Azərbaycan beynəlxalq müstəvidə idman ölkəsi kimi tanınır
Ümummilli lider Heydər Əliyevin siyasətini uğurla və uzaqgörənliklə davam etdirən Prezident İlham
Əliyev idmanın inkişafının əhəmiyyətinə toxunaraq bildirmişdir: “Biz idmanın inkişafına geniş prizmadan
yanaşırıq və kompleks tədbirlər görülür. Əlbəttə, ilk növbədə, dövlət siyasəti bu istiqamətdə çox uğurla aparılır.
Dövlət siyasətinin nəticəsidir ki, bu gün biz Azərbaycanı dünya birliyinə idman dövləti kimi təqdim edə bilirik.
Təsadüfi deyildir ki, 2012-ci il Azərbaycanda “İdman ili” elan edilmişdir. Bu, özlüyündə bir göstəricidir”.
Nəticə etibarilə, Azərbaycanın idman müstəvisində beynəlxalq nüfuzu güclənməkdə və bu istiqamətdə
beynəlxalq aləmdə ölkəmizin uğurları artmaqdadır. Bütün bunların nəticəsi kimi, bir sıra mötəbər idman
yarışlarının təşkil olunması Azərbaycana etibar edilir. Məsələn, London Olimpiadası başa çatdıqdan sonra
avqust ayında Bakıda yeniyetmələr arasında sərbəst, yunan-Roma, qadın və çimərlik güləşi üzrə Dünya
Çempionatı keçirildi. 16 ölkənin futbol komandalarının iştirakı ilə keçirilən FİFA U-17 qadınlararası Dünya
Çempionatı isə artıq Azərbaycanın çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ənənəsinə sadiq
olmasından xəbər verirdi. Məlumat üçün bildirək ki, FİFA prezidenti Yozef Blatter və digər rəsmi qonaqlar
Dünya Çempionatının açılış mərasimində iştirak edərək mundialın yüksək səviyyədə təşkil olunduğunu
vurğulayıblar.
Digər tərəfdən, uğurlardan bəhs edərkən 2012-ci ilin təkcə 9 ayı ərzindəki statistik rəqəmlərə diqqət
çəkmək kifayət edər. Belə ki, bəhs edilən dövrdə ölkəmizdə 145 respublika, 33 beynəlxalq yarış keçirilib, 248
beynəlxalq yarışda və 83 təlim-məşq toplantısında idmançılarımızın iştirakı təmin olunub. Gənc və
yeniyetmələrimiz dünya, qitə çempionat və birinciliklərində 83 qızıl, 125 gümüş və 182 bürünc medal əldə
ediblər.
Bir sözlə, sadalananların nəticəsi kimi qeyd etmək olar ki, Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti
ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin,
gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını və idmanın inkişafını təmin
edib. Eyni zamanda, bir-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara ev sahibliyi
etmək imkanlarını artırıb. Ölkəmizin Olimpiya Oyunları kimi planetin bir nömrəli idman yarışına ev sahibliyi
etmək iddiasını ortaya qoyması və namizədliyini rəsmi şəkildə irəli sürməsinin arxasında da məhz Azərbaycanın
inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
15
Məhz bu amilləri nəzərə alan Avropa Olimpiya Komitəsi 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının
Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edib. Şübhəsiz, Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi
ölkəmizin çox böyük tarixi uğurdur. Prezident İlham Əliyev də xalqa təbrikində bu qərarı tarixi uğur kimi
dəyərləndirib: “Bu, doğrudan da tarixi hadisədir. Çünki bu vaxta qədər Avropa Olimpiya Oyunları
keçirilməmişdir və ilk oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur”.
“Yeni Azərbaycan”ın Analitik Qrupu
“Yeni Azərbaycan”.-2012.-13 dekabr.-№229.-S.4.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
16
I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə
Təşkilat Komitəsinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin sərəncamı
(17 yanvar 2013-cü il)
2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyasının 2015-ci ildə I Avropa
Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul etməsi böyük tarixi hadisədir. Avropa tarixində ilk dəfə
təşkil olunan bu oyunların məhz Azərbaycana həvalə edilməsi Beynəlxalq və Avropa Olimpiya hərəkatı
tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən
nailiyyətlərə verilən yüksək qiymətdir.
İdmançılarımızın olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında inamlı qələbələri
respublikamızda idmana olan qayğının bariz nümunəsi kimi Olimpiya hərəkatında yüksək dəyərləndirilərək
ölkəmizin idman şöhrətinin artmasına xidmət etmişdir. Eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə daim
artan nüfuzu, iqtisadi qüdrəti, dinamik inkişafı, genişmiqyaslı müasir infrastruktur layihələri, mövcud ictimai-
siyasi sabitlik və həyata keçirilən islahatlara ümumxalq dəstəyi bu tarixi qərarın qəbul edilməsində öz mühüm
rolunu oynamışdır. Hal-hazırda Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmiş, bütövlükdə
Azərbaycanda müasir idman infrastrukturu yaradılmış və həmin sahədə müvafiq proseslər davam
etdirilməkdədir. Bütün bunlar I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə böyük imkanlar açır.
Bu oyunların Bakıda təşkili ölkəmizin bədən tərbiyəsi və idman sahəsində həyata keçirilən dövlət
siyasətinin gücləndirilməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində
önəmli yer tutmasına şərait yaradacaqdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, I Avropa
Oyunlarının 2015-ci ildə Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. 2015-ci ilin iyun-iyul aylarında Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi üzrə aşağıdakı
tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri
Mehriban Əliyeva -
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi
İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri
Təşkilat Komitəsinin üzvləri
Hacıbala
Abutalıbov
-
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Olimpiya
Komitəsinin üzvü
Azad Rəhimov
-
Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli
Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü
Elmar
Məmmədyarov
- Azərbaycan Respublikasının xarici işlər naziri
Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri
Samir Şərifov
- Azərbaycan Respublikasının maliyyə naziri
Ramil Usubov
- Azərbaycan Respublikasının daxili işlər naziri
Eldar Mahmudov - Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri
Ziya Məmmədov -
Azərbaycan Respublikasının nəqliyyat naziri, Azərbaycan Respublikası Milli Olimpiya
Komitəsinin üzvü
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Əli Abbasov
- Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri
Əli Əsədov
- Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini
Fatma
Abdullazadə
-
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri
şöbəsinin müdiri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
Elçin Quliyev
- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
17
Aydın Əliyev
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Cahangir Əsgərov -
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, Azərbaycan
Respublikası Milli Olimpiya Komitəsinin üzvü
Etibar
Pirverdiyev
- “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Baba Rzayev
- “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin sədri
Çingiz
Hüseynzadə
-
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya
Komitəsi İcraiyyə Komitəsinin üzvü
Anar Ələkbərov - Heydər Əliyev Mərkəzinin direktoru
Ağacan Abiyev
-
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi, Milli Olimpiya Komitəsi
İcraiyyə Komitəsinin üzvü
Fərhad Hacıyev
- Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru
Mikayıl Cabbarov - “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi
İlham Mədətov
-
XXIX və XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin
rəhbəri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü (təşkilat komitəsinin
katibi)
Namiq Abdullayev -
Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə
Komitəsinin üzvü
Zemfira
Meftaxetdinova
-
Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə
Komitəsinin üzvü
Fərid Mansurov
- Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
Elnur Məmmədli - Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü
Toğrul Əsgərov
- Olimpiya çempionu
Şərif Şərifov
- Olimpiya çempionu
2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan
Respublikası Milli Olimpiya Komitəsi ilə birlikdə I Avropa Oyunlarının keçirilməsi ilə bağlı xüsusi tədbirlər
planı hazırlayıb Təşkilat Komitəsinə təqdim etsin.
3. Təşkilat Komitəsi I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri
məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 yanvar 2013-cü il
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
18
Prezident İlham ƏLİYEV:
“Avropa Olimpiya Oyunlarını ən yüksək səviyyədə keçirəcəyik”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 15-də keçirilmiş Nazirlər
Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında dövlətimizin başçısı tarixdə ilk dəfə təşkil ediləcək Avropa Olimpiya Oyunlarının
keçirilməsi hüququnun Bakiya verilməsi məsələsi üzərində də ətraflı dayanmışdır.
Avropa Olimpiya Komitəsinin (AOK) Baş Məclisi birinci Avropa Olimpiya Oyunlarının 2015-ci ildə
Azərbaycan paytaxtında keçirilməsi haqqında qərar çıxarmaqla ölkəmizə yüksək etimad göstərmişdir. Hazırlığı
böyük zəhmət, qarşıda duran işlərə əsl peşəkar münasibət, yüksək təşkilatçılıq bacarığı, zəruri maddi imkanlar
tələb edən bu mötəbər yarışların AOK rəsmilərinin ümüdlərini tam doğruldub idmanımızın tarixində, Avropa
Olimpiya Hərəkatında özünə layiqli yer edəcəyinə şübhə yoxdur.
Bu barədə qəti fikir söyləməyə ciddi əsas vardır. Paytaxtımız ötən illərdə idmanın ayrı-ayrı növləri üzrə
dünya və Avropa çempionatlarını, Dünya kuboku yarlışlarını, Olimpiya təsnifat turnirlərini, “Qran-Pri”ləri,
digər mötəbər beynəlxalq startları ən yüksək səviyyədə təşkil etmiş və bu yarışların iştirakçısı olmuş güləşçilər,
boksçular, taekvondoçular, voleybolçular, şahmatçılar və digər növlərin nümayəndələri, eləcə də beynəlxalq
federasiyaların rəhbərləri respublikamızdan vətənlərinə zəngin təəsüratla qayıtmışlar. Ötən ilin payızında Bakı
və Lənkəranda keçirilmiş 17 yaşadək qadınlardan ibarət komandalar arasında futbol üzrə dünya çempionatının
final mərhələsinin də xarici qonaqlara neçə güclü təsir bağışladığı, çempionatın iştirakçısı olmuş bütün 16
kollektivin respublikamızda onlara göstərilən qonaqpərvərlikdən, yarışların yüksək səviyyədə təşkilindən böyük
zövq aldığı dünya idman ictimayyətinə yaxşı məlumdur. Bu çempionatın Azərbaycanda keçirilməsi ölkəmizdə
futbolun inkişafına yeni təkan verəcək, xüsusən də qadın və qızlar arasında ona marağı daha da artıracaqdır.
Doğrudur, idmanın on beşə qədər növünü özündə birləşdirən Avropa Olimpiya Oyunları ilə ayrı-ayrı növlər
üzrə çempionatların təşkili arasında böyük fərq var. Lakin təcrübə göstərir ki, Azərbaycanın idman təşkilatları
komleks yarışları da yüksək səviyyədə keçirə bilərlər. Onların bu vəzifəni də layiqincə yerinə yetirmək üçün
kifayət qədər bacarığı, səriştəsi və imkanı vardır.
Birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında Avropa Olimpiya Komitəsi Baş
Məclisinin qərarını ayrı-ayrı ölkələrin dövlət başçıları, beynəlxalq federasiyaların rəhbərləri də ölkəmizə və
idmanımıza böyük rəğbətlə, məhəbbətlə qarşılamışlar. Ötən ilin dekabrında Bakının qonağı olmuş Ukrayna
Prezidenti Viktor Yanukoviç Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı demişdir: “...Əlbəttə, mən
çox şadam ki, Azərbaycan birinci Avropa Olimpiya Oyunlarını keçirən ölkə olacaqdır”.
Elə həmin günlərdə paytaxtımızın digər qonağı - Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş
Ayan da “Abşeron” mehmanxanasında 88 ölkədən 200-dək nümayəndənin iştirakı ilə keçirilən federasiyanın
növbəti konqresində 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Azərbaycanda təşkil olunması ilə bağlı
qərarın qəbul edilməsinə görə xalqımızı təbrik etmiş, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları
nailiyyətləri yüksək qiymətləndirmişdir.
Bakının, ölkəmizin ən yüksək vəzifələri də layiqincə həll etmək gücündə olmasına böyük inam isə
Azərbaycan iqtisadiyyatının sürətli inkişafına əsaslanır. Portuqaliya mətbuatı ötən il sentyabrın 11-də futbol
üzrə dünya çempionatının seçmə yarışları çərçivəsində bu ölkənin milli komandasının Azərbaycana qarşı görüşü
ərəfəsində rəqiblərin oyun səviyyəsini onların təmsil etdikləri ölkələrin iqtisadiyyatı ilə müqayisə etmişdi. O
zaman “A Bola” qəzeti yazmışdı ki, Portuqaliya futbolda nə qədər irəlidədirsə, Azərbaycan da iqtisdiyyatda bir
o qədər öndədir". Bax belə, qitəmizdə Azərbaycanın birinci Avropa Olimpiya Oyunlarını öz adına layiq, yüksək
səviyyədə keçirəcəyinə inam böyükdür.
Elə Prezident İlham Əliyev də Nazirlər Kabinetinin yuxarıda xatırlatdığmız iclasında bu barədə qətiyyətlə
demişdir: “Bu ildən biz Avropa Olimpiya Oyunlarına hazırlıq işlərinə də başlamalıyıq. Keçən ilin sonunda
Avropa Olimpiya Komitəsinin Baş Məclisində birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi
haqqında qərar qəbul edilmişdir. Mən bu məsələ ilə bağlı Azərbaycan xalqını təbrik etmişəm, Azərbaycan
xalqına müraciət etmişəm. Çünki hesab edirəm ki, bu çox ciddi hadisədir. Bu, eyni zamanda, Azərbaycanda son
illər ərzində görülən işlərin təzahürüdür, beynəlaxaq imicimizin yüksək səviyyədə olmasının əlamətidir.
Azərbaycanın iqtisadi və siyasi cəhətdən sabit ölkə kimi tanınmasının nəticəsidir. Böyük məsuluyyətdir, böyük
şərəfdir və böyük etimaddır. Mən heç də şübhə etmirəm ki, biz bu məsuliyyəti şərəflə hiss edərək lazım olan
bütün tədbirləri görəcəyik və Avropa Olimpiya Oyunlarını ən yüksək səviyyədə, yəni, Beynəlaxaq Olimpiya
Oyunları səviyyəsində keçirəcəyik...”
“Xalq qəzeti”.-2013.-24 yanvar.-N 16.-S.5.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
19
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2015-ci ildə Bakıda keçiriləcək
birinci Avropa Oyunları Təşkilat Komitəsinin ilk iclası olmuşdur
(2 fevral 2013-cü il)
Bakı, 2 fevral (AzərTAc). Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi
ilə 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin ilk iclası olmuşdur.
Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.
Prezident İlham Əliyevin giriş nitqi
(2 fevral 2013-cü il)
- Bu gün biz Avropa Oyunlarının Təşkilat Komitəsinin birinci iclasını keçiririk. Bildiyiniz kimi, keçən
ilin sonunda – dekabr ayında Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə birinci Avropa
Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Avropanın idman-olimpiya ailəsi
Bakının namizədliyini böyük səs çoxluğu ilə dəstəkləmişdir.
Bu, böyük tarixi hadisədir. Çünki ilk dəfədir ki, Avropa Oyunları keçirilir. Baxmayaraq ki, Olimpiya
Oyunları Avropa qitəsində yaranmışdır və ondan sonra Avropa qitəsində də bərpa edilmişdir. Ancaq bu günə
qədər Avropa Oyunları keçirilməmişdir. İlk oyunların Bakıda keçirilməsi əlbəttə ki, böyük nailiyyətdir, bizim
böyük uğurumuzdur. Yanvarın 17-də Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün Təşkilat Komitəsi
yaradılmışdır və bu gün biz Təşkilat Komitəsinin birinci toplantısını keçiririk.
Bu tarixi qərarın qəbul edilməsində əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynamışdır. Son
illər ərzində Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən müasir güclü ölkə kimi təqdim edə
bilmişdir. Baxmayaraq ki, biz cəmi 21 ildir müstəqil dövlət kimi yaşayırıq, bu gün Azərbaycan dünya
miqyasında çox etibarlı tərəfdaş və etibarlı dost kimi tanınır. Bizim beynəlxalq nüfuzumuzun yüksək səviyyədə
olmasını, eyni zamanda, BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz də təsdiqləyir. Bu da tarixi bir qərar idi.
Müstəqilliyimizin 20-ci ildönümünə təsadüf edən bu tarixi qərar əslində 20 il ərzində görülən işlərin təzahürü
idi. Bu gün Azərbaycan dünya birliyinin bir nömrəli qurumunun üzvüdür və keçən ilin may ayında BMT
Təhlükəsizlik Şurasına sədrlik etmişdir.
Əlbəttə ki, beynəlxalq mövqelərimizin möhkəmlənməsi və təsir imkanlarımızın genişləndirilməsi
sayəsində ölkəmizin gələcək maraqları daha dolğun şəkildə təmin ediləcəkdir. Şübhəsiz ki, Avropa Oyunlarının
Azərbaycanda keçirilməsi haqqında verilmiş qərarın əsasında məhz bu amil dayanmışdır. Bununla bərabər,
ölkəmizin dinamik iqtisadi inkişafı əlbəttə ki, öz rolunu oynamışdır. Hətta böhranlı illərdə Azərbaycan
iqtisadiyyatı inkişaf etmiş və bütün beynəlxalq mötəbər qurumlar bunu təsdiqləyir. Keçən il dünyanın aparıcı
“Fitch”, “Moody's” və “Standard & Poor's” reytinq agentlikləri ölkəmizin kredit reytinqini artırmışlar.
Baxmayaraq ki, bəzi inkişaf etmiş ölkələrin reytinqi aşağı salınmış, bizim reytinqimiz qaldırılmışdır.
Bu yaxınlarda mən Davosda Ümumdünya İqtisadi Forumunda iştirak etmişəm. Deyə bilərəm ki, Azərbaycan və
ölkəmizdə gedən proseslər orada diqqət mərkəzində idi. Bu Forum, bildiyiniz kimi, dünyanın siyasi və iqtisadi
elitasını cəmləşdirir. Çox sevindirici hal ondan ibarətdir ki, Azərbaycan haqqında dünya ictimaiyyətində, dünya
siyasi və iqtisadi elita nümayəndələri arasında çox müsbət imic, müsbət rəy vardır. Təsadüfi deyil ki, Davos
Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı MDB məkanında rəqabət
qabiliyyətliliyinə görə birinci, dünya miqyasında isə 46-cı yerdədir. Yəni, bu amillər də əlbəttə ki, oyunların
Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsində öz rolunu oynamışdır.
İqtisadiyyatımız son doqquz il ərzində üç dəfə artmış və bu gün iqtisadiyyat şaxələndirilmiş, dayanıqlı
iqtisadiyyatdır. İqtisadi inkişafın genişləndirilməsi üçün çox gözəl imkanlar vardır. Eyni zamanda, əlbəttə ki,
maliyyə resurslarımız da kifayət qədər böyükdür, çoxdur və bu amil də oyunların Bakıda keçirilməsini
şərtləndirdi.
Digər səbəblər də vardır. Ölkəmizdə son illər ərzində yaradılmış idman infrastrukturu dünya səviyyəsinə,
dünya standartlarına cavab verir. Hazırda tikilmiş və tikilməkdə olan obyektlər, idman qurğuları bizə imkan
verəcəkdir ki, oyunları yüksək səviyyədə keçirək. Çünki hesab edirəm ki, əsas idman qurğuları oyunların
keçirilməsinə imkan yaradacaqdır. Əgər əlavə bir idman obyektinin tikilməsinə ehtiyac yaranarsa, biz bunu
2015-ci ilə qədər həll edəcəyik.
Bu oyunların Bakıda keçirilməsi əhali tərəfindən çox yüksək səviyyədə dəstəklənir. Biz bu dəstəyi
əvvəlki dövrdə də hiss etmişik. Çünki bildiyiniz kimi, Azərbaycan iki dəfə öz namizədliyini Yay Olimpiya
Oyunlarının keçirilməsi üçün vermişdir. O zaman rəy sorğuları keçirilmiş və müəyyən edilmişdir ki,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
20
Azərbaycan əhalisi Olimpiya Oyunlarının Bakıda keçirilməsini arzulayır, dəstəkləyir və bu amil də çox mühüm
rol oynayır.
Şəhər infrastrukturu müasirləşir. Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Həm gözəlliyi,
həm tarixi siması, həm də müasirliyi ilə fərqlənir. Şəhər infrastrukturunun inkişafı ilə bağlı əlavə tədbirlər
görüləcək və biz Bakını bundan sonra da inkişaf etdirəcəyik, daha da gözəlləşdirəcəyik.
Bizim artıq mötəbər beynəlxalq tədbirlərin keçirilməsində gözəl təcrübəmiz vardır. Azərbaycanda
mütəmadi qaydada dünya, Avropa çempionatları keçirilmişdir. Keçən il ilk dəfə olaraq futbol üzrə qızlar
arasında dünya çempionatı yüksək səviyyədə keçirilmişdir. İki həftədən çox bir müddətdə bütün idmançılar və
şəhərimizin qonaqları Azərbaycan xalqının qonaqpərvərliyini hiss etmiş və ölkəmizdə gedən sürətli inkişaf
prosesini izləmişlər. FİFA və UEFA rəhbərliyi tərəfindən bu çempionatın keçirilməsinə və bizim təşkilatçılıq
qabiliyyətimizə çox yüksək qiymət verilmişdir.
Yəni, biz bu tədbirləri keçirməklə və öz təşkilatçılıq qabiliyyətimizi göstərməklə bir növ yeni standartlar
tətbiq edirik. Bu, artıq Azərbaycan standartlarıdır. Çünki istənilən beynəlxalq tədbir Azərbaycanda, Bakıda
yüksək səviyyədə keçirilir və hesab edirəm ki, Avropa Oyunları da yüksək səviyyədə keçiriləcəkdir.
Hesab edirəm ki, Avropa idman ailəsinin bizə göstərdiyi etimadın təməlində, eyni zamanda, idmançılarımızın
uğurları da böyük rol oynamışdır. Çünki Azərbaycan bu gün dünyada və Avropada idman dövləti kimi tanınır.
İdmançılarımızın uğurları həm Avropa, həm dünya çempionatlarında, həm də Olimpiya Oyunlarında özünü
göstərir. London Yay Olimpiya Oyunlarında Azərbaycan tarixi qələbə - 10 medal qazanmışdır və Avropa
ölkələri arasında 15-ci yerə layiq görülmüşdür. Əlbəttə ki, idmançıların uğurlu çıxışları bu oyunların Bakıda
keçirilməsinə müsbət təsir göstərmişdir.
Əlbəttə ki, digər amillər də öz rolunu oynamışdır. Ancaq əsas amillər bunlardan ibarətdir. İndi isə hazırlıq
dövrü başlayır. Bu, çox məsuliyyətli bir dövr olacaqdır. Çünki Yay Olimpiya Oyunlarından fərqli olaraq bizim
hazırlıq üçün cəmi iki il vaxtımız vardır. Çünki bildiyiniz kimi, Yay Olimpiya Oyunlarının hazırlığı üçün 6-7 il
vaxt verilir. Yəni, bu ilin sentyabr ayında 2020-ci ildə keçiriləcək Olimpiya Oyunlarının şəhəri müəyyən
ediləcəkdir.
Yəni, o oyunları keçirəcək ölkə təqribən 6-7 il ərzində hazırlıq işləri görəcəkdir. Bizim isə hazırlıq
işlərinin görülməsi üçün cəmi 2 il vaxtımız vardır. Bu, çox böyük məsuliyyətdir. Eyni zamanda, böyük inamdır,
böyük şərəfdir. Mən əminəm ki, bütün müvafiq qurumlar bu oyunların yüksək səviyyədə keçirilməsi üçün
səylərini əsirgəməyəcəklər və həmişə olduğu kimi, biz bu dəfə də ölkəmizin qüdrətini, xalqımızın
qonaqpərvərliyini, Azərbaycanın dinamik inkişafını Avropaya və beləliklə, bütün dünyaya nümayiş etdirəcəyik.
Bayaq qeyd etdiyim kimi, oyunları yüksək səviyyədə keçirmək üçün Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat
Komitəsində həm dövlət qurumlarının nümayəndələri, Milli Olimpiya Komitəsinin üzvləri, idmançılar, ictimai
sahədə fəaliyyət göstərən insanlar cəmləşib. Təşkilat Komitəsinə isə Mehriban Əliyeva sədrlik edir. Deyə
bilərəm ki, Mehriban Əliyeva, eyni zamanda, keçən il “Eurovision” mahnı müsabiqəsinin Təşkilat Komitəsinə
rəhbərlik etmişdir. Ümumi rəyə görə, “Eurovision” mahnı müsabiqəsi Bakıda ən yüksək səviyyədə keçirilmişdir
və bəlkə də “Eurovision” müsabiqəsinin tarixində belə gözəl müsabiqə keçirilməmişdir. Bütün təşkilati
məsələlər öz həllini tapmışdır, qonaqlar həm şəhərimizin gözəlliyi ilə tanış olmuşlar, eyni zamanda, özlərini çox
rahat hiss etmişlər. Çünki həm insanların qonaqpərvərliyi, eyni zamanda, şəhərimizdə hökm sürən asayiş,
sabitlik öz rolunu oynamışdır. Əminəm ki, Avropa Olimpiya Komitəsinin bizə göstərdiyi etimadı Mehriban
Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsi yüksək səviyyədə doğruldacaq və bu oyunlar Olimpiya
Oyunlarının tarixində sadəcə, birinci Avropa Oyunları kimi deyil, eyni zamanda, ən gözəl oyunlar kimi
qalacaqdır.
Bu gün isə biz artıq Təşkilat Komitəsinin görəcəyi işlərlə tanış olacağıq və məruzə etmək üçün söz verilir
Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya
Dostları ilə paylaş: |