75
IX. Neft-qaz ixtisas fənlərinin mahiyyəti haqqında qısa məlumat
Qazmanın hər bir metrinə isə cəmisi 50–60 kiloqram metal işlənir.
Vətənimizdə fırlanma üsulu ilə ilk neft quyusu 1911-ci ildə Bakıda
(Suraxanıda) qazılmışdır.
Bu üsulla quyu qazılarkən balta qazma borularının aşağı ucuna
bərkidilir. Boruların yuxarı hissəsinə isə en kəsiyi kvadrat şəklində
olan və kvadrat adlanan bir boru parçası geydirilir. Kvadrat boru
isə dairəvi fırladıcı stolun (rotorun) ortasından keçir. Mühərrik ro-
toru fırlatdıqda kvadrat və ona geydirilmiş qazma boruları kəməri
quyunun içərisində fırladır. Qazma borularının fırlanması bal-
taya keçir və balta süxurları kəsib doğramağa başlayır. Doğranmış
süxurları quyudan kənara çıxarmaq üçün quyuya nasos vasitəsilə
arası kəsilmədən gil məhlulu vurulur. Bu məhlul qazma boruları
kəmərinin içi ilə quyunun dibinə çataraq qazılmış materialı özü
ilə yer səthinə çıxarır və qızmış baltanı soyudur. Bundan əlavə gil
məhlulu quyunun divarlarını suvayaraq
onu uçulub tökülməyə
qoymur. Quyu qazımağın bu üsuluna
fırlanma üsulu ilə qazma da
deyilir.
1923-cü ildən etibarən fırlanma üsulu ilə qazma geniş tətbiq
olunmağa başlayır. Abşeron yarımadasında vurma üsulu ilə axırıncı
neft quyusu 1929-cu ildə qazılmış, 1930-cu
ildə isə vətənimizdə
vurma üsulu ilə neft quyusu qazılması demək olar ki, tamamilə
ləğv edilmişdir.
Fırlanma üsulu ilə qazmanın vurma üsulu ilə qazmadan xey-
li əlverişli olmasına baxmayaraq onun
da bir çox mənfi cəhətləri
vardır. Fırlanma üsulu ilə qazmanın ən böyük nöqsanı çox uzun
qazma kəmərlərini fırlamasıdır. Bu cəhət xüsusilə 3–4 km və daha
çox dərinlikdə qazılan neft quyularında özünü daha aydın göstərir.
Məsələn, dərin quyu qazılarkən quyunun dibindəki kiçik bir
baltanın fırlanması üçün uzunluğu 3–4 min metr və ağırlığı 150–
200 ton olan qazma kəməri fırladılmalıdır. Kəmərin fırlanmasına
isə qazmaya sərf olunan bütün enerjinin 60–70%-i gedir. Bu hədər
yerə, sərf olunan bir enerjidir, çünki quyunu qazmaq üçün ancaq
kəmərin aşağısında olan baltanı fırlatmaq lazımdır. Bundan əlavə
qazma kəməri quyunun divarına sürtülüb yeyilir və tez işdən
çıxaraq yararsız hala düşür. Fırlanma zamanı çox vaxt borular bir-
birinə bağlanan yerdə yivdən sınır və başqa qəzalar törəyir.
Buna görə də mühəndislər elə bir fırlanma üsulu axtarırdılar
ki, onda qazma kəməri sakit dayansın, yalnız balta fırlansın. Bu
məsələni 1922-ci ildə Sovet mühəndisi M. A.
Kapelyuşnikov həll
etdi. O qazma kəmərinin aşağısına baltanı fırladan turbin mühərriki
yerləşdirdi və onunla baltanı birləşdirdi. Qazma boruları vasitəsilə
yüksək təzyiq altında vurulan gil məhlulu turbini işlədir, o da öz
növbəsində baltanı fırladır. Bu üsula
turbin qazması adı verilmişdir.
Dünyada ilk dəfə turbin üsulu ilə neft quyusu 1924-cü ildə
Bakıda (Suraxanıda) qazılmışdır.
Sonralar M.A. Kapelyuşnikovun üsulu sovet mühəndisləri P.P.
76
IX. Neft-qaz ixtisas fənlərinin mahiyyəti haqqında qısa məlumat
Şumilov, Ə.İ. Tağıyev və başqaları tərəfindən mükəmməlləşdirildi.
Onlar birpilləli turbini çoxpilləli turbin ilə əvəz etdilər. Hazırda
turbin qazması təcrübədə geniş inkişaf tapmışdır.
Sovet mühəndisləri Ostrovski və Aleksandrov baltanı quyunun
dibində fırlatmaq üçün turbin mühərrikinin yerinə xüsusi elektrik
mühərriki qoymağı təklif etdilər. Bu üsulla indi
«elektrobur» üsulu
deyilir. «Elektrobur» üsulu ilə dünyada birinci neft quyusu 1941-
ci ildə Azərneft birliyinin «Əzizbəyovneft» trestində qazılmışdır.
Hazırda bu üsul təkmilləşdirilir.
Bəzi hallarda şaquli quyu əvəzinə maili quyu qazmaq lazım
gəlir. Neft layları yaşayış binaları və ya sənaye müəssisələrinin
bataqlıq, göl və çayların altında olanda neftçilər maili istiqamətli
quyu qazırlar. Maili qazma dəniz neft yataqlarında çox geniş tətbiq
edilir.
Hazırda maili quyularla bir neçə min metr uzaqlaşma əldə edilir
ki, bu da neft qazılmasında böyük əhəmiyyətə malikdir.
Xəzər dənizinin suları altında çoxlu neft yataqları vardır. Tar-
ixi sənədlərdən bizə məlum olur ki,
dünyada ilk dəfə hələ XIX
əsrin başlanğıcında Qasımbəy adlı bir bakılı dəniz dibindən neft
çıxarırmış. O, sahildən 9 və 15 sajen məsafədə iki quyu qazmış
və bu quyuları kip bərkidilmiş taxta lövhələrlə sudan ayırmışdı.
Qasımbəy gündə 3–4 vedrə neft çıxardırmış. Ancaq 1825-ci ildə
dəniz tufanı bu quyuları dağıtmışdı.
Müharibədən sonrakı illərdə dəniz qazması çox böyük sürətlə
artıb, yüksək texniki tərəqqiyə çatmışdır. İndi sovet adamları
sahildən 10 km-lərlə uzaqdan coşqun dənizin qoynunda dərin quy-
ular qazıb min tonlarla duru yanacaq çıxarırlar.
Neft layı deşilib əvvəlcədən müəyyən edilmiş dərinliyə
çatdırıldıqdan sonra qazma işi dayandırılır və quyunun divarlarını
bərkitmək üçün quyuya axırıncı qoruyucu boru kəməri buraxılır.
Bu kəmər quyunun dibinədək gedir. Bunlara
istismar kəməri dey-
ilir. Qoruyucu borular quyunun divarlarını örtür, onları uçub
dağılmağa qoymur. Lakin qoruyucu kəmərin arxasında su layları
olduqda su quyunun divarları ilə qoruyucu kəmər arasındakı
fazadan keçərək neft laylarını basacaqdır. Suyun qabağını kəsmək
üçün quyunun divarı ilə qoruyucu boruların xarici səthi arasındakı
halqavarı fəzaya sement məhlulu vurulur.
Bu əməliyyata quyu-
nun sementlənməsi deyilir. Quyuları sementləmək üçün xüsusi
avtomobildə qurulmuş yüksək təzyiq yaradan nasosdan istifadə
edilir. Quyuya tələb olunan qədər
sement məhlulu vurduqdan
sonra onu kip bağlayırlar. Sement bərkiyəndən sonra istismar
kəmərinin kipliyini yoxlayırlar. İstismar kəməri özündən su
buraxmamalıdır. Bundan sonra quyudakı gil məhlulunu su ilə
əvəz edirlər. Bu əməliyyatdan sonra quyu istismara hazırdır. Onu
işə salmaq olar.