Ix mövzu. Etnik konfliktlər və onların törənmə səbəbləri haqqında. Plan


Sual 4. Etnik münaqişələr necə cərəyan edir



Yüklə 58,23 Kb.
səhifə5/6
tarix05.12.2023
ölçüsü58,23 Kb.
#173459
1   2   3   4   5   6
Movzu 9

Sual 4. Etnik münaqişələr necə cərəyan edir. Qruplararası münaqişələr psixologiyası bir suala da cavab verməlidir: münaqişə necə cərəyan edir və münaqişənin gedişində tərəflər neə dəyişilir?
Etnik münaqişələrin cərəyan etməsinə ilk növbədə sosial kateqoriyalaşma təsir göstərir. Çünki sosial kateqoriyalaşma fərdin dünyada oriyentir sistemini təmin edir, onun cəmiyyətdəki yerini müəyyənləşdirir. Sosial kateqoriyalaşmanın isə iki mühüm nəticəsi xüsusi əhəmiyyət kəsb edir:
a)Bir qrupun üzvləri həqiqətdə olduğundan daha çox bir-birinə oxşayanlar kimi qavranılır. Qrupdaxili oxşarlığı qabartmaq fərdsizləşdirməyə gətirib çıxarır. Fərdsizləşmə də anonimliyi artırır. Bunların hesabına “düşmənlərə” münasibətdə aqressiv hərəkətlərin həyata keçirilməsi asanlaşır, çünki düşmənə də fərqləndirici münasibət göstərə bilmir. Tədqiqatlar göstərmişdir ki, ənənəvi mədəniyyətlərdə tayfa üzvlərinin fərdsizləşdirilməsinə görkəm tərtibatı da (geyim, saç düzümü, sifət və bədənin bəzədilməsi) kömək edir. Bu tərtibatda oxşar elementlər nə qədər artıq olursa, həmin tayfa bir o qədər aqressiv olur.
b)İki qrupun üzvləri olduqlarından daha fərqli qavranılır. Rus müəllif buna belə bir misal gətirir: ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağagörə münaqişə hərəkətlərindən çox-çox qabaq hər iki respublikanın KİV-də planauyğun şəkildə coğrafi cəhətdən yaxın, mədəniyyət baxımından uzaq xalqların düşmən obrazı formalaşdırılmağa başlandı.
Beləliklə, etnik münaqişələrin gedişində qruplararası differensiasiya özününkü və özgə kimi qarşılaşdırma formasında cərəyan edir: çoxluq azlığa qarşı qoyulur, xristianlar yəhudilərə, yerlilər gəlmələrə. Münaqişə zamanı yad qrupu mənfi qiymətləndirmədə birlik təzahür edir. Bu birlik ümumilik üçün əhəmiyyətli funksiya yerinə yetirməklə bərabər, həm də münaqişədə qələbə üçün zəruri şərt olur. Özünün qrupu nə qədər geniş təşkilati aksiyalarda müqayisə edilərsə, uğur bir o qədər əhəmiyyətli olar. Bu zaman qrup özünün baxış sisteminə, əqidə və etiqadına sadiq qalmalıdır, düşmən haqqında informasiyanın gerçəkliyinə zərurət yoxdur.
Etnik münaqişələrin cərəyan etməsinə daha bir idraki fenomen təsir edir. Bu, illüzor korrelyasiyadır, uyğunluq, müqayisəyə gəlməkdir. İllüzor korrelyasiya o deməkdir ki, iki sinif hadisələr bir-biri ilə sıx bağlı kimi qəbul edilir, əslində isə onlar arasında, ümumiyyətlə, heç bir əlaqə yoxdur, ya da çox zəifdir. Amma illüzor korrelyasiya sosial stereotiplərin yaranma mexanizmlərini və davamlılıq səbbələrini anlamağa kömək edir. Etnik stereotiplərin illüzorluğu, məsələn, onda ifadə olunur ki, zəncilər tənbəldir, almanlar militaristdirlər.

Yüklə 58,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin