XƏLİL BƏY XASMƏMMƏDOV
(XASMƏMMƏDLI)
(1873 – 1947 (1945)
Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi. Azər-
baycan Xalq Cümhuriyyəti dövründə Fətəli xan Xoyskinin baĢçılıq
etdiyi 3-cü hökumət kabineti zamanı (26 dekabr 1918-ci il – 14
mart 1919-cu il...) Azərbaycan Respublikasının daxili iĢlər naziri ol-
muĢdur.
Xəlil bəy Hacıbaba bəy oğlu Xasməmmədov (Xasməmmədli)
1873-cü il oktyabrın 25-də Gəncədə əsilzadə ailədə anadan olmuĢ-
du. Atası Hacıbababa bəy Gəncəbasarın nüfuzlu Ģəxslərindən sa-
yılırdı. Xəlil bəy ixtisasca peĢəkar hüquqĢünas idi.Vaxtı ilə 1906-cı
il fevralın 20-də Yelizavetpol qəzasından Rusiyanın III Dövlət Du-
masına deputat seçilmiĢ, Fətəli xan Xoyski və digər deputatlarla bir-
likdə xalqımızın mənafeyini orada müdafiə etmiĢdi. X.Xasməm-
mədov III Dumada hüquq komissiyasının üzvü idi. Xəlil bəy
106
sonralar Zaqafqaziya Seyminin də üz-
vü seçilmiĢdi. O, ”Müsavat” partiyası-
nın fəal üzvü və rəhbərlərindən biri ol-
muĢdu...
X. Xasməmmədov 1918-ci il
mayın 28-də Azərbaycan Xalq Cüm-
huriyyətinin təsis iclasında Milli ġu-
ranın üzvü kimi Azərbaycanın istiqla-
liyyəti ilə bağlı məruzə edərək, onun
müstəqil respublika elan edilməsinin
zəruriliyini əsaslandırmıĢdı... X.Xas-
məmmədov F.Xoyskinin sədr olduğu
birinci hökumət kabinetində (28 may -
17 iyun 1918-ci il) ədliyyə naziri ol-
muĢdu. F.Xoyskinin baĢçılığı ilə Gəncədə yaradılıb fəaliyyət göstər-
miĢ 2-ci hökumət kabineti zamanı (17 iyun – 12 dekabr 1918-ci il)
”Müsavat”ı təmsil edən X.Xasməmmədov portfelsiz (mülki) nazir
postunu tutmuĢdu. Bitərəf F.Xoyskinin rəhbərlik etdiyi ikinci höku-
mətin mövcudluğu dövründə, 1918-ci il oktyabrın 6-da aparılan
kabinədaxili dəyiĢikliklərdən sonra X.Xasməmmədov yollar nazi-
ri təyin edilmiĢdi.
1918-ci il sentayabrın 6-da Türkiyədə yeni hakimiyyətə
gəlmiĢ Sultan Əbdül Məcidin (1839-1861) (“məcid” ərəbcə “əzə-
mətli”, ”görkəmli” deməkdir) oğlu axırıncı (8-ci) Osmanlı padĢahı
Sultan Altıncı Vahiddin Mehmed (2 fevral 1861, Ġstanbul - 15 may
1926, Ġstanbul) Ġstanbula təĢrif buyurmuĢ Azərbaycan nümayəndə
heyətini qəbul etmiĢdi. Onları Türkiyənin hərbi naziri Ənvər paĢa
(1881-1922) qarĢılayıb sultana təqdim etmiĢdi. Bu görüĢ müstəqil
Azərbaycan Cümhuriyyətinin beynəlxalq aləmə vəsiqə qazanmasın-
da və onun tanınmasında müsbət rol oynamıĢ və sürətləndirici təsir
göstərmiĢdi. Həmin gün Sultan Altıncı Mehmed tərəfindən qəbul
edilən 3 nəfərdən ibarət nümayəndə heyətində M.Ə.Rəsulzadə,
A.Səfikürdski ilə bir sırada X.Xasməmmədov da vardı .
F.Xoyskinin yenidən sədr olduğu 3-cü hökumət kabinetində
(26 dekabr 1918-ci il - 14 mart 1919-cu il) müsavatçı X.Xasməm-
mədov o zaman ən çətin və həm də çox mühüm vəzifə sayılan daxili
107
iĢlər naziri vəzifəsində çalıĢmıĢdı. O, bu vəzifədə 26 dekabr 1918-ci
ildən 14 mart 1919-cu ilədək iĢləmiĢdi. Xəlil bəy nazir iĢlədiyi
dövrdə müstəqil Azərbaycan polisinin möhkəmləndirilməsində və
inkiĢafında böyük xidmətlər göstərmiĢdi. Ona bu iĢdə vitse-nazir,
general-mayor M.S. Ağabəyzadə xüsusilə yaxından köməklik et-
miĢdi...
X.Xasməmmədovun nazirliyi dövründə onun əmri ilə 14 fev-
ral 1919-cu ildə baĢ verən cinayətləri təhqiq etmək və xidməti vəzi-
fəsindən sui-istifadəyə qarĢı mübarizə aparmaq məqsədilə Daxili
ĠĢlər Nazirliyinin TəftiĢ Ġstintaq Komissiyası yaradılmıĢdı. Onun
təklifi və təqdimatı ilə Azərbaycan Parlamenti 18 fevral 1919-cu il
tarixli iclasında “Parlamenti Mühafizə Polisi Dəstəsinin təĢkili
haqqında” qanun layihəsinə baxmıĢdı. (Parlamenti Mühafizə Dəs-
təsi sonra alaya çevrilmiĢdi). Bunun zəruri olduğunu Parlamentin
üzvü, Sosialistlər fraksiyasından deputat Qasım bəy Camalbəyov
(1881-1938) sonralar yazırdı ki, Azərbaycan Məclisi-Məbusanının
(Azərbaycan Parlamentinin) açıldığı gün onun Nikolayev (indiki
Ġstiqlaliyyət) küçəsində yerləĢən binasını azərbaycanlılar yox, hər
iki tərəfdən ingilis əsgərləri zirehli maĢının müĢayiəti ilə qoruyur-
dular və diqqətli yoxlama keçirməklə bir nəfər belə kənar adamı ora
buraxmırdılar.Odur ki, Azərbaycan Parlamentinin 18 fevral 1919-cu
il tarixli həmin iclasında 4 maddədən ibarət qanun layihəsi qəbul
edilərək, 200 nəfərlik polis dəstəsi yaradılmıĢdı. Onun təsis edilmə-
sində Parlamentin üzvü, Azərbaycanın görkəmli ictimai-aiyasi xa-
dimi,ixtisasca həkim olan Qarabəy Qarabəyovun (27 sentyabr 1873-
1953, Səmərqənd, Özbəkistan, 80 yaĢ) səmərəli təklifləri xüsusilə
bəyənilmiĢdi.
M.Ə.Rəsulzadənin təklifi ilə yeni yaradılan polis qurumu
“Parlamenti Mühafizə Dəstəsi” adlandırılmıĢdı (Sənədlərdə Parla-
mentin Qoruyucu Bölüyü də yazılmıĢdır...). Yeni yaranan “Polis
Mühafizə Dəstəsi”nin rəisi vəzifəsinə podpolkovnik Nağı bəy Əli-
yev (Əlizadə) (1897-1920), onun köməkçisi (müavini) vəzifəsinə
isə rotmistr HaĢımbəyov təyin olunmuĢdu. Altı nəfərdən ibarət Ģtat
vahidi üzrə təsis olumuĢ Parlamenti Mühafizə Polisi əməkdaĢlarının
– zabit və digər komanda heyətinin vəzifə dərəcələri üzrə aylıq mə-
vacibi aĢagıdakı kimi idi:
108
1. Rəis podpolkovnik Nağı bəy Əliyev - 4.500 rubl. 2. Onun
köməkçisi, rotmistr HaĢımbəyov - 3.800 rubl. 3.Ġki yüzlük polis
dəstəsinin (bölüyün) komandiri Kərim bəy Cövdətov - 3.600 rubl.
4. Parlamenti Mühafizə Polisi Dəstəsi rəisinin adyutantı (yavəri) -
3.600 rubl. 5.Kargüzar–registrator.Məmməd bəy Fərzəlibəyov-
1.110 rubl. 6.Reminqtenistika (makinaçı, katibə və s.dəftərxana-yazı
iĢlərini yerinə yetirən) Q.Baqdasarova - 1387 rubl 50 qəpik (Qeyd:
bu statistik faktları arxivdən araşdırma zamanı Bakı Avrasiya
Universitetinin professoru Ə. Tahirzadə aşkar edib bizə təqdim
etmişdir...). Parlamenti Mühafizə Polisinin 200 nəfərindən 192 nə-
fər sıravi polis əməkdaĢının hər biri 200 rubl, onlardan bir rütbə yu-
xarı olan 8 nəfər feldfebelin hər biri isə 250 rubl alırdı... Ümumiy-
yətlə, bu yeni milli polis növünün təĢkilinə hökumətin qərarı ilə ildə
dövlət xəzinəsindən 2.200.000 manat pul ayrılırdı... ”Parlamenti
Mühafizə Dəstəsi” Parlamentin Rəyasət Heyətinə tabe olub, onun
tərəfindən də formalaĢdırılır və vaxtaĢırı da ona hesabatlar verirdi.
Lakin o, bəzi məsələlərdə... Azərbaycan Cümhuriyyəti DĠN-ə tabe
idi və zəruri hallarda onun tədbirlərinə də cəlb oluna bilirdi...
... X. Xasməmədovun baĢçılıq etdiyi Daxili ĠĢlər Nazirliyi öz
fəaliyyətində Milli Ordu ilə qarĢılıqlı fəaliyyət göstərirdi.Bunu
Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, tam artillriya gene-
ralı S. Mehmandarovun 1918-ci ilin dekabrında daxili iĢlər naziri
X. Xasməmmədova göndərdiyi məlumatlardan da bilmək olardı...
X.Xasməmmədovun nazirliyi zamanı Daxili ĠĢlər Nazirliyinin
məlumatına görə 1 yanvar 1919-cu ildə Azərbaycan müstəqil polisi-
nin sayı rəsmən 9661 nəfərə çatmıĢdı... Həmin vaxtdan əvvəllər
ləğv edilmiĢ Bakı Qradonaçalnikliyinin faəliyyəti də bərpa olun-
muĢdu. Bu qurum birbaĢa Azərbaycan DĠN-ə tabe idi...
3-5 yanvar 1919-cu il. Bakıdakı Böyük Britaniya Müvəqqəti
Polis Komissarlığı və Azərbaycan Cümhuriyyəti DĠN-in birgə əmə-
liyyatları nəticəsində milli hökumətimizə qarĢı yönəlmiĢ Ġrandakı
sabiq rus ordusunun generalı, ermənipərəst L.Biçeraxovun qəsdinin
üstü açılmıĢdı... (Biçeraxov Lazar Fyodroviç. 1882-ci ildə Sankt-
Peterburqda anadan olmuĢ, 22 iyun 1952-ci ildə Qərbi Almaniyanın
DornĢtadt Ģəhərində ölmüĢdür...)...
109
6 yanvar 1919-cu il.Bakıdakı Böyük Britaniya Müvəqqəti
Polis Komissarlığı tərəfindən Azərbaycan Cümhuriyyəti və müttə-
fiq qoĢunların komandanlığı əleyhinə təbliğatla məĢğul olan sağ və
sol eserlərin, həmçinin menĢeviklərin liderləri həbs edilərək Ġrana
və Hindistana “sürgün” edilmiĢdilər.
10 yanvar 1919-cu il. Bakının general-qubernatoru V. Tomso-
nun əmri ilə Bakı Polismeysterliyinin Xəfiyyə hissəsinin rəisi Həsən
bəy Fətəlibəyova uğurlu fəaliyyətinə görə təĢəkkür elan olun-
muĢdu...
13-15 yanvar 1919-cu il. Azərbaycan hökumətinin qərarı ilə
mərkəzi ġuĢa Ģəhəri olmaqla birbaĢa DĠN-ə tabe olan Müvəqqəti
Qarabağ General-Qubernatorluğu yaradılmıĢ, görkəmli ictimai-siya-
si xadim Xosrov bəy PaĢa bəy oğlu Sultanov general-qubernator
təyin edilmiĢdi. Qeyd etmək lazımdır ki, Azərbaycan Cümhuriyyəti
elan edildikdən sonra Cənubi Qafqazda sülh və əmin-amanlıq ya-
ratmaq məqsədilə Azərbaycan hökuməti hələ 1918-ci il mayın 29-
da hətta Ġrəvanı ermənilərə güzəĢtə getmiĢdi (Ġrəvan Zəngi çayının
sahilində yerləĢir. Əsası 16-cı əsrin əvvəlində Səfəvi Birinci ġah
Ġsmayılın (17 iyul 1487, Ərdəbil – 23 may 1524, Sərab, 37 yaĢ )
tapĢırığı ilə onun qızılbaĢ əmirlərindən biri - vəzir Rəvanqulu
tərəfindən 510-517-ci illərdə tikilmiĢ və onun adıyla Rəvanqulu
adlanmıĢdır. Lakin xalq arasında qalanın adı zaman-zaman tədricən
“Ġrəvanqulu” kimi deyilməyə baĢlanmıĢdı...Ġrəvan 1747-1828-ci
illərdə Ġrəvan xanlığının, 1828-ci ilin martından Ermənistan Vilayə-
tinin və 1850-ci ildən Ġrəvan quberniyasının, 1918 – ci il mayın 29-
dan 1920-ci il noyabrın 28-dək daĢnak Ermənistan Respublikasının,
1920-ci il noyabrın 29-dan Ermənistan SSR-in paytaxtı olmuĢdu.
Ermənistan SSR Ali Sovetinin qərarı ilə 1936-cı ildə Ġrəvan adı də-
yiĢdirilib Yerevan adlandırılmıĢdır...). Lakin ermənilər bundan Ģir-
nikənərək, Qarabağı da almaq üçün fəallıqlarını azaltmadılar. Odur
ki, Qarabağ General-Qubernatorluğunun təĢkili zəruri addım idi.
Haşiyə: “Qarabağ” sözü 7-ci əsrdən baĢlayaraq,oz əksini mən-
bələrdə tapır... Lakin 12-ci əsrdən daha tez-tez adı çəkilir... Qa-
rabağ adı “qara” və “bağ” sözlərindən ibarətir. ”Qara” ”böyük”,
”bağ” “meyvə ağacı əkilmiĢ sahə” deməksdir. ”Qarabağ” sözü
tayfa adından törənmiĢ etnotponimdir. Qara həm də rəng an-
110
lamındadır.Onaltıncı əsrdə Qarabağ Azəbaycanın dörd bəylərbə-
yiliyindən biri idi. Onsəkkizinci əsrdə,1747-ci ildə əsası Pəna-
həli xan Sarıcalı CavanĢir tərəfindən qoyulmuĢ Qarabağ xanlıığı
Azərbaycanın ən güclü və aparıcı feodal xanlıqlarından biriydi.
1805-ci il 14 may tarixli Kürəkçay müqaviləsindən sonra Qara-
bağ xanlığı Rusiyanın tərkibinə keçmiĢdi...1822-ci il noyabrın
21-də Qarabağ xanlığı ləğv edilmiĢ və Rusiyanın tərkibində Qa-
rabağ əyalətinə çevrilmiĢdi.1840-cı il aprelin 10-da Qarabağ
əyaləti ləğv olunaraq əvəzində ġuĢa qəzası yaradılmıĢ (ġuĢa qə-
zası sovet dövründə bir qəza kimi 1921-ci ildə ləğv edilmiĢdi...)
və Kasapi vilayətinin tərkibində olmuĢdu. Mərkəzi ġuĢa olan
Qarabağ çar hökumətinin inzibati islahatlar haqqında verdiyi 9
dekabr 1867-ci il tarixli fərmanına əsasən 1868-ci il yanvarın
1-dən təsis olunmuĢ Yelizavetpol (Gəncə) quberniyasının tərki-
binə daxil edilmiĢdi...
... 15 yanvar 1919-cu il. Azərbaycan hökumətinin qərarı ilə
Bakı Ģəhəri və rayonlarının mühafizəsini gücləndirmək məqsədilə
birbaĢa DĠN-ə tabe olan AbĢeron Yarmadası Xüsusi General-
Qubernatorluğu yaradılmıĢdı...
Statistika. Azərbaycan Cümhuriyyəti DĠN-in məlumatına görə
Bakıdakı müttəfiq dövlətlərin qoĢunlarının hərbi kontingentinin sayı
5 min nəfərə çatmıĢdı ki, bunun da 2 min nəfəri hərbi polisdən iba-
rət idi. Məlumatda bildirilirdi ki, hərbi polis müvəqqəti olaraq mül-
ki-inzibati polisin funksiyalarınıda yerinə yetirirdi.
18 yanvar 1919-cu il. Bakıdakı müttəfiq dövlətlərin Müvəq-
qəti Polis Komissarlığının razılığı və təĢəbbüsü ilə Bakı Polismeys-
terliyinin yeni Ģtatlar üzrə Xəfiyyə Polisi təsis olunmuĢdu. Bu vax-
tadək həmin Polismeysterliyin Xəfiyyə hissəsinin rəisi olan Həsən
bəy Fətəlibəyov Bakı Xəfiyyə Polisinin rəisi vəzifəsinə təyin
edilmiĢdi...
...Həmin vaxt Azərbaycan hökumətinin qərarı və daxili iĢlər
naziri X. Xasməmmədovun əmri ilə mərkəzi ġuĢa Ģəhəri olan,
tərkibinə ġuĢa, Zəngəzur, Cəbrayıl və CavanĢir qəzalarının daxil
olduğu Qarabağ Ggeneral-Qubernatorluğu təsis edilmiĢdi.Gəncə
quberniyasından ayrılaraq 1919-cu il yanvarın 13-də təsis edilən
Qarabağın general-qubernatoru vəzifəsinə həmin il yanvarın 29-dan
111
Xosrov bəy Sultanov (1879-1947) təyin edilmiĢ,general-qubernator
vəzifəsinin faktiki icrasına 12 gün sonra,fevralın 12 dən baĢlamıĢ-
dı... Onun köməkçiləri (müavinləri) Hüseyn bəy Mahmudbəyov və
Qriqori Kələntərov, məsləhətçiləri Xosrov bəy Folatov (səhvdir, əs-
lində Poladovdur), Ġbrahim bəy, Levon Vartapetyan və Akop Bala-
sanyan idilər. General Tomsonun baĢçılıq etdiyi Bakıdakı müttəfiq
dövlətlərin komandanlığı Qarabağ General-Qubernatorluğunu rəs-
mən yalnız 1919-cu il aprelin 3-də tanımıĢdı... Elə həmin dövrdən
də baĢlayaraq, Azərbaycan hökuməti Bakıda Ġngiltərə general-
qubernatorluğunun ləğv edilməsi uğrunda fəaliyyətini artırmıĢdı...
Azərbaycan hökumətinin 15 yanvar 1919-cu il tarixli icla-
sında müzakirələr zamanı Qarabağın general-qubernatoru vəzifəsinə
namizəd də təklif olunmuĢdu. Daxili iĢlər naziri X. Xəsməmmədov
tərəfindən irəli sürülmüĢ namizəd Bakının polismeysteri və qrado-
naçalnki vəzifəsində çalıĢmıĢ Quda Əliyeviç Qudiyev (bəzi mən-
bədə Puda,Qud yazılır.Lakin əslində Qudadır) Daxili ĠĢlər Nazirliyi
Q.Qudiyevi təcrübəli, müxtəlif hərbi xidmətin pillələrini bir-bir
keçmiĢ məmur kimi müsbət xarakerizə edərək, namizədliyini müda-
fiə edirdi. Lakin Q.Qudiyevin yeganə və həmdə əsas çatıĢmayan cə-
həti Azərbaycan dilini bilməməsiydi. Üstəlik, o, Qarabağ bölgəsinə
də çox yaxından bələd deyildi. Çünki, Q. Qudiyev Dağıstanın Ter
Vilayətinin Nazran dairəsində anadan olmuĢdu, milliyyətcə isə
inquĢ idi (bu faktı ilk dəfə dövriyyəyə BDU-nun professoru Ġsma-
yıl Musyev daxill etmiĢdir).
28 fevral 1919-cu il.Azərbaycan hökumətinin qərarı ilə ermə-
ni-daĢnakların hücumlarını mütəĢəkkil surətdə dəf etmək və bölgədə
qayda-qanunu yaxĢılaĢdırmaq məqsədilə paytaxtı Naxçıvan olan
Cənub-Qərbi Azərbaycan General-Qubernatorluğu yaradılmıĢ, Bəh-
ram xan Naxçıvanski general-qubernator vəzifəsinə təyin edilmiĢdi.
B. Naxçıvanski bu vəzifədə 1919-cu il martın 16-dək xidmət etmiĢ-
di. Sonuncu tarixdən onu həmin vaxtadək Zaqatalanın qubernatoru
vəzifəsində çalıĢan, general-mayor Əliyar bəy HaĢımbəyov əvəz
etmiĢdi...
Mənbələr və sənədlər göstərir ki,Azərbaycan Xalq Cümhuriy-
yətinin 3-cü hökumət kabineti zamanı daxili iĢlər naziri iĢləmiĢ
X. Xasməmmədov çox fəaliyyətli, yorulmaz və barıĢmaz Ģəxsiyyət
112
olmuĢdur. Xəlil bəy qanunun aliliyini ilk növbədə rəhbər tutur və
bunu tabeliyində olanlardanda tələb edirdi.Onun ölkədə ictimai
təhlükəsizliyin təmin edilməsində və cinayətkarlıqla mübarizə sahə-
sində tutduğu sərt mövqe və tələbləri hamı bilir və qəbul edirdi.
Azərbaycan Parlamentinin 1919-cu il 4 fevral tarixli geniĢ iclasında
çıxıĢ edən daxili iĢlər naziri X. Xasməmmədov demiĢdi:
- ”...Qanunlarımız dəqiq, həm möhkəm və həm də yerinə
yetirilən olmalıdır. Onlar dəqiq olmayan yerlərdə qanunsuz fəaliy-
yət üçün imkan yaranır. Bu, əhalinin taxıl yığımındakı iĢtirakına da
aiddir”.Xəlil bəy Parlamentdəki həmin çıxıĢında Quba,Göyçay,
Gəncə və daha bəzi baĢqa yerlərdə taxıl ehtiyatının saxlanılması ilə
yanaĢı, mövcud olan oğurluq faktları və onlarla mübarizə yolla-
rından da bəhs etmiĢdi. Nazir Qazax qəzasında polisin istintaq or-
qanlarının dövlət əmlakının mənimsənilmə faktlarını üzə çıxardığını
bildirmiĢ, həmçinin Ağstafa stansiyası vasitəsilə qonĢu Gürcüstan
və Ermənistana daĢınıb 1 pudunun 20 manata satıldığı (“pud” fars
sözü, ölçü vahididir; bir pud 16 kq-dır) neft alverindən bəhs edib
bununla mübarizə üçün bütün tədbirlərin artıq görüldüyünü nəzərə
çatdırmıĢdı...
Təyinat. Daxili iĢlər naziri X. Xasməmmədovun təqdimatı,
Azərbaycan Nazirlər ġurasının 5 fevral 1919-cu il tarixli qərarı ilə
bu vaxtadək Azərbaycan hökumətinin ĠĢlər Ġdarəsinin müdiri vəzi-
fəsində iĢləyən RəĢid bəy Axund Əbdüssalam oğlu Axundzadə irə-
li çəkilərək 1919-ci il yanvar ayının 1-dən sayılmaqla Bakı Ģəhəri-
nin qubenatoru təyin edilmiĢdi. R. Axundzadə bu vəzifədə 1919-cu
il avqustun 25-dək iĢləmiĢdi. RəĢid bəy Axundzadəyədək həmin və-
zifəni Azərbaycan Parlamentinin üzvü Müseyib bəy Əxıcanov
icra edirdi...
10 fevral 1919-cu il. Bakının yeni qubernatoru təyin olunmuĢ
R. Axundzadənin yanında Bakı və Balaxanı Sabunçu Polismeyster-
liyi əməkdaĢlarının müĢavirəsi keçirilmiĢdi. MüĢavirədə polis iĢçi-
lərinin paltarla təmin edilməsi, nizam-intizamın daha da möhkəm-
ləndirilməsi və s. barədə məsələlər müzakirə olunmuĢdu.
10 fevral 1919-cu il. Azərbaycan hökuməti tərəfindən “Bakını
cinayətkarlardan və heç bir məĢğuliyyəti olmayan ünsürlərdən tə-
113
mizləmək haqqında” Daxili ĠĢlər Nazirliyinə sərəncam verilmiĢdi.
Sərəncam dövrü mətbuatda dərc olunmuĢdu.
Parlamentin 1919-cu il 6 fevral tarixli növbəti iclasında res-
publikanın o zamankı çətin durumunda ziyan vuran möhtəkirliklə
mübarizə məsələsi də müzakirə edilmiĢdi. Parlament hələ 1918-ci
ilin dekabrında bahalığa bais olan möhtəkirliklə bərabər rüĢvətxor-
ları da məsuliyyətə cəlb etməyi nəzərdə tutan qanun layihəsinin təs-
diq edildiyini bir daha qeyd edərək, möhtəkirliklə mübarizənin güc-
ləndirilməsini, ərzaq məhsullarının gündəlik daĢındığı Biləcəri stan-
siyasından keçən vaqonlara xüsusi nəzarət etməyi X. Xasməmmə-
dovun rəhbəri olduğu DĠN-ə həvalə emiĢdi.
Azərbaycan hökumətinin 1919-cu il 10 fevral tarixli qərarı ilə
Daxili ĠĢlər Nazirliyinə Bakıdan cinayətkarları və heç bir məĢğuliy-
yəti olmayan ünsürləri və Ģəxsləri təmizləmək əmri verilmiĢdi. Bu-
nunla bərabər, qeyd etmək lazımdır ki, polis müntəzəm olaraq iĢsiz
və tüfeyli həyat keçirən Ģəxsləri toplayır və onlarla proflaktiki söh-
bətlər də aparırdı...
Milli-müstəqil dövlətimiz əleyhinə fəalyyət göstərən qüv-
vələrə qarĢı barıĢmaz mübarizəni Xəlil bəy ən önəmli vəzifə kimi
diqqətdə saxlayır və əməli tədbirlər görürdü...O, bununla əlaqədar
qəzalara da göndərilmiĢ bütün DĠN sistemi üzrə xüsusi əmr də im-
zalamıĢdı. 1919-cu il fevralın 23-25-də Gəncə qubernatoru Ġbrahim
ağa Vəkilovun daxili iĢlər naziri X. Xasməmmədova göndərdiyi
raportlarda bildirilirdi ki, Nuxa qəzasında (o zaman Nuxa qəzası
Gəncə quberniyasının tərkibində idi) Azərbaycan hökumətinə qarĢı
qarıĢıqlıq törətməyə çalıĢan, xüsusu məqsədlər güdən türk çavuĢu
Ġsmayılın dəstəsi darmadağın edilmiĢ, dəstənin 39 nəfər üzvü
tutulmuĢ və silahları müsadirə olunmuĢdur.Tutulan 39 nəfərdən 21-i
hərbçi fərari, 18-isə Nuxanın Bideiz kəndinin yoldan çıxarılmıĢ
sakinləri idi. Raportda daha sonra bildirilirdi ki, Paziqzid kəndində
də ictimai asayiĢi pozanlar da tutulmuĢlar. Buradakı günahkarlar
yerli gənclərin hərbi xidmətə getməmələri üçün təbliğat aparan
Ģəxslər idi. Onların iĢi Gəncə Dairə Prokurorluğuna verilmiĢdir.
Təəssüki, Ġsmayıl adlı həmin türk çavuĢu 9 nəfər tərəfdarı ilə qaçıb
Dağıstan dağlarında gizlənə bilmiĢdi...
114
... Gəncə Ģəhərində, onun ətrafında daim çıxıĢlar baĢ verir,
tətillər, nümayiĢlər keçirilirdi. Bu çlxıĢaların əksəriyyəti mövcud
hakimiyyəti yıxmağa çalıĢan və sovet Rusiyasından idarə edilən
bolĢevik qüvvələri tərəfindən təĢkil olunurdu. Onların əksəriyyəti
erməni ünsürlər idi.Osepyan,Murovyan kimi fitnəkarlar Gəncə
Ģəhəri və onun ətraf rayonlarında Azərbaycan Xalq Cümhuriyyətinə
qarĢı hər cür fitnə-fəsadlar törədirdilər. Gəncə qubernatoru Ġbrahim
ağa Vəkilov tərəfindən bu çıxıĢlar yatırılır, onlar tərəfdən irəli
sürülən uydurma tələblər çox zaman cavabsız buraxılırdı.
1919-cu ilin fevral ayında Gəncə qubernaroru Ġ.Vəkilov Azər-
baycan Cümhuriyyətinin daxili iĢlər naziri X. Xasməmmədova gön-
dərdiyi yeni teleqramda Ģəhərin rabitə iĢçıilərinin tətili barədə
məlumat verirdi. Bu tətili də bolĢeviklər təĢkil etmiĢdi...
11 mart 1919-cu il. Bakıdakı Böyük Britaniya Müvəqqəti
Polis Komissarlığı və Azərbaycan Cümhuriyyəti DĠN-in qüvvələri
milli hökumətimizə qarĢı siyasi məqsədlərlə çıxıĢ edən Ģəxsləri həbs
edərək Ənzəliyə, Tehrana və Krasnovodskiyə (indiki TürkmənbaĢı,
Türkmənistan)” göndərmiĢdilər”.
14 mart 1919-cu il.Daxili iĢlər naziri X. Xasməmmədov istefa
haqqında ərizə vermiĢ, bununla əlaqədar Azərbaycan hökuməti vit-
se-nazir, general-mayor M.S. Ağabəyzadəyə daxili iĢlər naziri vəzi-
fəsini ifa etmək barədə sərəncam vermiĢdi.Lakin X.Xasməmmədov
hələ mart ayının sonunadək bu vəzifədə qalırdı... 1919-cu il aprelin
16-dan Azərbaycan Cümhuriyyətinin daxili iĢlər naziri vəzifəsini
eyni zamanda baĢ nazir olan N.Yusifbəyli aparmağa baĢlamıĢdı...
1919-cu ilin martı. Gəncənin general-qubernatoru Ġ.Vəkilov
Azərbaycan Cümhuriyyətinin daxili iĢlər naziri X. Xasməmmədova
raportunda ona müraciətlə bildirirdi: ”CavanĢir qəza rəisi və Ağdam
pristavı teleqram göndəriblər ki, ermənilər hücum ediblər.Əsas
hücum Əskəranadır. ġuĢa Ģəhərinin yolunun qarĢısını kəsiblər. Hə-
ləlik,yalnız Əskəranda Ģiddətli döyüĢlər gedir. Bu barədə bilməyiniz
və göstəriĢləriniz üçün məlimat verirəm.Yeni Bayazid erməniləri
ġiĢqaya kəndinə doğru yeriyib ucdantutma bütün əhalini qırıblar.
Gədəbəyə yaralılar gətirilib.Hazırda Cil kəndində döyüĢ gedir.
Azərbaycanlıların və müsəlmanların vəziyyəti mürəkkəbdir. Kömək
115
gözləyirlər.Bu barədə bilməyiniz və müvafiq sərəncam verməniz
üçün məlumat gözləyirəm”.
... Bakıdan. Daxili iĢlər naziri Xəlil bəy Xasməmmədovdan.
Təcili teleqram.
...1894-1899-cu illər arasında anadan olmuĢ gənclərin hərbi
mükəlləfiyyətə cəlb olunması haqqında əmr”.
Azərbaycan Ordusunun formalaĢması üçün çox vacib olan bu
əmr Ġ.Vəkilov tərəfindən mütəĢəkkil surətdə yerinə yetirilmiĢdi...
Gəncə qubernatoru polkovnik Ġ.Vəkilov 1919-cu ill martında
daxili iĢlər naziri X. Xasməmədova göndərdiyi raportda bildirirdi
ki, Gəncə qəzasında daĢnak irticasının və xarici müdaxiləçilərin
törətdiyi “fitnə-fəsadlar” aĢkar edilmiĢdir.Yerli bolĢeviklərlə birlə-
Ģən ermənilər azərbaycanlılar və müsəlmanlar arasında qırğın törət-
mək istərkən yaxalanmıĢlar. Onların baĢçısı qolçomaq CümĢüd
Voskanov həbs edilmiĢdir...
...1919-cu ilin martında Novruz Bayramı münasibəti ilə Milli
Ordunun paradı keçirilmiĢdi. Respublika hərbi naziri, tam artillerya
genereı S. Mehmandarov, bir qrup Parlament üzvü (onların içəri-
sində X. Xasməmmədov da vardı) paradda iĢtirak etmək üçün Gən-
cəyə gəlmiĢdilər. Gəncə qarnizonundakı səliqə-sahmana və nümu-
nəvi qayda-qanuna görə hərbi nazir S. Mehmandarov Daxili ĠĢlər
Nazirliyinin vəzifə daĢıyan yüksək rütbəli məmuru - qubernator,
polkovnik Ġ.Vəkilova səmimi təĢəkkürünü bildirmiĢdi. Bununla bə-
rabər, daxili iĢlər naziri X. Xasməmmədovun verdiyi təqdimatlar və
Azərbaycan hökumətinin 1919-cu il 30 mart tarixli qərarı ilə uzun
illər nümunəvi xidmətinə görə Ġbrahim ağa PaĢa oğlu Vəkilova
general-mayor ali hərbi rütbəsi, onun müavini Hüseynqulu xan
Xoyskiyə isə polkovnik rütbəsi verilmiĢdi.
... X.Xasməmmədov Azərbaycan Ordusunun komplektləĢdi-
rilməsinə yönəldilmiĢ tədbirin: 1894-1899-cu illər arasında anadan
olmuĢ gənclərin hərbi mükəlləfiyyətin yerinə yetirilməsinə cəlb
olunması haqqında qərarın mütəĢəkkil qaydada icra edilməsi üçün
qubernatorlara xüsusi əmr göndərmiĢdi.Lakin Azərbaycan Ordusun-
da bolĢeviklərin dövətçiliyimiz əleyhinə apardıqları qızğın təbliğat,
respublikanın bütün ərazisində yaratdıqları gərginlik onu bərk
narahat edirdi.Azərbaycan Cümhuriyyətinin hərbi naziri, tam artille-
116
riya generalı S. Mehmandorovun 1919-cu ilin martında bu haqda
ona göndərdiyi 418 nömrəli məxvi məlumat bu narahtçılığı dahada
artırmıĢdı...
Hərbi nazir S.Mehmandarovun daxili iĢlər naziri X. Xasməm-
mədova verdiyi gizli məlumatda bildirilirdi: ”...”Hümmət” müsəl-
man bolĢevik təĢkilatı gəncləri əsgərlikdən qaçmağa təhrik etmək
məqsədilə hərbi komissiya yaratmıĢdır.Ġndi Azərbaycanın bütün
ərazisində həm xalq, həm də əsgərlər arasında təbliğat aparılır. Təb-
liğatçılar xalqın uĢaqlarını əsgərliyə verməməyə, əsgərləri isə or-
dudan qaçmağa təhrik edirlər. Xüsusilə, Qazax qəzasında bu təbli-
ğat güclü aparılır. Belə təbliğatın nəticəsi olduqca ciddir. Gəncə qu-
bernatorunun dediyinə görə, bütün Qazax uĢaqlarını əsgərliyə ver-
məkdən imtina edir”. S. Mehmandarov axırda bolĢeviklər barədə
ciddi tədbir görməyi xahiĢ etmiĢdi...
Qocaman generaldan aldığı məlumatdan sonra Xəlil bəy
orduda fəal təbliğat aparılmasını təĢkil edən bolĢeviklərin N. Nəri-
manov, M.D.Hüseynov, Ə.H. Qarayev, Əhmədov, Sanıyev (Yazıçı,
bolĢevik Hacı Kərim Sanılı (1878, Qazax qəzası, Çaylı-Kəsəmən
kəndi - 1937;yazıçı H. Sanılı Azərbaycan Parlamentində “Sosialist-
lər fraksiyası”nın nümayəndəsi idi. Qazax qəzasının general-quber-
natoru da olmuĢdu... Otuzuncu illərdə repressiyaya məruz qalmıĢ, 4
dəfə həbs edilmiĢ, 16 sentyabr 1937-ci ildə həbsxanada dünyasını
dəyiĢmiĢdi...) və baĢqalarının olduqlarını müəyyənləĢdirmiĢ, Azər-
baycan hökumətinin rəhbərliyinə bu haqda məruzə etmiĢdi. Höku-
mət rəhbərliyi isə bu cür “bolĢevikləĢmiĢ” adamlara qarĢı qəti və
kəskin mübarizə aparmağı Daxili ĠĢlər Nazirliyinə, Ģəxsən daxili iĢ-
lər naziri X. Xasməmmədova tapĢırmıĢdı. Odur ki, daxili iĢlər naziri
kimi Xəlil bəy xüsusi qərar qəbul etmiĢ və buna müvafiq əmr
vermiĢdi. Həmin əmrdə deyilirdi:
- ġuĢa Ģəhərinin müvəqqəti general-qubernatoruna.
N. Nərimanovun həbs edilməsi haqqında.
Müvəqqəti general-qubernator Xosrov bəy bəy Sultanova:
“Hərbi nazirin aldığı cəsusluq məlumatlarına görə, bolĢevik
Nərimanov Bakıya gəlib, orada “Hümmət” partiyasının Parlament
üzvləri ilə, baĢlıcası isə Sanıyev və Qarayevlə görüĢmüĢdür ki, ġuĢa
və Qazax qəzalarında camaat arasında, habelə imkan daxilində qo-
117
Ģun arasında bolĢevizmi yaysın. Hərbi nazir təsdiq edir ki, bu cür
təbliğat nəticəsində hazırda orduya çağırlanların sayı xeyli azalmıĢ-
dır və qorxur ki, tamam heçə enə bilər.
Məlumat üçün bunu bildirməklə Siz cənablarınızdan xahiĢ
edirəm ki, Nərimanov Sizin general-qubernatorluğunuzda peyda
olsa, onun tutulması barədə sərəncam verəsiniz.
Bu barədə Gəncə qubernatoruna da mənim tərəfimdən teleq-
rafla məlumat verilmiĢdir.
Daxili iĢlər naziri: Xasməmmədov”.
X. Xasməmmədov daxili iĢlər naziri iĢlədiyi dövrdə bir isla-
hatçı kimi Azərbaycan polisinin fəaliyyətinin təĢkilinin planauyğun
Ģəkildə gücləndirilməsinin konsepsiyasını irəli sürmüĢdü.Onun döv-
ründə Azərbaycan Xalq Cümhuriyyəti DĠN-in və orqanlarının for-
malaĢmasının ikinci mərhələsi baĢlanmıĢdı. Xəlil bəy polis məmurl-
arının özbaĢınalığı və sui-istifadə hallarına qarĢı sərt tədbirlər
görürdü...
O, qatı, siyasi və transmilli cinayətkarlıqla mübarizədə Bakı-
dakı müttəfiq dövlətlərin Müvəqqəti Polis Komissarlığı ilə birgə
fəaliyyətin və əməkdaĢlığın həyata keçirilməsinə çalıĢırdı.Onun
1918-ci il dekabrın 9-da Bakıdakı müttəfiq dövlətlərin qoĢunlarının
komandanı, general-mayor V. Tomsona raportunda “DaĢnaksütyun”
partiyasının fəal üzvləri Stepan Lalayan, Türkiyədə çetebaĢı (quldur
baĢçısı),”qulağı kəsik”, ”qanlı” Andronik Ozanyan Torosi (1865-
1927); ermənilər onu “erməni Harribaldisi” kimi qələmə verir-
dilər), Dro (Drastamat) Kanayan, Qaregin Njde, Tatevos Əmirov,
Amazasp və digərlərinin baĢçılığı ilə erməni cəza (bandit) dəstələri-
nin Azərbaycan ərazisində törətdikləri cinayətkar fəaliyyətindən
bəhs edir və onlara qarĢı mübarizədə müttəfiqlərin polis qüvvələ-
rinin də cəlb olunmasını, Azərbaycan polisi ilə birgə mübarizəsinin
təĢkilində kömək göstərilməsini zəruri hesab edirdi.
X.Xasməmmədov Parlamentdəki çıxıĢılarından birində bildir-
miĢdi ki, hazırda polisdə faktiki mövcud olan digər köməkçi
vəzifələri və xidmətləri qanuniləĢdirmək lazımdır. Xəlil bəy keçmiĢ
çar Rusiyası DĠN-in tipində yaradılmıĢ Azərbaycan polisinin ayrı-
ayrı xidmət sahələrinin saxlanılmasının tərəfdarı idi...
118
...Azərbaycan DĠN-in maliyyə durumu heç də ürəkaçan
deyildi. Belə ki, 1919-cu ilin yanvarına olan məlumata görə, DĠN-ə
dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti cəmi 114.634.614 rubl
təĢkil edirdiki, buda digər nazirliklərlə müqayisədə ən aĢağı məbləğ
idi.Məsələn, əgər hökumət 1919-cu ilin dövlət büdcəsində Yollar
Nazirliyinə 515.318.578 rubl, Hərbi Nazirliyə 399.454.242 rubl,
Maarif Nazirliyinə 103.055.150 rubl,Ticarət Nazirliyinə 51.314.981
rubl, Ədliyyə Nazirliyinə 34.381.059 rubl, hətta Poçt və Teleqraf
Nazirliyinə 22.051.524 rubl ayırmıĢdı.Odur ki, X.Xasməmmədovun
təqdimatı və təklifləri əsasında Azərbaycan hökuməti 1919-cu ilin
əvvəlində həmin il üçün Daxili ĠĢlər Nazirliyinin illik büdcə xərc-
lərini artıraraq 20 milyon manat miqdarında müəyyən etmiĢdi.
X.Xasməmmədovun rəhbərliyi altında DĠN xətti ilə həyata
keçirilən, keçmiĢin müsbət təcrübəsi nəzərə alınmaqla və dövrün
tələblərinə uyğun yenidən sağlam əsaslarla davam etdirilən zəruri
dəyiĢikliklər idi. Xəlil bəyin əmri ilə əvvəllərdən mövcud olan qoro-
dovoy, pristavlıq və qəza rəisliyi institutları, qubernatorluq və qu-
berniya inzibati idarəçiliyi, o cümlədən Bakı və Balaxanı-Sabunçu
Polismeysterliyi saxlanmıĢdı. 1919-cu ilin əvvəllərində Daxili ĠĢlər
Nazirliyinə tabe olmaqla Bakı Qradonaçalnikliyi də bərpa olunmuĢ-
du.Ümumiyyətlə,bütün ölkədə xalis polis xidmətinə keçilmiĢdi.
Xəfiyyə mühafizə xidmətində də heç bir dəyiĢiklik edilməmiĢdi.
Bakı Ehtiyat polisi və qorodovoylar məktəbinə qəbul da bərpa olun-
muĢdu. AbĢeron yarımadası hüdudlarını əhatə edən xüsusi general-
qubernatorluq yaradılmıĢdı.
1919-cu il martın 20-də Azərbaycan Xalq Cümhuriyyəti Par-
lamentinin iclasında Daxili ĠĢlər Nazirliyi iĢçilərinin əmək haqları-
nın artırılması məsələsi müzakirə olunmuĢdu. Bu vaxt Parlamentdə
6 nəfərlə təmsil olunan “DaĢnaksütyun” fraksiyasının lideri ArĢak
Malxazyan (“DaĢnaksütyun”dan əlavə Parlamentdə “Erməni fraksi-
yası” da vardı, lideri ArĢak Paronyan idi) söz alıb yeni Ģtatlar layi-
həsinin iclasın gündəliyinə salınmasına eirazını bildirərək,bunu belə
əsaslandırmıĢdı ki, güya bu, Parlamentin Əsasnaməsinin 86, 87 və
103-cü maddələrinə ziddir, həm də bunun hələ vaxtı çatmayıb.Bu
yerdə Xəlil bəy söz alaraq söyləmiĢdi:
119
- Daxili ĠĢlər Nazirlyi tərəfindən Parlamentin iclasına təqdim
olunan Ģtatların təsdiq edilməsi barədə qanun layihəsi üç məqsəd
güdür: 1-cisi, qulluqçuların əmək haqqını artırmaq; 2-cisi, bir sıra
yerlərdə qulluqçuların sayını çoxaltmaq və 3-cüsü, bir sıra idarələr
və vəzifələr var ki, hazırda faktiki fəaliyyət göstərirlər, onların
fəaliyyətini qanunla təsdiq etmək”. O, daha sonra demiĢdi: ”Biz bu
layihədə Nazirliyin gələcək quruluĢunu təqdim etmiĢik. Bundan əla-
və mütləq ləğvedici komissiya yaratmaq lazımdır ki, o 2 ay ərzində
Gəncədə və digər yerlərdə ləğv edilmiĢ polis strukturlarının sənəd-
lərini nəzərdən keçirib onlara xitam verilməsini baĢa çatdırsın”.
Layihənin təsdiqi növbəti iclasa keçirilmiĢdi.Azərbaycan
Parlamentinin 1919-cu il 3 aprel tarixli növbəti iclasında çıxıĢ edən
müsavatçı Ağa Əminov (1888-1921) ununla əlaqədar bildirmiĢdi:
”Daxili ĠĢlər Nazirliyi ən iri təĢkilatdır və o, böyük iĢ aparır.
Əlbəttə,onun fəaliyyətindədə çatıĢmazlıqlar var. Lakin hesab edirəm
ki, biz təqdim olunan bu qanun layihəsini indi qəbul etməliyik”.
Onun təklifindən sonra Azərbaycan hökumətinin Büdcə-Maliyyə
Komissiyası tərəfindən Daxili ĠĢlər Nazirliyinin yeni Ģtatları üzrə
aĢağıdakı yeniliklər bəyan olundu:
1. Zaqatala Ģəhərində pristav vəzifəsi polismeyster vəzifəsi ilə
əvəz edilir.Zaqatala pristavı Nuxa və ġuĢa pristavları ilə eyni
miqdarda maaĢ alacaqdır.
3. 1) Bakı polismeysternin əmək haqqı 2.300, qulluqçuların
maaĢı isə ayda 1800 manata çatdırılır.
4.Yeni maaĢlar bu il yanvarın 1-dən qüvvədə sayılır.
5.Əmək haqlarının qaldırılması haqqında hazırkı qanun hü-
quq-mühafizə orqanlarında öz xidmətlərini tərk edən Ģəxslərə Ģamil
edilmir.
6.Atlar üçün yem pulunun miqdarı Bakı və Balaxanı-Sabunçu
polismeysterlikəri üzrə ayda 600 manat (ildə 7.200 manat)... müəy-
yən edilir.
9. Qəza rəislərinin yol pulu ildə 8.400 manat, onların kömək-
çiləri üçün 4.200 manat, sahə pristavları üçün 3.000 və onların
köməkçiləri üçün 1800 manat müəyyən edilir.
...Azərbaycan Parlamentinin 9 aprel 1919-cu il tarixli icla-
sında Daxili ĠĢlər Nazirliyinin həmin müzakirə edilən 14 maddədən
120
ibarət yeni Ģtatları 8 nəfər əleyhinə və 44 nəfər lehinə olmaqla
qəbul edilmiĢdi.
N.Yusifbəylinin baĢçılığı altında təĢkil olunub fəaliyyət gös-
tərmiĢ 4-cü hökumət kabineti dövründə X.Xasməmmədov yenə
qısamüddətdə daxili iĢlər, Nəsib bəyin rəhbərlik etdiyi axırıncı, 5-ci
hökumət kabineti dövründə (24 dekabr 1919-cu il–30 mart 1920-ci
il) isə “Müsavat”ı təmsil etməklə ədliyyə naziri vəzifələrində fəaliy-
yət göstərmiĢdi. Ədliyyə naziri vəzifəsində iĢlərkən də X. Xasməm-
mədov Azərbaycanda ədliyyə iĢinin təĢkilatçısı idi.
...Azərbaycanda sovet hakimiyyətinin qurulması və milli
müstəqil Cümhuriyyətimizin süqutu xəbərini Xəlil bəy Ġstanbulda
eĢitmiĢdi. Çünki o, 1920-ci il aprelin əvvəlində Türkiyəyə səfir
təyin olunmuĢdu. Buna baxmayaraq, bir çox silahdaĢlarının -
F. Xoyskinin, H.Ağayevin, M.Vəkilovun, ġ. Rüstəmbəylinin və
baĢqalarının o zaman Tiflisə gələrək orada yaĢadıqlarını bilən Xəlil
bəy də bu Ģəhərə gəlmiĢ, bir müddət orada yaĢamıĢdı. Lakin duyur-
du ki, sabiq müsavatçıları təqib edən XI ordunun Xüsusi ġöbəsinin
rəisi, cəllad Semyon Pankratovun “qırmızı terrorundan” yaxa qurta-
ra bilməyəcək. Odur ki, 1920-ci il iyunun 19-da Tiflisdə Azərbay-
can hökumətinin sabiq baĢ naziri və daxili iĢlər naziri Fətəli xan
Xoyskinin muzdlu erməni terrorçuları tərəfindən qətlə yetirilmə-
sindən sonra (həmin hadisə zamanı Fətəli xanın yanında olan Xəlil
bəy erməni terrorçusu ilə atıĢmada özü də yaralanmıĢdı. Xəlil bəy
boynuna dəyən həmin gülləni 1946-cı ilə qədər gəzdirmiĢdi...) daha
Tiflisdə qalmayıb Türkiyəyə, Ġstanbula mühacirət etmiĢ və ömrünün
sonunadək orada yaĢamıĢdı. X.Xasməmmədovun yaĢadığı Ġstanbul
Ģəhərində Azərbaycan Cümhuriyyətinin keçmiĢ 8 naziri məskunlaĢ-
mıĢdı... Siyasi mühacir həyatında da fəaliyyətini dayandırmayan
X. Xasməmmədov daim xalqını unutmurdu.O, sovet hakimiyyəti ilə
barıĢmaz mövqeyində qalmıĢdı... 1942-ci ilin yazında Almaniyanın
Xarici ĠĢlər Nazirliyi xətti ilə Berlinə görüĢə dəvət edilmiĢ tanınmıĢ
Qafqaz siyasi mühacirləri arasında X.Xasməmmədov da vardı.
1943-cü il noyabrın 6-da Almaniyanın Berlin Ģəhərində “Kayserof”
Ģəhərində keçirilən Milli Azərbaycan mühacirlərinin qurultayı keçi-
rilmiĢdi. Konqresdə o, Rəyasət Heyətinin fəxri üzvü seçilmiĢdi. Hə-
min konqresdə “Azərbaycan Milli Birlik Məclisi” yaradılmıĢdı.
121
”Milli Birlik Məclisi” təĢkilatını Amerika Konqresi maliyyələĢdi-
rirdi... TəĢkilatın Parisdə “Azərbaycan” adlı və “Milli Birlik” adlı
jurnalları çıxırdı. 1953-cü ildə isə “Azadlıq” radiosunun Azərbay-
can Ģöbəsi də yaradılmıĢdı .
X. Xasməmmədov 1947-ci ildə 74 yaĢında Ġstanbulda vəfat
etmiĢ və orada “Fəri köy” məzarlığında dəfn olunmuĢdu. Ġstanbulda
azərbaycanlı mühacirlərin ən çox dəfn olunduğu məhz “Fəri
köy” qəbristanlığıdır. Bu qəbristanlıqda 20 görkəmli soydaĢımız
dəfn olunmuĢdur. Hamısıda: ”Vətən! “Vətən” ,- deyə-deyə dünya-
sını dəyiĢmiĢlər. Xəlil bəy Xasməmmədovun məzarının üstündə
“Gurgörən” soyadı yazılıb.Mərhum jurnalist Xanlar Bayramov
(1948 - 2010) hələ 1992-ci ildə Ġstanbulda olarkən orada yaĢayan
Nağı bəy ġeyxzamanovun (Keykur) oğlu (ġeyxzamnovların əcdadı
dahi Ģair ġeyx Nizami sayılır...) Yavuz bəylə və Xəlil bəyin kiçik
qardaĢı Nağı bəy Xasməmədovun oğlu Toğrul Cuvarlı ilə birlikdə
“Fəri köy” qəbristanlığına gedib orada uyuyan görkəmli mərhum
istiqlal xadimlərimizin məzarlarını ziyarət etmiĢ və xatirə Ģəklidə
çəkdirmiĢdir. Toğrul bəy söyləyib ki, əmisi Xəlil bəy Ġstanbulda
özünə “Gurgörən” təxəllüsünü götürmüĢdü...Qəbristan rəhbərliyi
bildirmiĢdir ki, qeydiyyat kitabı üzrə Xəlil bəyin məzarı qəbirlər
sırasında sayca 22-cidir...Özüdə qəbrinin üzərində vəfat tarixi heçdə
tarixi ədəbiyyatlarda və rəsmi jurnallarda göstərildiyi kimi
(məsələn, bax: Parlamant-90. Xüsusi buraxılıĢ. Milli Məclis. Bakı,
2008, səh.78 ) 1947-ci il deyil, 1945-ci il yazılmıĢdır. Deməli, Xəlil
bəy bəlkədə 1945-ci ildə fəvat etmiĢ, ancaq onun bu tarixini qeyri
dəqiq olaraq 1947-ci il yazmıĢlar. Yaxud, əksinədir...
Xəlil bəy Xasməmmədovun xatirəsinin əbədiləĢdirilməsi üçün
addımlar atılmıĢdır. 1992-ci il iyunun 22-də Azərbaycan Respubli-
kasının Prezidenti Hüquq Kadırlarının TəkmilləĢdirilməsi Ġnstitu-
tuna Xəlil bəy Xasməmmədovun adının verilməsi haqında sərəncam
imzalamıĢdı... Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Xəlil
bəy Xasməmədovun adını daĢıyan muzey təĢkil olunmuĢdur. Azər-
baycan Respublikasının ikinci Ģəhəri olan Gəncədə Xəlil bəy Xas-
məmmədovun adına küçə vardır...
|