İXTİsasa giRİŞ



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə65/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   ...   58   59   60   61   62   63   64   65   66
Mirzacanzade Ixtisasa girish

Son söz 
Gələcəyə inam sovet gənclərinə xas olan xarakterik 
xüsusiyyətlərdən biridir. Əgər hər bir tələbə institut təhsilinin ilk 
günündən «Gələcək bizim əlimizdədir» şüarını özü üçün rəhbər 
tutarsa, cəmiyyətdə daha ləyaqətli mövqe tuta bilər. 
Bilmək lazımdır ki, gələcək asanlıqla əldə edilmir, onu qazanmaq 
lazımdır. İnstitutda təhsil müddətində müvəffəqiyyətlə oxuyub 
elmi biliklərə dərindən yiyələnməklə gələcəyin layiqli mütəxəssisi 
olmaq mümkündür. Bu işdə tələbəyə tədris prosesinin təşkilatçıları 
olan müəllimlər və ictimai təşkilatlar kömək göstərirlər. 
Tədris prosesi iki tərəfli prosesdir. Bu prosesdə müəllim və 
tələbənin birgə fəaliyyət göstərməsinə baxmayaraq tələbədən daha 
gərgin iş və məqsədəuyğun çalışmaq tələb olunur. Tələbə dərs 
materialını nə qədər yaxşı mənimsəyərsə qarşıya qoyulan məqsəd 
bir o qədər müvəffəqiyyətlə yerinə yetirilər. 
Ali məktəb tədrisində tələbənin fəaliyyətinin əsasını sistemlilik, 
ardıcıllıq, şüurluluq, fəallıq və s. təşkil etməsi çoxdan məlumdur. 
Hazırki elmi-texniki tərəqqi şəraitində elmi biliklərin sürətlə 
inkişaf etdiyi dövrdə tədris prosesində nəzəri və praktiki biliklərin 
vəhdəti xüsusi əhəmiyyət kəsb edir. 
Müəllim dərsi nə qədər aydın, müfəssəl və məharətlə izah edirsə 
etsin, əgər tələbə dərs materialı üzərində fəal işləməsə biliyi lazımi 
dərəcədə mənimsəyə bilməz. 
Dərsi öyrənmək nədir? Bu dərketmənin xüsusi növü olub, bil-
iyi, bacarığı və vərdişləri mənimsəməklə yanaşı öyrənən adamın 
şəxsiyyət kimi inkişaf edib formalaşmasına səbəb olan prosesdir. 
Tələbə bu gün aldığı biliyini gələcəkdə alacağı biliklərlə, 
yuxarı kurslarda isə aşağı kurslarda mənimsədiyi biliklərlə 
əlaqələndirməlidir. Bu yaxşı, inamlı tədrisin rəhni olub həmişə 
tələbədə və müəllimdə təminat hissi doğurur. 
Tədris materialının yaxşı mənimsənilməsində ilk növbədə fəal 
dinlənilmiş mühazirənin əhəmiyyətini göstərmək lazımdır. Yadda 
saxlamaq lazımdır ki, mühazirədə verilən yeni materiallar müa-
sir, mütərəqqi, qabaqcıl elm və təcrübə materialıdır. Mühazirə, 
tələbəyə öyrənilən mövzunun nəzəriyyəsinin dərk edilməsində
mənimsənilməsində əsas istiqamət verir.
Keçilən dərs materialının mənimsənilməsində tələbəyə tövsiyə 
olunan dərslik və tədris vəsaiti ona sərbəst işləməkdə kömək edir. 
Dərslikdə fənn üzrə əsas və zəruri biliklər verilir. Buna baxma-


122
Son söz 
yaraq dərslik kifayət deyildir. Tələbə fənnə və ixtisasa aid əlavə 
dərs vəsaitindən, dövri ədəbiyyatdan istifadə etməli və həmçinin 
təcrübi dərslərdə fəal iştirak etməlidir. 
Tələbə evdə müəllimin izah etdiyi materialı bir daha işləməli, 
hazırlamalı və özünə tam aydın şəklə salmalıdır. Sözsüz belə olan 
təqdirdə dərs müvəffəqiyyəti və alınan imtahan qiymətləri yüksək 
olacaqdır. 
Tələbənin elmi tədqiqat işlərində, tələbə elmi cəmiyyətində fəal 
iştirakı onun bilavasitə elmə qovuşması üçün ən həqiqi yoldur. 
Müasir şəraitdə ali məktəbdə öyrənilmiş biliyin praktika-
da tətbiqindən başqa tələbənin sərbəst olaraq belə məsələləri 
qoymasına şərait yaradılır. 
«Tələbə elmi dərnək və təşkilatları»nda fəal iştirak, sərbəst 
elmi fəaliyyət, elmi materialların təhlilində inam, alınmış elmi 
nəticələrdən konkret məsələlərin həllində istifadə etmək və s. 
tələbədə qeyri-məhdud imkanlar yaradır. 
Ali məktəbdə tədris zamanı tələbə çoxlu miqdarda müxtəlif 
məlumatlar alır. Bütün bunlar tədris prosesində tələbənin fəaliyyət 
xüsusiyyətlərini müəyyənləşdirir. Hələ 200 il bundan qabaq böyük 
rus sərkərdəsi A. V. Suvorov demişdir ki, insanın xatirəsi onun 
zəka xəzinəsidir. Bu xəzinədə çoxlu arakəsmələr vardır və bu 
arakəsmələrdə hər şeyi tez və öz yerinə yığmaq lazımdır. 
Beləliklə, tələbə elmi və praktiki fəaliyyətə hazırlanma 
prosesində əldə etdiyi məlumatları düşünərək təhlil etməli və on-
lardan yeri gəldikdə düzgün istifadə etməyi bacarmalıdır. 
İşə vicdanlı yanaşmaq məsuliyyət, prinsipiallıq, kommunist 
əqidəsi sovet mütəxəssisinə xas olan keyfiyyətlərdir. 
Tələbə seçdiyi ixtisasa uyğun bilikləri öyrənməyə can atan gənc 
insandır. Ancaq hələlik öz ixtisası barədə təsəvvürü zəifdir. Tələbə 
yaxşı oxumaq istəyir və başa düşür ki, yaxşı mütəxəssis olmaq, 
cəmiyyətə xeyir vermək üçün ona biliklərə yiyələnmək lazımdır. 
Ancaq heç də bütün bu təşəbbüslər asanlıqla icra olunmur. Dərslər 
çoxdur, onları qavramaq üçün gərgin və məqsədəuyğun olaraq 
çalışmaq tələb olunur. Səmərəli planlaşdırılmış əmək tələbənin öz 
vəzifə və tədrisinin öhdəsindən gəlməsinin rəmzidir. Tələbə nəyisə 
nəzərdən qaçırmışsa, sonrakı tədris materialını mənimsəməkdə 
çətinliklə qarşılaşacaqdır. Tələbənin şüarı, devizi, qayda və 
qanunları əmək, əmək, yenə də əmək olmalıdır. Əməksiz biliyə 
yiyələnmək mümkün deyildir. Əmək sevən tələbə yaxşı mütəxəssis 
ola bilər.


123

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin