Iv fəSİl I avropa Oyunları 2015



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə5/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   2   3   4   5   6   7   8   9   ...   41

 
X X X 
 
Prezident  İlham  ƏLİYEV:  Biz  oyunların  keçirilməsi üçün  əlbəttə  ki,  nəqliyyat məsələlərinə çox  böyük 
diqqət verməliyik. Onsuz da ölkəmizdə və şəhərimizdə bu məsələlər uğurla həll edilir. Ancaq şübhəsiz ki, əlavə 
tədbirlər də görülməlidir. Yəqin ki, yeni yolların açılması, yeni yolların birləşməsi, yol qovşaqlarının tikilməsi 
və nəqliyyatı tənzimləyən əlavə tədbirlər də görülməlidir.  
Bu sahədə, görüləcək işlər haqqında məruzə etmək üçün söz verilir nəqliyyat naziri Ziya Məmmədova. 
 
X X X 
 
Nazir Ziya MƏMMƏDOV çıxış edərək dedi: 
- Möhtərəm cənab Prezident! 
Hörmətli müşavirə iştirakçıları! 
Respublikamızın  sürətli  tərəqqisi  və  davamlı  inkişafının  təmin  olunması  istiqamətində  Sizin,  cənab 
Prezident,  rəhbərliyiniz  altında  son  illər  ərzində  görülmüş  genişmiqyaslı  işlər  və  əldə  olunmuş  böyük 
nailiyyətlər  ölkənin  sosial-iqtisadi  həyatının  bütün  sahələrini  əhatə  etmiş,  gələcək  uğurlarımız  üçün  möhkəm 
təməl yaratmışdır. Zati-alilərinizin diqqət və qayğısı sayəsində hazırda nəqliyyat sektoru da sürətlə inkişaf edir 
və müasirləşir. Bu sahənin iqtisadi göstəriciləri ildən-ilə yüksəlir, görülən işlərin keyfiyyəti və səmərəliliyi artır, 
daşımalara olan tələbat tam ödənilir. Bütün sahələrlə yanaşı, ölkəmizin idman sahəsində son illər ərzində dünya 
miqyasında əldə etdiyi uğurları da xüsusi olaraq qeyd etmək istərdim.  
Bu  gün  Azərbaycan  idmançıları  böyük  qələbələr  qazanır,  ölkəmiz  nüfuzlu  beynəlxalq  turnirlərə  ev 
sahibliyi  edir.  Avropa  Olimpiya  Komitəsinin  Baş  Assambleyasında  2015-ci  ildə  ilk  Avropa  Oyunlarının 
Azərbaycanda keçirilməsi haqqında qəbul edilmiş qərar hər birimizdə böyük fərəh və qürur hissi doğurmuşdur. 
Bu  münasibətlə  Sizin,  cənab  Prezident,  Azərbaycan  xalqına  təbrikinizdə  və  burada  söylədiyiniz  fikirlərdə  bu 
tarixi uğurun qazanılmasında ölkəmizin nail olduğu yüksəlişi, tərəqqini xarakterizə etmiş, həm də bu mötəbər 
tədbirin  keçirilməsi  hüququnu  Azərbaycanın  ən  layiqli  namizəd  olaraq  parlaq  qələbəsi  kimi 
qiymətləndirmişdiniz. Bu qələbə də ulu öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi və Sizin, cənab 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
26 
 
Prezident,  uğurla  davam  etdirdiyiniz  müstəqil  Azərbaycanın  inkişaf  strategiyasından  bəhrələnir.  
Şübhəsiz ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi hər birimizin üzərinə böyük məsuliyyət qoyur. Bu 
oyunların  yüksək  səviyyədə  keçirilməsi  böyük  təşkilatçılıq  işləri  tələb  edir.  Biz  yaxşı  dərk  edirik  ki, 
olimpiadanın  iştirakçılarına,  şəhərimizin  qonaqlarına  və  vətəndaşlarımıza  yüksək  səviyyəli  nəqliyyat 
xidmətlərinin göstərilməsi üzərimizə düşən ən vacib və ciddi məsələlərdəndir. Eyni zamanda, ötən illər ərzində 
Azərbaycanda  keçirilən  bir  çox  beynəlxalq  idman  tədbirləri  Sizin,  cənab  Prezident,  dəstəyiniz  və  Azərbaycan 
Respublikasının  birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  prezidenti,  hörmətli  Mehriban  xanım  Əliyevanın 
təşkilatçılığı ilə Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsi və digər tədbirlərdə toplanmış təcrübə deməyə 
əsas verir ki, qarşıdakı Olimpiya oyunları da yüksək səviyyədə keçiriləcəkdir.  
Möhtərəm cənab Prezident! 
Ali diqqətinizə məruzə etmək istərdim ki, Nəqliyyat Nazirliyi tərəfindən konkret təkliflər müzakirə edilir 
və  kompleks  tədbirlər  planı  hazırlanır.  İlkin  məlumata  görə,  49  ölkənin  iştirak  edəcəyi  bu  tədbirdə  rəsmi 
heyətlərin  ölkəyə  gəlişi  və  gedişi  üçün  əsas  nəqliyyat  bağlantıları  olaraq  Heydər  Əliyev  Beynəlxalq  Hava 
Limanı, Bakı Dəmir Yolu Vağzalı, avtomobil nəqliyyatı strukturları nəzərdə tutulur. Qonaqların əksəriyyətinin 
gəliş  və  gedişi  Heydər  Əliyev  Beynəlxalq  Hava  Limanı  vasitəsilə  nəzərdə  tutulur  ki,  bu  da  proqnozlara  görə 
iştirakçıların 90 faizə qədərini  əhatə edəcəkdir. Nəqliyyat xidmətlərinin göstərilməsində rəsmi heyətlər xüsusi 
yer  tutur.  Onlara  ayrıca  nəqliyyat  vasitələrinin  ayrılması  təmin  edilməlidir.  Olimpiada  vaxtı  bu  şəxsləri, 
həmçinin  idmançıları  və  onları  müşayiət  edənləri  olimpiya  şəhərciyindən  olimpiya  stadionuna  və  idman 
oyunlarının  keçiriləcəyi  digər  obyektlərə,  həmçinin  turistlərin  daşınması  həyata  keçiriləcəkdir.  Hazırlıq 
dövründə  aşağıdakı  məlumatların  dəqiqləşdirilməsi,  bu  xidmətlərin  daha  dolğun  təşkilini  təmin  edəcəkdir.  
Gözlənilən  rəsmi  heyətlərin  və  qonaqların,  idmançıların,  həmçinin  turistlərin  təxmini  sayı,  oyunların 
keçiriləcəyi əsas idman arenalarının dislokasiyası, rəsmi heyətlərin, qonaqların və turistlərin yerləşəcəyi otellər 
və digər yaşayış yerləri.  
Qeyd  olunan  nəqliyyat  xidmətlərinin  təşkili  üçün  tərəfimizdən  Bakı  şəhərində  nəqliyyat  problemlərinin 
aradan  qaldırılması  üçün  2013-2014-cü  illərə  dair  tədbirlər  planının  layihəsi  hazırlanır  və  fevral  ayının 
sonunadək təşkilat komitəsinə təqdim ediləcəkdir. 
Tədbirlər planı üç əsas hissədən ibarətdir. 
1.  Nəqliyyat  vasitələri,  avtobuslar,  minik  və  taksi  avtomobilləri,  metro  vaqonları,  mövcud  nəqliyyat 
vasitələri,  onların  texniki  vəziyyəti  və  təminat  imkanları,  nəqliyyat  xidmətlərinin  tam  təminatı  üçün  nəqliyyat 
parkının yeniləşdirilməsi.  
2. Bakı şəhərində nəqliyyat infrastrukturu. 
Gözlənilən  sərnişin  dövriyyəsinin  təmin  olunması  üçün  mövcud  vağzalların  və  hava  limanının 
imkanlarının  araşdırılması  və  tədbirlərin  görülməsi,  Olimpiya  stadionuna  və  digər  idman  obyektlərinə  gedən 
əsas yolların genişləndirilməsi və bərpası, burada yeni bağlantıların və qovşaqların inşası, şəhərətrafı istirahət 
zonalarına  gedən  yolların  genişləndirilməsi  və  yeni  yolların  tikintisi,  bütün  yolların  xətlənməsi  və  yol 
nişanlarının qoyulması, əsas magistral yolların tikintisinin yekunlaşdırılması. 
3. Nəqliyyat xidmətlərinin idarə olunması və təşkili.  
Nəqliyyatı  İntellektual  İdarəetmə  Mərkəzinin  bazasında  olimpiya  oyunlarına  cəlb  olunmuş  bütün 
nəqliyyat vasitələrinin və onlara xidmət göstərən şəxslərin fəaliyyətinin idarə olunmasını və əlaqələndirilməsini 
təmin  edəcək  qərargahın  yaradılması,  nəqliyyat  xidməti  göstərən  sürücü  və  digər  kateqoriyadan  olan  işçilərin 
hazırlanması, onlar üçün xüsusi təlimatların tərtib olunması, dil hazırlıq kurslarının təşkili və bu kontingent üzrə 
məlumat  bazasının  yaradılması,  nəqliyyat  daşımalarında  təhlükəsizliyin  təmin  olunması,  ictimai  nəqliyyatın 
hərəkətinin  təşkili  üçün  xüsusi  zolaqların,  hərəkət  marşrutlarının  və  parklanma  yerlərinin  təşkili,  görülən  işlər 
barədə  kütləvi  informasiya  vasitələrinə  məlumat  verilməsi  və  internet  səhifələrində  yerləşdirilməsi.  
Əsas  tədbir  və  oyunların  keçiriləcəyi  Bakı  Olimpiya  Stadionuna  gedən  yolların,  bağlantıların  tikintisi  əsas 
məsələlərdən  biridir.  Hazırda  Ziya  Bünyadov  prospektinin  yenidən  qurulması  və  prospekt  üzərində  yol 
qovşaqlarının  tikintisi  davam  etdirilir  və  2014-cü  ilin  əvvəllərində  yekunlaşacaqdır.  Heydər  Əliyev  və  Ziya 
Bünyadov prospektlərinə paralel olan Həsən Əliyev küçəsinin sonundan Keşlə stansiyasına və Ziya Bünyadov 
prospekti üzərindən Olimpiya Stadionuna birbaşa yolun tikintisinə yaxın günlərdə başlanılacaq və 2015-ci ilin 
birinci rübündə yekunlaşacaqdır.  
Həmçinin,  Buzovna-Mərdəkan-Qala,  Qala-Zığ  şosesi  bağlantısı  2014-cü  ilin  birinci  yarısında 
yekunlaşacaqdır. Şəfa stadionunun qarşısındakı tunel və yeraltı piyada keçidi, Maştağa-Buzovna yolu, Qələbə 
meydanı  qovşağı  bu  il  istismara  veriləcəkdir.  Sadalanan  bu  yollar  olimpiya  oyunları  zamanı  nəqliyyatın  əsas 
marşrutlarını əhatə edir. Bundan başqa şəhərin digər mövcud yollarında da təmir-bərpa və genişləndirmə işləri 
aparılacaqdır. Eyni zamanda, respublikada yerli əhəmiyyətli yollarda da işlər davam etdirilir. Qonaqların gəliş-
gedişinin  təmin  edilməsi  və  yüksək  səviyyədə  xidmətin  göstərilməsi  üçün  Bakı  dəmir  yolu  vağzalında 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
27 
 
yenidənqurma işləri davam etdiriləcək və vaxtında yekunlaşdırılacaqdır. Bakıda ictimai nəqliyyatın fəaliyyətinin 
təkmilləşdirilməsi tədbirləri davam etdiriləcək, avtobuslarda elektron-ödəmə sisteminə keçid təmin ediləcəkdir. 
Vətəndaşlarımıza və qonaqlara yüksək səviyyədə xidmət göstərilməsi üçün mövcud avtobus parkı əsaslı şəkildə 
bərpa  ediləcək  və  yeniləşdiriləcəkdir.  Qeyd  etmək  lazımdır  ki,  Bakı  şəhərində  əlavə  olaraq  1200  ədəd  yeni 
avtobusa  və  2000  ədəd  taksiyə  ehtiyac  vardır.  Şübhəsiz  ki,  hazırlıq  işləri  dövründə  həllini  gözləyən  bir  sıra 
məsələlər də olacaqdır ki, bununla bağlı tərəfimizdən zəruri tədbirlər görüləcək və təşkilat komitəsinə müvafiq 
hesabat təqdim olunacaqdır. 
Möhtərəm cənab Prezident! 
Sizi əmin etmək istərdim ki, Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq dövründə və oyunların 
keçiriləcəyi  müddətdə  Nəqliyyat  Nazirliyinə  həvalə  olunmuş  bütün  işlərin  icrasının  vaxtında  və  yüksək 
səviyyədə təmin olunması istiqamətində işlər görüləcəkdir. 
Diqqətinizə görə minnətdaram! 
 
X X X 
 
Prezident  İlham  ƏLİYEV:  Sağ  olun.  Daha  kimin  sözü  vardır?  Təşkilat  Komitəsinin  başqa  üzvlərinin 
fikirləri varsa, buyurun - Çingiz Hüseynzadə. 
 
X X X 
 
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz HÜSEYNZADƏ çıxış edərək dedi:  
- Möhtərəm cənab Prezident, hörmətli Mehriban xanım.  
Bildiyiniz  kimi,  dekabr  ayında  Romada  birinci  Avropa  Oyunlarının  keçirilməsi  haqqında  qərar  qəbul 
olunandan  dərhal  sonra,  yəni  səsvermədən  dərhal  sonra  Avropa  Olimpiya  Komitəsi  ilə  Azərbaycan  Milli 
Olimpiya Komitəsi arasında müqavilə imzalandı. Bu müqaviləni Azərbaycan dövləti tərəfindən bir qarant kimi 
Azərbaycan  gənclər  və  idman  naziri  Azad  Rəhimov  da  imzaladı.  Müqavilənin  müzakirəsi  zamanı,  eləcə  də 
Avropa  Olimpiya  Komitəsi  rəhbərliyi  ilə  bir  çox  görüşlər  zamanı  bir  fikir,  bir  ideya  həmişə  səslənirdi  ki, 
Avropa  Oyunları  Ümumdünya  Olimpiya  Oyunlarını  təqlid  etməməlidir.  Yəni,  bu  oyunların  öz  xüsusi  siması 
olmalıdır. 
Cənab  Prezident,  Siz  bayaq  söylədiyiniz  o  fikir,  Azərbaycan  standartları  fikri,  burada  öz  yerini  tapır.  Biz 
çalışmalıyıq  ki,  bu  oyunlarda  məhz  Azərbaycan  standartları  öz  əksini  tapsın,  öz  rolunu  oynasın.  Çünki  bu 
oyunların  keçirilməsində  heç  kimin  təcrübəsi  yoxdur.  Bizim  də  təcrübəmiz  yoxdur  və  biz  dəvət  edəcəyimiz 
beynəlxalq ekspertlərin də təcrübəsi yoxdur. Onların təcrübəsi ancaq böyük Ümumdünya Olimpiya Oyunlarının 
keçirilməsi  ilə  bağlıdır.  Məncə,  bu  çox  mühüm  amildir.  Biz  bu  amilə  diqqətlə  yanaşmalıyıq.  
Eyni zamanda, mən obyektlər haqqında bir neçə kəlmə demək istərdim. Mehriban xanım və Azad müəllim öz 
məruzələrində  obyektlər  haqqında  qeyd  etdilər.  Azad  müəllim  məşq  yerlərini  xüsusilə  qeyd  etdi.  Burada 
nüanslar  yarana  bilər.  Tutalım,  çimərlik  voleybolu  üçün  biz  müvəqqəti  bir  obyekt  tikirik.  Lakin  bu  tikilən 
obyekt, bu idman qurğusu yalnız oyunlar zamanı fəaliyyət göstərəcəkdir. Lakin məndə olan məlumata görə, belə 
deyək, Voleybol Federasiyası artıq 2014-cü ildə Bakıda çimərlik voleybolu üzrə sınaq yarışları keçirmək istəyir. 
Bu  yarışlar  üçün  bizə  baza  lazımdır.  Daimi  çimərlik  voleybolu  bazası.  Bir  çox  idman  növlərində  belə  bir 
vəziyyət yarana bilər.  
Ümumiyyətlə,  mən  Təşkilat  Komitəsinin  işinə  uğurlar  arzu  etmək  istəyirəm.  Mən  əminəm  ki, 
Azərbaycan, Bakı şəhəri bu oyunları yüksək səviyyədə keçirəcək və bütün bundan sonra keçirilən oyunlar, məhz 
Bakıda keçirilən oyunlara istiqamətləndiriləcəkdir. Çox sağ olun. 
 
X X X 
 
Prezident İlham ƏLİYEV: Sağ ol. Daha kimin sözü vardır? Namiq Abdullayev buyursun. 
 
X X X 
Olimpiya  çempionu,  Azərbaycan  Güləş  Federasiyasının  vitse-prezidenti  Namiq  ABDULLAYEV  çıxış 
edərək dedi: 
- Möhtərəm cənab Prezident! 
Hörmətli toplantı iştirakçıları! 
Bu  gün  Azərbaycan  dünyada  ən  sürətli  templərlə  inkişaf  edir,  nümunəvi  ölkə  kimi  daim  hörmət  və 
ehtirama  layiq  görülür.  Azərbaycanın  uğurlu  inkişafı,  beynəlxalq  nüfuzu  və  müsbət  imicə  malik  olması  ölkə 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
28 
 
Prezidenti cənab İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Çünki bu siyasət xalqımızın 
hərtərəfli  inkişafına,  ölkəmizin  iqtisadi  qüdrətinin  yüksəlməsinə,  vətəndaşlarımızın  və  gənclərimizin  sağlam 
gələcəyinə xidmət edir. Ona görə də bu siyasət hər zaman xalqın dəstəyini qazanmışdır. 
Bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm nailiyyətlər qazanılmışdır. Gündən-günə artan 
iqtisadi  qüdrətimiz,  idmana  olan  diqqət  və  qayğı  nəticəsində  ölkəmiz  dünyanın  idman  mərkəzlərindən  birinə 
çevrilmişdir. İdmanın maddi-texniki bazasının gücləndirilməsi, bölgələrdə müasir idman qurğularının tikilməsi 
on  minlərlə  yeniyetmə  və  gəncin  idmana  cəlb  olunmasına  şərait  yaratmışdır.  Bütün  bunlar  cənab 
Prezidentimizin  yeniyetmə  və  gənclərimizin  sağlam  ruhda  böyüməsinə,  vətənpərvər  gəncliyin  formalaşmasına 
xüsusi  diqqətlə  yanaşdığını  sübut  edir.  İdmanın  inkişafı  nəticələrimizin  və  bədən  tərbiyəsi  və  idmana  olan 
marağın ildən-ilə artmasına səbəb olmuşdur. London Olimpiadasında tarixi qələbəmiz də, cənab Prezident, Sizin 
qələbənizdir, Siz başda olmaqla bütün Azərbaycan xalqının qələbəsidir.  
Azərbaycanda və Bakıda keçirilmiş dünya və Avropa çempionatları bir daha sübut edir ki, doğrudan da, 
Azərbaycanda  idman  uğurla,  sürətlə  inkişaf edir.  Eyni  zamanda,  Azərbaycanda  Olimpiya  hərəkatı çox  yüksək 
səviyyədədir. Məhz bunun nəticəsidir ki, ölkəmiz iki dəfə - 2016-cı və 2020-ci illərdə keçiriləcək Yay olimpiya 
oyunlarına  öz  iddiasını  irəli  sürdü.  Mən  bu  məqsədlə  yaradılmış  təşkilat  komitəsinin  üzvü  kimi  hazırlıq 
prosesində  xeyli təcrübə  qazandım.  İnanırdıq  ki,  bu  işlər  nə  vaxtsa  öz  müsbət  nəticəsini  verəcək.  Və  nəhayət, 
Azərbaycanın  iddiaları  öz  bəhrəsini  verdi.  Tarixdə  ilk  dəfə  olaraq,  birinci  Avropa  Oyunları  Azərbaycanda 
keçiriləcəkdir.  Bu,  olduqca  böyük  tarixi  hadisədir.  Bu,  cənab  Prezident,  birbaşa  Sizin  rəhbərliyinizlə  həyata 
keçirilən, xalqımızın inkişafına və dəstəyinə söykənən uğurlu siyasətin nəticəsidir. Eyni zamanda, dünyada bizə 
göstərilən böyük hörmət və etimaddır.  
Cənab  Prezident,  mən  bir  idmançı  kimi  söz  verirəm  ki,  bu  tədbirin  yüksək  səviyyədə  keçirilməsi  üçün 
əlimizdən gələni əsirgəməyəcəyik. Qazandığımız təcrübədən istifadə edərək tədbirin yaddaqalan və möhtəşəm 
olması üçün bütün imkanlarımızı səfərbər edəcəyik. Diqqətinizə görə sağ olun! 
 
Azərbaycan Prezidenti İlham Əliyevin 
yekun nitqi 
(2 fevral 2013-cü il)  
 
- Hesab edirəm ki, bugünkü iclas görüləcək işlərə hazırlıq üçün çox önəmli bir addımdır. Ancaq bugünkü 
təqdimat onu göstərir ki, artıq işlər başlanmışdır. Mən çox şadam ki, Təşkilat Komitəsi çox qısa müddət ərzində 
artıq  öz  təkliflərini  hazırlamışdır.  Beləliklə,  hazırlıq  işlərinin  yüksək  səviyyədə  aparılması  üçün  artıq  gözəl 
zəmin vardır. Demək olar ki, bütün istiqamətlər üzrə vəzifələr ümumi qaydada bəllidir, aydındır. Sadəcə olaraq, 
indi  hər  bir  istiqamət  üzrə  konkret  fəal  iş  aparılmalıdır  ki,  biz  bu  oyunları  yüksək  səviyyədə  keçirək.  
İlk növbədə, əlbəttə ki, idman obyektləri hazır olmalıdır. Təqdimatda göstərildi, keçiriləcək oyunların yerləri də 
artıq bəllidir. Ancaq tikilməkdə olan obyektlər də vaxtında istifadəyə verilməlidir. Onların arasında əlbəttə ki, 
ilk növbədə, Olimpiya Stadionu, - artıq orada işlər başlanmışdır, - Gimnastika Mərkəzi, - işlər görülür və artıq 
daş işləri başa çatmışdır, - və Su İdmanı Növləri Sarayının tikintisi də artıq başlanmışdır və əminəm ki, inşası 
vaxtında bitəcəkdir. Çünki bu da çox vacib bir qurğudur. Təkcə oyunların keçirilməsi üçün yox, eyni zamanda, 
Bakı şəhərində müasir Su İdmanı Növləri Sarayının tikilməsi çox lazımdır. Bu qərar bir neçə il bundan əvvəl 
verilmişdir. Hələ Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar yox idi, biz artıq bu işlərə başlamışdıq, 
layihə  hazırlanmışdı,  seçiləcək  yerlər  haqqında  fikir  mübadiləsi  aparılırdı.  Nəhayət,  Bakının  inkişafı  üçün 
hazırlanan Bayraq Meydanından sonrakı ərazidə Su İdmanı Növləri Sarayı tikiləcəkdir. Hesab edirəm ki, bu, ən 
məqbul  yerdir.  Çünki  su idmanı  növləri  üçün  nəzərdə  tutulan saray  dəniz  kənarında  tikilməli  idi.  Əminəm  ki, 
bu, memarlıq baxımından və funksional cəhətləri ilə seçiləcək bir saray olacaqdır.  
Yəni, idman obyektlərinin istifadəyə verilməsi başlıca şərtdir. Bilirəm ki, idmançıların yerləşdirilməsi ilə 
bağlı  indi  Təşkilat  Komitəsi  müzakirələr  aparır.  Bir  neçə  fikir  vardır.  Əlbəttə  ki,  Azərbaycan  dövləti  atletlər 
üçün yaşayış yerlərini tikə bilər. Ancaq baxmaq lazımdır ki, bəlkə mövcud olan, artıq tikilən binalardan da biz 
istifadə edə bilərik.  
Qonaqların yerləşdirilməsi ilə bağlı, əlbəttə ki, biz öz təkliflərimizi Avropa Olimpiya Komitəsinə təqdim 
edərkən  bu  məsələ  də  öz  əksini  tapmışdır.  Ancaq  əvvəlki  dövrlərə  nəzər  salsaq,  görərik  ki,  Yay  Olimpiya 
Oyunları üçün təqdim etdiyimiz sənədlərdə məhz Bakıda otel yerlərinin çatışmazlığı məsələsi bizim iddiamızın 
nəticə  ilə  yekunlaşmasına  əngəl  törətdi.  Yəni,  o  vaxt  mən  xatırlayıram,  Beynəlxalq  Olimpiya  Komitəsinin 
ekspertlər qrupu bizə olan iradların arasında otel nömrələrinin az olmasını qeyd etmişdir. Ona görə əlbəttə ki, 
biz çalışmalıyıq və xüsusilə əlbəttə, özəl sektorda fəaliyyət göstərən turizm, tikinti şirkətləri çalışmalıdırlar ki, 
əlavə  otellərin,  yeni  otellərin  tikintisi  üçün  tədbirlər  görülsün.  Şəhər  İcra  Hakimiyyəti  və  digər  müvafiq 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
29 
 
qurumlar,  yerlərin  seçilməsi  ilə  bağlı  təkliflərinizi  verin.  Yerlər  seçilməlidir,  ondan  sonra  biznes  qurumlarına 
təqdim  edilməlidir  ki,  2015-ci  ilə  qədər  onlar  yeni  otellərin  tikintisi  ilə  məşğul  olsunlar.  Son  iki  il  ərzində 
Bakıda beşulduzlu beş otel istifadəyə verilmişdir. Hesab edirəm ki, nə bölgədə, nə qitədə il yarıma beşulduzlu 
beş otel açılmayıb. Ancaq buna baxmayaraq, yenə də otel nömrələrinə ehtiyac vardır.  
Ola  bilsin  ki,  bundan  sonra  Bakıda  daha  çox  dörd  və  üçulduzlu  otellərin  tikintisinə  ehtiyac  olacaqdır. 
Yerlər  seçilməlidir  və  layihələr  də  təqdim  edilməlidir.  Lazım  olarsa,  Təşkilat  Komitəsi  də  bu  layihələrə  baxa 
bilər.  
Turizm  marşrutlarının  müəyyən  edilməsi  haqqında  təqdimatda  deyildi.  Bu  da  çox  vacib  məsələdir.  Bu 
oyunlar  əlbəttə  ki,  böyük  idman  bayramıdır.  Ancaq  eyni  zamanda,  bu,  bizə  imkan  verəcəkdir  ki,  ölkəmizi 
qonaqlara, turistlərə və dünya ictimaiyyətinə hərtərəfli şəkildə təqdim edə bilək.  
Mən  çox  şadam  ki,  artıq  bölgələrdə  də  turizm  infrastrukturunun  yaradılması  ilə  bağlı  çox  böyük  işlər 
görülür.  Ölkəmizin  müxtəlif  yerlərində  yeni  turizm  mərkəzləri  yaradılır.  Azərbaycanda  mənzərəli,  gözəl, 
təbiətlə zəngin olan yerlər çoxdur. Hazırda o yerlərdə böyük quruculuq, tikinti işləri aparılır. Mən Şahdağ xizək 
kompleksini  qeyd  edə  bilərəm.  Digər  bölgələrdə  gözəl  otellərin  mövcudluğu  artıq  o  bölgələri  turistlər  üçün 
cəlbedici  edir.  Bakıya  gələcək  qonaqlar,  turistlər  əlbəttə  ki,  bu  imkanlardan  istifadə  etməlidirlər.  Turizm 
marşrutları müəyyən edilməlidir.  
Son  illərdə  nəqliyyat  sektoruna  qoyulan  investisiyalar  artıq  bölgələrdə  də  nəqliyyat  infrastrukturunun 
təkmilləşməsinə gətirib çıxarmışdır. Bölgələrdə yeni aeroportlar, özü də beynəlxalq hava limanları tikilmişdir. 
Magistral  avtomobil  yolları  tikilir,  dəmir  yolları  müasirləşdirilir.  Yəni,  turizm  marşrutları,  eyni  zamanda, 
nəqliyyat  infrastrukturu  ilə  uzlaşdırılmalıdır.  Biz  bu məsələyə  kompleks  şəkildə  baxmalıyıq.  Hesab  edirəm  ki, 
bu sahədə əldə ediləcək yeni təcrübə gələcəkdə Azərbaycanda turizmin inkişafına da töhfəsini verəcəkdir. Çünki 
oyunlar  başa  çatandan  sonra  artıq  bütün  bu  təcrübə  və  infrastruktur  gələcək  illər  üçün  qalacaqdır.  
Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı əlbəttə ki, biz əlavə tədbirlər görəcəyik. Bu gün bu barədə 
məruzədə  fikirlər  səsləndi.  Biz,  ümumiyyətlə,  ölkəmizdə  və  şəhərimizdə  təhlükəsizlik  tədbirlərinin 
gücləndirilməsi  ilə  mütəmadi  qaydada  məşğuluq.  Bakıda  oyunların  keçirilməsi  haqqında  qərarın  qəbul 
edilməsində  Azərbaycanda  kriminogen  durumun  çox  müsbət  səviyyədə  olması  da  az  rol  oynamamışdır.  Deyə 
bilərəm  ki,  Azərbaycan,  o  cümlədən  Bakı  şəhəri  dünyanın  ən  təhlükəsiz  yerlərindən  biridir.  Orta  hesabla 
ölkəmizdə  gün  ərzində  təqribən  30-40  cinayət  baş  verir.  Onların  mütləq  əksəriyyəti  ağır  cinayətlər  deyildir. 
Yəni,  9  milyon  300  min  əhalisi  olan  ölkə  üçün  bu,  çox  kiçik  bir  rəqəmdir.  Əlbəttə,  kriminogen  durumun  bu 
səviyyədə qalması üçün profilaktik tədbirlər görülməlidir. Bir neçə il bundan əvvəl şəhərimizdə videomüşahidə 
aparmaq  üçün  kameraların  quraşdırılması  da  hesab  edirəm  ki,  profilaktik  tədbirlər  arasında  mühüm  yer  tutur. 
İndi  bu  kameraların  yeni  növləri  çıxır.  Nazir  öz  çıxışında  qeyd  etdi.  Üztanıma  funksiyaları  da  vardır  ki,  bu, 
ümumiyyətlə  kriminogen  durumun  həmişə  aşağı  səviyyədə  saxlanması  üçün  çox  vacib  olacaqdır.  
Digər  tədbirlər  də  görülməlidir.  Əlbəttə  ki,  xüsusi  mühafizə  tədbirləri  də  görülməlidir.  İdman  obyektlərində, 
otellərdə,  digər  yerlərdə  təhlükəsizlik  tədbirləri  görülməlidir.  Bu  tədbirləri  bütün  müvafiq  qurumlar  –  Daxili 
İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər müvafiq hüquq mühafizə orqanları 
icra  etməlidirlər.  Əminəm  ki,  biz  bu  sahədə  həmişə  olduğu  kimi,  istədiyimizə  nail  olacağıq.  Bütün  bu  hüquq 
mühafizə  qurumları  arasında,  xüsusilə  oyunların  keçirilmə  ərəfəsində  və  oyunlar  zamanı  əlaqələndirmə  işləri 
daha da yüksək səviyyədə təşkil edilməlidir. 
Nəqliyyatla bağlı məsələlər çox vacib məsələlərdir. Burada artıq bu barədə məlumat verildi. Mən demək 
olar ki, 2000-ci ildən bu yana bütün Yay Olimpiya Oyunlarında iştirak edirəm. Özüm bilirəm ki, qonaqlar üçün 
ən böyük problem yaradan məsələ məhz nəqliyyat məsələləridir. 2000-ci ildə mən Milli Olimpiya Komitəsinin 
prezidenti kimi, 2004-cü ildə artıq ölkə Prezidenti kimi açılış mərasimlərində iştirak etmişəm. Deyə bilərəm ki, 
nəqliyyat məsələlərinin həlli işində adi vətəndaşla dövlət başçısı arasında heç bir böyük fərq yoxdur. Necə ki, 
Milli  Olimpiya  Komitəsinin  prezidenti  kimi,  ölkə  başçısı  kimi  müxtəlif  şəhərlərdə  tıxaclarda  qalmaq 
məcburiyyətində olmuşam. Bu, onu göstərir ki, oyunların keçirildiyi müddətdə nəqliyyat problemləri, hətta ən 
inkişaf etmiş ölkələrdə, ən inkişaf etmiş şəhərlərdə lazımi səviyyədə öz həllini tapmır. Adi vətəndaşları, dövlət 
başçılarını ən çox narahat edən məhz nəqliyyat məsələlərinin düzgün səviyyədə həll olunmamasıdır. Mən indi 
şəhərlərin adlarını çəkmək istəmirəm, amma təcrübəm onu göstərir, əfsuslar ki, nəqliyyat məsələləri demək olar, 
hər  bir  vətəndaşı  incidir.  Adi  vətəndaşlar,  tamaşaçılar,  qonaqlar,  turistlər,  rəsmi  heyətlər  saatlarla  tıxaclarda 
qalmağa məcbur olmuşlar. Ona görə, deyə bilərəm ki, oyunları seyr etməyə gələn qonaq üçün bu, ən ağır sınaq 
olur.  Çünki indi  başqa  şəhərə oyunları seyr  etmək  üçün  gələn  qonaq  otel  nömrələrini  əvvəlcədən  sifariş edir, 
ondan sonra istirahət üçün digər yerləri seçir. Ancaq nəqliyyat elədir ki, onu əvvəlcədən proqnozlaşdıra bilmir. 
Bu  vəziyyətlə  üzləşərkən  əlbəttə  ki,  bu,  insanları  çox  incidir.  Ona  görə  baxmayaraq  ki,  son  illər  ərzində  Bakı 
şəhərində  nəqliyyat  infrastrukturunun  təkmilləşdirilməsi  üçün  çox  böyük  işlər  görülmüşdür,  yenə  də  əlavə 
tədbirlər  görülməlidir.  İdmançıların  və  qonaqların  rahatlığı  üçün  xüsusi  bir  proqram  tərtib  edilməlidir. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
30 
 
Digər şəhərlərdə xüsusi zolaqlar ayrılır. Ancaq bu zolaqlar o qədər də səmərə vermir. Digər tədbirlər görülür. 
Amma bu günə qədər bir neçə Olimpiya Oyunlarının tədbirlərində iştirak etmiş adam kimi səmimi şəkildə deyə 
bilərəm ki, heç bir yerdə nəqliyyat məsələləri hələ lazımi səviyyədə həll olunmamışdır. Hesab edirəm ki, Bakıda 
keçirilən oyunlar bu sahəyə də öz standartlarını tətbiq etməlidir və ondan sonra Azərbaycan, Bakı standartları 
digər şəhərlər üçün də nümunə ola bilər. Biz bu məsələyə də kompleks şəklində baxmalıyıq. Əlbəttə, nəqliyyat 
parkı  yeniləşdirilməlidir.  Yeni  avtobuslar,  taksi  maşınları  gətirilməlidir.  Bu  məsələyə  biz  ayrıca  baxacağıq.  
Oyunların  keçirilməsinə  qədər  yeni  yol  qovşaqları  istifadəyə  veriləcəkdir.  Deyə  bilərəm  ki,  bu  layihələr  bəri 
başdan planlaşdırılmışdır. Biz bu layihələri xüsusilə oyunların keçirilməsi üçün nəzərdə tutmuruq. Ancaq əlbəttə 
ki, tədbirlərin keçiriləcəyi yerlərə rahat gəlib-getmək üçün xüsusi tədbirlər görülməlidir.  
Görüləcək  işlər  arasında  digər  infrastruktur  məsələləri  də  mühüm  əhəmiyyət  daşıyır.  Xüsusilə  elektrik 
enerjisi  ilə  təchizat.  Bu  sahədə  də  son  illərdə  ölkəmizdə  çox  böyük  işlər  görülmüşdür.  Son  illər  ərzində  1500 
meqavat  gücündə  yeni  elektrik  stansiyaları  istifadəyə  verilmişdir.  Bakının  elektrik  şəbəkəsi  demək  olar  ki, 
yenidən  qurulur.  Biz  indi  müxtəlif  ölkələrə  elektrik  enerjisi  ixrac  edirik.  Bölgələrdə  və  o  cümlədən  Bakı 
şəhərində  ötürücü  xətlərlə  bağlı  hələ  ki,  problemlər  vardır.  Ötürücü  xətlərin  bərpası,  yeni  dirəklərin 
quraşdırılması əlbəttə ki, çox böyük diqqət tələb edir. Əminəm ki, 2015-ci ilə qədər bu təsərrüfat da tamamilə 
yeniləşdiriləcəkdir. Beləliklə, elektrik təsərrüfatımız həm Bakıda, həm bölgələrdə tamamilə yeniləşəcəkdir. 
İnformasiya-kommunikasiya  sahəsi  ilə  əlaqədar  əminəm  ki,  işlər  lazımi  səviyyədə  görüləcəkdir. 
“Eurovision”  mahnı  müsabiqəsinin  keçirilməsi  ilə  əlaqədar  müvafiq  tədbirlər  görülmüşdür.  Xüsusilə  nəzərə 
alsaq ki, bu il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib və bu sahəyə böyük 
diqqət  göstərilir.  Mən  dünən  İnformasiya  Texnologiyaları  Universitetinin  yaradılması  haqqında  Sərəncam 
imzalamışam. Bu sahəyə xüsusi diqqət göstərilməlidir. Yəni, buraya gələn idmançılar, qonaqlar, mütəxəssislər 
bütün  imkanlardan  rahat  istifadə  etməlidirlər.  Biz  indi  ölkəmizin  hər  bir  məntəqəsinə  genişzolaqlı  internet 
xətləri  çəkirik.  Bu,  çox  önəmli  layihədir.  Bu  layihənin  önəmini  göstərən  amillərdən  biri  də  odur  ki,  layihənin 
maliyyələşdirilməsi  üçün  Dövlət  Neft  Fondundan  vəsait  ayrılmışdır.  Çalışmalıyıq  ki,  oyunların  keçirilməsinə 
qədər Bakı şəhərində bu sahə ilə bağlı bütün işlər ən yüksək səviyyədə görülsün. 
Səhiyyə  məsələlərinə  gəldikdə,  bu  gün  Bakı  şəhərində  artıq  bu sahədə  görülən işlər  müsbət istiqamətdə 
gedir.  Yeni  xəstəxanalar  tikilməkdədir  və  onların  bir  neçəsi  bu  il  və  2014-cü  ildə  istifadəyə  veriləcəkdir. 
Avadanlıq  artıq  dünya  standartları  səviyyəsindədir.  Həkimlərin  peşəkarlığı  da  artır,  amma  nəzərə  alsaq  ki, 
minlərlə  qonaq  gələcəkdir,  daha  da  sürətlə  artmalıdır.  Əlbəttə  ki,  tibb  xidməti  də  öz  imkanlarını  daha  da 
genişləndirməlidir.  Ola  bilsin  ki,  əlavə  təcili  tibb  yardımı  maşınları  alınsın.  Bilirsiniz  ki,  biz  keçən  illərdə 
onların  demək  olar  ki,  hamısını  yeniləşdirmişik.  Bakıda  indi  sovet  dövrünə  aid  bir  dənə  də  olsun,  təcili  tibb 
maşını qalmamışdır. Yeni xidmət yaradılmışdır, operativlik də lazımi səviyyədədir. Maşınlar xəstənin yardımına 
vaxtında çatır. Ancaq bununla bərabər, əlavə tədbirlər də görülməlidir. Çünki iki həftə ərzində Bakıda minlərlə 
qonaq olacaqdır. Həkimlərin də ingilis dili kurslarına cəlb edilməsi məsələsinə baxmaq lazımdır. “Eurovision” 
ərəfəsində polis işçilərini biz bu kurslara cəlb etmişdik. Bu proses bundan sonra da davam etməlidir. Oyunlara 
bunun  heç  bir  əlaqəsi  olmamalıdır.  Çünki  Bakıya  gələn  xarici  turistlərin  sayı  artır.  Əlbəttə  ki,  polis  işçiləri 
ingilis dilini bilməlidirlər, yəni, bilsələr yaxşı olar. O cümlədən səhiyyə işçiləri. Ümumiyyətlə, xarici dil bilmək 
yaxşı şeydir və hər bir gənc çalışmalıdır ki, xarici dilləri bilsin.  
Olimpiya simvolu da çox vacib məsələdir. Çünki Olimpiya simvolu bir növ ölkəni təqdim edir. Bakıda 
keçiriləcək  oyunlar  əlbəttə  ki,  Avropa  ictimaiyyətinin  diqqət  mərkəzində  olacaqdır.  Ancaq  Olimpiya 
Oyunlarının rəmzi, yaxud da ki, rəmzləri, simvolu çox mühüm məsələdir. Mən bilirəm ki, müsabiqə artıq elan 
edilibdir  və  müsabiqəyə  çox  ciddi  yanaşmaq  lazımdır,  ictimaiyyət  də  öz  sözünü  deməlidir.  Ola  bilsin,  biz  bu 
məsələni  ictimai  müzakirəyə  də  çıxara  bilək  ki,  Azərbaycan  vətəndaşları  da  öz  sözlərini  desinlər.  Bu  simvol, 
əlbəttə ki, ölkəmizin həm tarixini, həm xüsusi əlamətlərini əks etdirməlidir. 
Biz  idmançılarımızın  bu  oyunların  hazırlanmasında  iştirakını  da  təmin  etməliyik.  Bütün  işlərdə  həm 
görkəmli,  tanınmış  idmançılarımız,  eyni  zamanda,  geniş  şəkildə  idmançılar  da  fəal  iştirak  etməlidirlər.  Ola 
bilsin ki, könüllülər arasında idmançılar da olmalıdır. Yəni, Azərbaycanın idman ictimaiyyəti bu işlərdə çox fəal 
işləməlidir.  
Könüllülərə  gəldikdə,  artıq  “Eurovision”  ilə  bağlı  bizim  ilk  təcrübəmiz  olmuşdur,  təcrübə  müsbət  idi. 
Ancaq  bu  oyunlarda  qonaqların  sayı  daha  da  çox  olacaqdır.  Ona  görə,  əlbəttə,  könüllülər  xüsusi 
təlimatlandırılmalıdırlar  və  onların  uğurlu  fəaliyyəti,  o  cümlədən  oyunların  uğurlu  keçirilməsinə  xidmət 
göstərəcəkdir. Çünki bir daha qayıtmaq istəyirəm öz təcrübəmə, volontyorlar çox mühüm funksiya daşıyır və 
onların  operativliyi,  xeyirxahlığı,  qonaqpərvərliyi  qonaqlarda  ölkə  haqqında  da müsbət  təəssürat  yarada  bilər. 
Ona  görə,  xüsusi  seçilmiş  gənclərimiz  bu  işlərə  cəlb olunsunlar.  Bütövlükdə  mən  görürəm  ki,  bu  işlərə  meyl 
artır,  bizim  gənclər  ictimai  işlərə,  ölkəyə  xeyir  gətirən  işlərə  çox  fəal  qoşulurlar.  Bu,  çox  müsbət  haldır.  
Burada  qeyd  olundu  ki,  Avropa  Olimpiya  Komitəsi  belə  fikirdədir  ki,  bu  oyunlar  Yay  Olimpiya  Oyunlarını 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
31 
 
təqlid  etməməlidir.  Əlbəttə,  mən  də  bununla  razıyam.  Ancaq  bununla  bərabər,  Yay  Olimpiya  Oyunlarından 
aşağı səviyyədə də keçirilməməlidir. Təbiidir, bu oyunların öz siması olmalıdır. Ancaq təşkilatçılıq baxımından, 
yəni bütün işlərin qurulması baxımından bu oyunlar Yay Olimpiya Oyunlarından aşağı səviyyədə olmamalıdır. 
Hesab edirəm ki, ondan daha da yüksək səviyyədə olmalıdır və olacaqdır.  
Mən  indi  əvvəlki  dövrdə  keçirilən  Yay  Olimpiya  Oyunlarına  qayıtmaq  istəmirəm.  Ancaq  biz  bütün 
nöqsanları - insanları, idmançıları narahat edən məsələləri bilirik. O nöqsanları, o səhvləri təkrar etməmək üçün 
biz  fəal  çalışmalıyıq.  Bu  oyunların  öz  siması,  öz  standartları  olacaqdır  və  deyə  bilərəm  ki,  bu  standartları  biz 
tətbiq  edəcəyik.  Bizim  qoyduğumuz  təməl  üzərində  bundan  sonra  da  Avropa  Oyunları  keçiriləcəkdir.  Nə 
Avropa Olimpiya Komitəsinin, nə də bizim bu oyunların keçirilməsində təcrübəmiz yoxdur. Bu da bizim üçün 
böyük bir çətinlikdir, böyük çağırışdır.  
Mən  giriş  sözümdə  qeyd  etdim  ki,  hazırlıq  üçün  bizim  cəmi  iki  il  vaxtımız  var,  baxmayaraq  ki,  Yay 
Olimpiya Oyunları üçün 6-7 il vaxt verilir. Yay Olimpiya Oyunlarının keçirilməsində artıq böyük təcrübə var və 
Beynəlxalq  Olimpiya  Komitəsi  demək  olar  ki,  hər  bir  sahə  üzrə  öz  göstərişlərini  verir.  Cild-cild  kitablar  var. 
Orada hər bir sahə üzrə, hər bir nöqtəyə qədər artıq müəyyən edilmiş qaydalar vardır. Hazır təlimatlar, metodiki 
qaydalar vardır. Burada isə heç nə yoxdur. Belə olan halda bütün məsuliyyət, bütün təşkilati məsələlərin həlli 
bizim üzərimizə düşür. Bir növ həm bu oyunların, eyni zamanda, gələcək oyunların başqa şəhərlərdə keçirilməsi 
üçün yeni standartları biz tətbiq edəcəyik. Doğrudan da, böyük məsuliyyətdir. Mən bir daha demək istəyirəm ki, 
bu  oyunlar  Yay  Olimpiya  Oyunlarının  səviyyəsindən  aşağı  olmamaq  şərti  ilə  keçirilməlidir.  Əminəm  ki,  biz 
buna nail olacağıq.  
Baxmayaraq  ki,  bu  böyük  mötəbər  oyunları  biz  birinci  dəfə  keçirəcəyik,  ancaq  bu  vaxta  qədər  Bakıda 
dünya, Avropa çempionatları, “Eurovision” müsabiqəsi, digər beynəlxalq tədbirlər böyük uğurla keçirilmişdir.  
Əminəm  ki,  Təşkilat  Komitəsi  bütün  bu  işləri  yüksək  səviyyədə  həll  edəcəkdir.  Mən  buna  şübhə  etmirəm. 
Beləliklə,  Azərbaycan  bir  daha  özünü  dünyaya  və  Avropaya  müasir,  güclü  dövlət  kimi  təqdim  edəcəkdir. 
Təşkilat Komitəsinə uğurlar arzulayıram və artıq bu gündən siz fəal işə başlayırsınız. Sağ olun. 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin