hazırlamışdır
“Euronews” televiziya kanalı Kannda “Baku-2015” ilk Avropa oyunlarına həsr olunmuş qaçış
haqqında süjet hazırlamışdır.
AzərTAc-ın verdiyi xəbərə görə, telekanalın reportajında qeyd edilir ki, Kannın Kruazet sahili Azərbaycan
bayraqları ilə bəzədilmişdi. Videomaterialda deyilir: “Bu Qafqaz respublikasında ilk Avropa Olimpiya
oyunlarına hazırlığın başlanması belə qeyd edilmişdir. Bu hadisə şərəfinə Aralıq dənizi sahilləri boyunca qeyri-
formal qaçış təşkil edilmişdir”.
Qaçışın qalibi – Nitsanın 25 yaşlı sakini Maksans Vodelin bildirmişdir ki, qaçışın səmimi atmosferi onun
xoşuna gəlmişdir. O demişdir: “Bazar günü bu idman növü üzrə peşəkar olmayan insanlarla birlikdə qaçmaq
çox xoş idi”.
Arzu edənlərin hamısı qaçışda iştirak etmişdir. Üç nəfər qalib Bakıda keçiriləcək ilk Avropa oyunlarına
dəvətnamə almışdır. Dəvətnamələri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təqdim etmişdir.
Təqdimatda Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov da iştirak etmişdir.
Nazir televiziya kanalına verdiyi müsahibədə bildirmişdir ki, belə idman yarışlarını öz şəhərində qəbul
etmək dünyanın istənilən şəhəri üçün çox əhəmiyyətlidir. O demişdir: “Belə tədbirlər təkcə şəhərin
infrastrukturunu deyil, həm də onun sakinlərinin mentalitetini dəyişir”.
Süjetdə qeyd olunur ki, bu təqdimat Kannda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində keçirilmişdir.
“Xalq qəzeti”.-2014.-13 iyul.-N 148.-S.2.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
101
Kannda Azərbaycan mədəniyyəti günləri çərçivəsində Avropa Oyunlarına həsr olunan yürüş
keçirilmişdir
İyulun 11-də Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində “Bakı-2015"
ilk Avropa Oyunlarına həsr olunan yürüş keçirilmişdir. Kann şəhərinin məşhur Kruazet bulvarında
təşkil olunan yürüşə hazırlıq səhər saatlarında iştirakçıların siyahıya alınması və onlara üzərində “Bakı-
2015 - ilk Avropa Oyunları” sözləri yazılmış idman formalarının paylanması ilə başlamışdır. Onlarla
şəhər sakininin, turistlərin qatıldığı yürüşdə iştirak etmək üçün təxminən 100-dən çox şəxs qeydiyyatdan
keçmişdir.
Mərasimdə çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov 2015-ci ildə Bakıda keçiriləcək
Avropa Oyunlarının ölkəmizdən kənarda baş tutan ilk təqdimatının uğurlu olduğunu diqqətə çatdırmışdır. Nazir
bildirmişdir ki, hazırda Oyunlara ciddi hazırlıq gedir və Azərbaycan bu beynəlxalq idman tədbirini yüksək
səviyyədə keçirmək əzmindədir. A.Rəhimov təşkil olunan bu yürüşün də Azərbaycanın ev sahibliyi edəcəyi
Avropa Oyunlarının təbliği baxımından mühüm addım olduğunu bildirmişdir.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da iştirak etdiyi və Kruazet bulvarı
boyunca davam edən yürüşə start verilmişdir.
Artıq Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən strategiyaya uyğun olaraq idman dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkədə
yeni idmançı nəslinin yetişməsini qarşıya əsas məqsəd qoyan dövlətimizin başçısının idmanın inkişafına
göstərdiyi diqqət və qayğı gənclərimizin beynəlxalq yarışlarda yüksək nəticələr qazanmasına gətirib çıxarmışdır.
Azərbaycan 2015-ci ildə daha bir mötəbər idman yarışına ev sahibliyi edəcəkdir. İlk Avropa Oyunları Bakıda
keçiriləcəkdir. Avropa Olimpiya Komitəsinin bununla bağlı qərarı beynəlxalq idman ictimaiyyətinin ölkəmizin
olimpiya hərəkatında oynadığı rola, idmanın inkişafına göstərdiyi yüksək dəstəyə verilən önəmin təzahürüdür.
