Iv fəSİl I avropa Oyunları 2015



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə6/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   2   3   4   5   6   7   8   9   ...   41

 
X X X 
 
Sonda xatirə şəkli çəkdirildi.  
 
Xalq qəzeti”.-2013.- 3 fevral.-№ 25.-S. 1-3. 
 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
32 
 
2015-ə aparan yol 
 
Avropa Yay Olimpiya Oyunlarınadək bir sıra nəhəng nəqliyyat layihələri reallaşdırılacaq 
 
Birinci Avropa Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsinə ciddi hazırlıq gedir. Bir neçə gün əvvəl 
prezident  İlham  Əliyevin  iştirakı ilə  tədbirə  hazırlıq üzrə Təşkilat  Komitəsinin toplantısı  keçirildi. Toplantıda 
hazırlıqla bağlı bir sıra tapşırıqlar verildi, tədbirlər planlaşdırıldı. Prezidentin toxunduğu ən ciddi məsələlərdən 
biri  nəqliyyat  probleminin  həlli  oldu.  “Nəqliyyatla  bağlı  məsələlər  çox  vacibdir”  -  deyən  ölkə  başçısı  2000-ci 
ildən  bu  yana,  demək  olar  ki,  bütün  Yay  Olimpiya  Oyunlarında  iştirak  etdiyini  bildirib:  “Özüm  bilirəm  ki, 
qonaqlar üçün ən böyük problem yaradan məsələ məhz nəqliyyat məsələləridir. 2000-ci ildə mən Milli Olimpiya 
Komitəsinin prezidenti kimi, 2004-cü ildə artıq ölkə prezidenti kimi açılış mərasimlərində iştirak etmişəm. Deyə 
bilərəm ki, nəqliyyat məsələlərinin həlli işində adi vətəndaşla dövlət başçısı arasında heç bir böyük fərq yoxdur. 
Necə  ki,  Milli  Olimpiya  Komitəsinin  prezidenti  kimi,  ölkə  başçısı  kimi  müxtəlif  şəhərlərdə tıxaclarda  qalmaq 
məcburiyyətində olmuşam. Bu,  onu göstərir ki, oyunların keçirildiyi müddətdə nəqliyyat problemləri, hətta ən 
inkişaf etmiş ölkələrdə, ən inkişaf etmiş şəhərlərdə lazımi səviyyədə öz həllini tapmır. Adi vətəndaşları, dövlət 
başçılarını ən çox narahat edən məhz nəqliyyat məsələlərinin düzgün səviyyədə həll olunmamasıdır”. İ.Əliyev 
qeyd edib ki, gələn qonaqlar otel, qalma yeri, gəzmək kimi məsələləri əvvəlcədən həll edə bilsələr də, nəqliyyat 
məsələlərində  bu,  alınmır:  “Ona  görə  baxmayaraq  ki,  son  illər  ərzində  Bakı  şəhərində  nəqliyyat 
infrastrukturunun  təkmilləşdirilməsi  üçün  çox  böyük  işlər  görülüb,  yenə  də  əlavə  tədbirlər  görülməlidir. 
İdmançıların  və  qonaqların  rahatlığı  üçün  xüsusi  bir  proqram  tərtib  edilməlidir”.  Ölkə  başçısı  bu  məsələyə 
kompleks  yanaşmanın vacibliyinə diqqət çəkib: “Əlbəttə, nəqliyyat parkı yeniləşdirilməlidir. Yeni avtobuslar, 
taksi  maşınları  gətirilməlidir.  Bu  məsələyə  biz  ayrıca  baxacağıq.  Oyunların  keçirilməsinə  qədər  yeni  yol 
qovşaqları  istifadəyə  veriləcək.  Deyə  bilərəm  ki,  bu  layihələr  bəribaşdan  planlaşdırılıb.  Biz  bu  layihələri 
xüsusilə  oyunların  keçirilməsi  üçün  nəzərdə  tutmuruq.  Ancaq  əlbəttə  ki,  tədbirlərin  keçiriləcəyi  yerlərə  rahat 
gəlib-getmək üçün xüsusi tədbirlər görülməlidir”.  
 
Hansı problemlər aradan qaldırılacaq? 
 
Nəqliyyat Nazirliyindən verilən məlumata görə, konkret təkliflər müzakirə edilir və kompleks tədbirlər 
planı hazırlanır. İlkin məlumata görə, 49 ölkənin iştirak edəcəyi bu tədbirdə rəsmi heyətlərin ölkəyə gəlişi və 
gedişi  üçün  əsas  nəqliyyat  bağlantıları  olaraq  Heydər  Əliyev  Beynəlxalq  Hava  Limanı,  Bakı  Dəmir  Yolu 
Vağzalı,  avtomobil  nəqliyyatı  strukturları  nəzərdə  tutulur.  Qonaqların  əksəriyyətinin  gəliş  və  gedişi  Heydər 
Əliyev  Beynəlxalq  Hava  Limanı  vasitəsilə  nəzərdə  tutulur  ki,  bu  da  proqnozlara  görə  iştirakçıların  90  faizə 
qədərini əhatə edəcək. Nəqliyyat xidmətlərinin göstərilməsində rəsmi heyətlər xüsusi yer tutur. Nəqliyyat naziri 
Ziya Məmmədov bildirib ki, rəsmi heyətlərə ayrıca nəqliyyat vasitələrinin ayrılması təmin ediləcək: “Olimpiada 
vaxtı bu şəxsləri, həmçinin idmançıları və onları müşayiət edənləri olimpiya şəhərciyindən olimpiya stadionuna 
və  idman  oyunlarının  keçiriləcəyi  digər  obyektlərə  daşınması  həyata  keçiriləcək.  Hazırlıq  dövründə  bir  sıra 
məlumatların  dəqiqləşdirilməsi  bu  xidmətlərin  daha  dolğun  təşkilini  təmin  edəcək.  Belə  ki,  gözlənilən  rəsmi 
heyətlərin  və  qonaqların,  idmançıların,  həmçinin  turistlərin  təxmini  sayı,  oyunların  keçiriləcəyi  əsas  idman 
arenalarının dislokasiyası, rəsmi heyətlərin, qonaqların və turistlərin yerləşəcəyi otellər və digər yaşayış yerləri 
müəyyənləşdiriləcək.  Qeyd  olunan  nəqliyyat  xidmətlərinin  təşkili  məqsədilə  tərəfimizdən  Bakı  şəhərində 
nəqliyyat problemlərinin aradan qaldırılması üçün 2013-2014-cü illərə dair tədbirlər planının layihəsi hazırlanır 
və fevral ayının sonunadək təşkilat komitəsinə təqdim ediləcək”. 
 
Namiq Həsənov: “Tədbirlər planı üç hissədən ibarət olacaq” 
 
Nazirliyin  mətbuat  xidmətinin  rəhbəri  Namiq  Həsənovun  sözlərinə  görə,  tədbirlər  planının  üç  əsas 
hissədən  ibarət olması nəzərdə  tutulur.  Birincisi, nəqliyyat  vasitələri,  avtobuslar,  minik  və  taksi  avtomobilləri, 
metro  vaqonları,  mövcud  nəqliyyat  vasitələri,  onların  texniki  vəziyyəti  və  təminat  imkanları,  nəqliyyat 
xidmətlərinin  tam  təminatı  üçün  nəqliyyat  parkının  yeniləşdirilməsi:  “İkincisi,  Bakı  şəhərində  nəqliyyat 
infrastrukturunun  dəqiqləşdirilməsidir.  Bura  aiddir  gözlənilən  sərnişin  dövriyyəsinin  təmin  olunması  üçün 
mövcud vağzalların və hava limanının imkanlarının araşdırılması və tədbirlərin görülməsi, Olimpiya stadionuna 
və  digər  idman  obyektlərinə  gedən  əsas  yolların  genişləndirilməsi  və  bərpası,  burada  yeni  bağlantıların  və 
qovşaqların  inşası,  şəhərətrafı  istirahət  zonalarına  gedən  yolların  genişləndirilməsi  və  yeni  yolların  tikintisi, 
bütün yolların xətlənməsi və yol nişanlarının qoyulması, əsas magistral yolların tikintisinin yekunlaşdırılması. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
33 
 
Üçüncüsü  isə  nəqliyyat  xidmətlərinin  idarə  olunması  və  təşkili  istiqamətidir.  Bu  istiqamətdə,  Nəqliyyatı 
İntellektual İdarəetmə Mərkəzinin bazasında olimpiya oyunlarına cəlb olunmuş bütün nəqliyyat vasitələrinin və 
onlara xidmət göstərən şəxslərin fəaliyyətinin idarə olunmasını və əlaqələndirilməsini təmin edəcək qərargahın 
yaradılması,  nəqliyyat  xidməti  göstərən sürücü  və  digər  kateqoriyadan  olan işçilərin hazırlanması,  onlar  üçün 
xüsusi  təlimatların  tərtib  olunması,  dil  hazırlıq  kurslarının  təşkili  və  bu  kontingent  üzrə  məlumat  bazasının 
yaradılması, nəqliyyat daşımalarında təhlükəsizliyin təmin olunması, ictimai nəqliyyatın hərəkətinin təşkili üçün 
xüsusi  zolaqların,  hərəkət  marşrutlarının  və  parklanma  yerlərinin  təşkili,  görülən  işlər  barədə  kütləvi 
informasiya vasitələrinə məlumat verilməsi və internet səhifələrində yerləşdirilməsi nəzərdə tutulur”.  
Nazirlik  sözçüsü  bildirdi  ki,  əsas  tədbir  və  oyunların  keçiriləcəyi  Bakı  Olimpiya  Stadionuna  gedən 
yolların,  bağlantıların  tikintisi  əsas  məsələlərdən  biridir.  Hazırda  Ziya  Bünyadov  prospektinin  yenidən 
qurulması və prospekt üzərində yol qovşaqlarının tikintisi davam etdirilir və bu işlər 2014-cü ilin əvvəllərində 
yekunlaşacaq. Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel olan Həsən Əliyev küçəsinin sonundan 
Keşlə stansiyasına və Ziya Bünyadov prospekti üzərindən Olimpiya Stadionuna birbaşa yolun tikintisinə yaxın 
günlərdə başlanılacaq və 2015-ci ilin birinci rübündə yekunlaşacaq: “Həmçinin, Buzovna-Mərdəkan-Qala, Qala-
Zığ  şosesi  bağlantısı  2014-cü  ilin  birinci  yarısında  yekunlaşacaq.  “Şəfa”  stadionunun  qarşısındakı  tunel  və 
yeraltı piyada keçidi, Maştağa-Buzovna yolu, Qələbə meydanı qovşağı bu il istismara veriləcək. Sadalanan bu 
yollar olimpiya oyunları zamanı nəqliyyatın əsas marşrutlarını əhatə edir. Bundan başqa, şəhərin digər mövcud 
yollarında da təmir-bərpa və genişləndirmə işləri aparılacaq”. Nazirlikdən bildirilir ki, qonaqların gəliş-gedişinin 
təmin  edilməsi  və  yüksək  səviyyədə  xidmətin  göstərilməsi  üçün  Bakı  dəmir  yolu  vağzalında  yenidənqurma 
işləri  davam  etdiriləcək  və  vaxtında  yekunlaşdırılacaq.  Bütün  bunlardan  başqa,  paytaxtda  ictimai  nəqliyyatın 
fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri davam etdiriləcək, avtobuslarda elektron-ödəmə sisteminə keçid təmin 
ediləcək. Mövcud avtobus parkı əsaslı şəkildə bərpa ediləcək və yeniləşdiriləcək. N.Həsənovun sözlərinə görə, 
Bakı şəhərində əlavə olaraq 1200 ədəd yeni avtobusa və 2000 ədəd taksiyə ehtiyac var: “Bu və digər məsələlərin 
həlli üçün bütün lazımı tədbirlər görüləcək”. 
 
Həbibə ABDULLA  
 
“Kaspi”.-2013.-6 fevral.-№22.-S.5. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
34 
 
Birinci Avropa Yay Olimpiya Oyunları ilə əlaqədar  
İşçi Qrupun iclası keçirilmişdir 
   
2015-ci  ildə  I  Avropa  Yay  Olimpiya  Oyunlarının  Bakı  şəhərində  keçirilməsi  ilə  bağlı  yol-nəqliyyat 
kompleksi üzrə işlərin əlaqələndirilməsi məqsədilə yaradılmış İşçi Qrupun iclası keçirilmişdir. 
Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,  İşçi Qrupun rəhbəri nazir müavini 
Musa  Pənahovun  sədrliyi  ilə  keçirilən  iclasda  Oyunların  keçirilməsinə  hazırlıq  dövründə  və  keçirilmə 
müddətində  nazirlik  üzrə  müəyyən  edilmiş  "Tədbirlər  Planı"ndan  irəli  gələn  vəzifə  və  funksiyaların  həyata 
keçirilməsi  istiqamətində  struktur  bölmələri  və  tabeli  qurumlar  tərəfindən  zəruri  tədbirlərin  görülməli  olduğu 
diqqətə çatdırılmışdır. 
İşçi  Qrupun  iclasında  "Tədbirlər  Planı"nın  ilkin  variantı  müzakirə  edilmiş,  2013-2015-ci  illərdə  görüləcək 
işlərin  istiqamətləri  müəyyənləşdirilmişdir.  Avtomobil  yolları,  avtomobil  nəqliyyatı,  dəmiryolu,  Nəqliyyatı 
İntellektual  İdarəetmə  Mərkəzi  ilə  bağlı  konkret  təkliflər  verilməsi   və  martın  sonunadək  həmin  təkliflərin 
yenidən müzakirəyə çıxarılması qərara alınmışdır. 
Avropa  Olimpiya  Oyunları  ilə  əlaqədar  nəqliyyatın  ahəngdar  fəaliyyətinin,  daşımaların  təhlükəsizliyinin 
təmin edilməsi və digər təşkilati məsələlərin əlaqələndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi 
məqsədilə  Nəqliyyat  Nazirliyində  İşçi  Qrup  yaradılmışdır.  İşçi  Qrupa  Nəqliyyat  Nazirliyi  Aparatının  struktur 
bölmələrinin, həmçinin nazirliyin tabeli qurumları olan "Azərbaycan Dəmir Yolları" QSC-nin, "Azəryolservis" 
ASC-nin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbərləri daxildir.  
 
“Azərbaycan”.-2013.-14 mart.-N 57.-N S.6. 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
35 
 
Azərbaycan Prezidenti İlham Əliyev 2015-ci ildə Bakıda keçiriləcək  
Avropa Oyunları Koordinasiya Komitəsinin üzvlərini qəbul etmişdir  
(29 aprel 2013-cü il) 
 
Bakı, 29 aprel (AzərTAc). Aprelin 29-da Azərbaycan Respublikasının Prezident İlham Əliyev 2015-ci 
ildə Bakıda keçiriləcək Avropa Oyunları Koordinasiya Komitəsinin üzvlərini qəbul etmişdir. 
 
Komitənin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:  
-Xoş gəlmisiniz!  
Cənab Prezident! Əziz dostlar və qonaqlar! Sizi Azərbaycanda görməkdən çox şadam. Xoş gəlmisiniz! 
Ümid edirəm ki, ölkəmizdə olmağınızdan məmnun qalacaqsınız. Bu, Koordinasiya Komitəsinin ilk görüşüdür. 
Sözsüz ki, siz artıq başlanılmış hazırlıq işlərinin şahidi olacaqsınız. Bu, böyük məsuliyyətdir. Çünki bu, birinci 
Avropa Oyunlarıdır, bu, böyük sınaqdır. Ümidvaram ki, birgə səylər nəticəsində Olimpiya Hərəkatı tarixində ən 
yaxşı  oyunlardan  birini  təşkil  etmək  hədəfinə  nail  ola  biləcəyik.  Bu,  bizim  məqsədimizdir.  Biz  indi  çox  fəal 
şəkildə çalışırıq, sözsüz ki, bu gün və sabah təqdimatlar keçiriləcəkdir. Əlbəttə ki, sizin tövsiyələriniz yüksək 
qiymətləndiriləcəkdir.  Çünki  bildiyiniz  kimi,  Olimpiya  Oyunları  kimi  böyük  tədbirin  təşkilində  bizim 
təcrübəmiz  yoxdur.  Baxmayaraq  ki,  keçmişdə  biz  dünya  və  Avropa  çempionatlarına  ev  sahibliyi  etmişik, 
Avropa Oyunları fərqli səviyyəli və sözsüz ki, xüsusi diqqət tələb edən oyunlardır. Bir daha xoş gəlmisiniz və 
Bakıda xoş günlər keçirməyinizi arzu edirəm. 
 
X X X 
 
Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik HİKKİ çıxış edərək dedi: 
-Cənab  Prezident,  çox  təşəkkür  edirəm.  Həmkarlarım  adından  qeyd  etmək  istəyirəm  ki,  burada 
olmaqdan son dərəcə məmnunuq. Mən 2001-ci ildə Sizin Milli Olimpiya Komitəsinə çox fəal rəhbərlik etdiyiniz 
bir dövrdə ilk dəfə Azərbaycana səfərimi yaxşı xatırlayıram. Biz fəxr edirik ki, Siz indi də Azərbaycan Milli 
Olimpiya Komitəsinə rəhbərlik edirsiniz. Həmin vaxt Jak Roqq Avropa Olimpiya Komitəsinin prezidenti, mən 
isə  vitse-prezidenti  idim.  Siz  həmin  vaxt  İcraiyyə  Komitəsinin  toplantısına  ev  sahibliyi  etdiniz.  Biz  o  zaman 
Bakıda çox xoş günlər keçirdik. Bu gün biz yenidən Bakıdayıq.  
Cənab  Prezident,  tam  əminliklə  deyirəm  ki,  biz  burada  tarix  yazırıq.  Bu,  çox  nadir  bir  hadisədir. 
Əminəm ki, Sizin və bütün azərbaycanlı həmkarlarımın səyləri nəticəsində ilk Avropa Oyunları ölkənizdə sözün 
əsl  mənasında  uğur  qazanacaqdır.  Biz  isə  öz  növbəmizdə  mümkün  olan  bütün  vasitələrlə  bu  işə  köməyimizi 
göstərməyə hazırıq. Avropada bu oyunlara böyük maraq vardır. Düşünürəm ki, hər iki tərəfin birgə əməkdaşlığı 
nəticəsində  böyük  uğurlar  qazanacağıq.  Fürsətdən  istifadə  edərək  Koordinasiya  Komitəsinin  Yunanıstandan 
olan  sədri  Spiros  Kapralosu  təqdim  etmək  istərdim.  O,  burada  iştirak  edənlərdən  yeganə  şəxsdir  ki,  Olimpiya 
Oyunlarında qalib gəlib. 
 
X X X 
 
Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros KAPRALOS Prezident İlham Əliyevə ilk Avropa 
Oyunlarına ev sahibliyi etməyə qərar verdiyinə görə təşəkkür etdi. “Bu, Sizin ölkəniz üçün çox əlamətdar hadisə 
olacaqdır”,  -  deyən  Spiros  Kapralos  birinci  Avropa  Oyunlarına  ev  sahibliyi  etməyin  əhəmiyyətinə  toxunaraq 
bildirdi: 
-Bu,  çox  məsuliyyətli  tədbirdir.  Çoxnövlü  idman  oyunlarına  ev  sahibliyi  etmək  çox  çətindir.  Hazırlıq 
işləri üçün vaxtımız olduqca məhduddur. Oyunları yüksək səviyyədə təşkil etmək bizim ümumi məqsədimizdir. 
Çünki  prezident  Hikkinin  də  söylədiyi  kimi,  bu,  tarixdə  qalacaqdır.  Biz,  bu  masa  ətrafında  əyləşən  bütün 
ekspertlər Azərbaycan tərəfinə bu möhtəşəm oyunları təşkil etmək işində öz köməklərini əsirgəməyəcəklər. 
 
X X X 
 
Avropa  Olimpiya  ailəsinə  bu  beynəlxalq  idman  tədbirinin  Bakıda  keçirilməsi  barədə  verdikləri  qərara 
görə  minnətdarlığını  bildirən,  bunun  çox  əhəmiyyətli  və  rəmzi  qərar  olduğunu  vurğulayan  Prezident  İlham 
ƏLİYEV dedi: 
-Biz  bunu  Azərbaycan  tərəfinə  göstərilən  yüksək  etimad  kimi  qiymətləndiririk.  Düşünürük  ki, 
Azərbaycan  bu  cür  yüksək  səviyyəli  beynəlxalq  tədbiri  təşkil  etmək  iqtidarındadır.  Siz  düzgün  olaraq  qeyd 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
36 
 
etdiniz ki, bizim vaxtımız çox məhduddur. Yay Olimpiya Oyunlarına hazırlıq işləri 6-7 il çəkirsə, bizim cəmi iki 
ilimiz  vardır.  Lakin  biz  bu  oyunları  Yay  Olimpiya  Oyunları  səviyyəsində  təşkil  etmək  əzmindəyik.  Biz  bu 
oyunları  yüksək  səviyyədə  təşkil  etməyə  çalışacağıq  və  sözsüz  ki,  bu,  Avropa  Olimpiya  ailəsi  tarixində  ilk 
oyunlar kimi yadda qalacaqdır. Bu, gələcək oyunlar üçün müəyyən meyarlar formalaşdıracaqdır. Ümid edirəm 
ki, birgə səylərimiz nəticəsində məqsədimizə çatacağıq. 
 
X X X 
 
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik HİKKİ:  
-Cənab  Prezident!  Bu  oyunlara  göstərdiyiniz  diqqətə  və  davamlı  dəstəyinizə  görə  bir  daha  təşəkkür 
edirəm.  Bilirəm  ki,  siz  Olimpiya  hərəkatında  çox  böyük  təcrübəyə  malik  olan  insansınız,  bütün  işlərin 
qaydasında olmasına daim nəzarət edirsiniz. 
 
X X X 
 
Daha sonra Avropa Olimpiya Komitəsinin vitse-prezidenti Aleksandr KOZLOVSKİ çıxış edərək dedi: 
-Cənab  Prezident!  Birinci  Avropa  Oyunlarının  Bakıda  keçirilməsi  ilə  bağlı  məmnunluğumu  ifadə  etmək 
istərdim.  Qeyd  edim  ki,  Bakı  son  illər  ərzində  inanılmaz  dərəcədə  dəyişib.  Bu  gün  Bakı  Avropanın,  eləcə  də 
dünyanın  ən  gözəl  şəhərlərindən  birinə  çevrilib.  Buraya  gələrkən  yolda  biz  hər  yerdə  böyük  tikinti  işlərinin 
aparıldığının şahidi olduq. Əminəm ki, bir neçə ildən sonra Bakının daha da inkişaf etməsinin şahidi olacağıq. 
 
X X X 
 
Aleksandr Kozlovski Bakıda keçiriləcək Avropa Oyunlarının proqramına sambo idman növünün daxil 
edilməsi  ilə  bağlı  Prezident  İlham  Əliyevə  müraciət  etdi.  Dövlətimizin  başçısı  qeyd  etdi  ki,  sambo 
Azərbaycanda da çox populyardır və bu növdə ölkəmizin bir neçə qat dünya çempionları vardır. Prezident İlham 
Əliyev  bu  məsələnin  nəzərdən  keçiriləcəyini  diqqətə  çatdırdı.  Daha  sonra  dövlətimizin  başçısı  dedi  ki, 
Azərbaycanda mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan 
verəcəkdir.  Bildirdi  ki,  bu  prosesə  bir  neçə  il  əvvəl  başlanıb  və  artıq  Gimnastika  Mərkəzi,  Su  İdman  Növləri 
Mərkəzi,  Olimpiya  Stadionunun tikintisinin aparılması,  əvvəldən  inşa  olunmuş  komplekslərin  hazırda  yenidən 
qurulması yarışların keçirilməsində heç bir çətinliyin olmayacağından xəbər verir.  
Avropa Oyunlarının şəhərimizə gələn hər bir qonağın xatirəsində əbədi qalacağına əminliyini bildirən 
Prezident İlham ƏLİYEV dedi: 
-Avropa  Oyunlarının  Bakıda  keçirilməsi  Avropa  irsinin  burada  əsrlər  boyu  mövcudluğunu  göstərir. 
Eyni zamanda, onu göstərir ki, nəinki “Eurovision” mahnı müsabiqəsi, eləcə də Avropa Oyunları Azərbaycanda 
keçirilə bilər. Bizim əsas məqsədlərimizdən biri şəhərdə elə bir atmosfer yaratmaqdır ki, Bakıya ilk dəfə təşrif 
buyuran  istər  idmançı,  istər  qonaq,  istərsə  də  turist  özünü  evindəki  kimi  rahat,  təhlükəsiz  hiss  etsin  və  bu 
möhtəşəm beynəlxalq tədbirdən zövq alsın. 
 
X X X 
 
Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Sloveniya Olimpiya Komitəsinin prezidenti 
Janez KOCİJANÇİÇ çıxış edərək ilk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunlarının əhəmiyyətini qeyd etdi və 
bu oyunların yüksək səviyyədə təşkilində Azərbaycan tərəfinə uğurlar arzuladı. 
 
X X X 
 
Patrik  HİKKİ:  Cənab  Prezident!  Biz  fəxr  edirik  ki,  Sizin  həyat  yoldaşınız,  Birinci  Xanım  təşkilat 
komitəsinə rəhbərlik edir. Bu, bizim üçün çox əhəmiyyətlidir. 
 
X X X 
 
Prezident  İlham  ƏLİYEV:  Təşəkkür  edirəm.  Onun  “Eurovision”  mahnı  müsabiqəsinin  təşkilat 
komitəsinə  sədrliyi  uğurlu  olub.  Avropa  Yayım  Birliyi,  eləcə  də  bu  cür  tədbirlərin  təşkilatçılarının  fikirlərinə 
görə  müsabiqə çox uğurlu şəkildə təşkil edilib, bu son illərdə ən yaxşı müsabiqələrdən biri olub. Onun yaxşı 
təcrübəsi vardır. O da, həmçinin Olimpiya ailəsinin üzvüdür. On ildən artıqdır o, Azərbaycan Milli Gimnastika 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
37 
 
Federasiyasının  prezidentidir.  O,  Milli  Olimpiya  Komitəsinin  üzvüdür.  Fəxr  edirəm  ki,  ölkənin  Prezidenti 
olmamışdan  6  il  əvvəl,  1997-ci  ildən  Milli  Olimpiya  Komitəsinin  prezidentiyəm.  Bu,  onu  göstərir  ki,  mən 
prezident  kimi  öz  vəzifəmdən  istifadə  edərək  Olimpiya  Komitəsinin  rəhbəri  olmamışam.  Mən  Olimpiya 
ailəsindən  bu  vəzifəyə  gəlmişəm.  Açığını  desəm,  çox  şadam  ki,  mən  hələ  də  bu  vəzifədəyəm,  çünki  bu,  necə 
deyərlər, ümumiyyətlə, bizim siyasətin istiqamətini göstərir və həmçinin müəyyən mənada idmançılarda  əlavə 
inam yaradır. Onlar görürlər ki, ölkənin Prezidenti, eyni zamanda, Milli Olimpiya Komitəsinin rəhbəridir. Eyni 
zamanda,  mən  Avropa  Olimpiya  Komitəsinin  Prezidenti  ilə  şəxsi  dostluq  münasibətlərimizi  yüksək 
qiymətləndirirəm. Biz bir-birimizi 10 ildən artıqdır tanıyırıq. Mən, həmçinin Koordinasiya Komitəsinin bu cür 
geniş  tərkibdə  təşkilindən  məmnunluq  duyuram.  Bu,  bizim  tərəfdaşlığımızın  yaxşı  göstəricisidir  və  praktik 
nöqteyi-nəzərdən  düşünürəm  ki,  bu  əhəmiyyətli  beynəlxalq  tədbirin  təşkilində  önəmli  rol  oynayacaqdır.  Bir 
daha xoş gəlmisiniz! 
 
X X X 
 
Sonda xatirə şəkli çəkdirildi. 
AzərTAc 
29 aprel 2013-cü il 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
38 
 
Bakda təşkil olunacaq birinci Avropa Oyunlarında 19 idman növü üzrə  
6 min 351 atlet qalib adı uğrunda mübarizə aparacaqdır 
 
Xəbər  verildiyi  kimi,  Bakı  2015-ci  ildə  təşkil  olunacaq  birinci  Avropa  Oyunlarına  ev  sahibliyi 
edəcəkdir. 
 
Avropa  Oyunlarına  hazırlıqla  bağlı  aprelin  30-da  “Hilton  Baku”  mehmanxanasında  mətbuat  konfransı 
keçirilmişdir. 
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmana göstərilən dövlət qayğısından 
danışmış və idmançılarımızın qazandığı nailiyyətləri yüksək qiymətləndirmişdir. 
Bildirmişdir  ki,  iki  gün  ərzində  Bakıda  Avropa  Olimpiya  Komitəsinin  (AOK)  Koordinasiya  Komitəsinin 
iclası  keçirilmişdir.  İclas  çərçivəsində  bir  neçə  təqdimat  mərasimləri  təşkil  olunmuşdur.  Həmçinin,  idman 
infrastrukturu, Olimpiya kəndi, atletlərin məskunlaşması istiqamətində müzakirələr aparılmışdır. Komissiyanın 
üzvlərinə mövcud idman obyektləri nümayiş olunmuş, inşası davam edən infrastruktur barədə ətraflı məlumat 
verilmişdir. 
Qonaqların Olimpiya kəndində olduğunu diqqətə çatdıran A.Rəhimov burada bir binanın idmançıları qəbul 
etməyə  hazır  olduğunu  bildirmiş  və  komissiya  üzvlərinin  yaradılan  şəraiti  yüksək  qiymətləndirdiyini  ifadə 
etmişdir.  Vurğulamışdır  ki,  müzakirələr  zamanı  mötəbər  yarışın  loqosunun,  rəsmi  internet  səhifəsinin 
hazırlanması, Oyunların açılış və bağlanış, medalların təqdimat mərasimlərinin keçirilməsi istiqamətində müasir 
və maraqlı təkliflər irəli sürülmüşdür. 
Milli  Olimpiya  Komitəsinin  Prezidenti,  ölkə  başçısı  İlham  Əliyevin  AOK  Koordinasiya  Komitəsinin 
üzvlərini  qəbul  etdiyini  bildirən  nazir  qonaqların  respublikamızda  idmana  göstərilən  dövlət  qayğısından 
məmnunluqlarını  ifadə  etmişdir.  Nazir  birinci  Avropa  Oyunlarının  Təşkilat  Komitəsinin  sədri  Heydər  Əliyev 
Fondunun  prezidenti,  UNESCO-nun  və  İSESCO-nun  xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı  Mehriban 
xanım Əliyevanın Koordinasiya Komitəsinin iclasında iştirak etdiyini və görülən işlər barədə məlumat verdiyini 
diqqətə çatdırmışdır. 
Nazir bildirmişdir ki, birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək olan tarixdə keçiriləcəkdir. 
İlk Oyunlarda 19 növ üzrə 6 min 351 idmançı qüvvəsini sınayacaqdır. Bunlar kamandan oxatma (128 idmançı), 
su idman növləri (üzgüçülük, su polosu, suyatullanma - 1000), atletika (800), badminton (160), basketbol (3X3, 
160 idmançı), boks (300), kanoe (350), velosiped (BMX, dağ velosipedi, şosse - 350), çimərlik futbolu (256), 
gimnastika  (bədii  gimnastika,  idman  gimnastikası,  tamblinq  və  akrobatika  -  406),  cüdo  (350),  karate  (96), 
atıcılıq (stend və güllə (350), stolüstü tennis (128), taekvondo (128), triatlon (125), voleybol (zal və çimərlik - 
464), güləş (450) və qılıncoynatma (300) növləridir. 
İdman növlərindən yalnız kanoe Bakıdan kənarda - Mingəçevirdəki “Kür” Təlim-Tədris İdman Mərkəzində 
təşkil  olunacaqdır.  Komissiya  üzvləri  həmin  idman  qurğusu  ilə  tanış  olmuş  və  burdakı  şəraiti  yüksək 
qiymətləndirmişlər. 
A.Rəhimov qeyd etmişdir ki, idman növlərindən çimərlik futbolu, 3X3 və karate qeyri-olimpiya, qalanları isə 
olimpiya  təmayüllüdürlər.  Bir  neçə  federasiya  yarışların  lisenziya  xarakteri  daşıyacağını  bildirmişdir.  Avropa 
Oyunlarına  təsnifat  yarışları  isə  sonradan  müəyyənləşdiriləcəkdir.  Hər  hansı  ölkənin  təsnifatdan  keçmiş 
idmançıları olmasa, onlara 2 kişi və 2 qadın idmançı üçün güzəştli vəsiqə veriləcəkdir. Ev sahibliyi edən dövlət 
isə bütün növlərdə təmsil olunmaq hüququna malikdir. 
Birinci  Avropa  Oyunlarının  yüksək  səviyyədə  təşkil  olunması  istiqamətində  möhtəşəm  işlər  görüldüyünü 
diqqətə çatdıran Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu mötəbər yarışın Azərbaycanda təşkil 
olunmasını bir uğur kimi qiymətləndirmişdir. Vurğulamışdır ki, burada güclü və peşəkarlardan təşkil olunmuş 
komanda  çalışır.  Dövlətin  idmana  göstərdiyi  qayğı  isə  bizi  çox  sevindirir.  Ölkə  başçısı  İlham  Əliyevin  Milli 
Olimpiya Komitəsinin Prezidenti olması burada idman siyasətinin düzgün istiqamətdə olmasından xəbər verir. 
Avropa Oyunlarına hazırlıq çərçivəsində görülən işlər məni yaxşı mənada təəccübləndirdi. 
   AOK-un prezidenti görüləcək işlərə dair çox yaxşı debatların təşkil olunduğunu diqqətə çatdırmışdır. Qeyd 
etmişdir ki, Avropa Oyunlarına qalan iki il  əslində çox az  müddətdir. Hazırlıq üçün 7 il lazımdır. Amma  biz 
peşəkarları  cəlb  etməklə  qısa  vaxt  ərzində  məqsədlərimizə  nail  olacağıq.  Avropa  Oyunlarına  öz  yanaşmamız 
olacaqdır. Bakının bu mötəbər yarışa təşkilatçılıq etməsi bir bəxtəvərlikdir. Bu irəliləyişi görəndən sonra digər 
ölkələr  2019-cu  il  Avropa  Oyunlarına  namizədliyini  vermək  istəyirlər.  49  ölkənin  hamısından  idmançıların 
birinci Avropa Oyunlarda iştirak edəcəklərini gözləyirəm. 
P.Hikki  Bakının  Avropa  Oyunlarını  yüksək  səviyyədə  təşkil  edəcəyi  halda  Yay  Olimpiya  Oyunlarını  da 
keçirməyə  qadir  olacağını  bildirmişdir.  Qeyd  etmişdir  ki,  Bakı  2  dəfə  Yay  Olimpiya  Oyunlarına  namizəd 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
39 
 
olmuşdur. Realist olsaq, Olimpiada təşkil etmək üçün fürsət qazanmaq lazımdır. Əgər Avropa Oyunları uğurla 
keçirilsə, bu, sizin üçün böyük şans olacaqdır. Hər kəsə sübut edəcəksiniz ki, belə nüfuzlu oyunları keçirməyə 
qadirsiniz. 
AOK-un prezidenti 2001-ci ildən etibarən Azərbaycana 5-ci dəfə gəldiyini və hər səfərində ölkəmizə məftun 
olduğunu demişdir. Vurğulamışdır ki, Bakıda çox əsrarəngiz inkişaf vardır. Azərbaycan Prezidenti İlham Əliyev 
ilə  görüşdük  və  əmin  olduq  ki,  həqiqətən  də  belə  bir  komanda  ilə  işləmək  bizim  üçün  şərəflidir  və  çox 
yaddaqalandır.  Eyni  zamanda  Təşkilat  Komitəsinin  sədri  Mehriban  xanım  Əliyeva  ilə  görüşdük.  Bizim  çox 
gözəl komandamız, ekspertlərimiz var. Əlimizdən gələni ortaya qoyaraq, işi yüksək səviyyədə görəcəyik. 
Tədbir zamanı Azərbaycanın turizm imkanlarından bəhs edə videoçarx nümayiş olunmuşdur. 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin