxucuları tanış edə bilmək imkanı yaratdığı üçün ona öz
təşəkkürümüzü bildiririk.
...Bakı general qubernatorunun məlumatına görə 1920-ci il
fevralın əvvəllərində Ģəhərdə bərk narahatçılıq yaranmıĢdı. Buna sə-
bəb 11-ci ordunun Ģimalda ağqvardiyaçı general Denikinin dəstələ-
rini darmadağın edərək Azərbaycan sərhədlərinə yaxınlaĢması və
bolĢeviklərin Bakıda orduda mülki və ticarət donanmasında, fabrik
və zavodlarda, mədənlərdə siyasi iĢ aparması və xalqı Azərbaycan
Cümhuriyyəti hökumətinə qarĢı silahlı üsyana hazırlaması və s.
barədə idi. M.H. Hacınskinin baĢında durduğu Daxili ĠĢlər Nazirliyi
və onun yerli orqanları bolĢeviklərin dövlət əleyhinə qarĢı fəaliyyə-
tinə qarĢı mübarizədən kənarda deyildi...Hələ 1919-cu ilin dekabrın-
da “Qaryagin” (əslində Karyagin) qəzası ərazisində (indiki Füzuli
rayonu) bolĢeviklərin üsyan qaldıracağı xəbəri alınanda daxili iĢlər
naziri M.H. Hacınski tərəfindən Qarabağ general-qubernatoru Xos-
rov bəy Sultanova bu təhlükəni aradan qaldırmaq barədə göstəriĢ
verilmiĢdi... AĢkar olunmuĢdu ki, Bakıdan gedib orada AXC əley-
hinə gizli fəaliyyət göstərən AK (b) P-nin fəal üzvləri, əslən qara-
bağlılar Məmmədxan Məmmədxanov (1881-1938), Əsəd Qarayev
178
(1884-1938), həmçinin Çingiz Ġldırım (1890-1938), Səfər Əlizadə
qəzada, xüsusən Qoçəhmədli və Qarğabazar kəndlərində yerli ca-
maatı çıxıĢ etməyə hazırlayırlar...
Haşiyə: Məmmədxan Məmmədxan oğlu Məmmədxanov.
1881-ci ildə Gəncə quberniyasının Karyagin qəzasının Qoçəh-
mədli kəndində anadan olmuĢdu. Sovet dönəmində məsul partiya
və dövlət orqanlarda xidmət göstərmiĢ,o cümlədən Karyagin
Qəza Ġnqilab Komitəsinin 1-ci katibi olmuĢdu. Otuzuncu illərdə
repressiya edilərək, həbs olunmuĢ, 1938-ci il yanvarın 5-dən 6-
na keçən gecə 57 yaĢında güllələnmiĢdi; o, həmin gecə güllələ-
nən 47 nəfər icərisində sayca 24-cü idi... Çingiz Ġldırım oğlu Sul-
tanov 1890-cı il iyul ayının 10-da Yelizavetpol quberniyası,
Zəngəzur qəzasının Qubadlı kəndində varlı ailədə anadan olmuĢ-
du. Milliyyətcə kürd idi.Azərbaycan Cümhuriyyəti dövründə Qa-
rabağ
general-qubernatoru
X.
Sultanovun
(1879-1947)
köməkçisi iĢləmiĢdi... Ç.Ġldırımın iki qardaĢı vardı. Cabbar bəy
məĢhur həkim kimi tanınırdı... ġəmil bəy Sultanov isə Azərbay-
can Cümhuriyyəti dövründə qəza rəisi iĢləmiĢdi... Azərbaycanda
sovet hakimiyyəti “qurulduqdan” sonra ilk hərbi və dəniz komis-
sarı, sonra xalq yollar, poçt və teleqraf komissarı və s. məsul və-
zifələrdə çalıĢmıĢdı; otuzuncu illərdə repressiya olunmuĢ, 1937-
ci ildə həbsə alınmıĢ,bir müddət həbsxanada istintaq
olunmuĢdu... Ç.Ġldırım 1938-ci il sentyabrın 25-də Moskvada,
Suxanovkada 48 yaĢında güllələnmiĢdir...Hərçənd, ElĢad Qoca
(Ġsayev) yazır ki, o, SSRĠ Ali Məhkəməsi Hərbi Kollegiyasının
hökmü ilə 1941-ci il iyulun 21-də, 51 yaĢında güllələnmiĢdir.
1950-ci ilin noyabr ayında Azərbaycan Politexnik Ġnstitutuna
Ç. Ġldırımın adı verilmiĢ, 1983-cü ildə həmin institutun qabağın-
da bürüncdən büstü qoyulmuĢdu.Büstün müəllifləri heykəltaraĢ
Z.A.Ġsgəndərov və arxitektor A.R.Məmmədov idi. SSRĠ dağıl-
dıqdan və Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra
Ç. Ġldırımla bağlı bütün nə varsa, ləğv olunmuĢdur... Əsəd Həsən
oğlu Qarayev. 1884cü ildə Cəbrayıl qəzasının Qarğabazar kən-
dində anadan olmuĢdu. Otuzuncu illərdə repressiya olunub,
1938-ci il yanvarın 5-dən 6-na keçən gecə güllələnib; o, həmin
gecə güllələnən 47 nəfər içərisində sayca 44-cü idi... Yerli
179
bolĢeviklərdən olan Əsəd Qarayev (“əsəd” ərəbcə “Ģir”,”aslan”
deməkdir) sonralar xatirələrində yazmıĢdı:”Qəzada “Müsavat”
hökumətinin inzibati idarə orqanları içərisində ən nüfuzlu və
bizim üçün təhlükəli Ģəxs CümĢüd bəy Əsgərxanov idi. Qəza
pristavı Mahmud bəy Hüseynbəyov və milis komissarı Naca-
rov da yatmırdılar”.Karyagində bolĢeviklərin Azərbaycan Cüm-
huriyyətinə qarĢı üsyan planının həyata keçməsinə DĠN-in
qurumları yol verməmiĢdilər...
Lakin Bakıda da bolĢeviklər xeyli fəallaĢmıĢdılar. O zaman
rəsmi dövlət qəzeti olan “Azərbaycan”da bolĢeviklərin milli höku-
mətimizə qarĢı niyyətləri barədə xəbərlər dərc edilirdi. Xüsusilə təh-
lükəli cani kimi bolĢevik Əli Bayramovun (1889, Bakı quberniyası,
ġamaxı qəzası, Lahıc kəndi - 1920; Bakıda 1920-ci il martın 23-
dən 24-nə keçən gecə öldürülüb və baĢı kısılib...) axtarıldığı
bildirilirdi. Daxili ĠĢlər Nazirliyi tərəfindən vətəndaĢlardan xahiĢ
edilirdi ki, Ə. Bayramovun yerini bilən varsa, mütləq polisə xəbər
versin. Qəzetdə bolĢevik Həbib Cəbiyevin (sentyabr 1899, Bakı -
1938; otuzuncu illərdə repressiya olunub, Bakıda həbs edilib və
güllələnib...) mənzilində axtarıĢ aparılması və polisin Azərbaycan
hökumətinə qarĢı üsyan olacağı barədə yeni sənədlər ələ keçirdiyini
təsdiqləyən izahat da verilmiĢdi.
Bakı Polismeysterliyi Xəfiyyə Polisi ġöbəsinin (rəisi Əbdül
Məcid Rebirov idi) əməliyyatçıları Ə. Bayramov və H. Cəbiyevin
Azərbaycan Parlamentinin üzvü, buna görə toxunulmazlıq hüquna
malik Ə.H.Qarayevin mənzilində gizləndiklərini öyrənib binanı mü-
hasirəyə almıĢdılar. Bakının 4-cü polis sahəsi pristavının müavini
Süleyman bəy Sübhanverdixanov və baĢqa polis məmurlarının mə-
lumatına görə əməliyyata Bakının general-qubernatoru Murad Gə-
ray bəy Tlexas Ģəxsən rəhbərlik edirdi.Parlament üzvünün mənzili-
nə daxil olmağa bu Ģərtlə icazə verilmiĢdi ki, polislər yalnız otaqlara
və mətbəxə baxa bilərdilər, axtarıĢ aparmaq olmazdı. Ə. Bayramov
aradan çıxa bilmiĢdi... Lakin polis tezliklə öyrəndi ki, o, Salyana
getmiĢdir. Salyan qəzasının rəisi Əli Heydər Yusifov onu çoxdan
axtarırırdı. (Ə.Yusifov sonra Bakı Ģəhərinin polismeysteri təyin
edilmiĢdi...).
180
M.H. Hacınskinin daxili iĢlər nazirliyi dövrü mürəkkəb icti-
mai-siyasi hadisələrlə xarakterizə olunurdu. O zaman milli məsələ
də çox kəskinləĢmiĢdi.Ermənilərin fitvaları və Dağlıq Qarabağda
daĢnakların hücumları, xüsusən 1920-ci ilin əvvəlindən Ģimaldan
Rusiyanın sərhədlərimizə təzyiq və tələbləri və s. bu qəbildən idi.
Parlamentdə partiya və fraksiyalar arasında fikir ayrılıqları və
konfilikt güclənmiĢ, hökumət böhranı yaxınlaĢmıĢdı.
...Azərbaycan Parlamentində iki qrup – F. Xoyski və
M.H. Hacınski tərəfdarları arasında qızğın mübarizə gedirdi. Əsas
ixtilaf ilk növbədə sovet Rusiyasına münasibətlə əlaqədar üzə
çıxmıĢdı. Məsələ isə bunda idi ki, RSFSR-in xalq xarici iĢlər
komissarı G.V.Çiçerin (1872-1936) 1920-ci ilin əvvəlində Azər-
baycan hökumətinə ağqvardiyaçı general Denikinə qarĢı hərbi
ittifaq bağlamağı təklif etmiĢdi. Azərbaycan hökuməti adından
xarici iĢlər nazirimiz F.Xoyski cavabında bildirmiĢdi:“...Azərbaycan
hökuməti rus xalqının öz daxili həyatını qurmaq uğrunda apardığı
mübarizəyə müdaxilə etməyi özünə rəva bilmir“. Cavabdan narazı
qalan Rusiya hökuməti 11-ci orduya döyüĢ hazırlığı vəziyyətində
Azərbaycanın sərhədlərinə doğru hərəkət etmək əmrini vermiĢdi...
Bu cür situasiyada F. Xoyski, ġ. Rüstəmbəyli, M. Vəkilov,
A. AĢurov və onlara meyl edənlər Ģimalda Samur körpüsünə çataraq
dayanmıĢ XI ordunun hücum edəcəyi təqdirdə Azərbaycan Cüm-
huriyyətinin müstəqilliyini qorumaq və axıradək savaĢmaq mövqe-
yində dururdular. M.H. Hacınski isə kompromis variantla çıxıĢ edib,
XI ordu komandanlığı ilə danıĢıqlar aparmaqla onun Bakı üzərinə
yürüĢünü ləngitmək, nizami Azərbaycan Ordusunu qəzalardan (Qa-
rabağdan, Zəngəzurdan və s. ) təcili Bakıya çağırmaq tərəfdarı idi...
M.H. Hacınski 1920-ci il fevralın 18-də Mustafa bəy Vəki-
lovun (1896-1965) daxili iĢlər naziri təyin edilməsi ilə əlaqədar ola-
raq vəzifəsindən istefa vermiĢ və həmin gündən ticarət, sənaye və
ərzaq naziri vəzifəsini tutmuĢdu .1920-ci il martın 30-da N. Yusif-
bəylinin hökumət kabineti istefaya çıxdığı üçün M.H. Hacınski də
nazir vəzifəsini tərk etmiĢdi.
Qeyd etmək lazımdır ki, M.H. Hacınski daxili iĢlər naziri
olarkən Bakıdakı ingilis komandanlığının apardığı siyasətə “uy-
ğun” gəlmədiyinə görə Böyük Britaniya hərbi komandanlığı onun
181
əvəzlənməsinə və xüsusilə, M.H. Hacınskinin müavini ġ. Rüstəm-
bəylinin (“Aran”) (1893-1960) onun yerinə təsdiq olunmasına
çalıĢırdılar. Çünki ġ. Rüstəmbəyli daxili iĢlər naziri M.H. Hacınski-
nin müavini təyin edildikdən sonra onun əmrləri ilə polis orqanları-
nın fəhlə kvartallarında, müxtəlif klublarda bolĢeviklərin təbliğat-
təĢviqatına görə apardığı həbs əməliyyatlarının sayı artmıĢ və
ümumiyyətlə, kommunistlərə qarĢı xüsusilə intensivləĢmiĢdi ki, bu
da bolĢevikləri sevməyən ingilislərə sərf edirdi.
1920-ci ilin apelində hökumət böhranı yüksək nöqtəsinə
çatmıĢdı. Aprelin 1-də Parlament tərəfindən Azərbaycan Respub-
likasının yeni hökumət kabinetini təĢkil etmək məhz M.H. Hacın-
skiyə tapĢırılmıĢdı. M.H. Hacınski bu məqsədlə Azərbaycan Parla-
mentinə daxil olan bütün partiya və fraksiyaların rəhbərləri ilə,
həmçinin bolĢeviklərlə danıĢıqlıqlar aparmıĢdı. M.H. Hacınski XI
ordu komandanlığı ilə də danıĢıqlar aparmaq üçün yaradılmıĢ
Parlament Komissiyasının baĢçısı idi.
Lakin kəskin diskussiyalar M.H.Hacınskiyə öz məqsədini
həyata keçirməyə imkan verməmiĢ və o,1920-ci il aprelin 22-də
Azərbaycan Parlamentinin sədrini əvəz edən Məmməd Yusif Cə-
fərova (14 mart. 1885, Bakı-15 may 1938, ġağan, Bakı) yeni höku-
mət kabineti yaratmağın qeyri-mümkünlüyünü bildirərək, həmin
andan “Müsavat”dan çıxdığını və bolĢeviklər partiyasına üzv ol-
duğunu rəsmi Ģəkildə bəyan etmiĢdi. Bu hərəkətinə görə M.Ə.Rə-
sulzadə sonralar,Türkiyədə mühacirətdə yaĢayarkən, onu “satqın-
lıqda” və “qırmızı iĢğalçılarla” əməkdaĢlıqda günahlandırmıĢdı.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra M.H. Ha-
cınski xaricə mühacirət etməyərək, Bakıda qalmağı üstün tutmuĢ-
du. Yeni hakimiyyət ona müxtəlif vəzifələr təklif etmiĢdi. M.H. Ha-
cınski 20-ci illərdə bir sıra məsul təsərrüfat, ticarət və dövlət vəzifə-
lərində çalıĢmıĢdı. M.H. Hacınski 1920-1922-ci illərdə Azərbaycan
SSR Ali Xalq Təsərrüfatı ġurasında mütəxəssis kimi iĢləmiĢdi.
Bakıda böyük Azərbaycan Ģairi M.Ə. Sabirin abidəsini qurmaq da
ona həvalə olunmuĢdu.1922-ci il mayın 8-də o, Zaqafqaziya Federa-
siyasının təchizat və xarici ticarət komissarının müavini vəzifəsinə
təyin edilmiĢdi.
182
1922-ci il mayın 8-də Tiflisə köçən M.H. Hacınskinin ailəsi
orada əvvəlcə Maçabeli küçəsində məskunlaĢmıĢdı. Sonra Tiflisdəki
Piroqov küçəsinə köçmüĢdü. Bu küçədəki 8 nömrəli binanın birinci
mərtəbəsində M.H Hacınskinin ailəsi,ikinci mərtəbəsində isə Zaqaf-
qaziya Diyar Komitəsinin birinci katibi Lavrenti Beriya (1899-
1953) və Ġvan Strua yaĢayırdı.Ġvan Strua vaxtıilə Bakıda “Nina”
bolĢevik mətbəəsində iĢləmiĢdi və “Vano” ləqəbilə tannırdı. Hər
ikicinin M.H.Hacınski ilə yaxınlıqları olmuĢdu.Lakin M.H. Hacın-
skinin ömrünün faciə ilə sona yetməsi məhz birbaĢa L.Beriya ilə
əlaqədar idi...
Dostları ilə paylaş: |