İxtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi Kurs: I fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Mövzu: Ədəbi dilin normaları


Fonetik, leksik, morfoloji, sintaktik normalar



Yüklə 27,52 Kb.
səhifə6/9
tarix15.11.2022
ölçüsü27,52 Kb.
#69259
1   2   3   4   5   6   7   8   9
muhazirə 15

Fonetik, leksik, morfoloji, sintaktik normalar ədəbi dilin strukturu ilə bağlı olub nitqin düzgünlüyünü təmin edirsə, üslub normalan leksik-qrammatik normaların bir növ törəməsi olub nitqin gözəlliyini, ifadəliliyini, dəqiqliyini artırmaqla ünsiyyəti asanlaşdırır, onun təsirli, cəlbedici olmasını, danışan və oxuyanın ən incə məqamları, mətləbləri ifadə və dərk edə bilməsini təmin edir.

DISKUSSIYA MƏDƏNIYYƏTI

Adamlar gündəlik nitq praktikasında başqaları ilə dialoqa, fikir mübadiləsinə, diskussiyaya girirlər. Fikir mübadiləsi müxtəlif məqsədlərə (müəyyən bir informasiya, hadisə barədə məlumatlanmaq, müsahibini nəyəsə inandırmaq, sövq etmək, nədənsə çəkindirmək, deyilənlərə münasibət bildirmək və s.) xidmət edir.


«Dialoq» termini yunanca «dialoqos» götürülmüş iki və daha çox şəxsin qarşılıqlı söhbəti, fikir mübadiləsi mənasını ifadə edir. Geniş mənada «dialoq» müxtəlif əqidələrə, mədəniyyətlərə, siyasi görüşlərə, düşüncələrə mənsub insanların bir araya gələrək, mədəni ölçülər səviyyəsində bir-biri ilə danışması, müəyyən məsələlərin müzakirə edilməsi yoludur. Dialoq, əsasən, iki şəraitdə aparılır:
a) ailədə, küçədə, bazarda, iş yerində, nəqliyyatda, məişət məclislərində, çayşılarda və s.;
b) ictimai yerlərdə, elmi konfranslarda, simpoziumlarda, iclaslarda, tədris auditoriyalarında, radio və televiziya verilişlərində və s. Hər bir şəraitdə adamların normal fikir mübadiləsi, bir-birini anlaması üçün müəyyən qaydalara, şərtlərə, etik normaiara əməl olunmalıdır. Bunlardan ən başlıcası ünsiyyətin səmimiliyidir. Bu o deməkdir ki, birinci şəxs danışarkən digəri (və ya digərləri) onu axıra qədər dinləməli, müsahibinə fikrini açıqlamağa imkan verməli, sonra söhbətə qouşlmalıdır. Müsahibi mətləbdən uzaqlaşdığı, lüzumsuz məsələlərdən danışdığı, təfərrüfata yol verdiyi zaman dinləyən tərəf belə ifadələr işlətsə daha yaxşı olar: icazə verin. Üzr istəvirəm. sözünüzün qabaqında oğlunuz dursun, sizin bu fikrinizə kiçicik bir düzəlişt vermək istəvirəm, icazə verin fikrinizə bir qədər avdınlıq qətirim və s. Diskussiyada jştirak edənlər öz mövqeyini dəyişmək istəmədikdə belə deməlidir: «Mən sənin fikirlərini qiymətləndirirəm. Lakin öz fikirlərimə daha çox əminəm». Danışan həmkarının fikirləri ilə razı olmya bilər, lakin bununla belə ortaq məxrəcə gəlmək üçün yolların axtarılmasından imtina etməməlidir. Fikirlər qarşılıqlı anlama şəraitində, etik normalar çərçivəsində müzakirə edilməli, problemin həlli yolu tapılmalıdır. Dialoq Qurani-Kərimdə də öz əksini tapmışdır. Orda səmimiyyət dialoqun vacib məqamlarından biri kimi qiymətləndirilir və göstərilir ki, fikri müxtəlif insanlar arasında münasibətlər qarşılıqlı etimad əsasında qurulduqda səmərəli nəticə verə bilər. Rəsmi yerlərdə vacib məsələlərlə bağlı aparılan dialoqlarda tərəflər səbrli və təmkinli olmalı, danışığın etik qaydalarına əməl etməlidirlər. Lakin bəzən belə olmur. Tərəflər mümkün qədər daha çox danışmağa, haqq-nahaq müsahibini susdurmağa, öz dediyini sübut etməyə çalışır, ucadan, qışqıra-qışqıra danışırlar. Çox təəssüf ki, televiziya ekranında bəzən belə dialoqa tamaşa etməli oluruq. Tamaşaçılar bu cür dailoqdan heç bir şey anlamırlar, yalnız təəssüflənirlər. Bu cür situasiyalarda dialoqa girən tərəflər müsahibinin məqsədsiz, əhəmiyyətsiz hərəkətlərinin, qərəzli, tendensiyalı fikirlərinin, uzun-uzadı danışığının qarşısını ehtiyatla və yüksək təvazökarlıqla almaq bacarığına yiyələnməlidir. Dialoq nəsə öyrənmək, inkişaf etmək, yeniləşmək məqsədlərini qarşıya qoymalıdır. Diskussiya zamanı dialoqun tələb olunan qaydada səmərəli keçməsi üçün aşağıdakılar nəzərə alınmalıdır:
1. Müzakirəyə çıxarılan məsələnin mahiyyəti düzgün anlaşılmalıdır.
2. Müzakirədə müdafıə olunacaq mövqe və ideyalar dəqiq müəyyənləşdiril-məlidir.
3. Diskussiya hazırlaşarkən bütün mümkün məlumat mənbələri (ilkin mənbələr, statistik məlumatlar, ədəbiyyat və s.) nəzərdən keçirilməlidir.
4. Fikir ayrılığının yaradılacağı gözlənilərsə tərəflər öz mövqeyinin müdafiəsi üçün dəlillər, sübutlar hazırlamalıdır.
5. Dəqiq və aydın faktlar ən yaxşı təkzib üsuludur. Əsaslandırma dəqiq faktlar üzərində qurulmalıdır.
6. Opponentini diqqətlə dinləmək, sonra öz fikrini söyləmək mədəniyyətinə əməl olunmalıdır.
7. Mövqeyinin səhv olduğu sübut edilmiş tərəf opponentinin haqlı olduğunq mərdliklə qəbul etməyi bacarmalıdır. Adamlar deyil, yalnız onların ideyaları tənqid olunmalıdır.
8. Tənqid zamanı təhqir və istehzaya yol verilməməlidir.
9. Diskussiyaların məqsədi qalibi müəyyən etmək deyil, ümumi razılığa nail olmaqdır.
10. Çıxışların sonunda yekun nəticələr qeyd olunmalıdır.
İstər adi danışıq, istərsə də diskussiya prosesində normal nitq tonuna da riayət olunmalıdır. Normal nitq tonu mədəni danışığın başlıca şərtlərindəndir. Yerindən və məqamından asılı olaraq nitqin yüksək, adi və alçaq tonundan istifadə oulnur. Əgər söhbət auditoriyada tələbə qarşısında gedirsə, natiq bir qədər yüksək tonla danışmalıdır ki, fikrini eşidənlərə yaxşı çatdıra bilsin. Belə nitq tonu təbiidir, dinləyiciləri tam şəkildə razı salır. Digər situasiyada - dəhlizdə, yeməkxanada, ictimai nəqliyyat vasitələrində, mağazada, məclisdə və s. yeriərdə yüksək tonla danışmaq, mübahisə etmək, ucadan gülmək ədəbsizilik və nəzakətsizlik kimi qəbul olunur. Belə danışıq tərzi digərlərini əsəbiləşdirir, onların dincliyini, istirahətini pozur.
Uşaqlar normal danışıq tonuna hələ kiçik yaşlarından alışmalıdırlar. Valideyn onlarla mülayim bir tonda danışmalıdır. Tədris prosesində də şagird və tələbələrlə ünsiyyətdə müəllim öz nitqinə xüsusi fikir verməli, müsahibini razı salacaq bir tonda danışmağı bacarmalıdır. Natiqin danışıq tonu digərləri üçün nümunə olmalıdır ki, eşidənlər öz danışıqlarını natiqin nitq tonunun səviyyəsinə uyğunlaşdırmağa meyl etsinlər. Çox təəssüf ki, bəzi müəllimlərdə nitqin bu keyfiyyəti istənilən səviyyədə özünü göstərmir.
Nitqin normal tempi ictimai ünsiyyətdə olduqca əhəmiyyətli bir məsələdir. Hər bir mədəni və savadlı adam, xüsusilə kütlə ilə ünsiyyətdə olan natiq bu keyfiyyətə yüksək dərəcədə yiyələnməlidir.



Yüklə 27,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin