İXTİsasa giRİŞ


Kompleks mexanikləşdirmə və avtomatlaşdırma



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə62/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   ...   58   59   60   61   62   63   64   65   66
Mirzacanzade Ixtisasa girish

5. Kompleks mexanikləşdirmə və avtomatlaşdırma
Ağır zəhmət tələb edən əl əməyi insanın iş qabiliyyətinə mənfi təsir 
göstərir, əmək məhsuldarlığını aşağı salır, icraçının tez yorulmasına 
və səhhətinin pisləşməsinə səbəb olur. 


116
XII. Əmək mühafizəsi haqqında məlumat 
Neft sənayesindəki texnoloji proseslər öz xarakterinə görə 
müxtəlif və mürəkkəb olduğu üçün hələ indiyə qədər bir çox 
əməliyyatlar əl ilə yerinə yetirilir. Çox zəhmət tələb edən işlərin 
qismən yüngülləşdirilməsi üçün müxtəlif konstruksiyalı kiçik mex-
anizasiyadan istifadə olunur. Bunun təmir işlərində əhəmiyyəti daha 
böyükdür. 
Hazırda quyuların qazılması texnologiyası, neft və qaz 
istehsalındakı müxtəlif proseslər xeyli mexanikləşdirilmiş və 
avtomatlaşdırılmışdır. Nəticədə neft sənayesində bədbəxt hadisələrin 
sayı son illərdə azalmışdır. 
Aşağıdakı əsas şərtlər yerinə yetirildikdə istehsal proseslərinin 
kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması əmək 
məhsuldarlığının yüksəldilməsinə və təhlükəsizliyin artırılmasına 
kömək edir: 
a) mexanizmlərdən və avtomatlaşdırma vasitələrindən tez-tez 
təkrar olunan mürəkkəb və ağır proseslərlə yanaşı, köməkçi və ik-
inci dərəcəli işlərdən də (yükləmə-boşaltma, təmir, quraşdırma və s.) 
geniş istifadə etmək
b) mexanikləşdirmə və avtomatlaşdırma vasitələrindən əməyin 
düzgün təşkili şəraitində istifadə etmək
c) mexanikləşdirmə və avtomatlaşdırma vasitələrinə, onların ayrı-
ayrı hissələrinə və cihazlarına ixtisaslı heyətin sistematik nəzarətini 
və s. həyata keçirmək. 
Texnoloji proseslərin avtomatik tənzimlənməsi, parametrlərin 
məsafədən və avtomatik ölçülməsi, müxtəlif klapan, qoruyucu, 
məhdudlaşdırıcı, siqnallayıcı vasitələrdən istifadə olunması əmək 
mühafizəsi cəhətdən əhəmiyyətli tədbirlərdir. 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin