Fonetik prinsip - orfoqrafiyanın əsas və başlıca prinsipidir. Bu prinsipə görə sözlər eşidildiyi kimi, tələffüzə uyğun şəkildə yazılır. Dilimizdəki sözlərin böyük bir hissəsinin yazılışında bu prinsip əsas götürülür. Məs: qardas, bacı, adam, idman, qərənfil, qalın, qırmızı, yasıl və s. Fonetik prinsip yazıda həm asanlığı, həm də demokratikliyi təmin edən prinsipdir. Ona görə yazan tələffüzü əsas tutur, sözü necə eşidir və ya deyirsə, elə də yazır. Demokratikdir, ona görə ki, bu prinsip yazını canlı dilə, xalq dilinə yaxınlaşdırır, yazılışla deyiliş arasındakı ayrılığa, yol vermir. Lakin bununla belə, təkcə fonetik prinsipə əsaslanıb söz və qrammatik formaları tələffüzə uyğun səsləndiyi kimi yaza bilmərik. Çünki dildə eyni söz, yaxud şəkilçi müxtəlif şəkildə tələffüz olunur. Məs: asan. asand. hasan, hasant; pendir, pəndir, pənir; pəncərə. pencərə; darvaza. dərvaza və s.
Bu cür söz və şəkilçilər müəyyən bir orfoqrafik qaydada deyil, hər kəsin tələffüz etdiyi şəkildə yazılarsa, bu, yazıda hərc-mərcliyə, anarxiyaya gətirib çıxarar. Vaxtilə görkəmli metodist alim Mahmudbəy Mahmudbəyov bu məsələdən danışarkən yazırdı: «Dilin orfoqrafiyası üçün tələffüz əsas ola bilməz, çünki hər bir yerdə, hər bir rayonda bir cür tələffüz vardır. Əgər tələffüzü orfoqrafiya üçün əsas tutsaq onda meydana 40-50 cür orfoqrafiyamız çıxa bilər ki, bu da az-çox inkişaf tapmağa başlayan maarif, mətbuat və tədris işlərinə xeyli zərər vura bilər»
Morfoloji prinsip: yazıda sözlərin qrammatik tərkibini əsas götürür. Başqa sözlə, sözün və ya şəkilçinin bir tələffüz forması yazı üçün əsas sayılır, qalan
formalar ona tabe edilir, sözün kökü və şəkilçisi vahid bir formada yazılır. Məs: adi danışıq dilində ayaq-əyaq, qəbul - qabul, kənar-kanar, xəmir-xamır, pencək -pəncək. bıçaq-pıçaq, bütöv-pütöv və s. kimi iki variantda işlənilən sözlərin birinci tələffüz forması orfoqrafiyada düzgün sayılır. Yaxud, lar/lər, dar/dər. zar/zər, nar/nər formalarında işlənən kəmiyyət şəkilçisinin bir şəkli -lar/lər yazılı dildə əsas götürülür.
Orfoqrafık qaydaların tərtibində nəzərə alınan başqa bir prinsip tarixi - ənənəvi prinsipdir. Bu prinsipə görə sözün müasir danışıq dilində (ədəbi danışıq dilində) səslənməsindən asılı olmayaraq, onun vaxtilə mövcud olduğu yazılış şəkli saxlanılır, əsas götürüiür. Dilimizdə yazılışı ədəbi tələffüzündən fərqli olan sözlərin müəyyən bir qismi (Məs.: dəftər, Səttar, səkkiz, doqquz, müəllim. növbə, şənbə, vicdan, uşaq, palıd, ailə və s.) tarixi-ənənəvi prinsip əsasında yazılır. Belə sözlərin vaxtilə ola büsin ki, yazılışı ilə tələffüzü arasında fərq olmamışdır. Həmin sözlərin tələffüz tərzi tədricən dəyişmiş, ünsiyyətdə daha yararlı, asan olan bir şəkil almış, bu səbəbdən də yazılı dildə bir sıra sözlərin orfoqrafiyası ilə orfoepiyası arasında uyğunsuzluq yaranmışdır. Belə bir uyğunsuzluq sözlərin yazılışının mənimsənilməsində müəyyən çətinliyə səbəb olur, yazını ağırlaşdırır. Lakin bununla belə, bu prinsipi kənara atıb müəyyən sözləri müasir tələffüzə uyğunlaşdırıb yazmaq da mümkün deyildir. Belə dəyişiklik yazıda ümumi bir dolaşıqlığa, savadsızlığa gətirib çıxarar.
Dostları ilə paylaş: |