Ix mövzu. Etnik konfliktlər və onların törənmə səbəbləri haqqında. Plan


Sual 2. Etnik münaqişələrin tərifi və təsnifatı



Yüklə 58,23 Kb.
səhifə3/6
tarix05.12.2023
ölçüsü58,23 Kb.
#173459
1   2   3   4   5   6
Movzu 9

Sual 2. Etnik münaqişələrin tərifi və təsnifatı. Qruplararası münasibətlər əməkdaşlıq və münaqişələrin ayrılmaz əlaqələrindən ibarətdir. İstənilən cəmiyyət üçün başlıca problemlər çoxsaylı münaqişələrdən yaranır. Qruplararası münaqişələr deyəndə, ağlımıza inqilablar, dini dözümsüzlük, etnoslararsı toqquşmalar, cinslərarası rəqabət, kəskin əmək mübahisələri gəlir. Sosioloq P.Sorokin hesablamışdır ki, bəşər tarixinin 24 əsri ərzində hər 4 sülh ilinə güc tətbiq edilən münaqişələrlə - müharibələr, inqilablar, qiyamlar – müşayiət olunan 1 il düşür. Aşağıdakı qruplararası (geniş mənada - sosial) müünaqişələri ayırd edirlər:
- Siyasi münaqişələr – hakimiyyət, dominantlıq, nüfuz uğrunda mübarizə
- Sosial-iqtisadi (dar mənada sosial) – məsələn həmkarlar və işgötürənlər arasında
- Etnik birliklərin hüquq və maraqları əsasında baş verən – etnik münaqişələr.
Tədqiqatçılar etnik münaqişələrin ən müxtəlif təsnifatını irəli sürürlər. Təsnifatda məqsədlər əsas götürüləndə, münaqişəyə cəlb olunan tərəflərin məhdud resurslar uğrunda mübarizələrini aşağıdakı kimi bölmək olar:
- Sosial-iqtisadi – vətəndaş bərabərhüquqluluğu tələbi irəli sürülür
- Mədəniyyət-dil – irəli sürülən tələblər etnik birliyin dil və mədəniyyətinin saxlanması və ya bərpası problemlərinə aid olur
- Siyasi - etnik azlıqlar tərəfindən siyasi hüquqlar əldə etməyə cəhd edilir
- ərazi münaqişələri – sərhədlərin dəyişdirilməsi, başqasına, tarixi-mədəni baxımdan “qohum” dövlətə tabe olmaq və ya yeni dövlət yaratmaq tələb edilir.
Sosioloqlar, politoloqlar və etnoloqlar münaqişəni digər fenomenlərdən ayırmağa cəhd edirlər. Ona müstəsna olaraq qruplar arasında real mübarizə kimi baxırlar. Məsələn, etnik münaqişəyə V.Tişkov belə tərif verir: etnik münaqişə “bətəndaş, siyasi və ya silahlı qarşıdurmanın istənilən formada baş verən halıdır və burada iştirakçı tərəflər etnik əlamətlərinə görə mütəşəkkilləşir, hərəkət edir, yaxud əzab çəkir”. Bu anlamda münaqişə ziddiyyətlərin son kəskinlik həddinə çevrilir, həmin hədd isə münaqişəli davranışda təzahür edir və o, konkret tarixə malik olur. Bu tarix qarşıdurmanın tarixi kimi götürülür.
Psixoloq münaqişənin dinamikasını nəzərə alır. Onun baxımından, qruplar bir araya sığmayan məqsədləri (ərazi, hakimiyyət, üstünlük) uğrunda mübarizə aparırlar və qruplar arasındakı ziddiyyətlətin özü həmin münaqişənin yalnız bir həddidir. Bu həddi adətən “obyektiv münaqişə situasiyası” adlandırırlar.
Polietnik cəmiyyətlərdə etnoslararası gərginlik bütün dünyada var. Belə gərginlik bir qayda olaraq dominant etnik birliklə etnik azlıq arasında yaşanır. Gərginlik açıq da ola bilər, örtülü də, közərən də. Örtülü halda gərginlik sosial rəqabətdə ifadə olunur. Hər qrup özünü öz xeyrinə yüksək qiymətləndirir.

Yüklə 58,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin