BEHBUD XAN CAVANŞİR
(1877-1921)
Azərbaycanın görkəmli ictimai-
siyasi və dövlət xadimi. Azərbaycan
Xalq Cümhuriyyəti dövründə Fətəli
xan Xoyskinin 2-ci hökumət kabineti
zamanı (17 iyun – 7 dekabr 1918-ci il)
Azərbaycan Respublikasının daxili
iĢlər naziri olmuĢdur.
Qarabağ xanı Ġbrahim Xəlil xa-
nın yeddinci oğlu Məmmədqasım ağa-
nın oğlu PaĢa ağanın ikinci oğlu,
Azad ağanın (1845-ci ildə ġuĢada ana-
dan olmuĢdu) 4 oğlundan böyük oğlu
Behbud ağa CavanĢir 1877-ci ildə
ġuĢa Ģəhərində nəsil Ģəcərəsi əsil-
nəcabətə söykənən ailədə dünyaya
gəlmiĢdi. O, ġərqin qüdrətli sərkərdəsi və hökmdarı, Qırxlı – AvĢar
(ƏfĢar) Nadir Ģahın (1688-1747) öldürülməsindən ( 19 iyun 1747)
sonra müstəqillik qazanmıĢ, paytaxtı Pənahabad (indiki ġuĢa) olan
45
Qarabağ xanlığının (1747-1822) əsasını qoymuĢ məĢhur Sarıcalı-
CavanĢirlər və Otuzikilər tayfasının baĢçısı Pənahəli xan Sarıcalı-
Bəhmənli CavanĢirin (1693-1763) nəticəsi idi.
Haşiyə: Pənahəli xan Ġbrahim ağa oğlu Sarıcalı-Bəhmənli Ca-
vanĢir. CavanĢir elinin Bəhmənli qolunun Sarıcalı boyundan idi.
1693-cü ildə anadan olmuĢdu. 1747-1761-ci illərdə Qarabağ
xanı olmuĢdur. 1763-cü ildə Ġranın ġiraz Ģəhərində 70 yaĢında
vəfat etmiĢdi... Vəsiyyətinə əsasən nəĢi (bədəni) Qarabağa
gətirilərək, özünün əzəli, dədə-baba yurdu olan Ağdamda -
indiki Ġmarət - Qərvənd abidə-məqbərə kompleks məzarlığında
dəfn olunmuĢdur. Qeyd etmək lazımdır ki, tədqiqatçılar hesab
edirlər ki, Bəhmənli eli qədim zamanda Türküstandan Azərbay-
cana gəlmiĢdir. Ağ hunların törəmələrindəndirlər. Bəhmənli Ca-
vanĢir elinin böyük bir oymağıdır. (“Bəhmən” fars sözüdür,
mənası “ağıllı”, ”zəkalı”, ”bilikli”, ”tədbirli” deməkdir). Sarıca-
lıların babası Sarıca Əlinin anası Bəhmənli qızıdır.
Qarabağın axırıncı, 3-cü xanı Mehdiquluxan Sarıcalı-Bəh-
mənli CavanĢir olmuĢdur. 1806-1822-ci illərdə xanlıq etmiĢ Mehdi-
qulu xana çar Birinci Aleksandrın fərmanı ilə 1805-ci 14 may
Kürəkçay müqaviləsindən sonra general-mayor rütbəsi verilmiĢdi...
Mehdiqulu xan Pənahəli xanın oğlu Ġbrahim Xəlil xan Sarıcalı-
Bəhmənli CavanĢirin (1732, ġuĢa qalası - 14 iyun 1806 Xankəndi)
ikinci oğludur. 1772-ci ildə ġuĢada anadan olmuĢ, 1845-ci ildə Ağ-
cabədidə (ovda olarkən atdan yıxılmıĢddı) 73 yaĢında vəfat etmiĢ,
Ağdamda Ġmarət-Qərvənddə atasının yanında dəfn olunmuĢdur.
Mehdiqulu xanın anası XurĢidbanu bəyim Ġkinci ġahverdi xan
Ziyadoğlu-Qacarın qızıydı. Qeyd etmək lazımdır ki, ”Qacar” sözü
türk ulusunun adı ilə bağlıdır...”. Qacarlar Ġran və Azərbaycanda
orta əsrlərdə hökmranlıq edən Cəlairilər türk sülaləsinin (1336-
1432) bir qoludur. Onlar 7 qızılbaĢ elinin biri idi. Qacar sözü Qacar
adlı bir oymaq baĢçısının adından yaranıb. Ehtimal olunur ki,
qacarları da Anadoludan (ġərqi Türkiyə) gətirən də elə bu bəy -
Qacar olub... Qacar sözünün ilkin mənası “qasar-torpaq”dır. Qacar
toponimi türk - Azərbaycan mənĢəli tayfalardan birinin adıdır.
Vaxtıilə cəlair türklərindən törəyən qacarlar əvvəlcə Kiçik Asiyada
və Suriyada, sonra isə Ön Asiyada məskunlaĢmıĢdılar... Qacarlar
46
xanədanı Ġranda son sülalədir. Onlar 1796-1925-ci illərdə Ġran taxt-
tacında Ģahlıq etmiĢlər. Qacar Ģahları həmiĢə özlərini türk hesab
etmiĢ, türkcə addlandırmıĢ və öz əcdadlarının Ġrana böyük monqol
sərkərdəsi Çingiz xanın (Temuçin) nəvəsi Hülakü xanla (Elxanilər-
Hülakülər dövlətinin banisi Hülakü xan (1217-1265).1256-1265-ci
illərdə hökmranlıq etmiĢdir) gəldiklərini söyləmiĢlər. Mehdiqulu
xanın qızı, məĢhur Ģairə XurĢud banu Natəvan (15 avqust 1832,
ġuĢa - 2 oktyabr 1897, ġuĢa; 65 yaĢında vəfat etmiĢdir), həmçinin
onun həyatdan vaxtsız (17 yaĢında) köçmüĢ oğlu Mirabbas da
həmin məqbərə də torpağa tapĢırılmıĢdır...
TanınmıĢ tədqiqatçı Ənvər Çingizoğlu (Fərəcov) apardığı
araĢdırmalar nəticəsində belə hesab edirki, Behbud xan bütün Qara-
bağda adlandırılan kimi “Behbud xan”la yanaĢı həmdə Behbud
ağa”dır...Beləliklə, Behbud ağa da (tarixi ədəbiyyatda “Behbud
bəy” də yazırlar ) məqbuldur. Bununla belə, fikrimizcə, xan nəslin-
dəndirsə, xan oğlunun xan kimi yazılması da səhv deyildir.
Behbud xan 1890-cı ildə alman dili təmayüllü Tiflis realnı
məktəbinə daxil olmuĢ, oranı müvəffəqiyyətlə bitirmiĢdi. (Qeyd:
Həmin məktəbdə Behbud xan 1878-ci ildə anadan olmuş, Tiflis
mağazalarından birinin xidmətçisinin oğlu Stepan Şaumyanla 8 il
bir sinifdə oxumuşdu. Erməni dilini öyrənməkdə ona S. Şaumyan
kömək etmişdi. Sonralar Behbud xan da S. Şaumyanı dəfələrlə işə
düzəltmiş, sürgünlərdən və qazamatlardan qurtarmışdı. Məsələn,
1908-ci ildə Behbud xan S. Şaumyanı “Xalq evi”nin müdiri təyin
etdirmişdi. Buna baxmayaraq, o, S. Saumyanla heç də eyni yolla
getməmişdi. Onları biri-birindən çox şey - zümrə mövqeyi həyat
idealları, siyasi baxışları və s. ayırırdı... (Bu haqda bax: Двинская
Михадзе. Шаумуан. Moskva, 1968, səh. 13, 108).
...1898-ci ildə Tiflis ədadiyə (orta) məktəbinin buraxılıĢ
mərasimində Qafqaz Tiflis Dairəsinin himayədarı Yanovski, ”Qaf-
qaz” qəzetinin redaktoru Vasil Lvoviç Vеличко və digər rəsmi qo-
naqlar da iĢtirak edirdilər. Behbud xan 1902-ci ildə Almaniyaya ge-
dib dünyada ilk ali texniki məktəb olan Frayberq Dağ Mədən Aka-
demiyasına girmiĢdi. O, burada mükəmməl təhsil almıĢ və Akade-
miyanı fərqlənmə diplomu ilə bitirib mühəndis ixtisasına yiyələn-
miĢdi (həmin vaxt S. ġaumyan da orada – Berlin Universitetində
47
fəlsəfə fakultəsinin dövlət hüquq bölməsində oxuyurdu və Behbud
xanla onun münasibətləri hələ “isti” idi).
Behbud xan CavanĢir (“Behbud” farsca “sağalma”, ”yaxĢılaĢ-
ma”, ”sağlam”, ”vücudu möhkəm” deməkdir) 1903-cü ildə həmin
Akademiyanı yüksək ixtisaslı neft mühəndisi kimi bitirib Almani-
yadan Vətənə dönən ilk azərbaycanlı məzundur.Alman dilini təmiz
bilən (B.CavanĢir poliqlotçu idi. Üümumiyyətlə, 6 dil - ingilis,
alman, fransız, rus, gürcü və erməni dillərini sərbəst bilirdi) Behbud
xan ingilis dilini öyrənmək üçün Ġngiltərəyə gedib London Ģəhərin-
dəki 1 illik təkmilləĢdirmə kurslarında da oxumuĢdu. Qərbi Avropa-
dakı həyatı və təhsili onun bir siyasi-ictimai xadim kimi formalaĢ-
masına müsbət təsir göstərmiĢdi. 1907-ci ildə Vətənə qayıdan
B.CavanĢir Bakıda kapitalist S.M. ġibayevin (Sidir Martınoviç
ġibayev 1817-ci ildə Rusiyada anadan olmuĢ,1888-ci ildə 71 yaĢın-
da vəfat etmiĢdi.1878-ci ildə Bakıda sulfat turĢusu zavodunun əsa-
sını qoymuĢdu. Sonra məĢhur neft milyonçusuna çevrilmiĢdi) neft
sənayesində əvvəlcə mühəndis, sonra da baĢ mühəndis vəzifələrində
çalıĢmıĢdı. B.CavanĢirin neft sahibkarları arasında böyük hörməti
və nüfuzu vardı. Onu iftixarla “injiner CavanĢir” kimi çağırırdılar.
1907-ci il avqustun 28-də CavanĢir qəzasının (mərkəzi Tərtər
idi) rəisi Rusiya daxili iĢlər nazirinə yazdığı raportunda “Xeyriyyə
Cəmiyyəti” adı altında gizli fəaliyyət göstərən “antidövlət” “DĠFAĠ”
Komitəsinin rəhbərləri - qarabağlı Qarabəy Qarabəyov, Məhəmməd
Həsən Hacınski, Ġsa bəy AĢurbəyli, Behbud bəy CavanĢir və
Niftalı bəy (əslində Lütvəli bəy Zülqədərov) kimi adları çəkilən
ziyalıların vaxtaĢırı Behbud xanın Azad Qaraqoyunlu kəndindəki
evində yığılıĢmasından xəbər verirdi...
“DĠFAĠ” (“Fədai”) müsəlman firqəsi idi. Onu 1905-ci ildə Ģu-
Ģalı Əhməd bəy Ağaoğlu (Əhməd bəy Mirzə Həsən oğlu Ağaoğlu,
1863, ġuĢa - 1939, Ġstanbul) Qara bəy Qarabəyli (doktor Qara bəy
Ġsmayıl ağa oğlu Qarabəyli (14 yanvar 1873,Yelizavetpol (Gəncə)
quberniyası, Yuxarı Ayıblı kəndi - sentyabr 1953, Səmərqənd, Öz-
bəkistan) birgə yaratmıĢdı. B.CavanĢir də həmin təĢkilata daxil
olmuĢ və MK-nın üzvü seçilmiĢdi.
Behbud xan CavanĢir vaxtilə Almaniyadan gətirərək öz torpaq
sahələrində əkdirdiyi yumĢaq buğda növlərini və uĢaqlıq dostu Əlfi-
48
nin fermer təsərrüfatlarında bəslətdirdiyi qara-ala cinsli buzovları
Qarabağ iqliminə uyğunlaĢdırmıĢdı. Qarabağda bu günə qədər
“Behbudun çörəyi”, ”Əlfinin qatığı” sözləri yaddaĢlarda hələ də
yaĢayır... O vaxt Qarabağda yolların abadlaĢdırılması da buraya ilk
avtomobilləri gətirmiĢ Behbud xanın adı ilə bağlıdır...
...Bakının neft müəssisələrində baĢ mühəndis və firma direk-
toru vəzifələrində çalıĢmıĢ B.CavanĢir doğma xalqının maariflən-
məsi yolunda da var qüvvəsini sərf edirdi. B.CavanĢir ”Müsəlman
Xeyriyyə Cəmiyyətinin“ rəhbərlərindən biri idi. O, ”Nicat” Cəmiy-
yətinin və “Rus Texniki Cəmiyyəti”nin üzvü seçilmiĢdi. Texniki
cəmiyyətlərin elmi əsərlərində B.CavanĢirin xeyli məqaləsi dərc
olunmuĢdu...
1917-ci ildə Rusiyada 300 il hökmranlıq etmiĢ Romanovlar
xanədanının (1613-1917) süqutu ilə nəticələnmiĢ fevral burjua-
demokratik inqilabından sonra yaranmıĢ mürəkkəb ictimai-siyasi
Ģəraitdə çoxsahəli və geniĢ fəaliyyət göstərən Behbud xan xalqına
kömək məqsədilə əlindən gələni edirdi. Onun nüfuzu böyük idi.
Behbud xan 1917-ci il martın 22-də Bakıda yaradılan Milli Müsəl-
man ġurasının Müvəqqəti Ġcraiyyə Komitəsinin tərkibinə seçilmiĢ-
di. Bu vaxt B.CavanĢir hələ bitərəf olub heç bir siyasi partiyanın
üzvü deyildi... 1918-ci il mart soyqırımı zamanı S. ġaumyanın
hərəkətlərindən qəzəblənərək onu pisləyən Behbud xan azərbay-
canlıların qırılmasının qabağını almağa çalıĢanlardan biri olmuĢdu.
O, milli münaqiĢələrin nizama salınması üzrə yaradılan BarıĢıq
Komitəsinin üzvü idi...
Bakının neft sənayeçiləri hələ çarizm dövründən neft səhmlə-
rinə malik Behbud xanı yaxĢı tanıyır və hörmətini saxlayırdılar. O,
hətta dəfələrlə Neft Sənayeçiləri Qurultayı Ġcraiyyə Komitəsinin
sədri seçilmiĢdi. Həmin zamanlar neft mədənlərini mühafizə edən
Bakı Ģəhər Qradonaçalnikliyi əməkdaĢlarının Ģəhər polisinin digər
xidmət əməkdaĢlarının məvacibi məhz Behbud xanın köməyi ilə
neftdən gələn gəlirin 3 faizi hesabına neftxudalar tərəfindən
ödənilirdi. B.CavanĢir polis xidmətinə və polis əməkdaĢlarının qay-
ğılarına bələd olan Ģəxsiydi. Behbud xan böyük neft aksiyalarına və
sərmayələrinə də malik idi. Odur ki,1918-ci ilin iyununda Azər-
49
baycan Xalq Cümhuriyyətinin daxili iĢlər naziri təyin olunması heç
də təsadüfi deyildi.
1918-ci il iyunun 16-da Azərbaycan Xalq Cümhuriyyətinin
Birinci Milli Hökuməti Tiflisdən Gəncəyə köçmüĢdü. Ertəsi günü-
iyunun 17-də Gəncə qubernatorunun binasında keçirilən iclasda F.
Xoyskinin 2-ci hökumət kabineti təĢkil olunmuĢdu. Ġkinci kökumət
kabinetində 13 nazirlik vardı. Birinci hökumət kabinetində BaĢ na-
zir və eyni zamanda daxili iĢlər naziri vəzifəsini də tutan F. Xoyski
bu dəfə həmin vəzifəni bitərəf Behbud xan CavanĢirə tərk etmiĢdi.
1918-ci il iyunun 23-də hökumət ölkədə yaranmıĢ vəziyyətlə
əlaqədar olaraq Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. Nu-
ru paĢanın komandanlığı altında yeni yaradılan Qafqaz Ġslam Ordu-
sunun 5-ci türk diviziyası (komandiri Mürsəl paĢa idi) və Əli ağa
ġıxlinskinin komandir olduğu Müsəlman Milli Korpusu əsasında
təĢkil edilmiĢdi.Hökumət tərəfindən tapĢırılmıĢdı ki, hərbi vəziyyətə
uyğun olaraq Daxili ĠĢlər Nazirliyinin rəhbərliyi altında fəaliyyət
proqramı hazırlansın. Daxili iĢlər naziri B.CavanĢirin rəhbərliyi ilə
belə bir proqram tezliklə hazırlanmıĢdı.
Haşiyə: Əli ağa Sıxlinski. Görkəmli Azərbaycan sərkərdəsi.
Azərbaycan Ordusunun qurucularından biri. 23 aprel 1865-ci il-
də Gəncə quberniyasının Qazax qəzasının Qazaxlı kəndində
məĢhur mülkədar Hacı Ġsmayıl ağa Alqazax ağa ġıxlınskinin
ailəsində dünyaya gəlmiĢdi. Anası “Fədai” təxəllüsü ilə tanınan
məĢhur Mirzə Məhəmməd Qayıbzadənin (Qayıbovun) qızı ġah-
Yəmən xanım böyük Ģairimiz Molla Vəli Vidadinin (1707,
Qazax -1802, ġəmkir, 102 yaĢ) qızı idi... Ə. ġıxlınski general-
leytenant rütbəsinə malik idi. Həmin rütbə Ə. ġıxlinskiyə hələ
1917-ci ildə çar tərəfindən verilmiĢdi. Çar ordusunda xidmətində
və döyüĢlərdəki fövqəladə məharətinə görə onu “rus artille-
riyasının Allahı” adlandırmıĢlar... Əli ağa ġıxlınski 1943-cü il
avqustun 18-də Bakıda, C. Cabbarlı küçəsindəki 14 nömrəli ev-
də, 20 saylı mənzilində koordioskleroz xəstəliyindən 78 yaĢında
vəfat etmiĢdir. Ə. ġıxlınski həm də alim-tədqiqatçı idi. Onun
yazdığı hərbi lüğət xüsusilə qiymətlidir. O, həm də ilk hərbi
memuarımızın müəllifidir. 1942-ci ildə qələmə aldığı “Xatirələ-
rim” adlı memuar kitabı çox dəyərlidir. Kitab 1944-cü il aprelin
50
9-da nəĢr olunmuĢdur (1984-cü ildə “AzərnəĢr” həmin kitabı
təkrar nəĢr etmiĢdir). Yeri gəlmiĢkən, Əli ağa ġıxlınskinin həyat
yoldaĢı Nigar xanım Qayıbova-ġıxlınskaya (10 oktyabr 1871,
Tiflis - 12 avqust 1931, Bakı) nüfuzlu Mirzə Hüseyn əfəndi
Qayıbzadənin (1870-1931) qızı idi. Nigar xanım Azərbaycanın
ilk hərbi Ģəfqət (tibb) bacısı olmuĢdur (Nigar xanımın ilk əri
milliyyətcə acar olan müsəlman DərviĢ bəy Məhəmməd bəy oğ-
lu Polavandov idi). Nigar xanım Əli ağa bəydən 12 il qabaq, Ba-
kıda 60 yaĢında dünyasını dəyiĢmiĢdi. Gəncədə yerləĢən Müsəl-
man (Ġslam) Ordusuna 18 minədək adam daxil idi. Bunun 6 min
nəfəri türk nizami ordusundan, 12 minə qədəri isə hərbi təlim
görməmiĢ, əslində, xalq qoĢunu təsiri bağıĢlayan Azərbaycan
hərbi hissələrindən ibarət idi.
F. Xoyskinin 1918-ci ilin iyununda Gəncədə təĢkil etdiyi 2-ci
hökumət kabineti dövründə (17 iyun - 7 dekabr 1918-ci il) daxili iĢlər
naziri (sivil, hərbidən fərqli olaraq qeyri-hərbi,mülki nazir) kimi mil-
li, müstəqil polis orqanlarının təsis olunması, formalaĢması və əməli
inkiĢafı məhz Behbud xan CavanĢirin adı ilə bağlıdır. Bir nazir kimi
onun təqdimatı ilə Azərbaycan hökuməti 1918-ci il iyulun 2-də Yeli-
zavetpol quberniyasının 9 qəzasında azərbaycanlı kadrların üstünlük
təĢkil etməsilə müstəqil, ilk milli polis orqanlarının təsis edilməsi
barədə qərar qəbul etmiĢdi (Qeyd: Hazırda qüvvədə olan “2 İyul
Polis Günü” həmin qərar əsasında rəsmi status almışdır. Ölkəmizdə
2 İyul Polis Günü Azərbaycan Respublikasının Prezident, ümummilli
lider Heydər Əliyevin 24 may 1998-ci il tarixli fərmanı ilə qəbul
olunmuşdur. Bununla əlaqədar Azərbaycan Respublikası preziden-
tinin 1992-ci il 6 iyun tarixli 830 nömrəli fərmanının 5-ci bəndi
qüvvədən düşmüşdür).
B.CavanĢir müstəqil Azərbaycan polisinin yaradılmasında və
fəaliyyətində Rusiya imperiyasının normativ aktlarına hüquqi baza
kimi söykənməyin tərəfdarı idi. Təsadüfi deyildi ki, Azərbaycan Xalq
Cümhuriyyəti DĠN-in Ģəhər və qəza polis strukturlarında general-
qubernator, qubernator, qradonaçalnik, polismeyster, qəza rəisi,
pristav, qorodovoy və s. vəzifələr əvvəllər olduğu kimi saxlanmıĢdı.
Həmin vəzifələrdə iĢləyən təcrübəli kadrlardan Azərbaycan Cüm-
huriyyətinə sadiq olanlar yenidən öz vəzifələrinə təsdiq edilirdilər.
51
Belələrindən biri Rusiyada 1917-ci il oktyabr çevriliĢindən sonra
Yelizavetpol (Gəncə) Ģəhər polisinin pristavı Əyyub bəy MəĢədi bəy
oğlu Rəfibəyli (Rəfibəyov) (1890-1979) idi (Pristav polismeysterə
tabe olan polis rəisi idi. Rusiyada pristavlıq 1868-ci ildə təsis olun-
muĢdu...). Azərbaycan Xalq Cümhuriyyəti qurulduqda, peĢəkar polis
kadrlarına ehtiyacı nəzərə alan daxili iĢlər naziri B. CavanĢir 1918-ci
ilin iyununda Əyyub bəy Rəfibəylini yenidən Gəncə Ģəhər polisinin
pristavı təyin etmiĢdi.
B. CavanĢir ilk müstəqil milli polis orqnlarımızın maddi baza-
sının yaxĢılaĢdırılması üçün çox iĢ görürdü. Artıq yuxarıda deyildiyi
kimi, Azərbaycan Daxili ĠĢlər Nazirliyinin də xüsusilə ilk vaxtlar
peĢəkar kadrlara böyük ehtiyacı vardı. Daxili iĢlər naziri B. CavanĢir
belə peĢəkar kadırları polis orqanlarına cəlb etməyə çalıĢır, onları
tələb olunan yerlərə təyin edirdi. Belə kadrlardan biri peĢəkar hərbçi,
albay (polkovnik) Ġbrahim ağa Vəkilov (1853-1934) idi
B. CavanĢirin daxili iĢlər naziri olduğu dövr - 1918-ci ilin
ortaları müstəqil Azərbaycan polisinin yaranması, təkmilləĢməsi və
tədrici inkiĢaf dövrü idi... 1918-ci il iyunun 24-də Azərbaycan höku-
məti “Hökumət müəssislərinin öz vəzifələrini tərk etmiĢ qulluqçuları
haqqında “178 nömrəli qərar verdi. Qərarda bütün nazirliklərə, o
cümlədən Daxili ĠĢlər Nazirliyinə tabe olan idarələr üzrə hökumət
məlumatı hazırlamaq tapĢırılır, çarizm və onun devrilməsinədən son-
rakı dövrlərdə Azərbaycanın hökumət müəssisələrində xidmət edən,
yaxud iĢdə sayılan, lakin hazırda öz vəzifələrini tərk edərək iĢə çıx-
mayan qulluqçulara, o cümlədən polis və milis orqanlarındakı əmək-
daĢlara iyul ayının 1-dən iĢə çıxmaq təklif olunur, eyni zamanda hə-
min qərar üzrə yeni yaradılacaq milli polis orqanlarının Ģəxsi heyə-
tinə daha çox azərbaycanlıların qəbul edilməsi nəzərdə tutulurdu.
Qərarda Gəncə quberniyası (əhalisi 1 milyon 64 min 647 nəfər
təĢkil edən Gəncə quberniyasının tərkibinə o zaman Gəncə, Zəngə-
zur, Cəbrayıl, CavanĢir, Qazax, ġuĢa, Cavad, Nuxa və ƏrəĢ qəzaları
daxil idi) və Azərbaycan Xalq Cümhuriyyətinin nəzarətində olan
digər ərazilərdəki müəssisələrin xidmətdə sayılan, ancaqq öz vəzifə-
lərini tərk etmiĢ hökumət qulluqçularına onların iyulun 1-dən iĢə çıx-
mayacaqları təqdirdə tutduqları vəzifələrindən azad olunacaqları ba-
rədə xəbərdarlıq edilirdi. Daxili iĢlər naziri Behbud xanın təĢəbbüsü
52
və təqdimatı üzrə Azərbaycan hökuməti 24 iyun 1918-ci ildə Gəncə
Ģəhər milisinin Ģəhər özünüidarəsinin sərəncamından alınaraq yerli
ümumi inzibati hakimiyyətin tabeçiliyinə keçməsi haqqında qərar
çıxarmıĢdı. Hökumətin 25 iyun 1918-ci il tarixli digər qərarına əsasən
Azərbaycan ərazisindəki bütün dəmir yolunun mühafizəsi də özünü-
idarə hakimiyyətindən alınaraq B.CavanĢirin rəhbərlik etdiyi Daxili
ĠĢlər Nazirliyinə tabe edilmiĢdi
Azərbaycan hökumətinin 27 iyun 1918-ci il tarixli yeni qərarı-
na əsasən isə Göyçay qəza milisinə iyun ayı üçün 35 min rubl kredit
ayrılmlıĢdı. Həmin gün türk dili (Azərbaycan dili) dövlət dili kimi
qəbul olunmuĢ, bütün dövlət idarələrində, məhkəmə və inzibati or-
qanlara (DĠN, polis, təhlükəsizlik və ədliyyə və s.) bu dilin, həmçinin
hökumət müəsisələrində həmin dili bilənlər hazırlanadək rus dilinin
də iĢlədilməsinə ixtiyar verilmiĢdi. 6 iyul 1918-c il tarixli baĢqa bir
qərarla daxili iĢlər, maliyyə və ərzaq nazirliklərinə tapĢırılmıĢdı ki,
qaçqınlar tərəfindən yiyəsiz buraxılmıĢ əkinlərin qeydə alınması,
imkan olan yerlərdə məhsul yığımının təĢkili və bu sahələri mühafizə
edən (polis nəzərdə tutulur) adamlara veriləcək mükafatların verilmə-
si üçün müvafiq komissiya yaratsınlar. Hökumət 7 iyul 1918-ci il
tarixli digər qərarında Daxili ĠĢlər Nazirliyinə tapĢırmıĢdı ki, yerlər-
dəki bütün milli komitələri buraxaraq Azərbaycan Cümhuriyyətinin
hakimiyyət strukturlarını yaratsın. Hökumət 1918-ci il iyulun 12-də
Daxili ĠĢlər Nazirliyinə həvalə etmiĢdi ki, sərhədlərin mühafizəsi və
ərzaq məhsullarının qaçaqmalçılar tərəfindən aparılmasının qarĢısının
alınması üçün Qazax qəzasının Salahlı və ġıxlı kəndlərində, eləcə də,
Poylu (Saloğlu) (Ağstafa) dəmiryol stansiyasında məntəqələr açsın.
B. CavanĢirin nazirliyi zamanı müstəqil Azərbaycan milli poli-
sinin (müasir Azərbaycan polisi onun varisidir) yaradılması önəmli
tarixi hadisə idi. Belə ki, 1918-ci il 24 iyun tarixli 178 nömrəli qə-
rarının əməli həyata keçirilməsi məqsədilə Azərbaycan hökuməti öz
iclasında daxili iĢlər naziri Behbud xanın təqdimatı və məruzəsi üzrə
1918-ci il iyulun 2-də ayrıca bir qərar verdi. Qərara əsasən Yelizavet-
pol (Gəncə) quberniyası polisinin yeni Ģtatları təsdiq olundu və əmək
haqqı da əvvəlki dövrlərlə müqayisədə artırıldı. Qərara görə quberni-
yanın Ģəhər və qəzalarında polis rəisləri (pristavlar), onların böyük və
kiçik köməkçiləri, sahə və polis pristavlıqarı, polis, habelə milis
53
əməkdaĢları və milis nəfərləri təsis olunub yeni əsaslarla fəaliyyət
göstərməyə baĢladılar. Yeni Ģtat tarifi üzrə Yelizavetpol (Gəncə) Ģə-
hər polisinin Ģtatları əvvəl polismeyster, böyük və kiçik köməkçi-
lərindən, 36 nəfər polis, 80 piyada milis və 20 süvari (atlı) milis
nəfərlərindən ibarət idi.
Göründüyu kimi, B.CavanĢirin nazir olduğu AXC DĠN həm
polis və həm də milis formalarından istifadə edirdi ki, bu da o dövrün
mövcud inzibati orqanlarının təĢkili və təcrübəsinin ənənəsi ilə bağlı
idi. Gəncə polisinin rəisi iĢləmiĢ, Gəncə qubeniyasında ilk polis or-
qanlarının təĢkilində böyük nüfuz sahibi olan Ġsmayıl xan Ziyadxan-
lının (1867, Gəncə - 1920, Bakı) aqibəti təəssüfki, faciəli olmuĢdur...
Azərbaycan Xalq Cümhuriyyətinin ilkin formalaĢma mərhələ-
sində mühüm Ģərt daxili sabitliyin bərqərar olması və hüquqi norma-
lara riayət olunmasının təmin edilməsi idi. lk müstəqil, demokratik
dövlətimiz də, onun Daxili ĠĢlər Nazirliyi də təĢəkkül tapmaqda olan
dövlət həyatının məhz bu sahələrinə xüsusi diqqət yetirirdi. Belə ki,
ölkədə anarxiyanın və xaosun hökm sürdüyü zaman əhalinin müəy-
yən hissəsinin cinayətkar təmayülü daha geniĢ miqyasları əhatə edə
bilərdi. Odur ki, Azərbaycan hökuməti cinayətkar ünsürləri təcrid et-
məklə qısa bir zamanda dövlət icra aparatının fəaliyyətini bütün gücü
ilə bərpa edə bilmiĢdi. Məhz həmin mərhələdə B.CavanĢirin rəhbərlik
etdiyi Daxili ĠĢlər Nazirliyi bir ali inzibati icraedici qurum kimi
formalaĢmaqda və öz fəaliyyətində yeni mərhələyə qədəm qoymaqda
idi. Bu mərhələdə DĠN-in qarĢısında duran baĢlıca vəzifələrdən biri
də idarə orqanlarını milliləĢdirmək, hərbi təlim görmüĢ adamlardan
ibarət kadr ehtiyatı hazırlamaq idi (Milli Ordu rəhbərliyi ilə bir
yerdə).
B. CavanĢirin daxili iĢlər naziri olduğu dövrdə Azərbaycan
Xalq Cümhuriyyəti hökumətinin sərəncamları üzrə Daxili ĠĢlər
Nazirliyi, onun mərkəzi aparatları və yerli orqnları tədricən olkədə bir
ali inzibati icraedici hakimiyyət vahidi kimi əhəmiyyətini get-gedə
gücləndirirdi. Bunu hökumətin 1918-ci il iyunun 30-da Ģəhər özünüi-
darəçiliyi iĢində Daxili ĠĢlər Nazirliyinin və polisin səlahiyyətlərinin
daha da artırılması və geniĢlındirilməsinə dair qəbul etdiyi yeni
tədbirlərin həyata keçirilməsindən də görmək olardı. Beləki, Azər-
baycan hökumətinin 1918-ci il 30 iyun tarixli sərəncamında deyilirdi:
54
”...Daxili ĠĢlər Nazirliyi Ģəhərlərdə mövcud özünüidarə sisteminin
bərpası üçün tədbirlər görsün, AğdaĢ, Salyan, Bərdə, Qazax qəza-
larında və digər yerlərdə özünüidarə sistemi yoxdursa, ayda 300
manat maaĢla rəis Ģtatı yaradılsın. Rəisə icazə verilsin ki, əgər ehtiyac
varsa, bir nəfər iĢlər müdiri və bir gözətçi iĢə götürsün”.
Daxili iĢlər naziri B. CavanĢirin baĢçılıq etdiyi mərkəzi icraedi-
ci-inzibati təĢkilat - Daxili ĠĢlər Nazirliyi, onun yuxarı və aĢağı qu-
rumları tədricən, zaman-zaman təkamül yolu keçməklə yeni-yeni
struktur dəyiĢikliklərinə məruz qalır, təkmilləĢirdi. 1918-ci il iyulun
15-də Azərbaycan hökumətinin qərarı və daxili iĢlər naziri B. Cavan-
Ģirin müvafiq əmri ilə DĠN-in nəzdində birbaĢa hökumətə tabe olan
Fövqəladə Ġstintaq Komissyası təsis olunmuĢdu. Komissiyaya Gən-
cədən olan nüfuzlu bir Ģəxs - Ələkbər bəy Xasməmmədov sədr təyin
edilmiĢdi.
Ələkbər bəy Hacıbaba bəy oğlu Xasməmmədov Gəncədə do-
ğulmuĢdu. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimi, ilk
ədliyyə, həmçinin daxili iĢlər və s. vəzifələrdə iĢləmiĢ Xəlil bəy Xas-
məmmədovun qardaĢı idi. Xasməmmədovlar 4 qardaĢ idi : Xəlil bəy,
Ələsgər bəy, Ələkbər bəy və Nağı bəy. QardaĢlardan Nağı bəydən
baĢqa üçü də hüquqĢünas olmuĢdur. Ələkbər bəy özü 1893-cü ildə
Moskva Universitetini bitirmiĢdi. Bütün Gəncəbasarda çox nüfuzlu
Ģəxs olan Ələkbər bəy Gəncə Ģəhərinin baĢçısı, Azərbaycan hökumə-
tinin ermənilərin 1918-ci ildə azərbaycanlılara və digər müsəlmanlara
qarĢı törətdikləri soyqrım hərəkətlərini tədqiq edən Fövqəladə
Ġstintaq Komissiyasının sədri olub, hər yeri gəzib, faktlar toplayıb.
Ələkbər bəyin qardaĢı Nağı bəyin Ġstanbulda yaĢayan nəvəsi Toğrul
Cuvarlı söyləyir ki, bolĢeviklər hakimiyyətə gələndə bir neçə il
Ələkbər bəyə toxunmayıblar. Lakin 1925-ci ildə sovet hakimiyyət
orqanları tərəfindən həbs olunaraq, keçmiĢinə görə güllələnmiĢdir...
Fövqəladə Ġstintaq Komissiyasına həmin ilin martında erməni-
lər tərəfindən Bakıda və digər yerlərdə törədilmiĢ soyqrımı hadisələ-
rinin, Zəngəzur (keĢmiĢ Sünik) və Qarabağda azərbaycanlılara və
müsəlmanlara qarĢı ermənilərin törətdikləri cinayətləri, sadizm hərə-
kətlərini (baĢın dərisinin soyulması, qarının deĢilməsi, gözlərin çı-
xarılması, qulağın və digər əzaların, bədən üzvlərinin kəsilməsi, me-
yitlərin üzərində təhqiramiz əməliyyatların aparılması, onların yandı-
55
rılması və s.) təhqiq etmək həvalə olunmuĢdu. Sonralar - 21 mart
1919-cu ildə Fövqəladə Ġstintaq Komissiyasının səlahiyyətləri geniĢ-
ləndirilmiĢ ona məhkəmə-istintaq hakimiyyəti statusu verilmiĢdi.
Fövqəladə Ġstintaq Komissiyası 20 ay ərzində 3500 səhifədən ibarət
36 cildlik geniĢ material toplamıĢdı. Azərbaycan Cümhuriyyəti höku-
mətinin 31 avqust 1918-ci il tarixli qərarı ilə həmin məsələ ilə bila-
vasitə məĢğul olan daha bir qurum - DĠN-in Xüsusi Ġstintaq Komis-
siyası təsis edilmiĢdi... Komissiya qısa vaxtda bütövlükdə quber-
niyada törədilən cinayətlərə dair külli miqdarda istintaq materialları
toplamıĢdı. 1918-ci il avqustun 11-də Azərbaycan hökuməti və Daxili
ĠĢlər Nazirliyi vətəndaĢların Milli Orduya çağırıĢı ilə əlaqədar yeni
bir sərəncam verdi. Sərəncamda deyilirdi: ” ÇağırıĢ yaĢı 19 yaĢ həd-
dində müəyyən edilsin:
a) Milli Ordu sıralarına Ġslam etiqadından olan bütün Azər-
baycan vətəndaĢları çağırılır;
b) Hərbi mükəlləfiyyətdən boyun qaçıranlar müharibə Ģəra-
itinin qanunlarıyla cəzalandırılır;
v) Əsgərliyə “Yelizavetpol çağırıĢı” “Azərbaycan çağırıĢı” ad-
landırılsın və yığıĢan hərbi hissələr daxili iĢlər nazirinə (Behbud xan
CavanĢirə) tabe edilsin.
14 sentyabr 1918-ci il. Azərbaycan Cümhuriyyəti hökuməti qə-
rara alır: “Azərbaycan Nazirlər ġurasının sədrinə (Fətəli xan Xoy-
ski), daxili iĢlər nazirinə (Behbud xan CavanĢir) və xalq maarifi nazi-
rinə (Nəsib bəy Yusifbəyli) tapĢırılsın ki, Parlamentə seçkilərin keçi-
rilməsi (19 noyabr 1918-ci il) planınının iĢlənib hazırlanması üçün
müvafiq komissiya yaratsınlar.
B. CavanĢirin rəhbərliyi ilə Daxili ĠĢlər Nazirliyi Azərbaycan
hökumətinin əldə rəhbər tutduğu aĢağıdakı demokratik prinsipləri
əməli həyata keçirirdi. Bu, Azərbaycan hökumətinin 18 sentyabr
1918-ci il tarixli sərəncam - bəyanatında da öz əksini tapmıĢdı. Orada
ölkə əhalisinə müraciətlə bildirilirdi:
”Ölkənin paytaxtı Bakı şəhərində yerləşən Azərbaycan höku-
məti əhalinin nəzərinə çatdırır ki, hökumət milliyyətindən, dinindən
asılı olmayaraq, respublikada yaşayan bütün vətəndaşlara eyni mü-
nasibət bəsləyəcək, onların həyatını, mülkiyyətini və hüquqlarını eyni
tərzdə qoruyacaq.
56
Quldurlar, qatillər və ümumiyyətlə, ictimai sabitliyi və asayişi
pozan şəxslər hərbi vəziyyət qanunlarına uyğun olaraq lazım gəlsə,
olüm hökmü ilə cəzalandırılacaqlar.
Əhaliyə məlum olsunki, cəsur və qalib türk ordusuna tapşırılıb
ki, əsgərlər hər hansı qatil və soyğunçuları yerindəcə güllələsinlər.
Zira hökumət imkan verməyəcək ki, paytaxtın dinc sakinlərinin həyat
və əmlakına qəsd edilsin.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər ġurasının sədri
Dostları ilə paylaş: |