İSTİqlal fəDAİLƏRİ – azərbaycan xalq cümhuriYYƏTİNİn daxiLİ İŞLƏr naziRLƏRİ



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə8/36
tarix05.03.2017
ölçüsü3,76 Mb.
#10119
1   ...   4   5   6   7   8   9   10   11   ...   36

Səməd bəy Mehmandarov. 

Haşiyə:  Müraciəti  özünün  1997-ci  ildə  nəĢr  etdirdiyi  “Tam 

artilleriya generalı Səməd bəy Mehmandarov” adlı kitabına daxil 

etmiĢ hörmətli qələm dostumuz, hərb tariximizin yorulmaz tədqi-

qatçısı,  istefada  olan  polkovnik-leytenant  ġəmistan  Nəzirli  ya-

zırki, bu məktub daxili iĢlər naziri  Məhəmməd Həsən Haçınski-

yə göndərilmiĢdir (bax: səh.77). Lakin sayğılı həmkarımız görü-

nür, bir qədər dəqiqzsizliyə yol vermiĢdir.Belə ki,məktubun gön-

dərildiyi  vaxt  (noyabr  1918-ci  il)  Azərbaycan  Respublikasının 

daxili  iĢlər  naziri  M.H.Hacınski  deyildi,  o,  ölkənin  xarici  iĢlər 

naziri  idi.M.H.  Hacınski  Azərbaycan  Cümhuriyyətinin  daxili 

iĢlər  naziri  vəzifəsində  1919-cu  il  dekabrın  24-dən  1920-ci  il 

fevralın  15-dək  iĢləmiĢdir.Məktubun  göndərildiyi  vaxt  artıq  yu-

xarıda  göstərdiyimiz  kimi  Azərbaycan  Respublikasının  daxili 

iĢlər  naziri  vəzifəsini,  vitse-ministr,  general–mayor  Məhəmməd 

Sadıq bəy Ağabəyzadə daĢıyırdı və məktub da məhz ona ünvan-

lanmıĢdı... 

1919-cu ilin iyununda general  M.S.Ağabəyzadə ilə hərbi na-

zir S. Mehmandarov arasında “ixtilaf” yaranmıĢdı Bu, S. Mehman-

darovun  Azərbaycan  Cümhuriyyətii  Dövlət  Müdafiə  Komitəsinin 

(DMK)  sədri  və  Azərbaycan  hökumətinin  baĢçısı  N.Yusifbəyliyə 

yazdığı məktubla əlaqədar idi. Məktubda deyilirdi: ”Hərbi Əks-KəĢ-

fiyyat  Ġdarəsinin  vəzifəsi  ölkənin  daxilində  hərbi  cəsuslara  qarĢı 

mübarizə  aparmaqdan  ibarətdir.  BolĢevizmlə  mübarizə  ümumxalq 

iĢidir. Təkcə hərbi hissələrlə bu vəzifənin öhdəsindən gəlmək müm-

kün  deyildir.Rus  ordusunun  dairə  qərargahlarının  əks-kəĢfiyyat-

larının təcrübəsi göstərir ki, hətta böyük miqdarda pul vəsaiti ayrılsa 

belə,  hərbi  müəsisələrdə  axtarıĢ  iĢini  apara  bilən  xüsusi  təcrübəli 

icraçılar və iĢçilər olmadan bu incə və mürəkkəb iĢi qaydaya salmaq 



 

92 


mümkün  deyildir.Buna  görə  də,  bolĢevizmlə  mübarizə  aparmaq 

üçün Bakı AxtarıĢ Polisini buna cəlb etməyi məqsədəmüvafiq hesab 

edirəm”. 

S. Mehmandarov bu iĢdə birgə fəaliyyət göstərə biləcək təhlü-

kəsizlik  orqanlarının  sxemini  də  təqdim  etmiĢdi.  Həmin  sxem  belə 

idi: 


-  Azərbaycan  Respublikası  DMK.  Onun  Əks-KəĢfiyyat  Ġda-

rəsi. DMK-ya tabe olan  DĠN-in  Əks-KəĢfiyyat orqanı  (ġöbəsi); 

- DMK-nın KəĢfiyyat Ġdarəsi.Ona tabe olan strukturlar - Hərbi 

Nazirlik, Səfirlik; 

-  Xarici  ĠĢlər  Nazirliyi.  Onun  strukturları  –  Hərbi  AttaĢe, 

Sərhəd Xidməti,  Sərhədyanı  ərazilər. 

Bu  sxem  üstündə  M.S.Ağabəyzadə  ilə  S.  Mehmandarov  ara-

sında fikir ayrılığı yaranmıĢdı. Belə ki, Məhəmməd Sadıq bəy gizli 

(siyasi) polisin yaradılmasını zəruri hesab etmirdi  (QEYD: orta əsr-

lərdə, Ərəb Xilafəti dövründə (750-1258) “Ģurta” adlanan gizli siya-

si  polis  var  idi.  Onun  rəisi  “Sahib-əs-ġurta  adlanırdı.  Bu,  Məhəm-

məd  Sadıq  bəyə  məlum  idi).  DMK-nın  sədri  və  hökumət  baĢçısı 

N.Yusifbəyli  həmin  məsələyə  münasibətdə  S.Mehmandarovu 

müdafiə etmiĢdi. O, gəncəli Nağı bəy ġeyxzamanlıya (1883, Gəncə-  

1967,  Ġstanbul) müraciət edib  bildirmiĢdi: ”... Biz  əksinqilabla mü-

barizə  üçün  təĢkilat  yaratdıq.  Səni  bu  təĢkilatın  rəisi  təyin  etmək 

istəyirəm”. Nağı bəy cavabında bildirmiĢdi: o razıdır, ancaq bir Ģərt-

lə  ki,  heç  kəs  mənim  iĢimə  müdaxilə  etməyəcək.  Nəsib  bəy  də  öz 

növbəsində  demiĢdi  ki,  bu  təĢkilat  Daxili  ĠĢlər  Nazirliyinə  deyil, 

BaĢ nazirə tabe olacaq ”. 

Azərbaycan 

Respublikasının  Milli  Dövlət  Arxivində          

M.S.  Ağabəyzadənin  imzaladığı  polisin  təĢkili  və  fəaliyyətinə  dair 

10-dan  artıq  sənəd:  əmrlər  və  raportlar  vardır.  Həmin  sənədlərdən 

bəlli olur ki, general-mayor M.S. Ağabəyzadə həqiqətən daxili iĢlər 

nazirinə  bərabər  vəzifəni  icra  etmiĢdir  (mənbələrdə  və  rəsmi 

sənədlərdə  onun  barəsində  “müavin”  sözü  iĢlədilmir),  ona  “cənab 

daxili  iĢlər  naziri”,  -  deyə  müraciət  olunmuĢdur...  Azərbaycan 

Respublikasının “Dövlət qərarları”  (reyestr)  jurnalından: 

”- EĢidildi: - Daxili  iĢlər  nazirinin təqaüdə çıxması barədə. 



 

93 


-  Qərar:  -  Daxili  iĢlər  naziri  yoldaĢ  general-mayor  Sadıq  bəy 

Ağabəyzadənin təqaüdə çıxması qəbul edilsin.  

23 yanvar 1920-ci il”. 

...General-mayor  M.S.  Ağabəyzadə  Azərbaycan    Parlamenti 

və  Hökumətinin  tapĢırığı  ilə  1919-cu  il  oktyabrın  4-10  arasında 

Batumidə  (Gürcüstan)  ezamiyyətdə  olmuĢ,  ABġ  prezidenti  Vudro 

Vilsonun  (Tomas  Vudro  Vilson.  1856-cı  il  dekabrın  28-də  ABġ-ın 

Virginiya Ģtatının Stoaunton Ģəhərində anadan olmuĢ, 3 fevral 1924-

cü  ildə  VaĢinqtonda  68  yaĢında  vəfat  etmiĢdir.V.Vilson  4  mart 

1913-4  mart  1921-ci  illərdə  ABġ-ın  prezidenti  olmuĢdur)  nüfuzlu 

Ģəxsi  elçisi,  general    Ceyms  Harbortu  (21  mart  1866  -  20  avqust 

1947)  qarĢılamıĢ,  Azərbaycana  müĢayiət  və  mühafizə  etmiĢdi.  Bu 

fakt ilk müstəqil milli dövlətimizin hələ o vaxt Amerika ilə mövcud 

olmuĢ  əlaqələrindən  xəbər  verir...C.Harbort  general  Məhəmməd 

Sadıq bəyin müĢayiəti ilə Bakıya gəlmiĢ, məĢhur  milyonçu  mese-

nat  Hacı  Zeynalabdin  Tağıyevin  (1823-1924)  evində  gecələmiĢdi. 

(“hacı”  ərəb  sözüdür,  hər  hansı  Ģəxsin  adının  əvvəlində  deyilir. 

”Hacı” Səudiyyə Ərəbistanında müqqəddəs Məkkə Ģəhərindəki Kə-

bəni  ziyarət  edən  müsəlmanlara  verilən  dini  addır.Həmin  adı  öz 

xeyriyyəçilik  və  savabkeĢ  əməlləri ilə  doğruldan  Hacı  Zeynalabdin 

Tağıyev  1823-cü  il  yanvarın  25-də  Bakıda  ĠçəriĢəhərdə  anadan 

olmuĢ, 1924-cü il sentyabrın 1-də Mərdəkandakı mülkündə 101 ya-

Ģında vəfat etmiĢdir). 

...General C.Harbortun Ģərəfinə yüksək səviyyəli mərasim dü-

zəldilmiĢdi. Azərbaycan Parlamenti üzvlərinin də iĢtirak etdiyi mə-

rasimdə general   Ceyms Harbort  qısa müddətdə  ünsiyyətdə  olduğu 

general-mayor  M.S.  Ağabəyzadənin  sağlığına  Ģəxsən  badə  qaldır-

mıĢ və demiĢdi: ”...Məni təəccübləndirir ki, Azərbaycan Daxili ĠĢlər 

Nazirliyində belə bir yüksək səviyyəli Ģəxsiyyət vardır... ”. 

General-mayor  M.S.  Ağabəyzadə  Azərbaycan  milli  müstəqil 

polisimizin  təĢəkkülü  və  inkiĢafında,  onun  hüquqi  bazasının,  nor-

mativ  qanunvericilik  aktlarının  hazırlanmasında  mühüm  xidmət 

göstərmiĢdir. M.S. Ağabəyzadə tərəfindən hazırlanmıĢ və fəaliyyət 

üçün  qəbul  edilmiĢ  ”Polis  idarələrinin  təĢkili  haqqında”,  ”Polis 

Departamenti haqqında”, ” Ümumi, qəza və Ģəhər polisi haqqında” 

və  s.  kimi  normativ  sənədlər  bu  qəbildəndir.  M.S.  Ağabəyzadənin 



 

94 


hazırladığı Azərbaycan Cümhuriyyəti polisində islahatlar konsepsi-

yası  xüsusilə  əhəmiyyətli  olmuĢdu.  Bu    konsepsiya  üzrə  polis  or-

qanlarında islahatların həyata keçirilməsi 3 mərhələdə nəzərdə tutul-

muĢdu.  Birinci  mərhələ  1918-ci  ilin  iyulundan  həmin  ilin  de-

kabrınadək olan dövrü əhatə edirdi. Buraya daxil idi: 

-

 



polisin milliləĢdirilməsi; 

-

 



daxili iĢlər orqanları üçün kadrların hazırlanması; 

-

 



polis orqanlarının bütün strukturlarının yenidən  qurulması. 

Ġkinci mərhələyə aĢağıdakılar daxil idi: 

- polis təĢkilinin daxildən planayuğun  surətdə gücləndirilməsi; 

-  Bakı  polisinin  qatı  cinayətkarlıqla,  habelə  siyasi  və  trans-

milli  (olkədənkənar)  cinayətkarlıqla  mübarizədə  müttəfiq  dövlətlə-

rin  müvəqqəti  Polis  Komissarlığı  ilə  əməkdaĢlığı  və  birgə  əlaqəli  

fəaliyyəti; 

-  Ayrı-ayrı  polis  məmurlarının  vəzifə  cinayətləri  və  sui-

istifadə,həmçinin inzibati pozuntu halları ilə mübarizənin səmərəli-

liyinin artırılması, bu  iĢin  təkmilləĢdirilməsi. 

Üçüncü  mərhələ aĢağıdakıları əhatə edirdi: 

-  bütün  polis  qüvvələrinin  respublika  Daxili  ĠĢlər  Nazirliyi 

ətrafında mərkəzləĢdirilməsi; 

- Bakı və Balaxanı-Sabunçu polisinin respublika DĠN-ə tabe-

çiliyinin baĢa çatdırılması; 

- ölkədə qanunçuluğun və ictimai asayiĢin gücləndirilməsi; 

- vətəndaĢların Ģəxsi təhlükəsizliyinin və əmlakının qorunma-

sının təmin edilməsinin gücləndirilməsi; vəzifə cinayətləri ilə müba-

rizənin artırılması; 

- yerlərdə polis iĢinin (xidmətinin) təĢkili və inkiĢaf etdirilmə-

sində  qubernatorlara və  qəza rəislərinə ən  geniĢ  səlahiyyətlərin ve-

rilməsi. 

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolĢevik-

lərin təzyiqlərindən  yaxa qurtarmaq üçün M.S . Ağabəyzadə 1920-

ci il noyabrın 22-də Ġstanbula gedib orada bir müddət görkəmli mü-

təfəkkir,  tərcüməçi,  jurnalist,  ədib,  həkim  və  rəssam  olan  Əli  bəy 

Hüseynzadənin (Turan) (1864, Salyan - 1940, Ġstanbul) yanında ya-

ĢamıĢdı. Əli bəy onun əmisi oğlu idi. Özünün övladı olmadığından 

Əli bəyin övladlarına xüsusi məhəbbətlə yanaĢırdı...Məhəmməd Sa-


 

95 


dıq bəyin taleyi uğurlu olmayıb...M.S. Ağabəyzadənin həyat və fəa-

liyyətinin  elmi  tədqiqatçısı,  filologiya  üzrə  fəlsəfə  doktoru  Gülər 

Abdillabəyova yazır ki, Məhəmməd Sadıq bəy hələ Türkmənistanda  

xidmət  edərkən,  orada AiĢə adlı    bir özbək qızı  ilə ailə  həyatı qur-

muĢdu. Lakin AiĢə cavankən rəhmətə getmiĢdi... 

Məhəmməd  Sadıq  bəy  1921-ci  ilin  əvvəlində  Ġstanbuldan 

Parisə  getmək  istəyərkən  maneələrlə  rastlaĢmıĢdı.  Fransaya  Yuna-

nıstandan  keçərək  getmək  lazım  idi.  Onun  Fransaya  getmək  cəhdi 

Türkiyə  -  Yunanıstan  müharibəsi  dövrünə  təsadüf  etdiyindən,  sər-

hədi keçərkən yunan əsgərləri sənədlərini və ali məktəbi bitirməsini 

təsdiq  edən  diplomunu  əlindən  almıĢdılar.Əlində  heç  bir  rəsmi 

sənədi  olmayan  Məhəmməd  Sadıq  bəy  Fransada  çox  acınacaqlı 

həyat tərzi keçirmiĢdi...Bu haqda Məhəmməd Sadıq bəyin  Əli bəyə 

yazdığı  məktublardan  və  Əli  bəyin  ona  ünvanladığı  iki  cavab 

məktubundan  bəlli  olur  (Ümumiyyətlə,  Sadıx  bəyin  Əli  bəyə  və 

digər  Ģəxslərə  yazdığı  31  məktub  Salman  Mümtaz  adına  Azərbay-

can Dövlət Ədəbiyyat və Ġncəsənət Arxivində hifz olunur). Bu mək-

tublarda  general-mayor  Məhəmməd  Sadıq  bəy  Ağabəyzadənin  sırf 

hərbçi  olmaqdan  savayı,  həm  də  yüksək  mədəniyyət    və    elm  

sahibliyi  aydınlaĢır... 

Azərbaycan Ġstiqlal Muzeyində (keçmiĢ V. Lenin adına muzey) 

Sadıq  bəyin  həyatının  mühacirətdə  keçirdiyi  hissəsinin  qayğıları  və 

düĢüncələri öz əksini tapmıĢdır... Bunlar insanın ən ağır Ģəraitdə belə 

bəĢər  övladına  nümunə  ola  biləcək  həyat  yolunun  keĢməkeĢləridir... 

Diqqətə,  hörmətə  və  təqdirə  layiq,  həmdə  örnək  olan  həmin  ömrün 

bəzi  anlarını  Sizlərə təqdim etməyi də özümüzə borc bilirik. 

1921-ci  ildən  Parisdə  yaĢayan    M.S.  Ağabəyzadə  orada  ilk 

öncə öz həmvətənləri ilə əlaqə yaratmaq istəyirdi. Lakin keçirdikləri 

sarsıntılar,  düĢdükləri  yeni  Ģərait,  vəziyyətlərinin  qeyri-müəyyən-

liyi,  inamsızlıq,  qorxu  hissi  əksər  mühacirləri  pərakəndə  salaraq 

onları tənhalığa düçar etmiĢdi. Odur ki, onları tapıb ünsiyyət bağla-

maq da çətin idi...Vətəndən uzaqda çox darıxan, günbə-gün özünə iĢ 

tapmaq ümidilə yaĢayan  Sadıq  bəy bir-birinə bənzər yalqız günlə-

rinin  acı  dəqiqələrində  yaĢadığı  evin  yaxınlığındakı  “Lamartin” 

bağçasına gedir, skamyada oturur, uĢaqların Ģən oyunlarına  baxaraq 

fikrə dalır, qayğısız uĢaqlıq anlarını xatırlayırdı... 



 

96 


...Sadıq, oğlum, çaya getmə ha, batarsan... Yox, anacan, mən 

burada  nar  bağında  olacam.  Gör,  bir  nar  ağacları  nə  gözəl  çiçəklə-

yib...Payız    xəzəlinin  xıĢıltısı  onu  fikirlərindən  ayırır.  Xəzan  ətrafı 

təbiətin  bütün  rənglərinə  boyamıĢdı.  Havada  insanın  içinə  yayılan 

gözəl bir təmizlik var idi...Bəli, Paris onun bənzərsiz  Bulon meĢəsi 

ilə çox gözəldir, fəqət, qulaqlarıma  nə üçünsə  hər an öz çinarları-

mızın  pıçıltısı  gəlir...Bətən...Adını  çəkməyə  qorxduğum  Vətən..., 

baĢı  bəlalı  Vətən...Görəsən,  Ankarada  vəziyyət    necədir?  Qəzetlər 

yazır  ki,yunanlar  Ankaraya  yaxınlaĢır...  Bakıda  da  aclıqdır...ĠĢə 

düzələ bilsəydim. Belə getsə, vəziyyətim  çox  pis olacaq... 

...Yenə həmin bağça, həmin skamya. Havalarda çox soyuqdur. 

UĢaqlarda həmiĢəki kimi bağçada oynayırlar. Onlar necə də Ģən və 

qayğısızdırlar. Bu qızcığazın saçları necə də AiĢə xanımın saçlarına 

bənzəyir...Nə  yazıq  ki,bizim  övladımız  olmadı...Onun  da  belə 

saçları  ola  bilərdi...Görəsən,  qardaĢlarım  nə  edir?  Onlar  üçün  lap 

burnumun  ucu  göynəyir.  Sən  dem,  insan  darıxanda  burnunun  ucu 

həqiqətən    göynəyir...  Onları,  heç  olmasa,  ölüm ayağında  görə  bil-

səydim... Pulum da qurtarmaq üzrədir. ĠĢə düzəlməsəm, gərək, yaĢa-

yıĢı ucuz olan baĢqa Ģəhərə köçüm... Ah,nələr olur bu həyatda... Al-

lah  insanlara  sözünə  görə  deyil,  əməllərinə  görə  qiymət  verir.  Nə 

zamansa hər Ģey düzəlməlidir... Onda hamımız - Əli bəy, qardaĢları-

mız,  uĢaqlarımız  köhnə  vaxtlardakı  kimi  Göyçaya  gedərik...Görə-

sən, çinarlarımız indi nə boydadır?...Cəfər bəy də öldü. Heyif, onun 

kimi  təvazökar  və  yaxĢı  adamdan.  Əgər  insan  ölüm  haqqında  hər 

zaman  düĢünsə  idi,  həyat  daha  gözəl  olardı,  bu  qədər  məkr,  bu 

qədər cinayət olmazdı... 

...Artıq  qıĢdır.  ĠĢə  düzəlmək  haqqında  bütün  ümidlərim  boĢa 

çıxdı.  Bəlkə,  Almaniyaya  gedim?...  Orada  yaĢamaq    nisbətən  ucuz-

dur. Maddi imkanım tamamilə əriyir. Axır ki, nə isə etməliyəm. Gö-

rəsən,  Vətənə  nə  vaxt  qayıda  bilərəm?...Ġnsan  taleyinin  qəribəliyinə 

bax... Vətənə ən yüksək amalla xidmət arzusu ilə yaĢayan anda, onu 

tərk etmək məcburiyyəti qarĢısında qalasan...Görəsən, bu vəziyyət nə 

qədər  davam  edəcək...  Bu  gecə  yuxuda  yenə  uĢaqlıq  çağlarımı  gör-

düm...  Ürəyim  yaman  ağrıyır...Vətən,  həsrətin  necə  də  içimi  göy-

nədir. 


 

97 


Qürbət  elə  getdim,  geri  dönülməz.Kimlər  ölüb,  kimlər  qalıb, 

bilinməz. Ölsəm, qürbət eldə, gözüm yumulmaz. Atam, anam, ağla-

yanım yox mənim... 

...1922-ci  ilin  yazında  Sadıq  bəy  vaxtıiə  ġərq  Dilləri  Ġnstitu-

tunda  təhsil  aldığı  zaman  həmkarı  olmuĢ  baron  Novenin  Nitsanın 

(Fransa)  yaxınlığında  yaĢadığını  öyrənib  ona  məktub  yazdı  və  bir 

iĢə düzülməsinə köməklik göstərməsini xahiĢ etdi. Baron Noven rus 

ordusunun  polkovniki  olmuĢdu...Fransız,  ingilis,  alman  və  fars 

dillərini  mükəmməl  bilirdi.1900-cü  ildə  o,  Bakıda  qubernatorun 

yanında xidmət etmiĢ və burada olduğu müddətdə Ġslama dərindən 

inanaraq, müsəlmanlığı qəbul etmiĢdi. Rusiya qanunları ilə o zaman 

dinini  dəyiĢən  adamlar  cəzaya  məruz  qalırdı.Buna  baxmayaraq, 

baron Noven bu iĢi tutmuĢdu. Onun dinini dəyiĢməsi haqqında rəh-

bərliyə  xəbər  çatsada,  bu  hadisənin  ağlasığmaz  olduğu  üçün  ona 

əhəmiyyət  verməmiĢdir.  Baron  Noven  özünə  “Mənsur  Nikolay-

Muktusu  oğlu”  adını  götürmüĢ  və  Ģəriət  qanunlarına  ciddi  riayət 

edərək müsəlman kəsməyən əti yeməzdi.O, müsəlmanları, xüsusilə, 

türkləri  çox  sevir,  özünü  onların  təbəəsi  hesab  edirdi.  Sadıq  bəy 

baron  Novenin  onu  lütfükarlıqla  Nitsaya  dəvətindən  ürəklənərək 

1922-ci  ilin  baharında  oraya  yola  düĢmüĢdü.  Bir  müddət  baron 

Novenin  yanında  qalan  Sadıx  bəy,  ev  sahibinin  qonaqpərvərliyinə 

baxmayaraq, baĢqa  evə  köçmüĢdü... 

...Yenə  Ramazan  bayramı  gəldi.  Keçən  il  bu  vaxt  mən  Ġstan-

bulda  Əli bəyin ailəsilə birlikdə idim. Ondan bir il öncə isə...Ah, bu 

tənhalıq  məni  necə  də  üzür...Görəsən,  Bakıda  bu  il  Ramazan  bay-

ramını necə keçirirlər?  Nə yaxĢı ki, Nitsaya gəldim. Almaniyada da 

bahaçlıqdır, yaĢamaq dözülməz olub. Burada isə puluma xeyli qəna-

ət edə bilərəm, hələ bəlkə də iĢ tapa bilərəm. Görəsən, qardaĢlarım-

dan  Ġstanbula  gələn  olacaqmı?  Görəsən,  bu  mümkündürmü?  Gö-

rəsən,  Bakı ilə məktublaĢa bilərəmmi?...Bu  təhlükəli  olmazmı? 

...10 sentyabr 1922-ci il. Bu gün nə gözəl gündür. Türk ordusu-

nun misilsiz hərbi  möcüzəsi - azğın düĢməni doğma torpaqlardan qo-

vub çıxarması məni nə qədər sevindirir. Bu sevincimi bölüĢmək üçün 

bir adam da tapa bilmirəm. KaĢ ki, doğma xalqımın bu misilsiz qələ-

bəsi günü Ġstanbulda olardım və var səsimlə : “ YaĢasın ,Türkün əs-

gəri!”, - deyərək bağırardım. Allaha çox Ģükür!  Dörd ilin nigarançılı-



 

98 


ğına, həyəcanına axır ki, son qoyuldu. Türkiyənin adı və Ģərəfi nəinki 

müsəlman aləminə, bütün dünyaya yayıldı. Nə gözəl bir qələbə! 

...  Bu  gün  Lozanna  (Ġsveçrə)  konfransı  açılır.  Allahım,  Sən 

türklərin  tam  qələbəyə  nail  olmasına  kömək  ol!...Əli  bəyin  Ģerləri 

böyük hadisılərdən xəbər verərək məni ruhlandırır. Nə yaxĢı ki, mə-

nim  tənha,  iĢsiz,  üzücü  həyatımda    Əli  bəyin  məktubları  var...Ġstan-

bul...Dünyanın  gözü  Ġstanbul...  KaĢ  ki,  mən  də  indi  Əli  bəy  kimi 

sənin  dar küçələrini dolaĢardım... O il  Əli bəyin evində mənim üçün 

ayrılmıĢ aĢağıdakı otaqda hər gün axĢam yeməyindən sonra böyüklü-

kiçikli manqalın ətrafında toplaĢıb isti kofe içərdik, böyük söhbətlər 

edərdik. Əhdiyə xanım, Səadət xanım, Məmməd Səlim, Səidə, Əndə-

lib xanım, Feyzavər xanım...Nə gözəl günlər idi o günlər...Əli bəy ya-

zır  ki,  uĢaqlar    məni  tez-tez  xatırlayırlar.  Görəsən,  onlar  yenə  də 

düĢünürlər  ki,  mən  onların  “atasıyam”...  Mən  də  sizi  xatırlayıram, 

əzizlərim...  O  zaman  kim  bilərdiki,  mən  qürbətdə  bu  qədər  acılı-

ağrılı, tənha günlər keçirəcəm. Torpağına qurban olum, Vətən!...Hər 

Ģeyin  bir  ölçüsü  var,  amma,  görünür,Vətən  həsrətinin  ölçüsü  yox 

imiĢ. Yenə də anamın ilıq nəfəsini hiss etdim...Deyəsən, yavaĢ-yavaĢ 

ağlımı  itirirəm...  ĠĢsizlik  məni    lap  üzür.  Günbəgün    maddi  imkan-

larım  tükənir... Bəlkə, Əli  bəy  mənə  Ġstanbulda  bir  iĢ tapar... 

...Bu  gün  mənim  doğum  günümün  58-ci  ilidir.  Nitsada  artıq 

qar  ərimək  üzrədir.  Budaqların    baĢında  əmələ  gələn  yaĢıl  tumur-

cuqlar, havadakı oyanan torpağın ətri mənə Azərbaycanı xatırladır... 

Görəsən, gözlərimi yumsam, özümü ani də olsa orada hiss edə bilə-

rəmmi? Yox... Hanı təndirin iyi? Bu vaxtlar  anam Novruza hazırlıq 

görərdi. ġəkərbura, paxlava üçün qoz-fındıq təmizlənər, hər Ģey sah-

mana  salınardı.  Biz  də  əl-ayağa  dolaĢardıq...  Qablarda  səməninin 

zərif  cücərtiləri  baĢ  qaldırar,  tonqallar  qalanardı.  OlmuĢmuydu  bu 

günlər?... Bu ixtiyar çağımda tənhalıq, iĢsizlik, ehtiyac nə qədər ağır 

gəlir...Görəsən,  Əli  bəyin  məktubu  niyə  gecikir?...  Əgər  aksiyala-

rımdan bir Ģey alınmasa!... Bu barədə tələsmək lazımdır, bir həftə-

dən,  bir  aydan  sonraya  qoymaq  olmaz...  Bu    iĢ  alınmazsa,  mənim 

həyatım  daha  dəhĢətli  olacaq... 

...  Bu  gün  Əli  bəyə  12  bənd  sualdan  ibarət  məktub  yazdım. 

Onların  yarısına  cavab  vermiĢ  olursa,  Azərbaycandakı  vəziyyətdən 

məlumatım olacaq. Ġçimdəki  həyəcanla  bacara bilmirəm. Bir yandan 



 

99 


da  yuxumun pozulması, iĢtahamın itməsi... Təkcə  xəstəlik  olmasın, 

ölüm  haqdır.Allah  məni  xəstəlikdən  qorusun,  çünki  mənim  vəziy-

yətimdə bu, böyük bədbəxylik olardı. Əli bəy mənə Ġstanbulda   heç 

olmasa lap əhəmiyyətsiz, az məvacibli bir iĢ tapa bilsəydi... Məhəm-

məd    Əmin  Rəsulzadənin  mənə    “Azərbaycan  tarixi”  kitabını    gön-

dərməsi dünyanın hər hansi bir yerində olsaq da bizim ürəklərimizin 

bir  döyünməsini,  Azərbaycan  haqqında  düĢündüklərimizin  eyni  ol-

ması və həsrətimizin nə qədər dərindən çəkilməsini bir daha göstərdi. 

...Ramazan.  Əli  bəydən  aldığım  təbrik  məktubu  mənim  kim-

səsizlik  və  qəriblik  hisslərimi  bir  az  yumĢaltdı.  Görəsən,  insanın 

xoĢbəxt olması üçün nə lazımdır?... Yuxularımın qaçdığı, əsəbləri-

min  gərildiyi,  həyəcanımın  dolub-daĢdığı  bir  zamanda  xoĢbəxtlik 

haqqında düĢünməyə ixtiyarım varmı? Vətəni  tərk edib,  yaxınları-

nı, doğmaları  görməyən adam və hətta son ümidini - onlarla  mək-

tublaĢmaq ümidini itirmiĢ bir adam xoĢbəxtlik haqqında düĢünə bi-

lərmi? Nə qədər dözülməz vəziyyətdir... Mən nə üçün yaĢayıram?... 

Kim üçün? ...Tənhalıq və boĢluqdan baĢqa ətrafımda heç nə yoxdur. 

Heç kimə lazım olmayan mənim bu cür mənasız həyatım heç özümə 

də gərək deyil... 

Görəsən, azərbaycanlılardan  daha  kimləri  qətlə  yetiriblər? 

...Əli bəydən məktub almasaydım, Qurban bayramını tamami-

lə  unutmuĢdu.  Yad  bir  ölkədə  tənha  yaĢayan  adam  üçün  bu  cür 

unutqanlıq  təəccüblü  deyil.  Nostalaji  xəstəliyi  ilə  artıq  hər  keçən 

gün yeni gələn günə bənzəyir. Ehtiyatlarım bitmək üzrədir. Marka-

ların qiyməti sıfıra enir. Özümü qısmaqdan təngə gəlmiĢəm. Bahar-

dan  gec  olmayaraq,  bir  iĢ  tapmasam,  çıxılmaz    vəziyyətə  düĢəcə-

yəm. Burada iĢ tapmaq ağlasığmazdır. Yeganə ümid yerim Türkiyə-

dir. Uzun zaman əzablı günlər görmüĢ  sevimli Türkiyəmizin nəha-

yət ki, tufanlardan çıxaraq sülhə qovuĢması və  yeni  həyata  baĢla-

ması  nə  qədər  sevindirici  haldır. 

...Əlli doqquz  yaĢında  tələbə ola biləcəyim  heç ağlıma gəl-

məzdi. Altı ay keçməsinə baxmayaraq, mən indi fransız dilində rus 

dilində  kimi  səhvsiz  yazıram.Türk,  rus  və  fransız  dillərindən  dərs 

verdiyim elana cavab verən olsa, bu acınacaqlı vəziyyətdən canımı 

qurtararam... 


 

100 


Beləcə  yaĢamıĢdı    general-mayor    Məhəmməd  Sadıq  bəy 

Ağabəyzadə.Cəsarət,  ağıl,  qətiyyət  tələb  edən  hadisələrlə  dolu 

həyatı  ona  ən  sıxıntılı  anlarda  ruhdan  düĢməyə  imkan  verməmiĢdi. 

Ümidlərini  itirə-itirə  yaĢayan  Məhəmməd  Sadıq  bəy  ən  çətin 

dəqiqələrində belə Allaha inamını itirməyib. Bəndələrinin köməyinə 

isə  hər zaman çatan qüdrətli  Allah  ona həyat  ümidini  qaytarır. 

Əziyyətlərinin  həddinin  son  məqamında  Məhəmməd  Sadıq 

bəy  bir  məktub  alır . 

Azərbaycanda  yaĢadığı  zaman  Sadıq  bəyi  yaxından  tanıyan 

Lvov    ġərq Dilləri  Ġnstitunun müdiri,  ĢərqĢünas  Ziqmunt   Smoqor-

jevski  1926-cı  ilin  axırında  onu  ġərq  dillərindən  dərs  demək  üçün 

PolĢaya    Lvov    Universitetinə  dəvət  edir  (indi  Ukraynanın  olan 

Lvov  Ģəhəri  hələ  o  vaxt  PolĢanın  tərkibində  idi ) ... 

...Mərhəmətli  Allahım! Səndən  çox razıyam! Lvov Universi-

tetində  türk  və  fars  dillərində  mühazirə  oxumağım  məni  məmnun 

edir.Aldığım məvacib sadə yaĢayıĢım üçün bəsdir.Ġmkan olsa, gələn 

il yay  tətilində Türkiyəyə də  gedə bilərəm. Doğma dilim üçün nə 

qədər  darıxmıĢam.Nə  yaxĢı  ki,  dərslərdə  türk  mətnlərini  tərcümə 

edirik,  yoxsa,  adam  özünü  dünyadan  lap  təcrid  olunmuĢ  hiss  edər. 

Gərək, Əli bəyə deyəm ki, məktublarını türkcə yazsın... 

M.S.  Ağabəyzadə  ensiklopedik  biliyə  malik  görkəmli  mütə-

fəkkir  idi,  ĢərqĢünas-alim,  professor,  orientoloq  (türk,  fars  və  ərəb 

dili  mütəxəssisi),həmçinin  poliqlotçu  (çox  dil  bilən)  idi.Ona  feno-

men    Ģəxs  də  demək  olardı.  O,  Parisin,  VarĢavanın  görkəmli  ali 

məktəblərində,  həmçinin  15  il  Lvov  Universitetində  dərs  deyib. 

Onun ġərq fəlsəfəsinə və dilçiliyinə dair qiymətli elmi əsərləri qal-

mıĢdır.  Bu  əsərlərdən  bəzilərinin  əlyazmaları  VarĢavada  və  AĢqa-

baddadır. Məhəmməd  Sadıq  bəy  “ Qurani Kərim ”in rus dilinə tər-

cümə  edilməsinin  də  təĢəbbüsçülərindən  olmuĢdur.  ”Quranda”  rus 

dili nəĢrinə yazılmıĢ ön sözdə Məhəmməd Sadıq bəyin əməyi xüsu-

si vurğulanır. Onun “Quranın” tərcüməsilə bağlılığı barədə  ĢərqĢü-

nas  alim Nəriman Qasımoğlu yazır: ”Böyük ruh sahibi olan insan-

lar həmiĢə xalqın yaddaĢında əbədi yaĢayır. ”Quran ”ın rus dilində 5 

cildlik tərcüməsilə məĢğul olan alimlər qocaman ĢərqĢünas Məhəm-

məd Sadıq bəyin tövsiyələrindən  bəhrələnərək  müqəddəs kitabı rus 

dilinə  çevirmiĢdilər”. 



 

101 


Beləliklə, professor  M.S.  Ağabəyzadənin həyatının son dövr-

ləri  Qərbi Ukraynada  keçmiĢdi. O, 1927-ci ildən Lvov Universiteti-

nin professoru vəzifəsində çalıĢırdı...Artıq  yuxarıdakı  mətndən  bəlli 

olur  ki,  Məhəmməd  Sadıq  bəyi  həmin  Universitetə  Lvov  Universi-

tetinin polyak  professoru Ziqmund Smoqjevski  dəvət etmiĢdi.  Ərəb, 

fars, türk  dillərini  mükəmməl bilən Məhəmməd Sadıq  bəy ġərq dil-

ləri tarixindən, ədəbiyyatından və mədəniyyətindən mühazirələr  oxu-

duğu, həmçinin Ġslam paleoqrafiyasını, epiqrafiyasını və kalliqrafiya-

sını tədris etdiyi onun arxivdəki Ģəxsi iĢindən aydın olur. Məhəmməd 

Sadıq bəy rus dilində “Türkmən ləhcəsi” (1904-cü il), polyak dilində  

“Türk dili”  (1931), ”Fars dili”  (1934) və “Ərəb dilinin qrammatika-

sı” (1934) kimi sanballı əsərlərini yazaraq nəĢr etdirmiĢdi. O, ”Özbək 

dilinin  qrammatikası”nı  da  yazmıĢdı.  Hələ  1904-cü  ildə  yazıb  nəĢr 

etdirdiyi  “Türkmən  dilinin  qrammatikası”    kitabına    görə  Buxara  

əmiri Seyid  Alim xan onu qızıl  medalla təltif etmiĢdi. 

...1939-cu ilin sentyabrınadək  Lvov Ģəhəri PolĢanın tərkibində 

idi. Həmin ildən sonra Ģəhər Ukraynanın tərkibinə keçmiĢdi. Lvov Ģə-

hərində  dərs  deyən  bir  sıra  müəllimlər  PolĢaya  getmiĢdilər.  Ancaq 

Məhəmməd Sadıq bəy sovet təbəəliyini və vətəndaĢlığını qəbul edə-

rək  Ukraynada qalmıĢdı. O, ömrünün  sonunadək  Lvov Universite-

tində iĢləmiĢdi. Bu Universitetdə bir sıra görkəmli ĢərqĢünasların ye-

tiĢməsində Məhəmməd Sadıq bəyin əvəzsiz xidmətləri vardı. MəĢhur 

polyak ĢərqĢünasları Teofil Voladarski, Olqa Bak, Y. Poloyiyuk, Ta-

deuĢ  Levitski  və  baĢqaları  görkəmli  həmyerlimizin  yetirmələri  

idilər... 

1944-cü  ildə  Lvov  Ģəhəri  faĢistlər  tərəfindən  iĢğal  olunanda 

Ģəhərin alman komendantı tək-tənha yaĢayan professor Məhəmməd 

Sadıq  bəyin  mənzilini  öz  qərargahına  çevirmiĢdi.  Alman  generalı 

olan  komendant  ziyalı  Ģəxs  idi  və  Məhəmməd  Sadıq  bəyin  zəngin 

kitabxanasını ələ keçirmiĢdi. Bundan sonra yarıqaranlıq, nəmli  zir-

zəmiyə  köçən Məhəmməd  Sadıq bəyin  zəifləmiĢ  vücudu pisləĢ-

miĢ  və  xəstəliyi  daha  da  ĢiddətlənmiĢdi.Səhhəti  getdikcə  ağırlaĢan 

həmyerlimiz ölümqabağı sevimli tələbəsi polyak TadeuĢ Levitskiyə 

belə vəsiyyət etmiĢdi: ” Əgər qardaĢlarım (Məhəmməd Sadıq bəyin  

iki qardaĢı və bir bacısı vardı. QardaĢlarının adı Həzrət bəy və Rə-

him  bəy,  bacısının  adı  Badam  xanım  idi)  gəlib  çıxmasalar,  onda 



 

102 


nəyim  varsa,  sənə  qoyub  gedirəm.  Mənə  uzun  müddətli  sədaqətli 

xidmətinə  görə  pani  Severina  VilkoĢinskayaya  300  zlot  (PolĢanın 

pul vahididir),Teodozi Krulyovaya 100 zlot, Olqa VoĢçaka - mənim 

Ģagirdimə bir kitab və istədiyi üçün val verərsiniz”. 

Beləliklə,  xalqımızın    iftixarı,  görkəmli  ĢərqĢünas  alim,  pro-

fessor, sərkərdə, milli polisimizin banisi (bu fikri onun haqqında ilk 

dəfə rəhmətlik akademik Ziya Bünyadov 1994-cü ildə DĠN-in Polis 

Akademiyasının  müəllimi,  bu  sətirlərin  müəlliflərindən  biri,  polis 

polkovniki  Tahir  Behbudovla  söhbəti  zamanı  demiĢdi)  general-

mayor M.S.  Ağabəyzadə  1944-cü il noyabrın 9-da 79  yaĢında qür-

bətdə- Lvov Ģəhərində köməksiz və miskin bir Ģəkildə vəfat etmiĢdi. 

Onun  layiqli  və  sadiq  tələbəsi  TadeuĢ  Levitski  Lvovdakı  katolik 

qəbiristanlığında gecə gizlicə müsəlman adətilə ( üzü Kəbəyə tərəf) 

dəfn  etmiĢdi...O,  müəlliminin  məzarı  üstündə  üzərində  ay-ulduz 

həkk  olunmuĢ  baĢdaĢı  düzəltdirmiĢdi...M.S.  Ağabəyzadə    Lvovun  

Liçakovski  qəbiristanlığında  uyuyur... 

General-mayor M.S.Ağabəyzadənin fotoĢəkillərinin əldə edil-

məsində bizə köməklik etdiklərinə görə ilk növbədə onun əmisi oğ-

lu  Əli bəy Hüseynzadənin Bakıda   yaĢayan nəvəsi Cəmilə xanıma 

və  bu  iĢdə  köməyini  əsirgəməmiĢ  Azərbaycan  Respublikası  Milli 

Dövlət Arxivinin S. Mümtaz adına Dövlət  Ədəbiyyat  və  Ġncəsənət 

Arxivinin  direktoru,  əməkdar  incəsənət  xadimi  Maarif  Teymura 

minnətdarıq. 

...Fikrimizcə,  Məhəmməd  Sadıq  bəyin  xatirəsi  kifayət  qədər 

əbədiləĢdirilməyib.Belə  ki,yalnız  Göyçayda  bir  vaxtlar  yaĢadığı 

evin qarĢısına kiçik xatirə lövhəsi vurulmuĢdur ki, bunu da Məhəm-

məd    Sadıq  bəyin  həyat  və  fəaliyyətinə  aid  “  Ġki  ömür  yaĢayan 

adam” adlı kitab yazmıĢ, həmin kitabın əsasındakı senari üzrə “Çi-

narlı Ģəhərin generalları” adlanan ikiseriyalı sənədli film çəkdirmə-

yə  nail  olmuĢ  (filmi  rejissor-operator  Taleh  Ġsmayılov  çəkmiĢdir)  

mərhum  yazıçı-dramaturq  Əli  Səmədlinin  Ģəxsi  vəsaiti  hesabına  

hasilə  gəlmiĢdir. 

M.S. Ağabəyzadə ĢərqĢünaslıq məktəbinin banisidir. Lvov Ģə-

hərində  M.S. Ağabəyzadənin  adına küçə  var.  Lvov Dövlət  Univer-

sitetinin  foyesində  görkəmli  alimlərin  sırasında  M.S.  Ağabəyzadə-

nin  də  portreti  asılmıĢdır...Onun  tələbələrindən  biri  Y.  Polotiyuk 



 

103 


Lvov Dövlət  Universitetinin ġərqĢünaslıq fakultəsinin kafedar mü-

diridir.  O,  ġərq  ölkələrinin  paleoqrafiyası,  epiqrafiyası  və  islami 

dünyagörüĢündən oxuduğu mühazirələrin təsiri altında “Qurani-Kə-

rimi”  öz  dilinə tərcümə etmiĢ, sonra isə Ġslam dinini qəbul edərək 

özünə  “Mirzə Müzəffər” adını  götürmüĢdür... 

Ancaq xalqımızın bu görkəmli oğlunun həyat və fəaliyyəti daha 

ətraflı  öyrənilməli  və  respublika  DĠN  tərəfindən  də  onun  adının 

əbədiləĢdirilməsi  üçün  addımlar  atılmalıdır.  Çünki,  son  illər  baĢqa 

xətlərlə  Məhəmməd  Sadıq bəyin həyat və fəaliyyətinin  təbliği məq-

sədilə  bir  sıra  təĢəbbüslər  edilmiĢ  və  tədbirlər  həyata  keçirilmiĢdir. 

M.  S.  Ağabəyzadənin  həyat  və  fəaliyyətinin  tədqiqi  ilə  məĢğul  olan 

alimlər  və  tədqiqatçılar,  habelə  maraqlanan  Ģəxslər  xalqımızın  bu 

intelektual təfəkkürlü böyük Ģəxsiyyətinin daha artıq tanınması üçün 

cəhdlər  göstərmiĢlər.  Məsələn,  2005-ci  il  mart  ayının  14-də,  doğum 

günündən  bir  gün  əvvəl,  AMEA-nın  akademik  Ziya  Bünyadov  (21 

dekabr 1923, Astara - 21 fevral 1997,  Bakı;  naməlum “qüvvə” tərə-

findən  qətlə  yetirilmiĢdir...)  adına  ġərqĢünaslıq  Ġnstitutunda           

M.S. Ağabəyzadənin anadan olmasının 140-cı ildönümünə həsr olun-

muĢ elmi sessiya keçirilmiĢdi. AMEA-nın ġərqĢünaslıq Ġnstitutunun, 

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan - PolĢa Elmi-Mədəni 

Cəmiyyətinin  birgə  təĢəbbüsü  ilə  keçirilən  sessiyada  dünya  ĢərqĢü-

naslıq elminə böyük töhfələr vermiĢ, ensiklopedik bir Ģəxsiyyət olan  

(“Məhəmməd Sadıq  bəy  Ağabəyzadənin elmi fəaliyyəti”. Məruzəçi-

filologiya elmləri namizədi, Azərbaycan-PolĢa Elmi-Mədəni Cəmiy-

yətinin  sədri  Gülər  xanım  Abdullabəyova;  ”Məhəmməd  Sadıq  bəy 

Ağabəyzadənin həyat yolu”. Məruzəçi-yazıçı-dramaturq Əli Səmədli; 

“Azərbaycan  Demokratik  Respublikası  dövründə  Məhəmməd  Sadıq 

bəy Ağabəyzadənin Daxili ĠĢlər Nazirliyindəki fəaliyyəti”. Məruzəçi-

polis  polkovniki,  tarix  elmləri  namizədi  Tahir  Behbudov;  ”Məhəm-

məd Sadıq bəy Ağabəyzadənin Azərbaycan Xalq Cümhuriyyəti döv-

ründə  dövlət  quruculuğu  sahəsindəki  fəaliyyəti”.  Məruzəçi  -  tarix 

elmləri namizədi Ġltifat Əliyarlı və s.) mövzularda məruzələr dinlənil-

miĢ və müzakirələr aparılmıĢdı. Sessiyada PolĢanın Azərbaycandakı 

fövqəladə  və  səlahiyyətli  səfiri  Marçin  Novrat  da  iĢtirak  edirdi... 

Onun çıxıĢı  maraqla qarĢılanmıĢdı... 


 

104 


Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Respublikası  Müdafiə 

Nazirliyinin  Elmi-Tədqiqat  Ġdarəsinin  əməkdaĢı,  hərb  tariximizin 

araĢdırıcısı,  tanınmıĢ  jurnalist,  polkovnik-leytenant  ġ.  Nəzirli  hələ 

1995-ci ildə nəĢr etdirdiyi “Cümhuriyyət generalları”  kitabında  ge-

neral-mayor M.S. Ağabəyzadənin bioqrafiyası barədə bir qədər mə-

lumat  vermiĢdi.  Lakin  Məhəmməd Sadıq bəy haqqında daha  geniĢ 

elmi  araĢdırmalar aparıb dissertasiya iĢi müdafiə etmiĢ  AMEA-nın 

Z. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutunun baĢ elmi iĢçisi, filolo-

giya  üzrə  fəlsəfə  doktoru,  Azərbaycan-PolĢa  Elmi-Mədəni  Cəmiy-

yətinin sədri Gülər Abdullabəyova xüsusi qeyd olunmalıdır. Əgər o 

olmasaydı,  hələ  də  bizim  M.S.  Ağabəyzadə  haqqında  uzun  illər 

boyu  məlumatımız  qədərincə  olmayacaqdı.Elmi  iĢi  ilə  əlaqədar 

PolĢaya gedən və təsadüfən arxivdə Məhəmməd Sadıq bəyə məxsus 

sənədlərə rast gələn Gülər xanım Bakıya döndükdən sonra bu barə-

də akademik Ziya Bünyadova danıĢmıĢdı. Beləliklə, rəhmətlik Ziya 

müəllimin xeyir-duası  ilə o, görkəmli  ĢərqĢünas  Məhəmməd Sadıq 

bəyin həyat və yaradıcılığını  araĢdırmağa  baĢlamıĢdı... 

2005-ci  il noyabrın  9-da general  M.S.  Ağabəyzadənin  xatirə-

sinə həsr olunmuĢ daha bir tədbir keçirilmiĢdi. Bu dəfə tədbirin ke-

çirilməsinin təĢəbbüsçüsü Azərbaycan Kinematoqrafçılar Ġttifaqının 

Ġdarə Heyəti və “Обозреватель” qəzeti idi. Tədbir Məhəmməd Sa-

dıq bəyin vəfatının  71-ci ildönümünə həsr edilmiĢ  bir xatirə, anım 

mərasimi  idi.  Mərasimdə  Ukraynanın  Azərbaycandakı  səfirliyinin 

nümayəndəsi  Boqdan Budyak, Ukrayna və PolĢa diasporunun ölkə-

mizdəki    təmsilçisi  Vitali  Rudenko,Azərbaycan  Respublikasının 

Rusiya  Federasiyasındakı  səfirliyinin  nümayəndəsi  Ramiz  Abutalı-

bov  və  digər  maraqlı  təmsilçilər  iĢtirak  edirdilər.Tədbirə  həmçinin 

bu sətirlərin müəllifləri də qatılmıĢdılar. 

Tədbiri giriĢ sözü ilə açan  “Oбoзрeватель”  həftəlik informa-

siya-analitik qəzetinin baĢ direktoru  Gülnarə Məmmədzadə (hazır-

da “РИА-НОВОСТИ”  Agentliyinin baĢ direktorudur) açaraq onun 

məqsəd və məramlarına toxundu. Canlı dialoq və qarĢılıqlı fikir mü-

badiləsi Ģəraitində dəyirmi masa arxasında çıxıĢ edənlər: - Məhəm-

məd  Sadıq bəyin həyat  və fəaliyyətinin tədqiqatçısı, yazıçı-drama-

turq Əli Səmədli (2006-cı ildə dünyasını dəyiĢmiĢdir. Allah rəhmət 

eləsin!),Kinematoqrafçılar  Ġttifaqı  Ġdarə  Heyətinin  katibi  Abbas 



 

105 


Əliyev  (dünyasını  dəyiĢmiĢdir,  Allah  rəhmət  eləsin!),  kinorejissor 

Firəngiz  Qurbanova,DĠN-in  Polis  Akademiyasının  dosenti,tarix 

elmləri  namizədi,  polis  polkovniki  Tahir  Behbudov,  DĠN-in  Mət-

buat    Xidmətinin  əməkdaĢı  ,  tarix  elmləri  namizədi  Ġltifat  Əliyarlı, 

habelə  Ramiz  Abıtalıbov  xalqımızın  general  oğlunun  xatirəsinin 

əbədiləĢdirilməsinə dair bir sıra təkliflər səsləndirdilər.General M.S. 

Ağabəyzadənin  adına  Polis  Akademiyasında  təqaüd  təsis  edilməsi, 

adının Bakıdakı küçələrdən birinə verilməsi və vaxtı ilə Azərbaycan 

Xalq  Cümhiriyyəti  DĠN-dəki  fəaliyyəti  dövründə  Bakıda  yaĢadığı 

binaya xatirə lövhəsinin vurulması, ev muzeyinin yaradılması və s. 

həmin qəbil təkliflərdən idi.Tədbirdə iĢtirak edən Məhəmməd Sadıq 

bəyin qohumu Cəmilə xanım Hüseynzadə,onun oğlu Ġsmayıl xatirə-

tədbirin  təĢkilatĢılarına  və  iĢtirakçılarına  minnətdarlıqlarını  bildir-

miĢdilər. Tədbirin sonunda general-mayor M.S.Ağabəyzadənin haq-

qında  ayrıca  bədii  film  çəkilməsi  və  bununla  əlaqədar  müvafiq 

təĢkilatlara müraciət edilməsi qərara alınmıĢdı... 

 

 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin