28
III. Elmi axtarışların strategiyası haqqında
Müxtəlif məqsədlər müxtəlif öyrənmə üsulu tələb edir ki,
bu da konkret qoyuluşdan asılıdır. Vəhdətin öyrənilməsi onun
ayrı-ayrı hissələrinin tədqiqindən alınan biliklərə əsaslanır. Bu,
idrakın əsas yollarından biridir.
Analiz və sintezdə əlverişli üsullardan biri riyazi
modelləşdirmədir. Modelləşdirmənin sistemli analizi «qara
qutu»nun (tədqiq edilən obyekt) «ağ qutu» ilə (modellə)
müqayisəsi üçün ekvivalent yoldur. «Qara qutu» faktik
göstəriciləri ifadə edir. Model «qara qutu»nun giriş və çıxışı
arasındakı asılılığa ekvivalent məlum
komponentlərdən təşkil
olunmuş sistemdir.
İnduktiv yolla «qara qutu»dan modelə, yaxud deduktiv yolla
modeldən «qara qutu»ya yanaşaraq, tədricən «qara qutu»nu
«ağ qutu» ilə əvəz etmək olar.
Yeni hadisənin öyrənilməsinin ilk mərhələsi fenomenoloji
modeldir. Bunu sadə formada belə izah etmək olar. Hər hansı bir
cihaz «qara qutu»ya daxil olan və ondan çıxan siqnalları qeyd
edir. Əvvəlcədən təsadüf edilməyən siqnallar kombinasiyasının
meydana çıxmasını bu model məhdud imkana malik olduğu
üçün qabaqcadan xəbər verə bilmir.
Ona görə də ikinci
mərhələdə «qara qutu»nun konkret quruluşu barədə mülahizə
yürütmək üçün giriş və çıxış siqnallarının uyğunlaşma qaydası
aydınlaşdırılır. Sonrakı yoxlamalar tədricən onun quruluşunu
dəqiqləşdirməyə imkan verir. Nəticədə tədqiq olunan obyekti
yaxşı izah edə bilən model yaratmaq mümkün olur. Ancaq «qara
qutu»nun təşkili ilə məşğul olmadıqda model fenomenoloji qalıb
tədqiq olunan obyektin daxili aləmini açmağa imkan vermir.
«Qara qutu»nun deduktiv üsulla öyrənilməsində əsas diqqət
konseptual modelin işlənib hazırlanmasına verilir.
Çıxış siqnalları və modeldə sistemlər gedişi proqramlaşdırılmır
və onlar modelə aid fərziyyələrin nəticəsi kimi yaranır.
Tədqiq olunan obyekt və modeldəki giriş və çıxış siqnallarının
uyğunluğu «qara qutu»nun mümkün təşkili prinsiplərini
göstərir.
Modelləşdirmədə
xüsusən
konseptual
modelin
hazırlanmasında analogiya üsulunun böyük əhəmiyyəti vardır.
Fenomonoloji modellər sisteminin təşkilinin aydın dərk
olunmadığına baxmayaraq hadisəni və onun əsas dəyişənlərini
tədqiq etməyə imkan verir.
Fenomonoloji modellə sistemin gedişatını proqnozlaşdıranda
təcrübələrin məqsədəuyğun planlaşdırılması vasitəsilə modelin
düzgün, yaxud səhv seçilməsini aydınlaşdırmaq olur.
Konseptual model sistemin təşkilini
təsvir edərək bunun
haqqında daha müfəssəl məlumat verir. Ancaq mürəkkəb
obyektlər üçün bu modelin qurulması bir çox çətinliklərlə
əlaqədardır. Bu model fiziki mahiyyəti kafi dərəcədə məlum