XII. ƏMƏK MÜHAFİZƏSİ HAQQINDA MƏLUMAT
SSRİ-də əmək mühafizəsi fəhlə və qulluqçuların sağlam
və təhlükəsiz əmək şəraitinin təmin edilməsi üçün ictimai-
iqtisadi, texniki, gigiyenik və təşkilati tədbirlər sistemindən
ibarətdir. Zəhmətkeşlərin sağlamlığının mühafizəsi, əmək
şəraitinin yüngülləşdirilməsi, peşə xəstəliklərinin və istehsalat
zədələnmələrinin aradan qaldırılması xalqın maddi və mədəni həyat
səviyyəsinin daha da yüksəldilməsinin mühüm məsələlərindən
biridir.
Ölkəmizdə əmək şəraitinin yaxşılaşdırılmasına Sovet İttifaqı
Kommunist Partiyası və Sovet hökuməti gündəlik qayğı göstərir.
Ölkəmizdə əmək mühafizəsi, SSRİ Konstitusiyası, SSRİ-nin və
müttəfiq respublikaların qanunvericilik əsasları, əmək qanunları
məcəlləsi, xüsusi qayda və normalar, həmçinin uyğun qərar və
təlimatlar əsasında tənzim edilir.
Əmək mühafizəsinin müxtəlif məsələləri ilə ÜİHİMŞ-nin
bir sıra elmi-tədqiqat institutları, SSRİ Səhiyyə Nazirliyinin
əməyin gigiyenası və peşə xəstəlikləri institutları, eləcə də əmək
mühafizəsi üzrə sahə institut və laboratoriyaları, ali məktəblərin
əmək mühafizəsi kafedraları və s. məşğul olur.
Yanğın profilaktikası məsələləri ilə SSRİ Daxili İşlər Nazirliyinin
Ümumittifaq Elmi-Tədqiqat Yanğından Mühafizə və Təcrübə Kon-
struktor İnstitutu məşğuldur. Onların geniş fəaliyyəti nəticəsində
əmək mühafizəsinin elmi əsasları işlənib hazırlanmışdır.
Əmək mühafizəsi məsələlərinin düzgün həllində həmkarlar
ittifaqları mühüm rol oynayır. Təsərrüfatçılar həmkarlar
təşkilatları ilə birlikdə əmək şəraitinin yaxşılaşdırılması və isteh-
salat proseslərinin təkmilləşdirilməsi sahəsində böyük tədbirlər
həyata keçirirlər. Texniki tərəqqinin tələblərinə uyğun odaraq
istehsalat proseslərinin avtomatlaşdırılması və ağır işlərin
mexanikləşdirilməsi, əmək məhsuldarlığının yüksəldilməsi əmək
şəraitinin yaxşılaşdırılması ilə nəticələnir. Elə buna görə də,
ölkəmizdə istehsalat zədələnmələri və peşə xəstəliklərinin sayı
ildən-ilə azalır.
Ölkəmizdə əmək şəraitinin yaxşılaşdırılmasına hər il 1,5 mil-
yard manatdan çox pul xərclənir.
İnsanın əmək fəaliyyətini öyrənən elmlər silsiləsində əmək
mühafizəsi elmi öz dolğunluğu və genişliyi ilə fərqlənir. Onun
müstəqil fənləri təmsil edən dörd əsas tərkib hissələri vardır.
108
XII. Əmək mühafizəsi haqqında məlumat
1. Əmək qanunvericiliyinin əsasları,
2. Sənayedə əməyin gigiyenası və istehsalat sanitariyası,
3. Təhlükəsizlik texnikasının əsasları,
4. Yanğın profilaktikasının əsasları.
Bu bölgü əməyin mühafizəsi formalarının müxtəlifliyindən irəli
gəlir. Bu o deməkdir ki, işçinin əməyi qanunvericilik qaydası ilə,
tibbi və texniki yollarla mühafizə edilir.
Əmək mühafizəsinin sanitariya-gigiyena əsasları istehsalat
zərəri və onun törətdiyi peşə xəstəlikləri ilə məşğuldur.
Əmək gigiyenası əmək mühafizəsi elminin profilaktika fənnidir,
o iş şəraitinin və istehsalat mühitinin insan orqanizminə təsirini
öyrənir.
Əməyin mühəndisi üsullarla mühafizəsi istehsalatda təhlükəli
anları, təhlükə zonalarını aşkara çıxarmaq və onlara qarşı mübarizə
tədbirləri görməklə məşğuldur.
Təcrübə göstərir ki, çox vaxt bədbəxt hadisələr iş yerində at-
mosfer şəraitinin pisliyi, təbii və süni işıqlanmanın qeyri-kaf-
iliyi, yüksək səs-küy, gurultu, radioaktiv şüalanma təhlükəsi,
işçinin yorğunluğu, diqqətsizliyi və s. üzündən baş verir. Əmək
mühafizəsi elminin bu məsələlərini kimya, fizika, gigiyena,
fiziologiya, psixologiya, istehsalatın planlaşdırılması və təşkili ilə,
eləcə də mühəndis-texnoloji fənlərlə əlaqədar şəkildə öyrənmək
lazımdır.
Əmək mühafizəsi elmi mühəndisi fəndir, o istehsalatda
bədbəxt hadisələri törədən təhlükəli halları aşkara çıxarıb öyrənir.
Sağlam və təhlükəsiz əmək şəraiti yaratmaqla məşğul olur.
Əmək mühafizəsi elminin məqsədi mövcud texnoloji prosesləri
araşdırmaqdan, əməyin təhlükəsizliyini təmin edən yeni isteh-
sal prosesləri, ağır və zərərli əməliyyatların mexanikləşdirilməsi
və avtomatlaşdırılması və s. kimi məsələləri «öyrənməkdən
ibarətdir. Bu və digər tədbirlər istehsalat mədəniyyətinin və
əmək məhsuldarlığının yüksəldilməsinə səbəb olur. Məsələn, tur-
bin qazmasının tətbiqi nəinki qazma sürətini artırır, həm də tal
kanatının, qazma avadanlığının və qazma borularının tez sıradan
çıxmasının qarşısını alır, enerjiyə və materiala, qazmada təhlükəli
işlərdən sayılan qaldırma-endirmə əməliyyatına gedən vaxta
qənaət etməyə imkan verir. Deməli, sağlam və təhlükəsiz əmək
şəraiti yaranır, travmatizm təhlükəsi aradan qaldırılır.
Sağlam və təhlükəsiz əmək şəraiti yaradılması nəticəsində
müntəzəm surətdə həyata keçirilən tədbirlər müsbət nəticələr ver-
ir. İstehsalat travması səviyyəsi ən aşağı olan ölkələr arasında SSRİ
xüsusilə fərqlənir. Kapitalist ölkələrində isə əmək şəraiti tamamilə
başqadır. Bu zəhmətkeşlərin istismar edilməsinə əsaslanan kapi-
talizm quruluşunun öz təbiətindən irəli gəlir. Məsələn, 1972-ci ildə
ABŞ-da bədbəxt hadisə nəticəsində 14,2 min fəhlə həlak olmuş,
2320 min fəhlə zədə almışdır. Əmək şəraitinin sağlam olmaması
109
XII. Əmək mühafizəsi haqqında məlumat
ilə əlaqədar peşə xəstəliklərinin sayı durmadan artır. Əməyin
son dərəcədə gərginləşdirilməsi, zərərli amillərin təsirindən
kifayət qədər mühafizə olunmaq xəstəliklərin, o cümlədən psixi
xəstəliklərin artmasına səbəb olur.
Dostları ilə paylaş: |