Iv fəSİl I avropa Oyunları 2015



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə20/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   ...   16   17   18   19   20   21   22   23   ...   41

 
“Xalq qəzeti”.-2014.-22 oktyabr.-№ 229.-S.4. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
131 
 
“Bakı-2015” ilk Avropa Oyunları Yaponiyanın yayım şirkəti ilə müqavilə imzalayıb 
 
“Bakı-2015”  gələn  ilin  yayında  keçiriləcək  birinci  Avropa  Oyunlarının  Yaponiyada  yayımlanmasını təmin 
etmək məqsədilə Tokio Yayım Sistemi (TBS) Televiziyası ilə noyabrın 5-də müqavilə imzalayıb. 
“Bakı-2015”dən AzərTAc-a bildiriblər ki, pulsuz yayımlanan kanal 17 günlük yarışların, o cümlədən açılış 
və  bağlanış  mərasimlərinin,  gündəlik  maraqlı  məqamlardan  seçilmiş  videomaterialların  bütün  daxili  və  yerli 
platformalar üzrə yayımlanması hüququnu əldə edib. 
Avropa  Oyunları  Əməliyyat  Komitəsinin  əməliyyatlar  üzrə  baş  direktoru  Saymon  Kleq  deyib:  “Avropa 
Oyunlarının Yaponiya bazarında təqdim edilməsi məqsədilə TBS Televiziyası ilə müqavilə imzalamağımızdan 
çox  məmnunuq.  İdmansevər  xalqın  yaşadığı  Yaponiyada  “Bakı-2015”  Avropa  Oyunlarına  böyük  maraq 
göstəriləcəyinə inanırıq. Yaponiyadakı idman azarkeşlərinin yarışlara baxa bilməsi olduqca xoşdur”. 
TBS ümummilli şəbəkəyə, o cümlədən ölkə üzrə 28 filiala malik olan kommersiya yayım şirkətidir. Şirkət, 
həmçinin ümumi proqramlaşdırma peyk kanalı olan BS-TBS-ni və 24 saat xəbər xidməti göstərən “NewsBird” 
kanalını, eləcə də ümummilli radio şəbəkəsini idarə edir. 
TBS  1997-ci  ildən  etibarən  Yaponiyada  atletika  üzrə  dünya  çempionatlarının  məxsusi  yayım  şirkətidir. 
Həmçinin  Olimpiya  Oyunlarının,  futbol  üzrə  dünya  çempionatlarının  və  Asiya  Oyunlarının  yayımını  həyata 
keçirən yapon yayım şirkətləri konsorsiumunun üzvüdür. Şirkət Yaponiyada, eyni zamanda, peşəkar qolf üzrə 
“The  Masters”  turnirinin,  Peşəkar  Qolf  Assosiasiyası  çempionatının,  əsas  beysbol  liqasının  və  voleybol  üzrə 
dünya çempionatının yayım xidmətini göstərir. 
“TBS  Sports”un  icraçı  vitse-prezidenti  Masamiçi  Amano  qeyd  edib:  “Bakı-2015”  Avropa  Oyunları  tarixi 
yarış olacaq. Biz uzunmüddətli və məhsuldar tərəfdaşlığa başlamağımızla fəxr edirik. Birinci Avropa Oyunlarını 
və Bakının dünyaya təklif edəcəyi yenilikləri Yaponiya tamaşaçısına ötürməyi səbirsizliklə gözləyirik”. 
Bu,  “Bakı-2015”  tərəfindən  Ərəb  Dövlətlərinin  Yayım  Birliyi  ilə  bağlanmış  sazişdən  sonra  imzalanan 
növbəti müqavilədir. Həmin sazişlərə görə, Avropa Oyunları Orta Şərq və Şimali Afrika üzrə 20 ölkədə, eyni 
zamanda, “L’Equipe 21” kanalı ilə Fransada yayımlanacaq. 
“Bakı-2015”  Avropa  Oyunları  Əməliyyat  Komitəsinin  kommersiya  şöbəsinin  direktoru  Çarli  Viceratna 
bildirib ki, bu sazişlər, birinci Avropa Oyunlarının dünyanın beş qitəsində yayımlanmasını təmin etmək üçün 
mühüm addımdır. 
 
Azərbaycan”.-2014.-6 noyabr.-N 242.-S.5. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
132 
 
Britaniyanın “Inside The Games” portalında “Bakı-2015” ilə bağlı rubrika açılıb 
 
Britaniyanın məşhur “Inside The Games” xəbər portalında “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı 
rubrika açılıb. 
Azərbaycan haqqında ətraflı məlumatın təqdim edildiyi rubrikada dövlət atributlarımıza yer verilir, 
ölkəmizin  müstəqillik  tarixi,  mədəniyyəti,  adət-ənənələri  və  memarlıq  abidələrindən  geniş  bəhs  olunur. 
Həmçinin  Azərbaycanın  son  illərdəki  sürətli  inkişafı,  iqtisadiyyatının  dinamik  artımı,  strateji  mövqeyi 
ətraflı təhlil edilir. 
 
Qeyd  olunur  ki,  Azərbaycan  qədim  zamanlardan  Odlar  Yurdu  adlandırılıb.  Əbədi  yanar  od  qədim 
zamanlardan paytaxt Bakının yerləşdiyi Abşeron yarımadasının rəmzi hesab edilir. Bu fenomen Azərbaycanın 
dünyada Odlar Yurdu kimi tanınmağına səbəb olub. 
Rubrikada,  həmçinin  Prezident  İlham  Əliyev,  Azərbaycanın  birinci  xanımı  Mehriban  Əliyeva  haqqında 
məlumat  yerləşdirilib.  Burada  dövlətimizin  başçısının  karyerası  və  siyasi  fəaliyyətindən  geniş  bəhs  olunur. 
Qeyd  edilir  ki,  dövlətimizin  başçısı  İlham  Əliyev  1997-ci  ildə  Azərbaycan  Milli  Olimpiya  Komitəsinin 
prezidenti seçildikdən sonra ölkədə idmanın inkişafına böyük töhfələr verib. Prezident İlham Əliyev Beynəlxalq 
Olimpiya  Komitəsinin  ali  ordeni  və  Beynəlxalq  Hərbi  İdman  Şurasının  ləyaqət  -  “Böyük  Kordon”  ordeni  ilə 
təltif edilib. 
Portalda  Azərbaycanın  birinci  xanımı  Mehriban  Əliyevanın  da  fəaliyyəti  haqqında  ətraflı  məlumat  verilir. 
Bildirilir ki, Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, 
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiridir. 
Rubrikada,  həmçinin  Azərbaycanın  gənclər  və  idman  naziri  Azad  Rəhimovun  “Bakı-2015”  birinci  Avropa 
Oyunlarına  hazırlıq  işlərinin  gedişi,  bu  mötəbər  idman  tədbirinin  beynəlxalq  səviyyədə  tanıdılması 
istiqamətində görülən işlər barədə fikirləri də diqqətə çatdırılır. 
Bakının  heyrətamiz  gözəlliyindən  bəhs  olunan  rubrikada  Azərbaycan  paytaxtının  Şərq  ilə  Qərb  arasında 
körpü  rolu  oynadığı  qeyd  olunur.  Paytaxt  Bakının  mədəniyyət  məkanı  olması  ilə  yanaşı,  həmçinin  idman 
mərkəzinə çevrildiyi və bir çox beynəlxalq yarışlara ev sahibliyi etdiyi xüsusi vurğulanır. 
Rubrikada  “Bakı-2015”  birinci  Avropa  Oyunları  ərəfəsində  Azərbaycanı  ziyarət  edəcək  turistlər  üçün  də 
maraqlı  məlumatlar  yerləşdirilib.  Paytaxtın  müasir  otelləri,  Azərbaycan  mətbəxi  və  Bakının  nəqliyyat  sistemi 
haqqında ətraflı məlumat verilir. 
Həmçinin  bu  rubrikada  “Bakı-2015”  ilk  Avropa  Oyunlarının  proqramına  daxil  olan  idman  növləri,  tədbirə 
hazırlıq mərhələsində baş verən yeniliklər barədə xəbərlərlə tanış ola bilərsiniz. 
 
Orxan İSMAYILOV, 
AzərTAc-ın xüsusi müxbiri 
London 
 
“Xalq qəzeti”.-2014.-19 noyabr.-N 252.-S.2. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
133 
 
İstanbulun “Çırağan” sarayında “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı keçirilib 
Təqdimat mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak edib 
(19 noyabr 2014-cü il) 
 
İstanbul, 19 noyabr, AzərTAc 
Kann, Afina və Berlindən sonra “Bakı-2015” ilk Avropa Oyunlarının növbəti təqdimatı noyabrın 18-də 
İstanbulun “Çırağan” sarayında keçirilib. 
Azərbaycanın  birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  prezidenti,  Avropa  Oyunlarının  Təşkilat 
Komitəsinin sədri Mehriban Əliyeva təqdimat mərasimində iştirak edib. 
Heydər  Əliyev  Fondunun  təşkilatçılığı  və  Azərbaycanın  Türkiyədəki  səfirliyinin  dəstəyi  ilə  keçirilən 
mərasimdə  qardaş  ölkənin  ictimai-siyasi  dairələrinin  nümayəndələri,  mədəniyyət  və  idman  xadimləri  iştirak 
ediblər. 
Tədbirin iştirakçıları  əvvəlcə  “Bakı-2015”ə  həsr  olunmuş  bürünc  heykəllərdən  ibarət  sərgiyə  baxdılar. 
“Biz  birlikdə”  adlanan  bu  sərgidə  20-dən  çox  Azərbaycan  heykəltəraşının  əsərləri  nümayiş  olunub.  Müxtəlif 
cərəyanlara aid bu əsərlərin hər biri ilk Avropa Oyunlarının həyəcanını sənətin dili ilə dolğun əks etdirir. 
Sonra qonaqlar Azərbaycanın mənzərələrindən ibarət fotoşəkillərə də baxıblar. Ölkəmizin regionları ilə 
yanaşı, Bakının müxtəlif mənzərələri, o cümlədən Azərbaycan mədəniyyətinin şah əsərləri bu fotolarda yüksək 
ustalıqla əks olunub. 
Tədbirin  aparıcısı  vurğulayıb  ki,  ilk  Avropa  Oyunlarının  Bakıda  keçirilməsi  ölkəmizin  beynəlxalq 
miqyasda qazandığı nüfuzun təsdiqidir. Siyasi, iqtisadi və mədəni əhəmiyyəti ilə diqqət çəkən bu hadisə həm də 
Azərbaycanın  idman  sahəsində  son  illərdə  qazandığı  uğurlara  inamın  göstəricisidir.  Təsadüfi  deyil  ki, 
Azərbaycan  2002-ci  ildən  bəri  36  beynəlxalq  yarışa  ev  sahibliyi  edib.  2014-cü  ildə  Bədii  Gimnastika  üzrə 
Avropa Çempionatı da Bakıda keçirilib. İyirmi üç illik müstəqilliyi dövründə 200-dən artıq atletlə Yay və Qış 
Olimpiya  Oyunlarında  təmsil  olunan  ölkəmiz  bu  günədək  olimpiadalarda  26,  Avropa  və  dünya 
çempionatlarında isə 2000-ə qədər medal qazanıb.  
Daha  sonra  Türkiyə  Prezidenti  Rəcəb  Tayyib  Ərdoğanın  və  xanımı  Əminə  Ərdoğanın  mərasimə 
ünvanladıqları məktub oxunub. Məktubda qədim və müasir Bakıda ilk Avropa Oyunlarının yüksək səviyyədə 
keçiriləcəyinə əminlik, qardaş ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə inkişaf etməsindən məmnunluq 
ifadə olunur və bu təqdimatın əhəmiyyəti vurğulanır.  
Azərbaycanın  birinci  xanımı,  ilk  Avropa  Oyunlarının  Təşkilat  Komitəsinin  sədri  Mehriban  Əliyeva 
mərasimdə çıxış etdi. 
 
Birinci xanım Mehriban Əliyevanın çıxışı 
(19 noyabr 2014-cü il) 
 
 
Hörmətli xanımlar və cənablar!  
Əziz dostlar, əziz qonaqlar, 
Qardaş  Türkiyədə  yenidən  olmağımdan  çox  məmnunam.  Minillik  tarixə  malik  və  dünyanın  ən  gözəl 
şəhərlərindən biri olan İstanbulda bu gecə sizləri görmək və salamlamaq mənim üçün çox xoşdur. Çox sağ olun 
ki, bu axşam bizimlə birlikdəsiniz. Birlik kəlməsi türk və Azərbaycan xalqlarının hisslərini əks etdirir. Birlik və 
qardaşlıq  dövlətlərarası  əlaqələrin  də  əsasıdır.  Biz  əsrlər  boyu  bir-birimizin  yanında  olmuşuq,  xalqlarımızı 
möhkəm  tellər  birləşdirir.  Baxmayaraq  ki,  sovet  dövründə  70  il  ərzində  əlaqələr  süni  şəkildə  kəsilmişdi, 
xalqlarımızın qəlbində qarşılıqlı məhəbbət və hörmət daim yaşamışdır. Biz hər zaman bir-birimizi dəstəkləyirik. 
Zənnimcə, dünyada ən yaxın və ən doğma qardaş iki dövlət məhz Azərbaycan və Türkiyədir. 
Azərbaycan  öz  müstəqilliyini  bərpa  edəndən  sonra  ölkələrimiz  arasında  əlaqələr  də  bərpa  olundu  və 
tamamilə  yeni  səviyyəyə  qaldırıldı.  Bu  gün  demək  olar  ki,  bizim  əməkdaşlığımız  bütün  sahələri  əhatə  edir. 
Siyasi  əlaqələr  ən  yüksək  səviyyədədir.  İqtisadi  əlaqələr  ildən-ilə  artmaqdadır.  Azərbaycan  tərəfindən  xarici 
ölkələrə qoyulan investisiyaların ən böyük payı Türkiyəyə düşür. Bizim əlaqələrimiz mədəniyyət, təhsil sahəsini 
də  əhatə  edir.  Yüzlərlə  azərbaycanlı  tələbə  Türkiyənin  ali  məktəblərində,  universitetlərində  təhsil  alır. 
Azərbaycan  ilə  Türkiyə  beynəlxalq  təşkilatlar  çərçivəsində  uğurlu  əməkdaşlıq  qurublar.  Azərbaycan-Türkiyə 
birliyi  yaşadığımız  bölgədə  sabitləşdirici  amildir.  Bizim  birgə  həyata  keçirdiyimiz  irimiqyaslı  layihələr  istər 
enerji, istərsə də nəqliyyat sektorlarında nəinki bölgə, dünya üçün böyük önəm daşıyır. Türkiyə və Azərbaycan 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
134 
 
TANAP  layihəsinin  aparıcı  qüvvəsidir.  Gələn  il  istifadəyə  veriləcək  Bakı-Tbilisi–Qars  dəmir  yolu  Avropa  ilə 
Asiyanı bağlayacaq. 
Bütün  bu  uğurlu  layihələrin,  uğurlu  proqramların  təməlində  xalqlarımızın  qardaşlığı,  dövlətlərimizin 
iradəsi durur. Biz Azərbaycanda Türkiyənin uğurlarına öz uğurlarımız kimi sevinirik. Sevinirik ki, Türkiyə son 
on  il  ərzində  sürətli  inkişaf  və  tərəqqi  yolu  ilə  gedir.  Türkiyə  Böyük  İyirmiliyin  üzvü  olaraq  dünya 
problemlərinin həllinə öz töhfəsini verir. 
Azərbaycan  da son  on  il  ərzində  dünyanın ən  yüksək  templərlə inkişaf  edən ölkəsinə  çevrilib.  Son  on 
ildə iqtisadi artım 3 dəfədən çox olub, büdcə xərcləri 20 dəfə artıb, yoxsulluğun və işsizliyin səviyyəsi 5 faizə 
enib.  Ölkədə  on  il  ərzində  3000–dən  çox  yeni  məktəb  binası  inşa  olunub  və  təmir  edilib.  Tarixi  və  mədəni 
abidələr bərpa olunur, eyni zamanda, yeni mədəniyyət ocaqları, muzeylər, sərgi salonları qurulur. 
Azərbaycanın  beynəlxalq  mövqeyi  ildən-ilə  möhkəmlənir  və  bu  gün  Azərbaycan  dünyada  etibarlı 
tərəfdaş  kimi  tanınır.  Heç  də  təsadüfi  deyil  ki,  Avropa  Olimpiya  Komitəsinin  qərarı  ilə  ilk  Avropa  Oyunları 
Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. Bu qərar Azərbaycan xalqı tərəfindən böyük məmnuniyyətlə 
və böyük dəstəklə qarşılanıb. 
Əziz dostlar, baxmayaraq ki, Olimpiya hərəkatı Avropada doğulub və sonradan Avropada bərpa olunub, 
bu  vaxta  qədər  Avropa  Oyunları  keçirilməyib.  Tarixə  ilk  Avropa  Oyunları  kimi  daxil  olan  belə  irimiqyaslı 
yarışları  qəbul  etmək,  hazırlamaq  və  keçirmək  əlbəttə,  bizim  üçün  həm  böyük  şərəf,  həm  də  böyük 
məsuliyyətdir. 
Bu  gün  Azərbaycan  dünyada  idman  dövləti  kimi  tanınır.  İdmana,  Olimpiya  hərəkatına  dəstək  dövlət 
siyasətinin  əsas  istiqamətlərindən  biridir.  Biz  müstəqilliyimizi  bərpa  etdikdən  sonra  1996-cı  ildən  Olimpiya 
Oyunlarında  iştirak  edirik  və  qısa  bir  zamanda  idmançılarımız  böyük  nailiyyətlər  əldə  ediblər.  Oyunlardan-
oyuna qazanılan medalların sayı artmaqdadır. Son Yay Olimpiya Oyunlarında bizim yığma komandamız ikisi 
qızıl  olmaqla  on  medal  qazanaraq,  bu  nəticə  ilə  Avropa  ölkələri  arasında  15-ci  yerdə,  ümumi  iştirakçılar 
arasında isə 30-cu yerdə olub. 
Ölkədə  idman  infrastrukturunun  inşasına,  müasirləşməsinə  də  böyük  diqqətlə  yanaşılır.  Son  on  il 
ərzində Azərbaycanda, Azərbaycanın bölgələrində 50-dən çox yeni müasir Olimpiya mərkəzləri tikilib. İdmanla 
məşğul olan, idmanı özünə peşə seçən gənclərin sayı ildən-ilə artır və onların qarşısında yeni perspektivlər, yeni 
imkanlar  açılır.  Bu  il  Çində  keçirilən  Yeniyetmələrin  Olimpiya  Oyunlarında  bizim  gənc  atletlərimiz  5-i  qızıl 
olmaqla, 12 medal qazanaraq, iki yüzə yaxın ölkənin arasında onuncu yeri tutublar. 
Ölkəmiz müxtəlif beynəlxalq idman tədbirlərinin keçirilməsində böyük təcrübə əldə edib. Azərbaycanda 
idmanın  müxtəlif  növləri  üzrə  dünya  və  Avropa  çempionatları  keçirilir.  Bütün  bu  tədbirlərin  ən  yüksək 
səviyyədə  hazırlığı  həm  idmançılar,  həm  də  idman  ictimaiyyəti  tərəfindən  qeyd  olunur.  Bir  sözlə,  bütün  bu 
amilləri - idmançılarımızın, atletlərimizin nailiyyətlərini, dövlət tərəfindən idmanın inkişafına möhkəm dəstəyi, 
mövcud  idman  infrastrukturunu  və  əlbəttə,  ölkənin  ümumi  sürətli  inkişafını  nəzərə  alaraq  Avropa  Olimpiya 
Komitəsi bu oyunların məhz Azərbaycanda keçirilməsini qərara alıb. 
Oyunlarda  6  mindən  çox  atlet  iştirak  edəcək,  20  idman  növündə  yarışlar  keçiriləcək.  Birinci  Avropa 
Oyunları Avropanın idman tarixində yeni bir səhifə açacaq. Əlbəttə, ilk oyunlar gələcək oyunların səviyyəsini, 
standartlarını müəyyən edəcək. Baxmayaraq ki, hazırlığa cəmi iki il yarım vaxt ayrılıb, Azərbaycan bu oyunları 
Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Bunun üçün bütün lazımi tədbirlər həyata keçirilir 
və  zəruri  addımlar  atılır.  Biz  güclü  Təşkilat  Komitəsi  yaratmışıq.  Beynəlxalq  qurumlarla,  Avropa  Olimpiya 
Komitəsi,  beynəlxalq  idman  federasiyaları  ilə  çox  uğurlu  əməkdaşlıq  qurmuşuq,  çoxsaylı  könüllülərin 
köməyindən  istifadə  edirik.  Ümidvaram  ki,  birinci  Avropa  Oyunları  ədalətli,  sağlam  rəqabət,  dostluq  və 
həmrəylik şəraitində keçiriləcək. 
Sonda,  əziz  qonaqlar,  mən  fürsətdən  istifadə  edərək,  sizi  birinci  Avropa  Oyunlarını  izləmək  üçün 
Azərbaycana - Bakıya dəvət etmək istəyirəm. 
Bu  axşam  bizimlə  olduğunuza  görə  sizə  bir  daha  dərin  minnətdarlığımı  bildirirəm.  İstanbul  şəhəri 
mənim üçün çox doğma və əziz şəhərdir. Bu şəhərin təkrarolunmaz ab-havasını onun gözəl təbiəti, unudulmaz 
tarixi  və  mədəni  abidələri  ilə  yanaşı  sizlər,  bu  şəhərdə  yaşayan  insanlar  yaradıb  və  ona  görə  də  sizə  isti 
qonaqpərvərliyiniz üçün təşəkkür edirəm. 
Qardaş Türkiyəyə sülh, əmin-amanlıq və gələcək uğurlar arzu edirəm. Çox sağ olun. 
 
X X X 
 
Daha  sonra  mərasim  iştirakçıları  “Bakı-2015”ə  həsr  olunan  filmə  baxdılar.  Filmdə  ilk  Avropa 
Oyunlarına  hazırlıq  işləri,  Bakıda  yaradılan  idman  infrastrukturu  və  digər  tədbirlər  barədə  geniş  məlumat 
verildi. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
135 
 
Türkiyənin gənclik və idman naziri Akif Çağatay Kılıç qardaş ölkələrimiz arasında bütün sahələrdə, o 
cümlədən idman sahəsində böyük inkişafa nail olduğunu qeyd etdi. Bildirildi ki, Türkiyə ilə Azərbaycanın daim 
bir-birinə dəstək verməsi ölkələrimizin qardaşlıq bağlarını daha da möhkəmləndirib və bu gün hər iki ölkə bir 
çox məsələlərdə eyni mövqedən çıxış edir. 
“Bakı-2015”in  təqdim  edildiyi  şəhərlər  sırasına  İstanbulun  da  daxil  olmasını  yüksək  qiymətləndirən 
Akif  Çağatay  Kılıç  qısa  vaxtda  oyunlara  hazırlıq  işlərinin  sürətlə  davam  etməsinin  sevindirici  hal  olduğunu 
diqqətə çatdırdı. O, əmin olduğunu bildirdi ki, ilk Avropa Oyunları qitənin tarixinə parlaq hadisə kimi düşəcək.  
Tədbirin sonunda Elçin Şirinovun rəhbərlik etdiyi caz qrupu öz ifası ilə qonaqlara xoş anlar yaşatdı. 
Qeyd  edək  ki,  Avropa  Oyunları  2012-ci  il  dekabrın  8-də  Romada  Avropa  Olimpiya  Komitəsinin  Baş 
Assambleyasında  təsis  olunub  və  Avropa  ölkələrinin  Olimpiya  komitələrinin  yekdil  qərarı  ilə  yaradılıb.  Baş 
Assambleyanın  yığıncağında  oyunlara  ev  sahibliyi  hüququ  Azərbaycanın  paytaxtı  Bakıya  verilib.  Avropa 
Oyunlarının  Bakıda  keçirilməsinə  məsul  olan  Təşkilat  Komitəsi  Azərbaycan  Prezidenti  İlham  Əliyevin 
Sərəncamı ilə yaradılıb. 
Türkiyə  mediası Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işlərinə geniş yer ayırıb. Ölkə 
mətbuatı ilk dəfə keçiriləcək Avropa Oyunları və ona ev sahibliyi edəcək Azərbaycanda görülən tədbirlər barədə 
geniş məqalələr dərc edib.  
 
Sabir Şahtaxtı 
AzərTAc-ın xüsusi müxbiri 
İstanbul 
 
19 noyabr 2014-cü il 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
136 
 
Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası keçiriləcək 
 
Noyabrın 21-22-də Bakıda Avropa Olimpiya Komitəsinin (AOK) 43-cü Baş Assambleyası keçiriləcək. 
AzərTAc  xəbər  verir  ki,  “Fairmont  Baku  Flame  Towers”  otelində  keçiriləcək  Baş  Assambleyada 
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax da iştirak edəcək. 
 
 Tədbirdə  AOK-un  prezidenti  Patrik  Hikki,  baş  katibi  Rafaele  Pagnozzini,  BOK-un  baş  katibi  Gunilla 
Lindberg,  BOK-un  Olimpiya  Həmrəyliyi  İdarəsinin  direktoru  Pere  Miro,  AOK-un  “Olimpiya  oyunları”, 
“Marketinq və rabitə”, “AGOF”, “Avropa Birliyi”, ”İdman hamı ücün”, “Olimpiya mədəniyyəti və irsi, ”Tibb 
və  anti-dopinq”,  ”İdmanda  gender  bərabərliyi”  və  ”Atletika”  komissiyalarının  sədrləri  hesabat  məruzələri  ilə 
çıxış  edəcəklər.  Baş  Assambleyada  AOK  Avropa  Oyunları  üzrə  Əlaqələndirmə  Komissiyasının  sədri  Spyros 
Capralosun “Bakı-2015” barədə məlumatı və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) 
hesabatı dinləniləcək. XXXI Yay Olimpiya Oyunlarına (Rio-de-Janeyro-2016), XXIII Qış Olimpiya Oyunlarına 
(Pxençxan-2018)  və  Avropa  Yeniyetmələrinin  Olimpiya  Festivalına  (Tbilisi-2015)  hazırlıq  işlərinin  gedişi  ilə 
bağlı hesabatlar da Assambleyanın gündəliyinə daxildir. Assambleyada Avropanın 5 ən yaxşı gənc atletinə 4-cü 
“Pyotr  Norivski”  adına  mükafatlar  təqdim  olunacaq.  Baş  Assambleyadan  bir  gün  əvvəl  -  noyabrın  20-də 
“Fairmont  Baku  Flame  Towers”  otelində  AOK-un  İcraiyyə  Komitəsinin  iclası  keçiriləcək.  Avropa  Olimpiya 
Komitəsinin  (AOK)  43-cü  Baş  Assambleyası  başa  çatdıqdan  sonra  noyabrın  22-də  “Fairmont  Baku  Flame 
Towers” otelində KİV nümayəndələri üçün mətbuat konfransı olacaq. 
 
Xalq qəzeti”.-2014.-20 noyabr.-N 253.-S.3. 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
137 
 
“Bakı-2015” Avropa Oyunları Azərbaycanın ilk idman elçilərini elan edib 
 
"Bakı-2015"  Avropa  Oyunları  noyabrın  19-da  ilk  Avropa  Oyunlarının  idman  elçiləri  olacaq  11 
Azərbaycan  idmançısının  adlarını  elan  edib.  "Bakı-2015"dən  AzərTAc-a  bildiriblər    ki,  idmançılar  öz 
idman  növlərini  və  ölkələrini  təmsil  etmək  üçün  seçiliblər və  qarşıdan  gələn  Oyunlarla  bağlı marketinq 
kampaniyalarında  iştirak  edəcəklər. Onlar  növbəti  yay  keçiriləcək  tədbirin bütün  Azərbaycanda  təbliğ 
edilməsində iştirak edirlər. 
 
Açılış  mərasimi  yaxınlaşdığından  onlar,  həmçinin  "Bakı-2015"in  geniş  şəkildə  qeyd  olunacaq  möhtəşəm 
tədbirlərində iştirak edəcəklər. 
 Seçilmiş  idmançılar  bunlardır:  Suğra  Müqabilzadə  (oxatma),  Nazim  Babayev  (yüngül  atletika),  Amil 
Həmzəyev  (basketbol  3x3),  Elgün  Əlizadə  və  Murad  Sultanov  (velosiped  idmanı),  Səbinə  Mikina 
(qılıncoynatma),  Marina  Durunda  (gimnastika),  Elmar  Qasımov  (cüdo),  Ceyran  Əliyeva  (voleybol),  Rövşən 
Bayramov və Mariya Stadnik (güləş). 
 Azərbaycanın  gənclər  və  idman  naziri  və  "Bakı-2015"in  baş  icraçı  direktoru  Azad  Rəhimov  deyib:  "Bu 
idmançılar ölkənin ən yaxşılarından bir neçəsidir. Onlar Avropa Oyunlarının ən yaxşı idman elçiləri olduqlarını 
sübut edəcəklər. Biz onlardan "Bakı-2015"in yaşadacağı həyəcanı ölkənin digər bölgələri ilə də paylaşmalarını 
istəyirik və əminəm ki, onların nailiyyətləri bütün Azərbaycan gənclərini həvəsləndirəcək". 
Azərbaycan  Milli  Olimpiya  Komitəsinin  vitse-prezidenti  Çingiz  Hüseynzadə  deyib:  "Biz  idman  elçiləri 
proqramı  üzrə  "Bakı-2015"lə  birgə  çalışmaqdan  məmnunluq  duyuruq.  "Bakı-2015"  idmançılarımız  üçün 
beynəlxalq  arenada  bacarıqlarını,  öz  idman  növləri  və  ölkələrini  təmsil  etmələri  üçün  son  dərəcə  mühüm 
imkandır. İdman elçiləri proqramı onlara öz karyeralarını inkişaf etdirməkdə yardımçı olacaq". 
"Bakı-2015"  idman  elçiləri  proqramı  beynəlxalq  kampaniyalar  vasitəsilə  Avropa  Oyunları  haqda  dünya 
miqyasında məlumatlılığın artırılmasına kömək edəcək tanınmış elçiləri də cəlb edəcək. 
"Bakı-2015"in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "İdman elçiləri proqramı birinci Avropa 
Oyunlarına  yardım  etmək  üçün  Avropadan  qalib  olacağına  ümid  edən  məşhur  idmançıların  dəstəyindən 
yararlanacaq  və  bunun  uğurlu  olacağına  əminik.  Göstərdikləri  köməyə  görə  bütün  Azərbaycan  idmançılarına 
təşəkkür  edirik.  Gələcək  aylarda  "Bakı-2015"in  təbliğ  edilməsində  onlarla  birgə  çalışmağı  səbirsizliklə 
gözləyirik". 
Xalq qəzeti”.-2014.-20 noyabr.-N 253.-S.4. 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin