Iv fəSİl I avropa Oyunları 2015



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə8/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   ...   4   5   6   7   8   9   10   11   ...   41

 
“Xalq qəzeti”.-2013.-30 oktyabr.-№ 239.-S.4. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
47 
 
Romada “Bakı–2015” Avropa Oyunlarının rəsmi loqosu təqdim olunmuşdur 
 
Noyabrın  23-də  Romada  keçirilən  Avropa  Olimpiya  Komitəsinin  42-ci  Baş  Assambleyası  işini  başa 
çatdırmışdır. 
Tədbirin  son  günü  “Bakı–2015”  Avropa  Oyunlarının  təqdimatı  olmuşdur.  Təqdimat  çərçivəsində 
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov 2015-ci ilin iyununda Bakıda keçiriləcək birinci Avropa 
Oyunlarının rəsmi loqosunu təqdim etmişdir. 
Azad  Rəhimov  çıxışında bildirmişdir  ki,  xalqımız  ilk  dəfə  keçiriləcək  Avropa  Oyunlarına  ev  sahibliyi 
etməkdən  böyük  fərəh  hissi  duyur.  O  demişdir:  “Bizim  loqomuz  xalqımızın  idman  irsindən  qürur  duymasını, 
qonaqpərvərliyə sədaqətimizi, ölkəmizin idman, biznes və turizm mərkəzi kimi mövqeyini əks etdirir”. 
Nazir demişdir ki, Avropada idmanın gələcəyini formalaşdırmağa töhfə verəcək “Bakı–2015” Oyunları 
Azərbaycan ictimaiyyəti üçün yeni şəhər, nəqliyyat, iqtisadi mənfəətlər və infrastruktur deməkdir. 
Avropa  Olimpiya  Komitəsinin  prezidenti  Patrik  Hikki  “Bakı–2015”  Avropa  Oyunlarının  rəsmi 
loqosunun təqdim edilməsinin tədbirə hazırlıq istiqamətində vacib bir mərhələ olduğunu diqqətə çatdırmışdır. O 
demişdir: “Avropa tarixində ilk dəfə qitə üzrə multi idman tədbiri keçiriləcəkdir. Əksər avropalı atletlər üçün bu 
tədbir böyük əhəmiyyət daşıyacaqdır”. Avropa Oyunlarında 49 ölkədən 5400-dən çox atlet 18 idman növü üzrə 
yarışacaqdır. 
“Bakı–2015”  Avropa  Oyunlarının  Əməliyyat  Şirkətinin  icraçı  direktorunun  müavini  Cim  Şerr 
bildirmişdir  ki,  Bakıda  sürətlə  həyata  keçirilən  quruculuq  işləri,  yeni  infrastrukturun  yaradılması  bir  daha 
paytaxtımızın 2015-ci ildə avropalı atletləri qəbul etməyə tam hazır olacağının göstəricisidir. 
Sonra  Cim  Şerr  və  Milli  Olimpiya  Komitəsinin  beynəlxalq  münasibətlər  departamentinin  direktoru 
Könül  Nurullayeva  birgə  təqdimatla  tədbir  iştirakçılarına  “Bakı–2015”  Avropa  Oyunlarına  hazırlıq  işlərinin 
aparılması  barədə  ətraflı  məlumat  vermişlər.  Vurğulamışlar  ki,  Avropa  Oyunlarının  yüksək  səviyyədə  təşkil 
olunması üçün Bakıda bütün zəruri tədbirlər həyata keçiriləcəkdir. 
Loqo təqdimatı Roma ilə yanaşı, eyni vaxtda Bakıda və Madriddə də nümayiş olunmuşdur. 
Bakıda keçirilmiş təqdimat mərasimində Azərbaycan atletləri yeni loqonu dərhal qəbul etmişlər. 
35 yaşlı azərbaycanlı dizayner Adəm Yunisov tərəfindən tərtib edilmiş bu yeni loqo alov, su, əfsanəvi 
simurq  quşu,  xalı  və  nar  da  daxil  olmaqla,  ev  sahibi  ölkənin  qədim  və  müasir  mədəniyyətini  əks  etdirən beş 
başlıca elementi bir araya gətirmişdir. A. Yunisovun açıq ictimai müsabiqə nəticəsində seçilmiş loqo tərtibatı 
ölkənin təbii gözəlliklərini, mədəniyyət və irsini, o cümlədən Avropanın ən sürətlə inkişaf edən şəhərlərindən 
biri  kimi  Bakının  assosiasiyasını təsvir edir.  Bu  loqo,  həmçinin  İspaniyanın  Atletiko  Madrid  futbol  klubunun 
oyunçularının idman köynəklərini də bəzəyəcəkdir. 
Sonda Azad Rəhimov iclas iştirakçılarını maraqlandıran sualları ətraflı cavablandırmışdır. 
Tədbirdə, həmçinin “Bakı–2015” Avropa Oyunları ilə bağlı stend də qurulmuşdur. Milli geyimli gənclər 
assambleya iştirakçılarına paytaxtımızın görməli yerlərini əks etdirən şəkillərdən ibarət albom, üzərində “Bakı–
2015” Avropa Oyunlarının loqosu həkk olunmuş döş nişanı və digər hədiyyələr paylamışlar. 
 
Maqsud Dadaşov 
AzərTAc-ın xüsusi müxbiri 
Roma 
 
“Xalq qəzeti”.-2013.-24 noyabr.-№ 259.-S. 2 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
48 
 
Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyasının yekununa və  
“Bakı–2015” Oyunlarına həsr olunmuş mətbuat konfransı keçirilmişdir 
 
Roma,  23  noyabr  (AzərTAc).  Noyabrın  23-də  Romada  Avropa  Olimpiya  Komitəsinin  42-ci  Baş 
Assambleyasının  yekununa  və  “Bakı–2015”  Oyunlarına  həsr  olunmuş  mətbuat  konfransı  keçirilmişdir. 
Tədbirdə çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ilk dəfə ölkəmizdə keçiriləcək “Bakı–
2015”  Avropa  Oyunlarının  ənənə  halı  alacağına  əminliyini  bildirmişdir.  Ötən  ay  Avropa  Oyunları 
Əlaqələndirmə  Komitəsinin  növbəti  toplantısının  keçirildiyini  xatırladan  nazir  tədbirin  uğurla  nəticələndiyini 
diqqətə  çatdırmışdır.  Qeyd  etmişdir  ki,  toplantıda  Bakıda  Avropa  Oyunlarına  hazırlıq  istiqamətində  görülən 
işlərə yüksək qiymət verilmişdir. O demişdir: “Bu bir daha təsdiq edir ki, biz doğru yoldayıq”. 
Nazir  diqqətə  çatdırmışdır  ki,  “Bakı–2015”  Avropa  Oyunlarının  iştirakçıları  ölkəmizdə  möhtəşəm  bir 
tədbirin şahidi olacaqlar. Bunun üçün Azərbaycan hökuməti tərəfindən lazımi tədbirlər həyata keçirilməkdədir. 
Belə  ki,  paytaxtımızda  yaradılan  idman  infrastrukturu,  Atletlər  Kəndinin  inşası,  nəqliyyat  sisteminin 
təkmilləşdirilməsi və digər tədbirlər mühüm əhəmiyyət kəsb edir. 
Konfransda  çıxış  edənlər  ölkəmizdə  “Bakı–2015”  Avropa  Oyunlarına  hazırlıq  işlərinin  sürətlə 
aparıldığını və qısa müddətdə artıq bir sıra idman obyektlərinin hazır olduğunu vurğulamışlar. 
 
Maqsud Dadaşov 
AzərTAc-ın xüsusi müxbiri 
Roma 
 
23 noyabr 2013-cü il 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
49 
 
“Euronews” kanalı Bakıda keçiriləcək Avropa Oyunlarının rəsmi loqosu barədə 
süjet yayımlamışdır 
 
Bakı,  25  noyabr  (AzərTAc).  Tarixdə  ilk  dəfə  2015-ci  ilin  iyin  ayında  Bakıda  keçiriləcək  Avropa 
Oyunları  və  bu  oyunlara  hazırlıqla  bağlı  Azərbaycanda  reallaşdırılan  layihələr  dünya  kütləvi  informasiya 
vasitələrinin diqqət mərkəzindədir. 
AzərTAc xəbər verir ki, bu dəfə dünyanın aparıcı televiziya kanalı olan “Euronews” Bakıda keçiriləcək 
Avropa Oyunlarının rəsmi loqosunun təqdimatı barədə süjet yayımlamışdır. 
Süjet  Azərbaycan  Respublikasının  gənclər  və  idman  naziri  Azad  Rəhimovun  müsahibəsi  ilə  başlayır. 
Avropa Oyunlarını həvəslə gözləyənlər üçün loqonun əsas element olduğunu deyən nazir bildirir ki, Azərbaycan 
Avropa  cəmiyyətinin  bir  hissəsidir  və  Avropaya  inteqrasiya  prosesləri  siyasi  sahə  ilə  yanaşı,  mədəniyyət 
sahəsini də əhatə edir. İdman isə mədəniyyətin böyük bir hissəsidir. 
Süjetdə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinın çıxışı da maraqlıdır. Onun fikrincə, bu 
loqo  gənc  nəslin  imicidir  və  təkcə  Azərbaycan  gəncləri  deyil,  eləcə  də  onların  avropalı  həmyaşıdları  üçün 
cəlbedici olacaqdır. 
Süjetdə  bildirilir  ki,  35  yaşlı  azərbaycanlı  dizayner  Adəm  Yunisov  tərəfindən  tərtib  edilmiş  loqo 
Azərbaycanın qədim və müasir mədəniyyətini əks etdirən beş başlıca elementi - alov, su, əfsanəvi simurq quşu, 
xalı və narı bir araya gətirir. 
Daha  sonra  Olimpiya  çempionu  Fərid  Mansurov  deyir:  “Biz  adımızı  Azərbaycanın  idman  tarixinə 
yazmışıq. Bu loqo ilə birlikdə isə gələcək Avropa idmanının bir hissəsinə çevriləcəyik”. 
Süjetdə  vurğulanır  ki,  futbolsevərlərin  bu  loqonu  daha  əvvəl  görmək  imkanı  vardır.  Çünki  loqo 
İspaniyanın “Atletiko Madrid” futbol klubunun oyunçularının idman köynəklərini də bəzəyəcəkdir. Elə həmin 
futbol klubunun oyunçusu David Villa düşünür ki, ilk Avropa Oyunları gənc insanları idmanla məşğul olmağa 
cəlb edəcək və Avropada Olimpiya ruhunun yayılmasına töhfə verəcəkdir. 
“Xalqları və dövlətləri idmanın köməyi ilə birləşdirən ilk Avropa Oyunlarının Bakıda olacağından çox 
şadam”. Bu sözləri isə nüfuzlu klubun digər tanınmış oyunçusu Arda Turan söyləyir. 
“Euronews”un  hazırladığı  süjetdə  oyunlara  hazırlıqla  bağlı  yaradılan  infrastruktur,  loqotip  və  yüksək 
əhval-ruhiyyə barədə də məlumat verilir, bu oyunların Avropanın idman tarixinə töhfə verəcəyi vurğulanır. 
 
AzərTAc 
25 noyabr 2013-cü il 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
50 
 
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hiki Yeni il təbrikində 
“Bakı–2015” Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq işləri görüldüyündən 
bəhs etmişdir 
 
Avropa  Olimpiya  Komitəsinin  (AOK)  prezidenti  və  Beynəlxalq  Olimpiya  Komitəsinin  idarə  heyətinin 
üzvü Patrik Hiki Yeni il münasibətilə dünya ictimaiyyətinə təbrik məktubu ünvanlamışdır. 
AzərTAc xəbər verir ki, yanvarın 7-də Avropa Olimpiya Komitəsinin rəsmi saytında yer almış məktubda 
2014-cü  ilin  Avropa  və  dünya  idmanı  üçün  uğurlu  olacağına  əminlik  vurğulanır.  Təbrikdə,  həmçinin  2015-ci 
ildə  Bakı  şəhərində  keçiriləcək  birinci  Avropa  Oyunlarına  hazırlıq  işlərinin  bu  il  daha  da  sürətlənəcəyi  qeyd 
edilir. P. Hiki Avropa Oyunları üçün görülən hazırlıq işlərində təşkilat komitəsinin sədri, Azərbaycanın birinci 
xanımı Mehriban Əliyevanın rolunu xüsusi vurğulayır. 
Məktubda deyilir ki, belə bir beynəlxalq əhəmiyyətli tədbirin yüksək səviyyədə keçirilməsi üçün Təşkilat 
Komitəsinin 18 ay vaxtı vardır. Bu il “Bakı-2015” Avropa Oyunları üçün önəmli işlərin görüləcəyinə əminəm. 
Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralosun sədrlik etdiyi AOK Əlaqələndirmə Komissiyası 
hazırlıq işlərində və Avropa Oyunlarının möhtəşəm tərzdə keçirilməsi üçün təşkilat komitəsinə hər cür kömək 
göstərəcəkdir. 
Məktubda,  həmçinin  Əlaqələndirmə  Komissiyası  üzvlərinin  Bakıya  aprelin  3-4-də  növbəti  səfər 
edəcəkləri bildirilir. 
 
“Xalq qəzeti”.-2014.-9 yanvar.-N 02.-S.2. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
51 
 
Şahmat Avropa Oyunlarının proqramına daxil edilib 
 
2015-ci  ildə  keçiriləcək  I  Avropa  Oyunlarının  proqramında  şahmat  da  var.  Trend-in  məlumatına  görə,  bu 
barədə gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə deyib. 
Nazirin sözlərinə görə, şahmatın olimpiya idman növü olmamasına baxmayaraq, Avropa Komitəsinin xüsusi 
qərarı  ilə şahmat  və  karate  Avropa  Oyunlarının  proqramına  salınıb:  "Sözsüz  ki, şahmatla bağlı aparılan  bütün 
islahatlar daha yüksək səviyyədədir. Bizim çox güclü şahmat komandalarımız var ki, onların sayəsində biz ev 
sahibliyi edərkən sevinc hissi yaşamalıyıq və bu sahədə biz işlər görəcəyik". 
A.  Rəhimov  deyib  ki,  gənclərlə  bağlı  Təşkilat  Komitəsi  işləyir:  "Bu  işə  çoxlu  gənc  cəlb  olunub.  Biz 
düşünürük  ki,  qısa  müddətdə  böyük  kütlə,  könüllülər  Avropa  Oyunlarının  hazırlığı  prosesinə  cəlb  olunacaq. 
Avropa Oyunlarının hazırlığına faktiki olaraq ötən ilin əvvəlindən başlanılıb. Artıq bir ildir işlər gedir. Demək 
olar ki, keçən ilin son ayından işlər daha fəal şəkildə aparılır. Bu il də əsas ilimizdir. Yəni, bu il bütün tikinti 
işləri başa çatmalıdır. Bu günlərdə avadanlıqlar alınmalıdır, kənd hazır olmalıdır, nəqliyyat və digər məsələlər 
hamısı həll edilməlidir". 
 
“İki sahil”.-2014.-15 yanvar.-№ 6.-S.12

 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
52 
 
2015-ci ildə Bakıda keçiriləcək birinci  
Avropa Oyunlarının açılış mərasiminə 500 gün qalır 
 
Hazırlıq  işləri  bütün  Avropa  xalqlarını  birləşdirəcək  əzəmətli  idman  festivalı  keçirməyə 
hədəflənmişdir.  Bu  həftədən  başlayaraq  “Bakı-2015”  Təşkilat  Komitəsi  Avropa  Oyunlarında  iştirak 
edəcək  Avropanın  49  Milli  Olimpiya  Komitəsinə    idman  növlərinin  təsnifatı  haqqında  məlumatı 
göndərməyə başlayacaqdır. 
 
Avropa Oyunlarının proqramında yeddi idman növündən az olmamaq şərtilə 2016-cı il Rio-de-Janeyro 
Olimpiya  Oyunları  üçün  təsnifat  xarakterli  yarışlar  olacaqdır.  Bunlar  velosiped  idman  növü,  güllə  atıcılığı, 
üzgüçülük,  stolüstü  tennis,  taekvondo,  triatlon  və  çimərlik  voleyboludur.  Habelə  “Bakı-2015”-in  proqramına 
digər idman növləri üzrə Olimpiya kvalifikasiyası əlavə edilə bilər. 
İlk Avropa Oyunlarının proqramında hazırda 18 idman növü vardır və yarışlarda  5 min 400-dən artıq 
idmançının iştirakı gözlənilir. 
Beynəlxalq  Olimpiya  Komitəsinin  (BOK)  üzvü  və  Avropa  Olimpiya  Komitəsinin  prezidenti  Patrik 
Hikki qeyd etmişdir ki, Bakı gələn il keçiriləcək Avropa Oyunları çərçivəsində yüksək səviyyəli idman yarışının 
təşkili üçün çox əlverişli şəraitə malikdir. 
 Patrik  Hikki  bildirmişdir  ki,  Avropa  Oyunlarına  hazırlıq  mərhələsinin  500  gününə  daxil  olan  Bakıya 
uğurlar  arzulayıram.  Azərbaycan  bütün  Avropanın  qürur  duyacağı  yüksək  keyfiyyətli  idman  tədbiri  təşkil 
edəcəkdir.  Biz  bu  mühüm  hədəfə  nail  olmaq  və  əzəmətli  idman  tədbirinin  hazırlıq  işlərində  irəliləyişi  əldə 
etmək məqsədilə “Bakı-2015”-ə cəlb edilən hər kəsi təbrik edirik. 
Azərbaycanın  gənclər  və  idman  naziri, “Bakı-2015”  Əməliyyat  Komitəsinin baş  icraçı direktoru  Azad 
Rəhimov  vurğulamışdır  ki,  hər  ötən  gün  Bakıda  keçiriləcək  ilk  Avropa  Oyunlarının  daha  diqqətlə  təşkili 
məsuliyyətini  və  şərəfini  artırır.  Oyunlar  üçün  yaradılan  yeni  infrastruktur  şəhərin  görünüşünü  tamamilə 
dəyişəcəkdir. 
Azad  Rəhimov  qeyd  etmişdir  ki,  Avropa  Oyunları  üçün  böyük  həcmli  tikinti  layihələri  bizim 
gənclərimizə  onlardan  onilliklər  boyu  faydalanmağa  imkan  verəcəkdir.  Beynəlxalq  standartlara  cavab  verən 
arenaların açılması daha çox gənci idmanla məşğul olmağa həvəsləndirəcək və Avropada yeni idman məkanının 
meydana  çıxmasını  təmin  edəcəkdir.  Bu,  Azərbaycanın  Avropada  idman,  biznes,  turizm  və  mədəniyyət 
istiqamətlərində dinamik məkana çevrilməsinə yardımçı olacaqdır. 
“Bakı-2015”    Əməliyyat  Komitəsinin  baş  əməliyyat  rəhbəri  Cim  Şer  demişdir:  “Bu  günədək  müsbət 
irəliləyiş  əldə  edilmişdir.  İnkişaf  davam  etməkdədir,  bizim  heyətlər  arasında  əsassız  özünə  güvənmə  hallarına 
yol  verilməyəcəkdir.  Növbəti  500  gün  ərzində  Avropa  Olimpiya  Komitəsi,  Azərbaycan  xalqı  və  Avropa 
idmançıları  qarşısında  öhdəliklərimizin  yerinə  yetirilməsi  üçün  hələ  görüləcək  çox  iş  vardır.  Lakin  biz  bu 
günədək əldə etdiyimiz irəliləyişdən məmnunuq”. 
 
Xalq qəzeti”.-2013.-29 yanvar.-N18.-S.3. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
53 
 
İlk Avropa Oyunlarına hazırlıq işləri yüksək templə davam etdirilir 
 
Təqribən 500 gündən sonra açılışı olacaq Bakı 2015 Oyunları Azərbaycan və Avropa idmanı tarixində 
ən mühüm hadisə kimi yadda qalacaq 
 
Məlum  olduğu  kimi,  yanvarın  28-də  ilk  Avropa  Oyunlarının  açılışı  mərasiminə  500  günün  qalması  qeyd 
olunub. 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının rəsmi vebsaytı “baku2015.com””un məlumatına 
əsasən, bu gündən etibarən, yarışın təşkilatçıları Avropa Oyunlarında iştirak edəcək 49 Avropa Milli Olimpiya 
komitələrinə  idman  növlərinin  kvalifikasiyası  haqqında  məlumat  göndərməyə  başlayacaqlar.  Təşkilatçılar, 
həmçinin,  bəyan  ediblər  ki,  Bakı  2015  Oyunlarından  2016-cı  ildə  Rio-de-Janeyroda  keçiriləcək  Olimpiya 
Oyunlarına kvalifikasiya platforması qismində istifadə ediləcək. Buraya velosiped idman növü, güllə atıcılığı, 
üzgüçülük, stolüstü tennis, taekvando, triatlon və voleybol (çimərlik) daxildir. Hazırda, ilk Avropa Oyunlarının 
proqramında 18 idman növü var və 5400-dən artıq idmançının iştirakı gözlənilir. 
Beynəlxalq  Olimpiya  Komitəsinin  (BOK)  yüksəkrütbəli  üzvü  və  Avropa  Olimpiya  Komitəsinin  prezidenti 
Patrik Hiki Bakı şəhərinin gələn il keçiriləcək Avropa Oyunları çərçivəsində yüksəksəviyyəli idman yarışının 
təşkili üçün çox əlverişli vəziyyətə malik olduğunu qeyd edib: “Avropa Oyunlarına hazırlıq mərhələsinin yekun 
500 gününə daxil olan Bakı şəhərinə uğurlar arzulayıram və əminəm ki, Bakı bütün Avropanın qürur duyacağı 
yüksək keyfiyyətli idman tədbirini təşkil edəcək. Biz bu mühüm hədəfə nail olmaq və əzəmətli idman tədbirinin 
hazırlıq  işlərində,  Avropa  idmançıları  və  dövlətləri  üçün  təcrübədə  davamlı  irəliləyişi  əldə  etmək  məqsədilə 
Bakı 2015-ə cəlb edilən hər kəsi təbrik edirik”. 
Azərbaycanın gənclər və idman naziri, eyni zamanda, Bakı 2015 Əməliyyat Komitəsinin baş icraçı direktoru 
olan  Azad  Rəhimov  bildirib  ki,  hər  ötən  gün  Bakıda  keçiriləcək  ilk  Avropa  Oyunlarının  daha  diqqətlə  təşkili 
məsuliyyətini və şərəfini artırır. Nazir vurğulayıb ki, Oyunlar üçün yeni infrastruktur və iş yolları ev sahibliyi 
edəcək şəhərin və ölkənin görünüşünü tamamilə dəyişəcək: “Oyunlar üçün böyükhəcmli tikinti layihələri bizim 
şəhərlərimiz,  cəmiyyətimiz  və  gənclərimiz  üçün  onlardan  onilliklər  boyu  faydalanmağa  imkan  verəcək  -  yeni 
hava  limanı  və  nəqliyyat  sektorunda  metropoliten  və  avtobus  sahəsində  13  mühüm  təkmilləşdirmə  layihəsi, 
habelə, yeni beynəlxalq standartlara uyğun idman arenalarının açılması daha çox gənci idmanla məşğul olmağa 
həvəsləndirəcək və Avropada yeni idman məkanının meydana çıxmasını təmin edəcək”. 
Azad  Rəhimov  qeyd  edib  ki,  müxtəlif  sahələrdən  olan  yerli  layihəçilərin,  xidmət  təchizatçılarının  və 
şirkətlərin Oyunlara hazırlıq işlərinə cəlb edilməsi biznes və texnologiya daxil olmaqla, mədəniyyət və kreativ 
sənayelərədək  çoxlu  sektorlarda  yerli  bilik  və  təcrübə  inkişafı  üçün  dəyərli  irs  qoyacaq.  Bu  isə  gələcəkdə 
Bakının  və  Azərbaycanın  Avropada  idman,  biznes,  turizm  və  mədəniyyət  istiqamətlərində  yeni  və  dinamik 
məkana çevrilməsinə şərait yaradacaq. 
Bu möhtəşəm müsabiqə üçün biletlərin satışı, könüllülük, mədəniyyət və başqa aparıcı proqramların təşkili 
üzrə işlər getməkdədir. 
Təşkilatçılar  bildiriblər  ki,  Oyunlar  üçün  yerlərin  inşası  əsas  hədəfdir,  o  cümlədən,  İdmançılar  Kəndi  artıq 
elit idmançılar üçün ən yaxşı yerləşmə və hazırlıq yerlərindən biri kimi nəzərdən keçirilir və bəzi sahələr artıq 
bu il sınaq tədbirləri üçün hazır olacaq. 
Yarışa hazırlıqla bağlı Bakı 2015 Əməliyyat Komitəsinin Baş Əməliyyat rəhbəri Cim Şer bildirib ki, proses 
yüksək səviyyədə davam etməkdədir: “Növbəti 500 gün ərzində Avropa Olimpiya Komitəsi, Azərbaycan xalqı 
və Avropa idmançıları qarşısında öhdəliklərimizin yerinə yetirilməsi üçün hələ ediləcək çox iş var, lakin biz bu 
günədək əldə etdiyimiz irəliləyişdən məmnunuq”. 
Xatırladaq ki, Avropa Oyunlarının yaradılması ilə bağlı qərar 8 dekabr 2012-ci ildə İtaliyanın paytaxtı Roma 
şəhərində  keçirilən  Avropa  Olimpiya  Komitəsinin  Baş  Assambleyasında  qəbul  edilib.  Məhz  həmin  iclasda 
Avropa  Milli  Olimpiya  komitələrinin  böyük  səs  çoxluğu  ilə  Azərbaycanın  paytaxtı  Bakı  şəhəri  ilk  Avropa 
Oyunlarına ev sahibliyi edəcək yer olaraq seçilib. 
Oyunlara  sahiblik,  təşkilatçılıq  və  tənzimlənmə  Avropa  Olimpiya  Komitəsi  (AOK)  tərəfindən  həyata 
keçirilir. 
Qeyd  edək  ki,  Prezident  İlham  Əliyevin  17  yanvar  2013-cü  il  tarixli  Sərəncamı  ilə  I  Avropa  Oyunlarının 
2015-ci  ildə  Bakı  şəhərində  keçirilməsi  üzrə  Təşkilat  Komitəsi  yaradılıb.  Komitəyə  Azərbaycanın  birinci 
xanımı,  Azərbaycan  Respublikası  Milli  Olimpiya  Komitəsinin  İcraiyyə  Komitəsinin  üzvü,  Heydər  Əliyev 
Fondunun  rəhbəri,  UNESCO-nun  və  İSESCO-nun  xoşməramlı  səfiri  Mehriban  Əliyeva  sədrlik  edir.  Təşkilat 
Komitəsinin sədrinin qərarı ilə 2015 Bakı Avropa Oyunları Əməliyyat Komitəsi yaradılıb. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
54 
 
Sərəncamda da qeyd olunduğu kimi, Avropa tarixində ilk dəfə təşkil olunan bu oyunların məhz Azərbaycana 
həvalə  edilməsi  Beynəlxalq  və  Avropa  Olimpiya  hərəkatı  tərəfindən  ölkəmizdə  görülən  bütün  işlərə,  o 
cümlədən, idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verilən yüksək qiymətdir. 
 
Müstəqil Azərbaycanda Olimpiya hərəkati Ümummilli liderin adi ilə bağlidir 
 
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanın idman təcrübəsinə və ölkədəki Olimpiya hərəkatına 
nəzər  yetirdikdə,  ilk  Avropa  Oyunlarının  Bakıda  keçirilməsi  heç  də  təsadüfi  deyil.  Çünki  Ulu  öndər  Heydər 
Əliyev  daim  hər  bir  sferada  olduğu  kimi,  idman  sahəsində  də  gənclərin  öz  potensiallarını  ortaya  qoymasına 
şərait  yaradırdı.  Daha  dəqiq  desək,  Azərbaycanda  idmanın  inkişafına,  ölkəmizin  dünyada  idman  ölkəsi  kimi 
tanınmasına şərait yaradan işlərin əsası məhz Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. 
Doğrudur,  Azərbaycan  Milli  Olimpiya  Komitəsi  (MOK)  1992-ci  ildə  yaradılsa  da  ilk  illərdə  bu  qurumun 
fəaliyyəti  nəzərə  çarpmırdı,  qurum  ölkənin  idman  hərəkatına  liderlik  etmək  iqtidarında  deyildi.  1992-ci  ildə 
Barselonada  keçirilmiş  XXV  Yay  Olimpiya  Oyunlarında  da  Azərbaycan  müstəqil  dövlət  kimi  təmsil  oluna 
bilmədi.  Ölkəmizin  beş  idmançısı  MDB-nin  birləşmiş  komandasının  tərkibində  Olimpiya  Oyunlarında  iştirak 
etməli oldu. 
Lakin  1993-cü  ildə  Ümummilli  lider  Heydər  Əliyevin  xalqın  tələbi  ilə  hakimiyyətə  qayıtmasından  sonra 
bütün  sahələrdə  olduğu  kimi,  idman  sektorunda  da  əsaslı  dönüş  baş  verdi.  Azərbaycanda  dağılmış  idman 
infrastrukturu, demək olar ki, yox səviyyəsində olan Olimpiya hərəkatı məhz həmin dövrdən sonra dirçəlməyə 
başladı.  Çox  keçmədən,  yəni,  1996-cı  ildə  Azərbaycan  müstəqil  dövlət  kimi  ilk  dəfə  Olimpiya  Oyunlarına 
qatıldı.  Bu  tarixi  hadisənin  reallaşdırılmasında  Ulu  öndər  Heydər  Əliyevin  böyük  əməyi  oldu.  Ulu  öndərin 
Atlanta Oyunlarına hazırlıq haqqında Sərəncamı, hazırlığın daim dövlət nəzarəti altında saxlanması, idmançılara 
dövlət  tərəfindən  diqqət  və  qayğının  gücləndirilməsi  öz  bəhrəsini  verdi.  Belə  ki,  Azərbaycan  Atlantada  23 
idmançı  ilə  təmsil  olundu  və  bir  gümüş  medal  qazanıldı.  Sərbəst  üsulla  güləşən  Namiq  Abdullayevin  həmin 
yarışlarda qazandığı gümüş medal Azərbaycan milli Olimpiya komandasının Olimpiya Oyunlarında qazandığı 
ilk medal idi. 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin