Ix mövzu. Etnik konfliktlər və onların törənmə səbəbləri haqqında. Plan


Sual 3. Etnik münaqişələr necə yaranır



Yüklə 58,23 Kb.
səhifə4/6
tarix05.12.2023
ölçüsü58,23 Kb.
#173459
1   2   3   4   5   6
Movzu 9

Sual 3. Etnik münaqişələr necə yaranır. Etnoslararası münaqişələrin üç əsas problemi öyrənilir:

  1. münaqişələrin yaranması

  2. cərəyan etməsi

  3. tənzimlənməsi.

Bu problemləri müxtəlif elmlər öyrənir, onların səbəblərinin araşdırılması ilə sosioloqlar, politoloqlar və psixoloqlar məşğul olurlar. Sosioloji yanaşmada cəmiyyətin sosial stratifikasiyası ilə əhalinin etnik mənsubiyyəti arasında qarşılıqlı əlaqələr təhlil edilir. Politoloji yanaşmada intellektual və siyasi elitanın etnik hisslərin mütəşəkkilliyində, etnoslararası gərginlikdə rolu məsələsi öyrənilir.
Psixologiyada isə etnik münaqişələrin səbəblərinə, ən çox ümumi nəzəriyyələr çərçivəsində baxılır. Bütün psixoloji konsepsiyalar qruplararası münaqişələrin sosial səbəblərini, sosial rəqabət və düşmənçiliyin səbəblərini bölüşürlər. Düşmənçilik və rəqabət isə hərəkətlərdə, təsəvvürlərdə təzahür edir. Burada iki məqama diqqət yetirilir:

  1. münaqişə hərəkəti nəyin naminə baş verir, yəni hərəkətin məqsədi;

  2. düşmən hərəkətlərinə, yaxud qruplararası rəqabətə nə gətirib çıxarır.

Birinciləri digər elmlərin nümayəndələri öyrənir. Psixoloqlar isə ikinci məqamın psixoloji xarakteristikasını təklif edirlər.
A)Qruplararası münaqişələrə universal psixoloji xarakteristikaların məhsulu kimi baxılır. Sosial münaqişələr geniş yayılmışdır. Bu hal bir çox nəzəriyyəçini insanların bir-birinə qarşı düşmənçiliyinin səbəblərini aramağa sövq etmişdir. Həmin səbəblər təcavüzkar tələbatlar formasında üzə çıxır.
Bu sahədə ilk sosial-psixoloji konsepsiyalardan birinin müəllifi V.Makduqalldır (1871-1938). O, kollektiv mübarizəni “davakarlıq, dalaşqanlıq instinktinə” bağlayırdı. Belə yanaşmanı hidravlik model adlandırırlar. Makduqallın fikrincə, təcavüzkarlıq hər hansı qıcığa qarşı reaksiya deyil və insan orqanizmində onun təbiətindən irəli gələn hansısa impuls yaşayır. Maduqall insan instinktlərini ətrafa daima zəhərləyici maddələr buraxan qaz balonu ilə müqayisə edirdi.
Bu hidravlik model Freydin müharibələrin səbəbləri haqqında ideyasının da əsasında dayanırdı. Freyd hesab edirdi ki, qruplar arasında düşmənçilik qaçılmazdır, çünki insanlar arasında maraqlar münaqişəsi prinsip etibarilə yalnız zor işlətməklə həll edilir. İnsan dağıdıcı bir meylə də malikdir. Əvvəl-əvvəl bu daxilə istiqamətlənmiş olur (ölümə doğru çəkmək), sonradan xarici aləmə yönəlir və deməli insan üçün faydalı olur.
Üçüncü hidravlik modelin yaradıcısı avstriyalı etoloq K.Lorentsdir (1903-1989). Onun başlıca tezisi belədir: insanın müharibədə, cinayət əməllərində üzə çıxan təcavüzkarlığı onda olan bioloji təcavüzkarlığının nəticəsidir. Əgər vəhşi heyvanlarda təcavüz öz növünü saxlamağa xidmət edirsə, insanlara növdaxili təcavüz xarakterikdir, insanlar öz qrupunu saxlamaq üçün təcavüzü düşmən qonşulara yönəldir. Ənənəvi mədəniyyətlərdə “öldürmə” qadağasında qrup daxilində əməl olunur. Hətta misal gətirirlər ki, döyüşkən Şimali Amerikalı yuta-hindular öz tayfadaşlarının öldürülməsinə qadağa qoymuşlar. Təcavüzkarlığı çıxış tapmayan, içinddə qalan bu tayfanın üzvləri başqalarına nisbətən daha tez-tez nevrozdan əziyyət çəkirlər.
B) Fərdi fərqlər qruplararası münaqişələrin əsası kimi. İnsanın başqa qruplara münasibətlərində fərdi fərqləri öyrənən yanaşmalar arasında ən məşhuru “avtoritar şəxsiyyət” konsepsiyasıdır. İkinci dünya müharibəsindən sonra ABŞ-da Adornonun tədqiqat layihəsi meydana çıxdı. Əvvəlcə tədqiqatçılar antisemit ideologiyasına həssas fərdləri (“potensial faşistləri”) üzə çıxarmaq istəyirdilər. Adorno və digərləri başqa qruplara münasibəti uşşaqların erkən yaşlarında sosiallaşması prosesindən, daha doğrusu, ailədəki emosional münasibətlərdən götürürdülər. Sərt reqlamentləşdirilmiş münasibətlərin hakim olduğu ailədə tərbiyə olunmuş insan aqressivliyin bir hissəsini başqalrına şamil edir. O adamların ki, həmin insan özünü onlarla identikləşdirmir. Beıə şəraitdə ailədə nifrət edilən atanı kim əvəz edirdi? Əlbəttə, yəhudi, çünki ona münasibət, onun haqqında mənfi rəy əvvəlcədən yaranmışdır. Həmin antisemit baxışlı insanlarda başqaları haqqında da mənfi rəy vardı. Hətta real həyatda olmayan xalqlara münasibət bildirməyi təklif edəndə belə, onlar da antisemitlərin xoşuna gəlməmişdi. Yəni antisemitlər üçün bütün yad qrupları bu başdan qəbul etməmək, öz qrupunu yüksək qiymətləndirmə xarakterik idi.
C)Digər nəzəriyyə real münaqişə nəzəriyyəsidir. Burada belə bir fərziyyədən çıxış edilir ki, qruplararası münaqişələr bir araya sığmayan qrup maraqlarının nəticəsidir. Bu zaman qrupun biri digərinin maraqlarının zərərinə olaraq qalib ola bilər. Sosial psixologiyada bu nəzər-nöqtəsinin ən məşhur tərəfdarı amerikalı alim Şerifdir. O, belə bir fərziyyə irəi sürür: iki qrup bir-birilə rəqabətə girir, bir-birindən funksional asılılıqda olur, bu, düşmənçiliyə aparır və sonra düşmənçilik hərəkətlərinə keçir. Bu, qruplararası münaqişələrin analizində yeganə yanaşmadır ki, burada qruplararası maraq düşmənçiliyi doğuran ilkin zəmin səbəblərlə birgə öyrənilir.
Şerifin xidmətləri onunla ölçülür ki, onun tədqiqatları qruplararası münaqişələrin öyrənilməsində sosial-psixoloji yanaşmanın əsasını qoymuşdur. Lakin münaqişələrin sosial-psixoloji proseslərinin daxili qanunauyğunluqları Şerifin də nəzərindən qaçır. Maraqların real münaqişəyə əsas olmadığı hallar da məlumdur. Bu halda yalançı etnik münaqişədən danışmaq lazım gəlir. Məsələn, alimlər hələ də bilmirlər ki, 1989-cu ildə Fərqanədə nə üçün məhz mesxet türkləri talan edilmişdir.
Ç)Başqa bir nəzəriyyə sosial identiklik nəzəriyyəsidir. 1960-70-ci illərdə A.Teşfel başda olmaqla britaniyalı sosial-psixoloqlar öyrəndilər ki, qruplararası rəqabətin və düşmənçiliyin yaranması üçün bir araya sığmayan qrup məqsədləri heç də zəruri şərt deyil. Burada qrupa mənsubluğu dərk etmək, yəni sosial identiklik yetərlidir.
Teşfelin apardığı tədqiqatlara əsasən, sosial kateqoriyalaşmanın özü qruplararası aşağılama üçün kifayətdir, digər qrupa münasibətdə düşmənçilik isə qaçılmazdır.

Yüklə 58,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin