II. Kitabı necə oxumalı
Ancaq Q. M. Dobrov qeyd edir ki, həqiqi məlumat minimumu bu
rəqəmdən azı 100 dəfə azdır. Bu o deməkdir ki, insan texnikanın və
başqa adamların (alim kollektivinin) köməyi olmadan orta mürəkkəb
bir problemi belə həll etmək iqtidarında deyildir.
Bernard Şounun belə bir maraqlı sözlərini xatırlamaq yersiz
olmazdı. Əgər iki adam hərəsində olan bir almanı bir-birinə verərsə,
yenə də onların hər birində bir alma qalacaqdır. Əgər iki adam ideya
mübadiləsi edərsə, onda onların hər biri iki ideyaya malik olacaqlar.
Riyaziyyata görə bu paradoksdur.
Mütəxəssis daimi olaraq məlumatlarla həddindən artıq
yüklənməmək üçün özünü əlavə məlumatlardan qorumağa çalışır,
əksinə az məlumatlı mütəxəssis isə məlumat toplamaq üçün şərait
yaratmağa cəhd edir.
«Məlumatlar» çətinliklərini aradan qaldırmağın əsas amillərindən
biri şərhin yığcam və dolğun olmasıdır. Uzun məruzələrdən əl çəkmək
və qısa məzmunla qənaətlənmək daha qiymətlidir.
Müasir gənc daim inkişaf edən aləmə kortəbii surətdə atılır. Həyatın
inkişaf ahənginə uyğunlaşmaq üçün təfəkkürdə, hərəkətdə, hissiyat-
da dinamiklik zəruridir. Məsələn, bəzi musiqi mütəxəssislərinə görə
Bax və Motsartın əsərləri müasir dövrdə bəstəkarların sağlığında
olduğundan 10% artıq sürətlə ifa olunur.
Məlumatlar böhranın ağır nəticələrindən biri bəraəti olmayan
təkrarlanmadır. İqtisadi cəhətdən böyük olmayan işlərin (ABŞ-da
dəyəri 10 min, bəzən 100 min dollar olan işlər) təkrar olunması, əvvəllər
belə işin olub-olmamasını yoxlamaq, axtarmaq və izah etməkdən daha
əlverişlidir.
Daha geniş «insan-məlumat» problemi də mövcuddur.
Pravda qəzetinin 11 mart 1973-cü il tarixli nömrəsində V. Konon-
ov yazır ki, bizim dövrə xarakterik olan məlumatların izafiliyindən
çox danışırıq və eyni zamanda yaddan çıxarırıq ki, 14–17 yaşlı
yeniyetmələr üçün mövcud məlumatlar eyni zamanda artıq və həm
də qeyri-kafidir. Bunu gənclərdə biliyi mənimsəmə sisteminin kifayət
dərəcədə yaranmaması ilə izah etmək olar. Getdikcə yeniyetmələrdə
gündəlik məlumatlar axınında onlara lazım olan dəyərli hissəcikləri
qavramaq vərdişi yaranır və möhkəmlənir. Bu işdə radio, televiziya,
kino, qəzetlər, kitablar və s. fəal rol oynayır.
Müxtəlif dövrlərdə, yaxud eyni zamanda çap olunan çoxlu
ziddiyyətli məlumatlar aləmində müasir oxucu kütləsi nə etməlidir?
Belə şəraitdə gənc oxuculara məlumatları mənimsəmə prosesində
seçmə qabiliyyəti aşılamaq lazımdır. Belə bir hissiyyatın inkişafı ol-
madan bizim dövrdə insan ictimai zənginlikləri formalaşdırma
qabiliyyətinə malik yetkinliyi təmin edən meyar ola bilməz. Belə
çatışmazlıq heç bir çoxbiliciliklə əvəz oluna bilməz.
Elmi kitabın mütaliəsi bədii ədəbiyyatdan fərqli olaraq xüsusi iş
şəraiti tələb edir. Bu zaman birinci növbədə kitabı yaxşı başa düşmək
tələb olunur. Bəzən kitabı oxumuş adamla kitabın məzmunu barədə
25
II. Kitabı necə oxumalı
müsahibə apardıqda məlum olur ki, o nəinki məzmunu anlamamış
hətta onu çox yanlış qavramışdır.
Kitabı yanlış qavramaq qavramamaqdan daha pisdir. Bunun səbəbi
bacarıqsız, təhlilsiz mütaliə etmək və ümumiyyətlə az əmək sərf
etməklə çox qavramaq istəmək təşəbbüsündən irəli gəlir.
Bəzən fikir yeni və mühüm olduqda onu anlamaq çətin olur. Elmi
kitabları oxuduqda məqsəd təkcə onu başa düşmək olmayıb eyni za-
manda onun məzmununu dərk etməkdir.
Elmi kitabı mütaliə etdikdə qarşıya çıxan problem və məsələlər
kitabı başa düşmək cəhdindən irəli gəlir. Müəllifin fikrini təhlil etmək,
ayrı-ayrı müddəalarla razılaşıb-razılaşmamaq yaxşı mütaliə etməyin
nəticəsidir.
Qarşınıza qoyduğunuz məsələlərə həsr olunmuş ədəbiyyatı
oxuyarkən vaxt və qüvvənizi əsirgəməsəniz onun bəhrəsini tezliklə
özünüz hiss edəcəksiniz.
Oxunan kitabın qısa konspektinin düzgün tərtib edilməsinin tələbə
və elmi işçilər üçün böyük əhəmiyyətə malik olduğunu nəzərə alaraq
bu haqda bir, neçə söz qeyd edək.
Oxunulmuş kitabın konspektini yazarkən kitabdakı əsas yerləri
seçmək və seçilmiş hissələri izah etməyi bacarmaq kimi iki əsas tələbatı
ödəmək vacib şərtdir. Göstərilən şərtlərin bu və ya digər dərəcədə
yerinə yetirilməsi kitabın özündən, bizim məqsədimizdən, təcrübə
və mərhəmətimizdən asılıdır. Qısa konspektdə əsas və ikinci dərəcəli
məsələləri bir-birindən seçmək lazımdır. Konspekt üzərində işləmə iki
formada olur:
1. Kitabdakı mühüm fikir və məsələlərin qısa, sxematik və eyni
zamanda istifadə üçün tez mənimsənilə bilən rahat formada tərtib
olunması. Bunda məqsəd qısa zaman ərzində kitabın əsas yerlərini
xatirədə bərpa etməkdir.
2. Oxunan kitabın daha müfəssəl, nisbətən mürəkkəb dərəcədə
izahlı konspektinin tutulması: burada oxunan kitabın tənqidi təhlili,
fikirləri əhəmiyyət dərəcəsinə görə ardıcıllıq növbəsinə düzmək, ayrı-
ayrı bəhslər arasında əlaqə yaratmaq və s. qeyd olunur.
Bu daha mürəkkəb iş olmasına baxmayaraq, zehni əməyin məşqinə
və inkişafına çox böyük təsir göstərir.
Bütün yuxarıda qeyd etdiklərimizi yekunlaşdıraraq demək olar
ki, kitab üzərində işləmək məqsədəuyğun, mütəşəkkil və savadlı
olmalıdır. Hər bir mədəni adam səmərəli və düzgün mütaliə etməyi
bacarmalıdır. Bu işdə oxuculara kömək etmək üçün S. İ. Povarnin rus
dilində çap olunmuş «Kitabı necə oxumalı» əsərindən götürülmüş
tövsiyyələri aşağıda qeyd edək:
Oxucuya tövsiyə
A. Ümumi mutaliə etmə.
1. Bütün kitabları eyni cür mütaliə etməli. Mütaliə üsulu
26
II. Kitabı necə oxumalı
məqsədəuyğun seçilməlidir.
B. Təhsil üçün mütaliə etmə.
2. Yadda saxlamaq lazımdır ki, bu növ mütaliə mühüm və ciddi
işdir. Onu «ötəri», «bekarçılıqdan» etmə.
3. Mütaliə etdiyin kitabların heç olmasa birini təhlil et.
4. Mütaliə etmək üçün vaxtını və qüvvəni əsirgəmə, bəhrəsini tez
görərsən.
5. Tənbəllik, düşüncə və təfəkkürün ən böyük düşmənidir. Onunla
daima mübarizə apar.
6. Kitabı mütaliə edərkən onu mükəmməl və aydın qavramağa çalış.
7. Səni maraqlandıran kitabı mütaliə etməyə çalış.
8. Ciddi səbəb olmadan, mütaliə etdiyin kitabı yarımçıq atma.
9. Kitabdakı müddəaları başqalarının köməyi olmadan qavramağa
çalış. Yadda saxla ki, öz üzərində işləmək, özfəaliyyət böyük qüvvədir.
10. Tələb olunan yerdə zehnini tam qüvvə ilə işləməyə məcbur et.
11. Yaxşı və təhlillə mütaliə etmək istəyirsənsə mütaliə etdiyin möv-
zu üzrə qeydlər apar.
12. Kitabın mündəricatı ilə işləməyi bacar.
13. Özündə mütaliə etdiyin hissələrin təkrar oxunması vərdişini
yarat.
14. Yaxşı düşünmədən mütaliə etdiyini tənqid etmə.
15. Kitabı mütaliə etməmiş özgə adamın kitab haqqında rəyilə tanış
olma.
16. Kitabı mütaliə edərək, onun məzmununu aydınlaşdır və qısaca
qeyd et.
C. Özünə təhsil üçün kitab seçmə.
17. Az oxu, amma əsaslı oxu.
18. Maraqsız olsa da zəruri kitabları oxu.
19. Əldə etdiklərinin ən yaxşısını oxu.
20. Nə çox asan və nə də çox çətin kitab oxu.
21. Hər hansı oxuma planını (proqram, yaxud mütəxəssis məsləhəti)
rəhbər qəbul et.
27
III. Elmi axtarışların strategiyası haqqında
Dostları ilə paylaş: |