Anar RZAYEV,
AzərTAc-ın müxbiri
Antalya
“Xalq qəzeti”.-2014.-9 aprel.-N 70.-S.5.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
69
Cim Şerr: “Avropa Oyunları artıq idman ölkəsi kimi tanınan Azərbaycanın beynəlxalq aləmdə
nüfuzunu daha da artıracaq”
“Azərbaycan Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək”
“Azərbaycan “Bakı - 2015” ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək”.
Bu sözləri “Bakı - 2015” Avropa Oyunlarının əməliyyat şirkətinin icraçı direktorunun müavini Cim Şerr
deyib. Dünyanın bütün idman qurumlarının, eləcə də olimpiya komitələri rəhbərlərinin “Bakı - 2015” ilk
Avropa Oyunları barədə artıq məlumatlı olduğunu bildirən Cim Şerr ölkəmizin bir sıra nüfuzlu beynəlxalq
tədbirlərə ev sahibliyi etdiyini vurğulayaraq deyib: “Gündən-günə inkişaf edən Azərbaycan artıq idman ölkəsi
kimi də tanınır. Ölkənizdə mötəbər yarışların keçirilməsi bir ənənə halı alıb. Onu da qeyd edim ki, Bakıda
mütəmadi olaraq Avropa və dünya çempionatları keçirilir. Mən əminliklə deyə bilərəm ki, Azərbaycan bu
tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Bakıda keçiriləcək birinci Avropa Oyunları Avropa idman
hərəkatında yeni dövrün başlanğıcı olacaq. Eyni zamanda, Azərbaycan hökuməti oyunlara hərtərəfli dəstək
verir, onun uğurla keçməsi və Avropa idmançılarının parlaq çıxışları üçün əlindən gələni edir”.
Cim Şerr Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin birinci və ikinci iclaslarından sonra keçən dövrdə
bir çox nailiyyətlərin əldə edildiyini vurğulayaraq bildirib ki, artıq idman yarışlarının cədvəl layihəsi tərtib
olunub, oyunlarda iştirak edəcək rəsmilərin, idmançıların, həmçinin medalların sayı və yarışların baş tutacağı
günlər nəzərdən keçirilib. İdman tədbirlərinin təşkil olunacağı məkanların siyahısı da tamamlanıb, maliyyə
məsələləri təhlil olunub.
Bakı haqqında təəssüratlarını bölüşən Cim Şerr deyib: “Qədim və müasir tikililər şəhərinizə çox yaraşıq
verir. Paytaxt Bakı, insanlarınız çox gözəl və qonaqpərvərdirlər. Azərbaycan sürətlə inkişaf edir. Buradakı
tikililər heyrətamizdir. Bakıda olmayan avropalı azarkeşləri Azərbaycana dəvət edirəm. Təbii ki, Avropa
Oyunları artıq idman ölkəsi kimi tanınan Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq”.
“Palitra”.-2014.-10 aprel.-№ 60.-S.14.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
70
Beynəlxalq idman ictimaiyyəti “Bakı 2015”Avropa Oyunlarının keçirilməsi ilə bağlı görülən
işləri yüksək qiymətləndirmişdir
“Bakı 2015” ilk Avropa Oyunları davamlı iqtisadi, sosial və siyasi inkişaf yolu ilə irəliləyən
Azərbaycanın tarixində bu vaxtadək keçirilmiş ən böyük və çoxsaylı idman yarışları tədbiri olacaqdır.
AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Türkiyənin Antalya
şəhərində keçirilən SportAccord Konvensiyasının növbəti iclasındakı çıxışında demişdir.
Azərbaycanın milli tarixində yeni səhifə yazacaq bu müstəsna rolu və Avropa idmanının bu gün beynəlxalq
idman sahəsinin aparıcı nümayəndələrinə verdiyi töhfə haqda danışan nazir, Bakı Avropa Oyunları Əməliyyat
Komitəsinin baş direktoru Azad Rəhimov nümayəndə heyətlərinə məlumat vermişdir ki, birinci dəfə keçiriləcək
Avropa Oyunları Avropa qitəsini ruhlandıracaq və Avropa xalqlarını bu cür idman bayramında bir araya
gətirəcəkdir.
Nazir A.Rəhimov Azərbaycanın ev sahibliyi edəcəyi oyunlara hazırlıq barədə ətraflı məlumat vermiş və
söyləmişdir ki, bu oyunlara hazırlıq prosesində əsas diqqət və sərmayələr ümumən 19 idman növü üzrə
yarışacaq 6000 idmançı üçün nəzərdə tutulan mövcud məkanların bərpasına və dünya səviyyəli 20 idman
obyektinin inşasına yönəldilmişdir.
“Avropa Olimpiya komitələrində qitə oyunlarının Avropa üçün keçirilməsi təsəvvürü mövcuddur və bu
oyunların Bakıya həvalə edilməsi ilə onlar bu möhtəşəm layihəni Azərbaycana etibar etmişlər”, deyən nazir
vurğulamışdır ki, AOK-un etibarı və bizim ambisiyamız digər Avropa şəhərlərində də keçiriləcək gələcək
oyunların ötürülə bilən və dayanıqlı modelinin yaradılmasından ibarətdir. Eyni zamanda, biz Azərbaycanın
müasir Avropa ölkəsi olduğunu göstərmək imkanını artırmaq niyyətindəyik.
Nazir A.Rəhimov, həmçinin Azərbaycan hökumətinin həyata keçirdiyi strateji yanaşmanın tədbirin
ölkəmizdə idman, sosial və iqtisadi inkişafını təmin etməsi məqsədi güddüyünü qeyd edərək bildirmişdir ki: “İlk
Avropa Oyunlarına ev sahibliyi etmək imkanından yararlanmaq Bakı və Azərbaycanı Avropada idman, biznes,
turizm və mədəniyyət üçün dinamik məkan baxımından inkişaf etdirmək və eləcə də bilik və bacarıqların yeni
bazası olmaq nöqteyi-nəzərdən bizim üçün əhəmiyyətli məsələdir.
“Bakı 2015” oyunları yalnız yeni dünya səviyyəli idman məkanları ilə təmin etməyəcək, o həmçinin Bakı və
Azərbaycanın əhalisi üçün yeni şəhər və icma imkanlarının inkişafı baxımından təkanverici rol oynayacaqdır, -
deyə nazir əlavə etmişdir.
A.Rəhimov çıxışına davam edərək demişdir: “İnanırıq ki, Azərbaycan hökumətinin dəstəklədiyi tədbir
yerlərinin inşası gənclərin idmana olan həvəsini artıracaq və xalqın daha fəal həyat tərzinə rəvac verəcək, və
onun sağlam olmasına kömək edəcəkdir. Oyunlar üçün inşa edilən yeni idman məkanları və obyektləri
Azərbaycan gənclərinə nəsildən-nəslə keçəcək bir töhfədir”.
Açılış-bağlanış mərasimlərinin keçirilməsi və idman tədbirlərində 65 min tamaşaçı və idman azarkeşi üçün
nəzərdə tutulmuş Olimpiya stadionunun tikintisinin başa çatmaq üzrə olduğunu vurğulayan nazir demişdir:
“İnşası yenicə başa çatdırılmış Milli Gimnastika Arenası növbəti il keçiriləcək oyunlar üzrə sınaq tədbiri kimi
bu ilin may ayında Avropa Ritmik Gimnastika çempionatının iştirakçılarını qəbul edəcəkdir. Bakı Akvatika
Mərkəzində üzgüçülük, sinxron üzgüçülük və dayvinq yarışları keçiriləcəkdir”.
Müşahidəçilər artıq Azərbaycanın “Bakı 2015" Avropa Oyunlarını əsas diqqətini idmançılara yönəldən bir
məkan olduğunu qəbul etmişlər. Bu aydın şəkildə beynəlxalq miqyaslı, 9000 idmançı və rəsmi şəxsə ev
sahibliyi edəcək və mümkün olduğu qədər ən yaxşı yaşayış üçün yer və hazırlıq obyektləri ilə təmin etmək
məqsədi güdən Atletlər kəndində özünü büruzə verir, deyən nazir Rəhimov xidmət sahələri ilə bağlı görülən
işlərdən danışarkən bildirmişdir: “Hökumət, həmçinin oyunlar vaxtı istifadəsi mümkün olacaq çoxlu sayda
irimiqyaslı daşınma layihələrinə, habelə metro və avtobus şəbəkələrinin yenilənməsinə böyük sərmayə yatırır.
İnvestisiya layihələri iki yeni yüksək texnoloji dəmiryolu xəttini - Azərbaycan, Gürcüstan və Türkiyəni
birləşdirən Bakı-Tbilisi-Qars xəttini və Bakıdakı yeni beynəlxalq hava limanı terminalı olan Bakı-Çin xəttini
özünə daxil edir və 2015-ci ilə dünyanın 50 şəhəri və 22 ölkəsi boyu 60 hava limanına uçuşları nəzərdə tutan
uçuş qrafiklərini artırmağı nəzərdə tutur”.
“Xalq qəzeti”.-2014.-11 aprel.-N 72.-S.2.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
71
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda tikilən Su İdmanı Sarayında inşaat işlərinin gedişi
ilə tanış olmuşdur
(17 aprel 2014-cü il)
Bakı, 17 aprel (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban
Əliyeva və ailə üzvləri aprelin 17-də Bakıda tikilən Su İdmanı Sarayında inşaat işlərinin gedişi ilə tanış
olmuşlar.
2015-ci ildə Avropa ölkələri arasında tarixdə ilk dəfə Bakıda təşkil olunacaq Olimpiya Oyunlarına
hazırlıq məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir. Dövlətimizin başçısının tapşırığı ilə ən yüksək
standartlara cavab verən müasir idman kompleksləri inşa edilir, mövcud idman obyektləri əsaslı şəkildə yenidən
qurularaq istifadəyə verilir.
Prezident İlham Əliyev Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, yerli və beynəlxalq
səviyyəli yarışların təşkili məqsədilə 2012-ci il avqustun 30-da Bakıda müasir standartlara cavab verən Su
İdmanı Sarayının tikilməsi haqqında Sərəncam imzalamışdır. Su İdmanı Sarayının layihələndirilməsini Koreya
Respublikasının “Securo CO.LTD” şirkəti qısa müddətdə başa çatdırmış və inşaat işlərinə başlanılmışdır.
Gənclər və idman naziri Azad Rəhimov Su İdmanı Sarayında layihə əsasında görülən işlərlə bağlı dövlətimizin
başçısına məlumat verdi.
Bildirildi ki, Su İdmanı Sarayı üçün 6 hektar torpaq sahəsi ayrılmışdır. Ümumi sahəsi 66 min
kvadratmetr olan saray Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir. Sarayda üç
üzgüçülük hovuzu olacaqdır. Uzunluğu 50, eni 25 metr olacaq hovuz yarışlar üçün nəzərdə tutulmuşdur. İkinci
hovuzda isə məşqlər keçiriləcəkdir. Hündürlükdən suyatullanma hovuzunun uzunluğu 25, eni 20 metrdir.
Bundan başqa, sarayda fitnes zalları, restoran, konfrans zalı, ofislər, digər işçi və köməkçi otaqlar fəaliyyət
göstərəcəkdir.
Su İdmanı Sarayının ərazisində köməkçi bina və qurğular, 500 yerlik yerüstü avtomobil yerüstü
dayanacağı yaradılacaqdır. Sarayda keçiriləcək idman yarışlarını 6 min tamaşaçı izləyə biləcəkdir. Burada
idmançıların məşq etmələri, respublika və beynəlxalq səviyyəli yarışların təşkili üçün hər cür şərait olacaqdır.
Tikinti işlərini xarici və yerli şirkətlər icra edir.
Dövlətimizin başçısına və xanımına Avropa Oyunları Parkının layihəsi əsasında aparılacaq inşaat işləri
barədə də məlumat verildi.
Bildirildi ki, 18 hektar ərazidə inşa ediləcək Avropa Oyunları Parkı üç idman qurğusundan - su polosu,
çimərlik voleybolu və futbolu, basketbol yarışları qurğularından ibarət olacaqdır. Bu qurğular arasında
ikimərtəbəli funksional keçidin inşası da nəzərdə tutulur. Burada dörd hissədən ibarət funksional sahələrin
yaradılması üçün də xüsusi ərazi ayrılmışdır. Avropa Oyunları Parkında iclas və konfrans zallarının, kafe və
funksional otaqların inşası da nəzərdə tutulur. Parkda, həmçinin mətbuat və yayım üçün çəkiliş qurğuları sahəsi,
avtomobil dayanacağı və digər xidmət sahələri də yaradılacaqdır.
Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi.
AzərTAc
17 aprel 2014-cü il
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
72
Bakı 2015 Oyunları Akademiyası öz işinə başladı
Bakı 2015 İlk Avropa Oyunları Əməliyyat Komitəsi, Bakı 2015 Oyunları Akademiyası təşəbbüsünün irəli
sürülməsindən qürur hissi duyur və hazırda, Məzun Təlim Proqramı üçün ərizələrin qəbuluna start verir.
Oyunlar Akademiyasının yaradılmasında məqsəd, Çevik öyrənmə üsulları ilə birgə Azərbaycan və bütün
Avropadan olan universitet məzunlarının Məzun Təlim Proqramında iştiraklarını təmin etmək, yerli qrup
üzvlərinin bacarıq və Oyunlarla bağlı biliklərini artırmaqdır.
Hər iki proqram, Oyunlar Akademiyasına Azərbaycanda potensial və dəyərli yerli irsin formalaşmasına
dəstək olmaq imkanı verəcək.
Bu unikal təşəbbüsə Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) və Azərbaycan Gənclər Fondu
rəhbərlik edir və Avropa Olimpiya Komitəsi (AOK) tərəfindən təsdiq edilir.
Azərbaycanın gənclər və idman naziri və Bakı 2015 İlk Avropa Oyunlarının icraçı direktoru Azad Rəhimov
Məzun Təlim Proqramını şərh edərkən, “Bu, Azərbaycandan və bütün Avropa ölkələrindən olan gənclərə İlk
dəfə baş tutacaq Bakı 2015 İlk Avropa Oyunlarının uğurlu keçməsinə yardım göstərmələri üçün yaradılan
imkandır. Biz bu cür məqsədli gənc məzunların yolunu gözləyirik və onlara ilk karyera uğurlarını dünyanın
möhtəşəm idman tədbirinin təşkilində qazanmaları üçün köməklik göstərəcəyik” deyə bildirib.
2012 - 2014-cü illər arasında məzun olmuş istedadlı və həvəsli gəncləri Məzun Təlimi Proqramına müraciət
etməyə dəvət edirik.
İlk Avropa Oyunlarında təcrübə toplamaq və öz istedadlarını artırmaq imkanı bəxş edən Məzun Təlimi
Proqramı 199 namizədi (Azərbaycan universitetlərindən 150 nəfər və Oyunlarda iştirak edəcək ölkələrin Milli
Olimpiya Komitələrindən bir nəfər olmaqla 49 nəfər) əhatə edəcək.
Proqrama üç həftəlik intensiv təlim daxil ediləcək və bundan sonra iştirakçıların üzərinə bir il müddətində
Oyunları planlaşdırmaq və həyata keçirmək kimi real öhdəlik qoyulacaq. Onlara bu işdə beynəlxalq
ekspertlərdən ibarət liderlər və təlimçilər yardım edəcək və namizədlər sınaq tədbirlərində və Oyunların
keçiriləcəyi vaxt ərzində geniş təcrübə toplayacaqlar.
Yerli BAOƏK qrupu həmçinin, Çevik Öyrənmə Üsulu təşəbbüsündən yararlanacaq və bu təşəbbüs onları
tədbirin idarə edilməsi və çoxsaylı idman tədbirləri üzrə əsas bacarıq və hazırlıq kursları ilə təmin edəcək. Bu
kursları təcrübəli qrup üzvləri keçirəcək və namizədlər Oyunlarla bağlı yerinə yetirəcəkləri vəzifələrə hazırlıqlı
olacaqlar.
Avropa Olimpiya Komitəsinin Prezidenti Patrik Hiki çıxışı zamanı ,”Bakı 2015 Oyunlar Akademiyası Bakı
2015-İlk Avropa oyunlarının irəli sürdüyü tam yeni innovativ ideyadır, Azərbaycandan və Avropanın istənilən
yerindən olan gənclər üçün olduqca faydalı olacaqdır.
Bu akademiya AOK və BAOƏK-in idmanın idarə edilməsi ilə bağlı yüksək təcrübə nümayiş etdirmək
məqsədilə İlk Avropa Oyunları üçün eyni missiyanı paylaşmasının bir nümunəsidir. BAOƏK-in istifadə etdiyi
təchizat tərəfdaşları da Azərbaycan xalqının bu ideyanı dəstəklədiyini göstərir. Mən xüsusi olaraq Avropa Milli
Olimpiya Komitələrinin bu Akademiyanın bir hissəsi olmaq üçün dəvət olunması təşəbbüsündən məmnunam və
əminəm ki, Məzun Təlimi Proqramındakı 199 gənc Oyunların təşkilatçılarına və AOK-a faydalı yardım
göstərəcəklər”deyə vurğulayıb.
Bakı 2015 Oyunları Akademiyasının təşkil olunması ilə bağlı Azərbaycan Gənclər Fondunun sözçüsü
bildirib: “Azərbaycan Gənclər Fondu, Azərbaycan Respubikası Prezidentinin himayəsi altında, Bakı 2015
Oyunları Akademiyasının inkişafına yardım etməkdən şərəf duyur və inanır ki, bu innovativ təşəbbüs
gənclərimizi həvəsləndirəcək və inkişafına dəstək verəcək olduqca möhtəşəm və uzun müddət davam edəcək bir
addımdır”.
Oyunlar Akademiyasının məsul şəxsi Gavin McAlpine demişdir: ”İnanırıq ki, Oyunlar Akademiyası
irimiqyaslı tədbirlər sənayesində unikal bir hadisə olacaq. İlk dəfə olaraq bu cür irimiqyaslı tədbirdə insanlar,
korporativ təşkilatlarda gələcək karyeralarını müəyyən edəcək bilik və təcrübə əldə edə biləcəklər”.
Gələcək nəsillərə geniş imkanlar yaratmaq, karyeranızda irəliləyiş əldə etmək və digər proqramlara
bənzəməyən
məzun
təlimi
proqramının
bir
hissəsi
olmaq
istəyirsinizsə
http://www.baku2015.com/en/gamesacademy İnternet saytında Məzun Təlimi Proqramına müraciət edin.
Ərizələr 08.05.2014 tarixinədək qəbul edilir.
“Səs”.-2014.-19 aprel.-№ 70.-S.13.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
73
Prezident İlham Əliyev: Avropa Oyunları böyük bir sınaq, böyük bir çağırışdır
Oqtay BAYRAMOV
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin
birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında dövlətimizin başçısı öz yekun nitqində tarixdə ilk dəfə keçiriləcək və təşkili gözəl paytaxtımız
Bakıya etibar olunmuş Avropa Oyunlarına hazırlıq işləri üzərində də dayanmışdır.
Dövlət başçısı demişdir: “Biz artıq bu il birinci Avropa Oyunlarına hazırlığın həlledici mərhələsinə qədəm
qoyuruq. Bu yaxınlarda Avropa Olimpiya Komitəsinin prezidenti və Koordinasiya Komitəsi Bakıda idilər.
Bakıda hazırlıqla bağlı gedən işlərə çox yüksək qiymət verdilər. Bütün idman obyektlətrində tikinti işləri gedir.
Olimpiya Stadionu, Su İdmanı Sarayı, Gimnastika Arenası, Atıcılıq Mərkəzi tikilir. Digər obyektlərdə təmir
işləri aparılır, yollar çəkilir. İdmançılar üçün Olimpiya Şəhərciyi demək olar ki, hazırdır. Yəni, biz hazırlıq
işlərini davam etdiririk, aparırıq”.
Avropa Olimpiya Komitəsi (AOK) bu gün adı dünyanın ən qüdrətli idman dövlətləri sırasında çəkilən,
həyatın digər sahələrində də böyük nailiyyətləri ilə beynəlxalq aləmdə nüfuzunu gündən-günə artıran
Azərbaycan Respublikasına və dünyanın ən müasir şəhərlərindən birinə çevrilməsi ilə haqlı olaraq qürur
duyduğumuz Bakıya yüksək etimad göstərib paytaxtımıza çox şərəfli bir işin təşkilini həvalə edərkən
respublikamızın imkanlarını, əlbəttə, hərtərəfli öyrənmişdir. Nəticədə AOK 2012-ci il dekabrın 8-də Romada
keçirilmiş özünün 41-ci Baş Assambleyasında birinci Avropa Oyunlarının 2015-ci ildə Azərbaycanda təşkili
haqqında böyük səs çoxluğu ilə qərar qəbul etmişdir.
Avropa Olimpiya Komitəsi üzvlərinin bu qərarı onların Azərbaycanı sürətlə inkişaf edən güclü ölkə kimi
tanımasının, idman adamlarımızın buna qədər respublikamızda keçirilmiş çoxsaylı mötəbər beynəlxalq yarışları,
o cümlədən dünya və Avropa çempionatlarını, Olimpiya təsnifat turnirlərini, müxtəlif növlər üzrə “Qran-Pri”ləri
arzuolunan səviyyədə təşkil etmək bacarığına inamının ifadəsi idi.
Azərbaycanın ölkəmizə göstərilmiş yüksək etimada necə böyük məsuliyyətlə yanaşdığına belə bir fakt
sübutdur ki, AOK-un qərarından artıq bir ay sonra, daha dəqiq desək, 2013-cü il yanvarın 17-də Avropa
Oyunlarının Təşkilat Komitəsi yaradılmışdır. Bundan iki həftə sonra, fevralın 2-də Prezident İlham Əliyevin
sədrliyi ilə Təşkilat Komitəsinin ilk iclası keçirilmişdir. İndi həmin gündən cəmi bir ildən bir qədər çox vaxt
keçsə də, bu qısa müddət ərzində Azərbaycanın birinci xanımı, Milli Gimnastika Federasiyasının prezidenti
Mehriban xanım Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Təşkilat Komitəsinin gördüyü böyük işlər göz
qabağındadır.
Bu günlər yolu metronun “Koroğlu” stansiyasının yanından düşənlər cənab Prezidentin Nazirlər Kabinetinin
iclasındakı nitqində adlarını çəkdiyi yeni inşa olunan idman obyektlərindən ikisinin – Olimpiya Stadionu və
Gimnastika Arenasının tikintisində işlərin necə sürətlə getdiyini, ətraf ərazinin simasının tamamilə dəyişdiyini
görür və təbii ki, buna sevinməyə bilməzlər. Azərbaycan futbolunun 100 yaşının tamam olduğu günlərdə, 2011-
ci il iyunun 6-da paytaxtımızda keçirilən yubiley tədbirləri çərçivəsində təməlqoyma mərasimində FİFA
prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platininin də iştirak etdikləri Olimpiya Stadionu ən müasir
standartlara uyğun şəkildə qurulur və ölkəmizdə ən böyük stadion olacaq. Onun açılış mərasiminin idmanımız
üçün necə böyük bir bayrama çevriləcəyini təsəvvür etmək çətin deyil. Elə inşası yenicə başa çatdırılan Milli
Gimnastika Arenasının da tikintisində ən qabaqcıl təcrübədən istifadə olunmuşdur. Aprelin 16-da Azərbaycan
Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuş bu arenanın gözəlliyinə,
müasirliyinə heç kim biganə qalmayacaq. Artıq bu il iyunun ortalarında bədii gimnastika üzrə Avropa
çempionatının gedişini izləmək üçün Gimnastika Arenasına gələcək idman həvəskarları, eləcə də qarşıdakı
yarışın iştirakçıları və qonaqları, şübhəsiz, ondan böyük zövq alacaqlar. Hələlik isə bu gözəl qurğu aprelin 21-də
keçiriləcək bədii gimnastika üzrə Azərbaycan çempionatının iştirakçılarını qəbul etməyə hazırlaşır.
Bakıda Avropa Oyunlarının başlanmasına hələ 14 ay qalsa da, qitəmizin ən yaxşı idmançılarının bu ali
məclisində hər şeyin həmişəkindən də yüksək səviyyədə olacağı heç kimdə şübhə doğurmur. Məsələn, Rusiya
Milli Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov ötən ilin noyabrında Avropa Olimpiya Komitəsinin
Romada keçirilmiş 42 – ci Baş Assambleyasını şərh edərkən Bakıda təşkil olunacaq Avropa Oyunlarının
təqdimatına da toxunaraq demişdir: – Assambleyada çox maraqlı təqdimatlar, o cümlədən Bakıda keçiriləcək
birinci Avropa Oyunlarının təqdimatı oldu. Mən deyərdim ki, Azərbaycan paytaxtı bu Oyunlara artıq hazırdır.
Yeni idman qurğuları tikilir və güman etmək olar ki, ilk Avropa Oyunları müvəffəqiyyətlə keçiriləcəkdir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
74
Rusiya idmanında daha bir məşhur sima, bədii gimnastika üzrə Olimpiya çempionu Marina Lobaç da bu
yaxınlarda öz ölkəsinin mətbuatına müsahibəsində Azərbaycanın Avropa Oyunlarına hazırlığı haqqında böyük
həvəslə danışmışdır:
– Azərbaycanda bizim idman növü ilə fəal surətdə məşğul olmağa başlamışlar. Gələn il Avropa Oyunlarını
keçirəcək Azərbaycanda inanılmaz idman kompleksləri inşa edilir.
Göründüyü kimi, Azərbaycanda birinci Avropa Oyunlarına hazırlıq beynəlxalq idman dairələrinin də diqqət
mərkəzindədir və işlərin gedişi hamıda rəğbət hissi yaradır. Axı, hər bir işdə gözəllik insanlara sevinc bəxş edir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında söylədiyi nitqdə qətiyyətlə bildirmişdir: “ Bir daha
demək istəyirəm ki, biz bu Oyunları Olimpiya Oyunları səviyyəsində keçirmək istəyirik. Bəziləri bilmirlər ki,
bu Oyunlar həm idman növlərinin və həm də idmançıların sayına görə Olimpiya Oyunlarına çox yaxındır.
Hazırlıq və tikinti baxımından Qış Olimpiya Oyunlarından daha böyükdür. Bizdə gələn il yarışacaq
idmançıların sayı Qış Olimpiya Oyunlarında idmançıların sayından 2 dəfə çoxdur. Ona görə bu, böyük bir
sınaqdır, böyük bir çağırışdır. Nəzərə alsaq ki, Yay Olimpiya Oyunlarına hazırlıq müddəti 7 ildir, bizdə isə cəmi
2 il yarımdır. Ancaq biz güclü dövlətik, bizdə bütün işlər düzgün təşkil olunur və həll edilir. Güclü siyasi iradə,
texniki imkanlarımız vardır, səfərbərlik təmin edilibdir. Yəni, bu Oyunları biz elə keçirəcəyik ki, bu, gələcək
Olimpiya Oyunları üçün də nümunə olsun. Azərbaycan özünü dünyaya yenidən müasir, dinamik inkişaf edən,
güclü dövlət kimi təqdim edəcəkdir. İlin sonuna qədər görüləsi işlər çoxdur. Bu işləri görmək üçün sizin
hamınıza uğurlar arzu edirəm.”
Azərbaycan çətin sınaqlardan – dünyanın ən mötəbər yarışlarından şərəflə çıxmaq bacarığı, bu gün sayı 40-
dan çox olan bir-birindən gözəl Olimpiya idman kompleksləri və öz mütəxəssislərinin yüksək təşkilatçılıq
fəallığı ilə hamını valeh etməklə, nümunəvi bir ölkəyə çevrilmişdir. Təsadüfi deyil ki, ölkəmiz Avropa
Oyunlarından sonra, 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının , bundan bir il sonra isə IV İslam
Həmrəyliyi Oyunlarının da təşkilatçısı olmaq hüququ qazanmışdır. Bütün bunlar təkcə Avropada deyil, bütün
dünyada ölkəmizə, onun idman təşkilatlarına göstərilən yüksək etimadın parlaq təzahürüdür.
Bakıda Avropa Oyunlarının proqramı artıq bildiyiniz kimi, çox zəngin olacaq. Paytaxtımızda idmanın 19
növü üzrə yarışlarda 49 ölkədən 6 mindən çox idmançının iştirak edəcəyi gözlənilir. Oyunlarda səkkiz növdə
2016-cı ildə Rio-de Janeyroda (Braziliya) keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına lisenziyalar da
sahiblərini tapacaq. Bu isə paytaxtımızın idman meydanlarında mübarizənin çox gərgin keçəcəyini və təbii ki,
startlara böyük maraq göstəriləcəyini düşünməyə ciddi əsas verir.
Azərbaycan da öz növbəsində tarixin səhifələrində birinci Avropa Oyunları kimi yaşayacaq çox mötəbər bir
yarışı bütün əvvəlki dünya və Avropa çempionatlarından, Olimpiya təsnifat turnirlərindən də yüksək səviyyədə,
hamının alqışına layiq bir şəkildə keçirməklə bütün dünyaya bir daha qətiyyətlə bəyan edəcək ki, ölkəmiz çox
şeyə qadirdir, hətta Yay Olimpiya Oyunlarının da təşkilatçısı olmağa layiqdir. Şübhəsiz, “Bakı-2015” idman
ictimaiyyətimizi bu arzusuna yaxınlaşdıracaq, bütün ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaqdır.
Bu günlər anadan olmasının 91-ci ildönümünü qeyd etməyə hazırlaşdığımız ümummilli lider Heydər
Əliyevin 2002-ci ilin noyabrında Şəki Olimpiya İdman kompleksinin açılış mərasimində dediyi kimi, “ İdman,
eyni zamanda, həqiqətən, hər xalqın, millətin başqa xalqlar içərisində şöhrətini yüksəldən sahələrdən biridir.
İstəyirik ki, bizi hər yerdə tanısınlar, hər yerdə bilsinlər ki, Azərbaycan nəyə qadirdir və nədən ibarətdir”.
Ulu öndərin bu arzusu böyük müvəffəqiyyətlə həyata keçirilir. Azərbaycan idmançılarının, demək olar, hər
gün müxtəlif ölkələrdə müxtəlif miqyaslı yarışlarda qazandıqları qələbə və medallar, beynəlxalq idman
dairələrində ölkəmizə göstərilən yüksək etimad, tarixdə ilk Avropa Oyunlarının təşkili hüququ Azərbaycanı
bütün dünyaya daha da yaxından tanıdır.
“ Xalq qəzeti”.-2014.-22 aprel.-N 81.-S.6.
Dostları ilə paylaş: |