Digər tərəfdən Bakının 2015-ci il Avropa Oyunlarının keçirilməsi üçün böyük potensiala malik olmasını
beynəlxalq idman təşkilatları da artıq təsdiqləmişdir. Bunu şərtləndirən əsas amillər isə ölkəmizin qədim tarixə,
zəngin mədəniyyətə, əlverişli coğrafi mövqeyə, güclü idman infrastrukturuna, ən başlıcası beynəlxalq yarışları
keçirmək təcrübəsinə malik olmasıdır.
Finiş xəttinə birinci olaraq Kannın gənc sakini Maksons Vadelin çatmışdır. Yürüşü ikinci başa vuran isə
Fransada təhsil alan həmyerlimiz F.Abuzərli olmuşdur.
Daha sonra qaliblərin mükafatlandırma mərasimi keçirilmişdir. Yürüşün qaliblərinə fəxri fərman və gələn il
keçiriləcək ilk Avropa Oyunlarına baxmaq üçün Bakıya səfər biletləri təqdim olunmuşdur. Birinci yeri tutan
Maksons Vadelinə mükafatı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva təqdim etmişdir.
Maksons Vadelin demişdir: Çox sevinirəm. Güclü qaçış həvəskarları arasında birinci olmaq həqiqətən də
sevindiricidir. İndi bu sevincə gələn il keçiriləcək Avropa Oyunları zamanı sizin ölkənizə gəlmək də əlavə
olundu. İnanıram ki, haqqında çox eşitdiyim paytaxtınız Bakı mənim xatirimdə silinməz iz buraxacaqdır”.
Sonda Heydər Əliyev Fondunun hədiyyəsi olan elektromobilin sahibinin lotereya əsasında yürüş
iştirakçıları arasından müəyyən olunması ilə bağlı oyun keçirilmişdir. Kann sakini xanım Martin Mağmadanın
bəxti üzünə gülmüş və o, maşına sahib olmuşdur.
Bu mərasim bir daha təsdiqləmişdir ki, beynəlxalq və iqtisadi əhəmiyyəti ilə seçilən Avropa Oyunları
ölkəmizin yürütdüyü idman siyasətinə dünyada verilən önəmin təzahürüdür. Digər tərəfdən bu, dünya idman
aləminə əsas mərkəzlərdən biri kimi daxil olan ölkəmizdə idmana münasibətin hər zaman yüksək səviyyədə
olmasına sübutdur.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Kann
“ Xalq qəzeti”.-2014.-12 iyul.-N 147.-S.4.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
102
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin protokol şöbəsinə direktor təyin edilib
“PJF Group” konsaltinq şirkətinin təsisçisi və rəhbəri, əslən Avstraliyadan olan Paul Foster “Bakı-
2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) protokol şöbəsinin direktoru vəzifəsinə təyin
edilib.
“Bakı-2015”dən AzərTAc-a bildirilib ki, P.Foster bu ilin avqustunda yarım ştat, noyabrdan isə tam ştat
əsasla Əməliyyat Komitəsinə qoşulacaq. O, Avropa Olimpiya komitələrində aparıcı rol oynayan bütün maraqlı
tərəflərə yüksək səviyyəli xidmətlər göstərməklə Avropa Ailəsi Əməliyyatları komandasına rəhbərlik edəcək.
P.Foster Olimpiya hərəkatı sahəsində geniş biliyə malikdir. O, əvvəllər Beynəlxalq Olimpiya komitələrində
protokol, tədbirlər və qonaqlarla iş şöbəsinin rəhbəri vəzifəsini icra edib. Bununla yanaşı, 2004-cü il Afina,
2008-ci il Pekin, 2012-ci il London Yay, eləcə də 2010-cu il Vankuver, 2014-cü il Soçi Qış Olimpiya Oyunları,
həmçinin 2016-cı il Rio-de-Janeyroda təşkil olunacaq Olimpiada üçün hazırlıq işlərində çalışıb.
BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, P.Foster Oyunlar sahəsində geniş, dərin
təcrübəyə malikdir. Onun beynəlxalq aləmdə nüfuzu və idmana olan həvəsi BEGOC komandasının sıralarını
xeyli genişləndirəcək, Azərbaycanın və Avropanın fəxr edəcəyi yarışların keçirilməsinə kömək edəcəkdir.
Beynəlxalq Olimpiya Komitəsi üçün çalışmaqla yanaşı, 2000-ci il Sidney Yay, 2002-ci il Solt-Leyk-Siti və
2006-cı il Turin Qış Olimpiya Oyunlarının Təşkilat komitələrində də iş təcrübəsinə malik olan P.Foster deyib:
“Mən “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinə qoşulmaqdan məmnunluq hissi keçirirəm. İlk
Avropa Oyunlarının bir parçası olmaq imkanını əldə etmək, bu cür istedadlı komandaya qoşulmaq mənim üçün
çox həyəcanverici və şərəfdir. Gələcəkdə keçiriləcək bütün Avropa Oyunları üçün etalona, yaxud standarta
çevriləcək bir təcrübəni paylaşmaq üçün yerli və xarici maraqlı tərəflərlə işləməyi səbirsizliklə gözləyirəm”.
P.Foster, həmçinin Roma və Nyu-York universitetlərində beynəlxalq əlaqələr üzrə professor köməkçisi
vəzifəsində çalışır.
Gələn il iyunun 12-dən 28-dək keçiriləcək “Bakı-2015” Avropa Oyunları həyəcanverici və innovativ
kompleks idman yarışları olmaqla qitənin bu qəbildən ilk tədbiri kimi tarixə yazılacaq.
“Bakı-2015” Avropa Oyunları idmanın 19 növü üzrə keçiriləcəkdir. Bunlardan 16-sı Olimpiya, üçü qeyri-
Olimpiya idman növüdür. On yeddi yarış günü müddətində 6 mindən çox idmançı mübarizə aparacaq.
İdmanın doqquz növü 2016-cı ildə Rio-de-Janeyro keçiriləcək Yay Olimpiya Oyunları üçün seçmə yarışlara
imkan yaradacaq. Həmin növlərə oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq,
üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.
Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci il dekabrın 8-də Avropa Olimpiya
Komitəsinin (AOK) Baş Assambleyasında qəbul edilib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC)
AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.
“Xalq qəzeti”.-2014.-17 iyul.-N 151.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
103
“Bakı 2015” Oyunları Akademiyası aparıcı elm təhsil ocaqları ilə tərəfdaşlıq elan edir
Bu ilin aprelində fəaliyyətə başlamış “Bakı 2015” Oyunları Akademiyası iyulun 17-də bir sıra aparıcı
ali təhsil ocaqları ilə əməkdaşlığını elan etməkdən qürur duyur.
Oyunlar Akademiyası “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) və Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşəbbüsü ilə yaradılıb. Akademiyanın məqsədi
azərbaycanlılardan ibarət komanda üzvlərinin bacarıqlarını və oyunlarla bağlı biliklərini artırmaq, eləcə də
məzun təlim proqramı vasitəsilə universitet məzunlarının inkişafına dəstək göstərməkdir.
Artıq bu işə ali təhsil ocaqlarının, o cümlədən İsveçrənin Lozanna şəhərində yerləşən İdman, Elm və
Texnologiya üzrə Beynəlxalq Akademiyanın (AISTS), Bakıda “ADA” Universitetinin, Yunanıstanın paytaxtı
Afinada Beynəlxalq Olimpiya Akademiyasının, eləcə də Amerikanın “Broadstone konsalting” şirkətinin
dəstəyini cəlb etmək mümkün olacaqdır.
Transmilli neft və qaz şirkəti olan “bp” ilk Avropa Oyunları ilə bağlı öhdəliyinin bir hissəsi kimi Oyunlar
Akademiyasının müstəsna rəsmi tərəfdaşıdır.
Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyat imkanları və hazırlıq şöbəsinin direktoru və
Oyunlar Akademiyasının məsul şəxsi Qeyvn MakAlpayn bildirib ki, Oyunlar Akademiyamızın icra
tərəfdaşlarını elan etməkdən məmnunam və “Bakı 2015” komandamızın bilik və bacarıqlarının artırılmasına
kömək məqsədilə onlarla birgə çalışmağı səbirsizliklə gözləyirəm.
Oyunlar Akademiyası şəxsi inkişaf baxımından nadir imkandır və nüfuzlu şirkətlərin dəstəyi bunu bir daha
təsdiqləyir.
Məzun təlim proqramı Azərbaycan və Avropadakı gənclər üçün faydalı olacaq və ilk Avropa Oyunlarından
sonra çox vacib imkanlar üçün miras qoyacaq.
“ADA” Universiteti “Bakı 2015” Avropa Oyunları ilə birgə çalışaraq işçilərin iş yerində səmərəliliyinin
artırılmasına yönələn və əsas bacarıqların öyrədilməsi ilə bağlı üç kurs hazırlayıb həyata keçirəcək.
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini və “ADA” Universitetinin rektoru Hafiz Paşayev
demişdir ki, ilk Avropa Oyunlarında rol oynamağımızdan və “Bakı 2015” Avropa Oyunlarının rəhbər işçiləri
üçün keçirilən təlimdə öz təcrübəmizi bölüşməyimizdən məmnunuq.
Əsas bacarıqların öyrədilməsi ilə bağlı keçirəcəyimiz görüşlər bütün işçilərin planlaşdırma və təşkil etmə,
iclasları yönəltmə və səmərəli təqdimatların keçirilməsi ehtiyaclarının qarşılanması baxımından
uyğunlaşdırılacaqdır. İnanıram ki, “Bakı 2015" ilk Avropa Oyunlarının rəhbər işçiləri bizim digər beynəlxalq
tərəfdaşlarımız kimi, “ADA” Universiteti ilə birgə əməkdaşlıqdan məmnun qalacaqlar.
“Bakı 2015” Avropa Oyunlarının məzun təlim proqramının iştirakçılarını maarifləndirmək və onların idman
dünyası haqqında anlayışlarını artırmaq məqsədilə Beynəlxalq Olimpiya Akademiyası özünün Olimpiya
sahəsindəki elmi təcrübəsindən yararlanacaq.
Bir il müddətində keçiriləcək proqrama oyunların aspektlərinin planlaşdırılmasına və həyata keçirilməsinə
qarşı məsuliyyətli iştirakçılardan ibarət üç həftəlik intensiv təlim daxildir.
2012-ci və 2014-cü illərdə məzun olmuş istedadlı və motivasiyalı şəxslər üçün məzun təlim proqramında
hələ də yerlər mövcuddur. Həmin yerlər üçün müraciət prosesi avqustun 1-dək açıqdır. Müraciətlər
www.facebook.com/baku2015gamesacademy linkinə daxil olmaqla edilə bilər.
Azərbaycanda 3325-dən artıq işçisi olan “bp” şirkəti ölkədə gələcək karyera inkişafı üçün imkanları
müəyyən edəcək və hazırlayacaq.
Şirkətdən bildirmişlər ki, Oyunlar Akademiyası beynəlxalq iş mühitində işləmək kimi əhəmiyyətli təcrübə
qazanmaq baxımından yüksək potensiallı Azərbaycanın gənc vətəndaşları üçün nadir imkandır. “bp”
Azərbaycanın gələcək işçi qüvvəsi bacarıqlarını inkişaf etdirəcək və ölkənin əsas beynəlxalq idman yarışlarını
və digər böyük, kompleks layihələri həyata keçirmək bacarığını genişləndirəcək bir proqramı dəstəkləməkdən
məmnundur.
AISTS-in fərdi öyrənmə yoluna uyğun olaraq keçirilən aylıq təqdimatlar “Bakı 2015” Avropa Oyunlarının
işçilərinə bu günün idman mənzərəsini formalaşdıran son problemləri və hadisələri kompleks şəkildə başa
düşməkdə kömək edəcəkdir.
Gələn il iyunun 12-dən 28-dək keçiriləcək “Bakı-2015” Avropa Oyunları həyəcanverici və innovativ
kompleks idman yarışları olmaqla qitənin bu qəbildən ilk tədbiri kimi tarixə yazılacaqdır.
“Bakı-2015” Avropa Oyunları idmanın 19 növü üzrə keçiriləcəkdir. Bunlardan 16-sı Olimpiya, 3-ü qeyri-
Olimpiya idman növüdür. On yeddi yarış günü müddətində 6 mindən çox idmançı mübarizə aparacaqdır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
104
İdmanın doqquz növü 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları üçün seçmə
yarışlara imkan yaradacaq. Həmin növlərə oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı,
atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.
Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci il dekabrın 8-də Avropa Olimpiya
Komitəsinin (AOK) Baş Assambleyasında qəbul edilmişdir. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi
(BEGOC) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.
“Xalq qəzeti”.-2014.-18 iyul.-N 152.-S.2.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
105
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunda
tikinti işlərinin gedişi ilə tanış olub
Bakı, 24 iyul (AzərTAc). İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı
Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olub.
Artıq neçə illərdir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə bu sahənin daha da
inkişaf etdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində Azərbaycan beynəlxalq əhəmiyyətli idman
yarışlarının keçirilməsi üçün əlverişli məkana çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
strategiyaya uyğun olaraq bu gün idman ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil
edir. Azərbaycanda yeni idmançılar nəslinin yetişdirilməsi də diqqət mərkəzindədir. Dövlətimizin başçısının
idmanın inkişafına göstərdiyi diqqət və qayğı idmançılarımızın beynəlxalq yarışlarda yüksək nəticələr
qazanmalarına gətirib çıxarır.
2015-ci ildə Azərbaycan daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək. Birinci Avropa Oyunları
ilk dəfə olaraq Bakıda keçiriləcək. Avropa Olimpiya Komitəsinin bununla bağlı qərarı beynəlxalq idman
ictimaiyyətinin ölkəmizin Olimpiya hərəkatında oynadığı rola, idmanın inkişafına göstərdiyi yüksək dəstəyə
verdiyi önəmin ifadəsidir.
Bakının Avropa Oyunlarının keçirilməsi üçün böyük potensiala malik olmasını beynəlxalq idman
təşkilatları da təsdiqləyib. Güclü idman infrastrukturu olan Azərbaycan eyni zamanda beynəlxalq yarışları
keçirmək təcrübəsinə də malikdir. Birinci Avropa Oyunlarına bir ilə yaxın vaxt qalmasına baxmayaraq,
ölkəmizdə bu mötəbər tədbirə hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. Bakıda Su İdmanı Növləri
Sarayı, Atıcılıq Mərkəzi və digər mükəmməl infrastruktur obyektlərinin inşası davam etdirilir. Milli Gimnastika
Arenası artıq istifadəyə verilib. Ölkədə idman infrastrukturunun daha da gücləndirilməsi ilə bağlı həyata
keçirilən tədbirlərin mühüm tərkib hissəsi olan Bakı Olimpiya Stadionunda da işlər sürətlə və yüksək
keyfiyyətlə davam etdirilir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev görülən işlərlə bağlı
Prezident İlham Əliyevə məlumat verdi.
Bildirildi ki, 2011-ci ilin iyununda təməli qoyulan stadionda tikinti işləri başa çatmaq üzrədir. Stadionun
tammiqyaslı tikintisinə 2012-ci ilin noyabrında başlanılıb və işlərin gələn ilin fevralında yekunlaşması nəzərdə
tutulur. Ümumi layihə üzrə işlərin böyük əksəriyyəti başa çatıb. Stadionun svay işləri bütünlüklə, torpaq və
dəmir-beton işlərinin 95 faizi yerinə yetirilib. Dam konstruksiyası yerinə qoyulub və polad konstruksiya
işlərinin böyük bir hissəsi yekunlaşıb. Artıq fasad örtüyünün vurulmasına başlanıb və interyer-tamamlama işləri
sürətlə davam edir. Bununla yanaşı, köməkçi məşq sahəsində ot örtüyünün və qaçış zolağının salınmasına
başlanılıb. Yaxın zamanlarda əsas stadionda da bu işlərə start veriləcək. Landşaft üçün infrastruktur işləri davam
edir. Əsaslı yaşıllaşdırma işlərinə sentyabrda başlanacaq.
Qeyd edildi ki, paytaxtda müasir memarlıq üslubu, xüsusi gözəlliyi ilə seçiləcək, 69 minə yaxın tamaşaçı
tutumuna malik Bakı Olimpiya Stadionunun bu tipli idman qurğuları sırasında özünəməxsus yeri olacaq.
Beynəlxalq standartlara tam cavab verəcək stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər
infrastruktur inşa ediləcək. Təqribən 50 hektar ərazidə tikilən altımərtəbəli stadion 62 metr hündürlüyündədir.
İnşaat işləri Beynəlxalq Tikinti Standartına, FİFA və UEFA standartlarına uyğun aparılır. Əsas və köməkçi
stadionlardan, həmçinin mexaniki binadan ibarət olacaq stadionda VIP, CIP, media, habelə əlil tamaşaçı
bölmələri nəzərdə tutulub. Oyun meydançasına 4, tribunalara isə 26 qapıdan giriş olacaq. Olimpiya
normativlərinə əsasən insanların stadiona daha çox piyada, ictimai nəqliyyatla gəlmələri nəzərdə tutulub ki,
bunun üçün də 3103 yerlik avtomobil parkı inşa edilir. Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetr
yaşıllıq sahəsi salınacaq. Bununla da orijinal layihə əsasında inşa edilən Bakı Olimpiya Stadionu dünyanın
möhtəşəm və nadir idman qurğularından biri olacaq.
Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə başa çatdırılması ilə bağlı tapşırıq və
tövsiyələrini verdi.
AzərTAc
24 iyul 2014-cü il
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
106
Bakı-2015-ə paralimpiyaçılar da qatılacaq
Dünən Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Milli Paralimpiya Komitəsinin cari il üçün 6
aylıq fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə Milli Paralimpiya Komitəsinin (MPK) vitse-
prezidenti Şaiq Həmidov, Uşaq Paralimpiya Komitəsinin icraçı direktoru Kamal Məmmədov və başqa məsul
şəxslər iştirak ediblər.
Toplantını giriş sözü ilə açıq elan edən vitse-prezident Şaiq Həmidov ilk öncə tədbirdə iştirak edən media
nümayəndələrini 22 iyun milli mətbuat günü, eləcə də bütün müsəlman dünyasını qarşıdan gələn Ramazan
bayramı münasibəti ilə təbrik etdi və onlara öz arzularını bildirdi. Bunun ardından isə o, MPK-nin ötən illərdə
əldə etdiyi uğurlardan danışıb və cari ilin geridə qalan 6 ayı ərzindəki fəaliyyətindən söhbət açdı. 2012-ci ildə
Londonda keçirilən 14-cü Yay Paralimpiya Oyunlarında ölkəmizin 6 idman növündə 21 paralimpiyaçı ilə çıxış
edərək 4-ü qızıl, 5-i gümüş və 3-ü bürünc əyarlı olmaqla 12 medal qazandığını vurğulayan Şaiq Həmidov həmin
Olimpiadada Azərbaycanın 166 iştirakçı ölkə arasında 27-ci yeri tutduğunu yada saldı. Cüdoçular Ramin
İbrahimovla Afaq Sultanovanın, atlet Oleq Panyutin və üzgüçü Natalya Proninanın qızıl, sonuncunun daha 4
dəfə gümüş medal qazandığını dilə gətirən vitse-prezident daha bir atlet - Vladimir Zayetsin gümüş, ikiqat
Paralimpiya çempionu olan cüdoçu İlham Zəkiyevin və eləcə də atlet Hüseyn Həsənovun bürünc medal
qazandığını yada saldı.
Vitse-prezident tədbirin girişinə bu sözlərlə başladı: "Əlbəttə ki, bu uğur çox şərəfli və çox məsuliyyətlidi.
Şərəfli olmağı hamıya bəllidi, Məsuliyyəti isə əldə edilən bu uğuru daha da inkişaf etdirməkdi. MPK yarandığı
1996-cı ildən bəri 5 Paralimpiya Oyunlarında iştirak edib. Qatıldığımız hər növbəti Oyunlarda iştirakçılarımızın
sayı daha çox olub. İlk dəfə qatıldığımız Atlanta Paralimpiya Oyunlarında 2 nəfərlə iştirak etdiyimiz halda
London Parilimpiya Oyunlarında 21 idmançıyla iştirak etdik".
Şaiq Həmidov 2016-cı ildə Rio-de-Janeyroda (Braziliya) keçiriləcək 15-ci Paralimpiya Oyunlarında daha
çox idmançıyla iştirak etməyi nəzərdə tutduqlarını və bunu bir vəzifə kimi qarşılarına məqsəd qoyduqlarını da
bildirdi: "2013-cü il Paralimpiya ilindən sonrakı il olduğu üçün idmançılarımız yalnız istirahət etməklə bərpa
xarakterli turnirlərdə iştirak etdilər. 2014-cü ilin ilk yarısı da elə bərpa və istirahət xarakteri daşıyıb. Cari ilin
ikinci yarısından başlayaraq demək olar ki, həm MPK-nin əməkdaşlarının, həm də paralimpiyaçıların özlərinin
işi artıb. Çünki 2014-cü ilin ikinci yarısı və eləcə də 2015-ci ildə bütövlükdə Olimpiya təsnifatlı turnirlər
keçiriləcək. Bu baxımdan da həmin dövr idmançıların Rio-2016-ya düşmək üçün lisenziyaların qazanılması ilə
səciyyələnir. Kollektiv Oyunlarda daha çox idmançı ilə təmsil olunmaq üçün lisenziyaların çox olmasına
çalışır".
Həmidov 2014-cü ilin 6 ayı ərzində müxtəlif kateqoriyalı turnirlərin və idmançıların sayının artması ilə
2013-cü ildə qarşıya qoyulan məqsədə nail olduqlarını vurğuladı. Onun sözlərinə görə əgər MPK-də yalnız
cüdo, atletika, güllə atıcılığı, pauerliftinq (ağırlıq qaldırma), oturaq voleybol, qolbol, üzgüçülük, kamandan
oxatma idman növlərindən əlavə, komitə nəzdində daha bir neçə idman növü - adaptiv avarçəkmə, əlil
arabasında qılıncoynatma, stolüstü tennis, kanoye, bossiya kimi paralimpiya idman növlərinə, eləcə də qeyri-
paralimpiya idman növləri olan əlil arabasında idman rəqsi, taekvondo, boilinqin fəaliyyətinə yer verilib.
MPK-nin vitse-prezidenti bu arada təmsil etdiyi qurumun strateji fəaliyyət planın əsas xətlərindən biri olan
beynəlxalq əlaqələrin genişləndirilməsindən də danışdı. O qeyd etdi ki, Macarıstan və Polşa Respublikasının
Paralimpiya Komitələri ilə iki tərəfli memarandum imzalayan MPK indisə İngiltərə və Braziliyanın müvafiq
qurumları ilə danışıqlar aparır. Onun sözlərinə görə MPK-nin 2014-cü il üçün qarşıya qoyduğu məqsədlərindən
biri də milli komandaların maddi texniki bazasının gücləndirilməsi və müasir tələblər səviyyəsinə çatdırılmasıdı.
Uzun illərdən bəri istifadə olunan avadanlıqların və idman ləvazimatlarının köhnələrək artıq sıradan çıxdığını və
istifadəyə yararsız olduğunu vurğulayan Şaiq Həmidov ölkə başçısının paralimpiyaçılara yeni və müasir tipli
avadanlıqların alınması üçün ehtiyat fondundan 500 min manat vəsait ayırdığını toplantı iştirakçılarının nəzərinə
çatdıraraq dedi: "İdmanımızın inkişafını diqqət və nəzərdən qaçırmayan, daim bu sahəyə qayğı göstərən
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Paralimpiya idmanının maddi texniki bazasının
gücləndirilməsi və təkmilləşdirilməsi məqsədi ilə ehtiyat fondundan MPK-yə 500 min manat vəsait ayırıb.
Bunun sayəsində isə idmançılarımızın fiziki hazırlıqlarının səmərəli təşkili və yarışlarda uğurlu çıxışları üçün
zəruri avadanlıqlar və digər ləvazimatlar alınmışdır. İdmançılarımız 2014-ci ilin əvvəlində 12 beynəlxalq
yarışda iştirak edib və müxtəlif əyarlı 7 medal qazanıblar. Ancaq lisenziya xarakterli yarışlarımız isə əsasən
2014-cü ilin 2-ci yarısında və 2015-ci ildə keçiriləcək. 2016-cı ilin əvvəlində isə Paralimpiyada iştirak edəcək
idmançılarımız müəyyənləşəcək".
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
107
Həmidovun sözlərinə görə cüdo üzrə yığmamızın üzvləri bu ilin sentyabr ayında Amerikada keçiriləcək
Paralimpiya təsnifatlı dünya çempionatında iştirak edəcəklər (15 nəfərlə). Həmin DÇ-nin reqlamentinə görə hər
çəki dərəcəsində qalib adını qazanan cüdoçu lisenziya da əldə etmiş olacaq. Qalan cüdoçular isə Paralimpiya
Oyunlarına yalnız bu oyunlara qədər keçiriləcək lisenziya xarakterli yarışlarda topladıqları reytinq xalları
əsasında qatıla biləcəklər (hər çəkidə ilk 12 yerin sahibi).
Şaiq Həmidov 2015-ci ildə Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarının proqramına Paralimpiya idman
növlərindən cüdonun da daxil edildiyini bildirib: "Biz Bakının ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarının
proqramına cüdo idman növünün də daxil edilməsi üçün Avropa Olimpiya Komitəsi və eləcə də Bakı-2015-in
Təşkilat Komitəsi ilə uzun danışıqlar apardıq. Nəhayət ki, paralimpiyaçı cüdoçuların Oyunlarda biri kişi, digəri
qadın olmaqla 2 çəki dərəcəsində çıxış etməsinə razılıq ala bildik. Kişilər +90 kq-da, qadınlar isə -57 kq çəki
dərəcəsində çıxış edəcəklər. Azərbaycanı kişilərin yarışında ikiqat Paralimpiya çempionu İlham Zəkiyev təmsil
edəcək. Açıq demək lazımdı ki, +90 kq-da biz nəinki Azərbaycanda, heç Avropada da İlhama rəqib görmürük.
Qadınların yarışında isə hələlik seçim etməmişik. Çünki burada London Paralimpiyasının qalibi Afaq Sultanova
ilə AÇ-2014-ün finalçısı olmuş Səbinə Abdullayeva arasında rəqabət gedir. Bildiyiniz kimi Afaq Sultanova
Londonda keçirilən Paralimpiya Oyunlarından qalib dönəndən sonra öz vətəndaşlıq hüququndan istifadə edərək
ailə həyatı qurub. Və bu müddət ərzində idmanla məşğul olmayıb. Belə də isə onun çəkisi də artıb. Ona görə də
o, Səbinə ilə rəqabət aparmalı olacaq".
MPK-nin vitse-prezidenti sonda isə 2013-cü ilin sentyabr ayında qurumun nəzdində bütün dünya üzrə ilk
dəfə olaraq Uşaq Paralimpiya Komitəsinin (UPK) yarandığını və fəaliyyət göstərdiyini qeyd etdi.
Daha sonra isə söz UPK-nin icraçı direktoru Kamal Məmmədova verildi. Söz alan icraçı direktor
adıçəkilən qurumun yaranmasından, fəaliyyətindən, qarşıya qoyduğu məqsəd və məramlardan danışdı: "2013-cü
ilin avqustunda dünyada ilk dəfə olaraq bizim ölkəmizdə MPK-nin nəzdində UKP yaradılıb. Əsas məqsəd isə
sağlamlıq imkanları məhdud olan uşaqları uyğun idman növlərinə cəlb etməklə, ehtiyat idmançıların
(paralimpiyaçılar nəzərdə tutulur) hazırlanmasından ibarətdi. UKP sağlamlıq imkanları məhdud olan uşaqların
idmana cəlb olunması ilə yanaşı, həm də onların reabilitasiya və abilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına
geniş şərait yaradacaq".
Məmmədov ötən ilin dekabrında Sumqayıt Paralimpiya İdman Kompleksində ilk dəfə olaraq Uşaq
Paralimpiya Festivalının keçirildiyini və mütəmadi olaraq mətbuatda bununla bağlı maariflənmə işlərinin
aparıldığını qeyd etdi. UKP-də artıq 5 idman növünün fəaliyyət göstərdiyini vurğulayan icraçı direktorun
sözlərinə görə təmsil etdiyi qurum bir sıra beynəlxalq təşkilatlar və eləcə də ölkəmizdə fəaliyyət göstərən idman
federasiyaları ilə əməkdaşlıq etməyi də qarşıya məqsəd qoyub.
Quruma BP-nin və UNİÇEF-in (UNICEF) dəstək verdiyini toplantı iştirakçılarının nəzərinə çatdıran
Kamal Məmmədov onu da bildirdi ki, məhz sonuncu təşkilatın dəstəyi sayəsində 10 nəfərdən ibarət UKP
nümayəndə heyəti sentyabrda Londona təlim səfərinə gedəcək: "Yeni yaranmasına baxmayaraq artıq UKP-də 5
idman növü fəaliyyət göstərir ki, bu beşliyə də cüdo, stolüstü tennis, bossia, pauerliftinq və üzgüçülük daxildi.
İndiyədək sağlamlıq imkanları məhdud olan 30-dək uşaq UKP-lə idmana cəlb edilib. Bu ilin martında 12 yaşlı
Fəxri Soltanov stolüstü tennis üzrə beynəlxalq yarışa qatılıb. O, iyul ayının əvvəlində isə olimpiyaçılar arasında
keçirilən Azərbaycan çempionatının qalibi olub. Hazırda üzgüçülük və stolüstü tennis bölmələrinə kütləvi axın
başlayıb. Demək olar ki, hər gün bir neçə valideyn bu məqsədlə bizə müraciət edir. Bir məqamı da qeyd edim
ki, ötən il Nabranda istirahət mərkəzlərinin birində ayaqlarından zədə alan 4 yaşlı İmran Cəfərov da UKP
tərəfindən üzgüçülük idmanına cəlb edilib. O, bu yaxınlarda ilk məşqlərinə başlayacaq".
Dostları ilə paylaş: |