Azərbaycan birinci Avropa Oyunlarını Olimpiya Oyunları səviyyəsində keçirəcək
Prezident İlham Əliyev: "Bu oyunları elə keçirəcəyik ki, bu, gələcək Olimpiya Oyunları üçün də
nümunə olsun"
Təkzibedilməz faktdır ki, Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən
siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnir. Bu uğur özünü dünya miqyaslı yarışlarda əldə
edilən qələbələrdə, ölkəmizdə keçirilən nüfuzlu idman yarışlarında, Azərbaycanda müasir idman
infrastrukturunun yaradılmasında və idmanın ətrafında böyük gənclik ordusunun cəmləşməsində göstərir. Artıq
bu gün Azərbaycanda yaradılmış müasir səviyyəli idman infrastrukturu istənilən yarışı yüksək səviyyədə qəbul
etməyə imkan verir. Bu amil isə ölkəmizin beynəlxalq idman federasiyaları və təşkilatları yanındakı nüfuzuna
da müsbət mənada təsir göstərib. Bu uğurun əldə edilməsinin əsası isə Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulub.
Bədən tərbiyəsi və idmanın sağlam nəslin formalaşdırılmasındakı əhəmiyyətini yaxşı bilən Ulu Öndər bu
sahədə ciddi baza formalaşdıra bilmişdi. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev isə öz
növbəsində həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi idmanın inkişaf etdirilməsi və
həyat tərzinə çevrilməsi üçün genişmiqyaslı işlər həyata keçirib və bu proses hazırda uğurla davam etməkdədir.
Dövlət başçısının idman sahəsində həyata keçirdiyi uğurlu siyasətin nəticəsi ilə demək olar ki, hər gün
qarşılaşırıq. Yəni dövlət idmana, idmançılara elə şərait yaradıb ki, Azərbaycan idmançıları qələbələri bir-birinin
ardınca sıralayaraq ölkəmizin nüfuzunu daha da artırırlar.
Dövlət başçısı İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi
nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini
təmin edib. Yəni Azərbaycan müasir idman və digər infrastruktura, dünya arenalarında böyük uğurlar qazanan
idmançılara sahib dövlət kimi seçim zamanı bir addım öndə olur.
Bu bir faktdır ki, hazırda Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Həqiqətən Azərbaycan
idmanı müstəqillik illərində böyük inkişaf yolu keçib, perspektivli yeniyetmə və gənc idmançıların aşkar
edilməsi üçün ölkəmizdə əlverişli şərait yaradılıb. Müstəqil ölkə kimi Atlanta Olimpiya Oyunlarında bir,
Sidneydə üç, Afinada beş, Pekində yeddi medal qazanan ölkəmizin təmsilçiləri Londonda 10 medal qazanmaqla
rekorda imza atıblar. Artıq ölkəmiz bir sıra beynəlxalq yarışa yüksək səviyyədə ev sahibliyi edib və bundan
sonra da edəcək. Son on il ərzində Azərbaycanda 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbiri yüksək
səviyyədə keçirilib. Hətta Bakıda şahmat üzrə 2015-ci il Dünya Kuboku yarışlarının və 2016-cı il Dünya
Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi ilə bağlı müqavilə də imzalanıb.
Azərbaycanda vurğulanan beynəlxalq idman tədbirlərilə yanaşı, I Avropa Oyunları da keçiriləcək. Məlumat
üçün bildirək ki, 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında
2015-ci ildə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib. Avropa Olimpiya
Komitəsinin üzvü olan 49 milli olimpiya komitəsindən 48-nin iştirakı ilə keçirilmiş gizli səsvermədə 38 ölkə
lehinə, 8 ölkə əleyhinə, 2 ölkə bitərəf olmaqla I Avropa Oyunlarının Bakıda keçirilməsi təsdiqlənib.
Əlbəttə ki, bu tarixi qərarın qəbul edilməsində ilk növbədə ölkəmizin beynəlxalq nüfuzu həlledici rol
oynayıb. Çünki son illər ərzində Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən müasir güclü ölkə
kimi təqdim edə bilib. Baxmayaraq ki, Azərbaycan cəmi 21 ildir müstəqil dövlət kimi yaşayır, lakin bu gün
Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş və dost kimi tanınır. Prezident İlham Əliyevin I Olimpiya
Oyunlarının Təşkilat Komitəsinin ilk iclasında dediyi kimi, bizim beynəlxalq nüfuzumuzun yüksək səviyyədə
olmasını, eyni zamanda, BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz də təsdiqləyir: "Bu da tarixi bir qərar
idi. Müstəqilliyimizin 20-ci ildönümünə təsadüf edən bu tarixi qərar əslində 20 il ərzində görülən işlərin
təzahürü idi. Bu gün Azərbaycan dünya birliyinin bir nömrəli qurumunun üzvüdür və keçən ilin may ayında
BMT Təhlükəsizlik Şurasına sədrlik etmişdir. Əlbəttə ki, beynəlxalq mövqelərimizin möhkəmlənməsi və təsir
imkanlarımızın genişləndirilməsi sayəsində ölkəmizin gələcək maraqları daha dolğun şəkildə təmin ediləcəkdir.
Şübhəsiz ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında verilmiş qərarın əsasında məhz bu amil
dayanmışdır".
Təbii olaraq, I Olimpiya Oyunlarının Bakıda keçirilməsi əhali tərəfindən çox yüksək səviyyədə dəstəklənir.
Aydındır ki, Azərbaycan iki dəfə öz namizədliyini Yay Olimpiya Oyunlarının keçirilməsi üçün verib. Məhz o
zaman rəy sorğuları nəticəsində müəyyən edilib ki, Azərbaycan əhalisi Olimpiya Oyunlarının Bakıda
keçirilməsini dəstəkləyir. Bununla yanaşı, şəhər infrastrukturunun müasirləşməsi və Azərbaycanın mötəbər
beynəlxalq tədbirlərin keçirilməsi üzrə mükəmməl təcrübəyə sahib olması da bu tarixi qərarın verilməsinə səbəb
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
90
olub. Yəni ölkəmiz bu hər dəfə öz təşkilatçılıq qabiliyyətini göstərməklə bir növ yeni standartlar tətbiq edib. Bu,
artıq Azərbaycan standartlarıdır. Çünki istənilən beynəlxalq tədbir Azərbaycanda, Bakıda yüksək səviyyədə
keçirilir və əminlik var ki, Avropa Oyunları da yüksək səviyyədə keçiriləcək.
I Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün
tarixi hadisədir. Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu
mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə
uğurla ev sahibliyi edə biləcək. Bu qərarın qəbul edilməsi respublikamızda çoxsaylı idman yarışlarının, Avropa
və dünya çempionatlarının yüksək səviyyədə keçirilməsinə, idmançılarımızın beynəlxalq yarışlarda əldə
etdikləri nailiyyətlərə, ümumilikdə Azərbaycanda idman sahəsində görülmüş işlərə beynəlxalq və Avropa
Olimpiya Komitəsi tərəfindən verilən yüksək qiymətdir. Qeyd edək ki, Olimpiya Oyunları elə Avropa qitəsində
yaranıb və sonradan da Avropa qitəsində bərpa edilib. Amma bu günə qədər Avropa Oyunları keçirilməyib.
Məhz ilk oyunların da Bakıda keçirilməsi əlbəttə ki, böyük nailiyyətdir və bu, dövlətimizin böyük uğurumuzdur.
Xatırladaq ki, Azərbaycan dövləti hər zaman olduğu kimi bu dəfə də üzərinə götürdüyü məsuliyyətin
ağırlığını dərk edərək, dərhal hazırlıq işlərinə start verdi. Belə ki, 2013-cü il yanvarın 17-də Prezident İlham
Əliyevin Sərəncamı ilə Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün Təşkilat Komitəsi yaradılıb və ötən
il Təşkilat Komitəsinin toplantısı keçirilib. 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının Təşkilat
Komitəsinin sədri Mehriban xanım Əliyeva bildirib ki, I Avropa Oyunlarının 2015-ci ilin iyun-iyul aylarında
keçirilməsi nəzərdə tutulub. Bu oyunlarda Avropa Olimpiya Komitəsinin üzv ölkələrinin iştirakı gözlənilir.
Avropa Olimpiya Komitəsi ilə əldə olunmuş razılığa əsasən, Bakıda keçiriləcək yarışlarda 5 min nəfərədək
idmançının iştirakı nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, artıq I Avropa Oyunlarına hazırlığın ilkin mərhələsində yarışların keçirilmə yerləri
müəyyən edilib. Yarışların Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika
Stadionu, "Baku Crystal Hall", "Sərhədçi İdman Kompleksi", Əl Oyunları Sarayı, 8-ci Kilometr stadionu, Güllə
Atıcılığı Stendi və Bakı Ekspo Mərkəzində keçirilməsi mümkündür. 2015-ci ilədək Olimpiya Stadionunun, Su
İdman Növləri Mərkəzinin inşasının bitməsi planlaşdırılır və bu yeni qurulan idman sarayları da oyunlar zamanı
istifadə olunacaq. Gimnastika Kompleksi isə artıq istifadəyə verilib.
I Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin Bakıda, Böyükşor gölünün yaxınlığında inşa
olunan 65 min yerlik Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulub. Artıq demək olar ki, inşası nəzərdə
tutulmuş olimpiya mərkəzləri və stadionlarda işlər yekunlaşmaq üzrədir. Həmçinin, I Avropa Oyunlarının rəsmi
açılış və bağlanış mərasimlərinin təşkili ilə bağlı dünyanın bu sahədə böyük təcrübəyə malik aparıcı şirkətləri ilə
danışıqlar aparılıb, Avropa Oyunları tarixinə ilk atributlar kimi daxil olacaq I Avropa Oyunlarının loqotip və
şüarının müəyyən edilməsi, simvolun seçilməsi və himnin bəstələnməsi istiqamətində işlər görülüb. Artıq I
Avropa Oyunlarının loqotipi də müəyyənləşdirilib.
Qaydalara uyğun olaraq Avropa Oyunlarında qalib idmançılara təqdim olunan medallar ev sahibi olan
ölkənin Milli Olimpiya Komitəsi tərəfindən hazırlanır və Avropa Olimpiya Komitəsi ilə razılaşdırılır. Oyunlarda
iştirak edəcək idmançıların yerləşdirilməsi məqsədi ilə Atletlər Kəndi yaradılır. Kütləvi İnformasiya
Vasitələrinin nümayəndələri Media Kəndində yerləşdiriləcəklər. Bu ərazidə yaradılacaq mərkəzdə və "Baku
Crystal Hall"dakı Media Mərkəzində onlara tələb olunan şərait yaradılacaq. Əlbəttə ki, oyunların keçiriləcəyi
müddətdə - 2015-ci ilin iyun və iyul aylarında Bakıya çoxsaylı qonaqlar gələcək. Artıq idmançıların, rəsmi
nümayəndə heyətlərinin, turistlərin və qonaqların yerləşdirilməsi üçün Bakı və Abşeronda mövcud olan otellərin
sayı və tutumu dəqiqləşdirilib. Seçim imkanını artırmaq üçün şəhərə yaxın istirahət düşərgələri və yeni inşa
olunan otel komplekslərindən də istifadə olunacaq.
I Avropa Oyunları ilə əlaqədar olaraq, bir sıra idman obyektləri beynəlxalq standartlara uyğunlaşdırılır.
Həmin idman obyektləri həm müasir, həm də beynəlxalq federasiyaların texniki tələblərinə uyğun vəziyyətə
gətirilir. Bu tələblər, eyni zamanda, məşq prosesinin təşkil edilməsinə də aiddir. Təcrübə göstərir ki, iştirak edən
idmançılar məşq zallarının yarış keçirilən arenaların texniki şərtlərinə və şəraitlərinə uyğun olmasını istəyirlər.
Bunu da qeyd etmək vacibdir ki, media nümayəndələri idmançıların məşq proseslərini daha çox izləyir və məşq
zallarında olan şərait ümumi rəyə ciddi təsir edir.
Vacib sahələrdən biri yarışlar zamanı idmançıların və məşqçilərin, eyni zamanda qonaqların qidalanması,
tibbi xidmət və nəqliyyat məsələləridir. Atletlər kəndində xüsusi poliklinika və yeməkxana yaradılır. Eyni
zamanda, yarış yerlərində xüsusi qonaqlar üçün VİP salonlar, yarışda iştirak edən idmançıların qidalanması və
tamaşaçılar üçün iaşə obyektləri şəbəkəsi formalaşdırılır. Həmçinin, atletlər kəndində idmançılar, məşqçilər və
yardımçı heyət üçün nəzərdə tutulan yaşayış, inzibati, rəsmi və təsərrüfat təyinatlı otaqlar və sahələr müvafiq
mebel, avadanlıq və ləvazimatla təchiz edilir. Eyni zamanda, atlet kəndində yerləşəcək bütün kateqoriya
qonaqlar üçün müvafiq infrastruktur o cümlədən trenajor zalları, hovuz, xidmət sahələri, bank, foto, kimyəvi
təmizləmə, bərbərxana, poçt məntəqəsi, internet-klub, kafe, asudə vaxtın keçirilməsi üçün yer və s. yaradılır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
91
Yarış günlərində şəhərin nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə yanaşı, idmançıların, rəsmi nümayəndə
heyətlərinin, jurnalistlərin və digər qonaqların şəhərdə, atletlər kəndi-idman obyektləri marşrutu ilə maneəsiz və
fasiləsiz hərəkətini təmin etmək üçün kiçik və irihəcmli nəqliyyat vasitələrinin alınmasına ehtiyac var. Bunun
üçün isə Nəqliyyat Nazirliyi tərəfindən kompleks tədbirlər planı hazırlanıb. Bu mənada, 49 ölkənin iştirak
edəcəyi bu tədbirdə rəsmi heyətlərin ölkəyə gəlişi və gedişi üçün əsas nəqliyyat bağlantıları olaraq Heydər
Əliyev Beynəlxalq Hava Limanı, Bakı Dəmir Yolu Vağzalı, avtomobil nəqliyyatı strukturları nəzərdə tutulur.
Qonaqların əksəriyyətinin gəliş və gedişi Heydər Əliyev Beynəlxalq Hava Limanı vasitəsilə nəzərdə tutulur ki,
bu da proqnozlara görə iştirakçıların 90 faizə qədərini əhatə edəcək. Nəqliyyat xidmətlərinin göstərilməsində
rəsmi heyətlər xüsusi yer tutur. Onlara ayrıca nəqliyyat vasitələrinin ayrılması təmin ediləcək. Olimpiada vaxtı
bu şəxsləri, həmçinin idmançıları və onları müşayiət edənləri olimpiya şəhərciyindən olimpiya stadionuna və
idman oyunlarının keçiriləcəyi digər obyektlərə, həmçinin turistlərin daşınması həyata keçiriləcək.
Qeyd olunan nəqliyyat xidmətlərinin təşkili üçün artıq nəqliyyat vasitələri, avtobuslar, minik və taksi
avtomobilləri, metro vaqonları, mövcud nəqliyyat vasitələri, onların texniki vəziyyəti və təminat imkanları,
nəqliyyat xidmətlərinin tam təminatı üçün nəqliyyat parkının yeniləşdirilməsi, Bakı şəhərində nəqliyyat
infrastrukturu, gözlənilən sərnişin dövriyyəsinin təmin olunması üçün mövcud vağzalların və hava limanının
imkanlarının araşdırılması və tədbirlərin görülməsi, Olimpiya stadionuna və digər idman obyektlərinə gedən
əsas yolların genişləndirilməsi və bərpası, burada yeni bağlantıların və qovşaqların inşası, şəhərətrafı istirahət
zonalarına gedən yolların genişləndirilməsi və yeni yolların tikintisi, bütün yolların xətlənməsi və yol
nişanlarının qoyulması həyata keçirilir və əsas magistral yolların tikintisi yekunlaşmaq üzrədir.
Bununla yanaşı, əsas tədbir və oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionuna gedən yolların, bağlantıların
tikintisi üzrə Ziya Bünyadov prospekti yenidən qurulur və prospekt üzərində yol qovşaqlarının tikintisi davam
etdirilir və işlər bu ilin əvvəllərində yekunlaşacaq. Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel olan
Həsən Əliyev küçəsinin sonundan Keşlə stansiyasına və Ziya Bünyadov prospekti üzərindən Olimpiya
Stadionuna birbaşa yolun tikintisinə başlanılıb. Bu isə 2015-ci ilin birinci rübündə yekunlaşacaq. Həmçinin,
Buzovna-Mərdəkan-Qala, Qala-Zığ şosesi bağlantısı 2014-cü ilin birinci yarısında yekunlaşacaq. Şəfa
stadionunun qarşısındakı tunel və yeraltı piyada keçidi, Maştağa-Buzovna yolu, Qələbə meydanı qovşağı
istismara hazırdır. Qonaqların gəliş-gedişinin təmin edilməsi və yüksək səviyyədə xidmətin göstərilməsi üçün
Bakı dəmir yolu vağzalında yenidənqurma işləri davam etdirilir. Bakıda ictimai nəqliyyatın fəaliyyətinin
təkmilləşdirilməsi tədbirləri davam edir, avtobuslarda elektron-ödəmə sisteminə keçid təmin edilir.
Vətəndaşlarımıza və qonaqlara yüksək səviyyədə xidmət göstərilməsi üçün mövcud avtobus və taksi parkı da
əsaslı şəkildə bərpa edilir və yeniləşdirilir.
2015-ci ildə keçiriləcək birinci Avropa Oyunları ərəfəsində və dövründə daxili sabitliyin, ölkəmizə gələcək
nümayəndə heyətlərinin və bütün qonaqların təhlükəsizliyinin təmin olunması da çox önəmli məsələlərdəndir.
Məhz qarşıda duran vəzifələrin uğurlu icrası üçün müasir informasiya-kommunikasiya texnologiyalarından
geniş istifadə olunacaq. Bu baxımdan, hüquq qaydasına nəzarətin fasiləsiz həyata keçirilməsində əhəmiyyətli
rolu olan "Təhlükəsiz Şəhər" sisteminin videomüşahidə vasitələrinin əhatə dairəsinin genişləndirilməsi
istiqamətində işlər Sizin böyük qayğınız sayəsində ardıcıllıqla həyata keçirilməkdədir. Sistemin fəaliyyətə
başladığı 2008-ci ildən bu günədək respublika üzrə 1330 yerdə 5790, o cümlədən paytaxtda 1064 yerdə 2902,
Gəncədə 131 yerdə 370, Sumqayıtda 85 yerdə 228, Abşeron rayonunda 19 yerdə 55, habelə Bakı
metropolitenində 73 yerdə 1974 kamera quraşdırılıb.
Ötən il isə paytaxtda daha 150 yer üzrə 210 videomüşahidə vasitəsi istismara verilib. O cümlədən, 150 yerdə
"Üztanıma" funksiyasına malik kameraların alınmasına zəruri maliyyə vəsaiti də ayrılıb. Bundan əlavə,
"Eurovision-2012" Mahnı Müsabiqəsi ərəfəsində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan
ayrılmış vəsait hesabına yol-patrul avtomobilləri, əl metal detektorları və digər xüsusi vasitələr alınıb, bütün
yol-patrul avtomobilləri bort kompyuterlərlə təchiz olunub.
Birinci Avropa Oyunları ilə əlaqədar təminat tədbirləri çərçivəsində əlavə olaraq post-patrul xidməti
avtomobillərində də bort kompyuterlər quraşdırılır, piyada naryadlar üçün planşet kompyuterlər,
radiostansiyalar və metal axtaran detektorlar alınır. Asayişin təmini tədbirlərində iştirak edəcək bayır xidməti
əməkdaşlarının professional və fiziki hazırlığı artırılır, habelə ingilis dili kurslarına cəlb olunması sahəsində
tədbirlər də davam etdirilir. Bununla bərabər, strateji əhəmiyyətli mühüm obyektlərdə mühafizə-rejim tədbirləri,
ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin qorunması gücləndiriləcək, insanların sıx toplaşdığı, o
cümlədən istirahət və gəzinti yerlərində hüquq qaydasının təmin olunmasına cəlb ediləcək qüvvələrin sıxlığı
dislokasiya üzrə artırılacaq.
Yarışlar keçirilən ərazidə və qonaqların yerləşəcəyi mehmanxanaların ətrafında nəzarət-buraxılış işinin
təşkili, habelə nəqliyyatın normal hərəkətinin təmin edilməsi, xarici ölkələrin nümayəndə heyətlərinin müşayiəti
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
92
üçün lazımi sayda yol-patrul naryadlarının ayrılması, bütövlükdə isə bu mühüm beynəlxalq tədbirə polisin və
Daxili Qoşunların 20 mindən çox əməkdaşının və hərbi qulluqçusunun cəlb edilməsi nəzərdə tutulub.
Bir sözlə, I Avropa Oyunlarına hazırlıq işləri yüksək səviyyədə və sürətlə davam edir. Prezident İlham
Əliyev aprelin 13-də keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib ki, biz birinci Avropa Oyunlarına
hazırlığın həlledici mərhələsinə qədəm qoyuruq: "Bu oyunlar həm idman növlərinin və həm də idmançıların
sayına görə Olimpiya İdman Oyunlarına çox yaxındır. Bu Oyunları elə keçirəcəyik ki, bu, gələcək Olimpiya
Oyunları üçün də nümunə olsun. Azərbaycan özünü dünyaya yenidən müasir, dinamik inkişaf edən, güclü
dövlət kimi təqdim edəcəkdir".
Əlbəttə ki, dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının
Bakının üzərinə qoyulması dövlətimiz üçün böyük önəm daşıyır. Oyunlar zamanı paytaxtımıza 10 minədək
idmançının, məşqçinin, rəsmi şəxsin, jurnalistin gələcəyi gözlənilir. Yarış günlərində Avropanın, eləcə də
dünyanın aparıcı telekanalları Bakıdan xəbərlər yayacaq, paytaxtımız növbəti dəfə dünya idmanının mərkəzinə
çevriləcək. Bundan başqa, oyunlar Azərbaycanda turizmin, nəqliyyat infrastrukturunun və digər sahələrin
inkişafına da böyük təkan verəcək. Avropa Oyunlarının keçirilməsində əldə edəcəyimiz təcrübə gələcəkdə digər
mühüm yarışlara ev sahibliyi etməyimizə şərait yaradacaq və təcrübəmizi artıracaq. Ən əsası isə Yay Olimpiya
Oyunlarına təşkilatçılıq etmək şanslarımız artacaq. Prezident İlham Əliyevin sözlərilə desək, biz bu oyunları ən
yüksək səviyyədə keçirəcəyik. Çünki Azərbaycanda qoyulan standartlar bundan sonra Avropa Oyunları üçün bir
standart kimi qəbul ediləcək.
"Səs" Analitik Qrupu
“Səs”.-2014.-21 iyun.-№ 111.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
93
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi ilə “Nar Mobile” şirkəti arasında rəsmi
tərəfdaşlıq razılaşması imzalanmışdır
İyulun 2-də “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK ) ilə “Nar Mobile” şirkəti arasında
rəsmi tərəfdaşlıq razılaşması imzalanmışdır.
AzərTAc xəbər verir ki, “Four Seasons” mehmanxanasında təşkil olunan tədbirdə Əməliyyat Komitəsinin
baş icraçı direktoru, Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Avropa Oyunlarına
hazırlığın yüksək səviyyədə getdiyini və gecikmənin olmadığını diqqətə çatdırmışdır.
Bildirmişdir ki, ötən ay Bakıda müxtəlif ölkələrin Olimpiya komitələrinin iclası keçirilmişdir. Bu iclasda
“Bakı-2015”ə hazırlıqla bağlı məlumat verilmişdir. Qonaqlar burada yaradılan şəraiti yüksək qiymətləndirmiş
və hazırlıq işlərindən məmnunluqlarını ifadə etmişlər.
Nazir qeyd etmişdir ki, Avropa Oyunlarına hazırlıqla bağlı Bakıda atletika üzrə təsnifat turniri və bədii
gimnastika üzrə Avropa çempionatı keçirilmişdir. Hər iki turnirin iştirakçıları Atletlər Kəndində
yerləşdirilmişdir. Turnirlərin beynəlxalq səviyyədə təşkil olunması bizi çox sevindirir.
Avropa Oyunlarının məşəlinin yarışların başlanmasından iki ay əvvəl alovlandırılacağını diqqətə çatdıran
nazir, hazırda Beynəlxalq və Avropa Olimpiya komitələrinin qərarını gözlədiklərini vurğulamışdır. Azad
Rəhimov demişdir: “Olimpiya məşəlinin yandırıldığı yer Yunanıstandır. Lakin ola bilsin ki, məşəl başqa yerdə
alovlandırılsın. Bunun üçün xüsusi icazə lazımdır. Bunun üzərində iş aparılır və hələ vaxtımız vardır.
Azərbaycanda “Yanar dağ” və Atəşgah mövcuddur. Məşəl orada alovlandırılıb, respublika ərazisində nümayiş
oluna bilər”.
“Nar Mobile” şirkətinin baş icraçı direktoru Kent Maknili əməkdaşlığın əhəmiyyətini yüksək
qiymətləndirmişdir. Telekommunikasiya sahəsində qazanılan uğurlardan danışan “Nar Mobile” şirkətinin
rəsmisi “London-2012” Olimpiya Oyunlarında Azərbaycan idmançılarına göstərdikləri dəstək barədə məlumat
vermişdir. Azərbaycanda idmana dövlət qayğısını yüksək qiymətləndirən Kent Maknili əməkdaşlığın hər iki
tərəf üçün uğurlu olacağını diqqətə çatdırmışdır.
“Bakı-2015” Avropa Oyunlarının baş əməliyyat direktoru Saymon Kleqq Avropa Oyunlarında 10 mindən
artıq könüllünün, 6 mindən çox idmançının və 3 min rəsmi nümayəndənin iştirak edəcəyini demişdir.
Vurğulamışdır ki, bu insanları bir-biri ilə əlaqələndirmək üçün telekommunikasiyanın rolu əvəzsizdir. Bu
baxımdan indi imzalanacaq müqavilə çox vacibdir.
Saymon Kleqq demişdir: “Ölkənizdə əhali arasında keçirilmiş sorğunun nəticələrinə görə, respondentlərin 62
faizi “Bakı-2015”in Azərbaycanın təbliğində mühüm rol oynayacağı qənaətindədir. Çox sevindirici haldır ki,
azərbaycanlılar birinci Avropa Oyunlarının təşkil olunmasında çox maraqlıdırlar”.
Mərasimdə “Bakı-2015”ə hazırlıqla bağlı videoçarx nümayiş olunmuşdur.
Tərəfdaşlıq razılaşmasını Azad Rəhimov və Kent Maknili imzalamışlar.
Sonra jurnalistlərin sualları cavablandırılmışdır.
Dostları ilə paylaş: |