119
XIII. Gələcəyin enerjisi, neft və qazın əvəzləyiciləri haqqında
diametri 170 və uzunluğu 80 metr alüminiumdan hazırlayacaq
bu qurğu dəniz yollarından kənarda lövbər üzərində qurulacaq
və 30 ildən artıq işləmə qabiliyyətinə malik olacaqdır. Mürəkkəb
olmayan bu qurğunun istehsal edəcəyi elektrik enerjisi dənizdibi
kabellərlə sahilə ötürüləcəkdir. Yaxın zamanlarda 10,7 m dia-
metrli turbini olan belə elektrik stansiyanın tikilməsinə başlanması
nəzərdə tutulmuşdur.
Hələ 1904-cü ildə İtaliyanın Lardarello əyalətində vulkan
buxarlarını elektrik enerjisinə çevirmək təşəbbüsü olmuşdur. 1973-
cü ildən 365 min kilovat gücündə belə elektrik stansiyası orada
işləməyə başlamışdır.
Təbii isti lay suyu mənbələrindən istifadə edən geotermal ele-
ktrik stansiyaları Meksika, Yeni Zelandiya, İtaliya, Kaliforniya və
başqa yerlərdə işləyir. Belə stansiyalar yüksək təzyiqli və 200–
300°C temperaturlu yeraltı su mənbələri olan yerlərdə inşa olunur.
İslandiyanın paytaxtı Reykyavikdə 100 ildən artıqdır ki, evlərin
qızdırılmasında qeyzerlərdən istifadə olunur.
Ölkəmizdə Kamçatka yarımadasında
təbii isti su ilə işləyən
elektrik stansiyası mövcuddur. Kuril adalarında təbii isti su-
lardan qışda kənd təsərrüfatı məhsulları yetişdirmək üçün istilik
qurğularında istifadə edilir.
Yer kürəsinin istilik mənbələri həqiqətən çox müxtəlif və qeyri-
məhduddur.
Bu yaxınlarda alimlər belə bir fərziyyə irəli sürmüşlər ki, yer
qabığının aşağı təbəqələrində planetimiz yaranan dövrlərdə
toplanmış nəhəng metan qazı toplusu vardır.
Bunu sübut etmək
üçün yer səthində karbon qazının olması əldə əsas götürülür. Bu
fərziyyəyə görə belə toplanmış ilkin metan qazı enerji istehsalında
geniş istifadə oluna bilər.
Ənənəvi olmayan enerji axtarışında alimlər Günəş istiliyinə
mühüm yer verirlər. Günəş enerjisindən istifadə ilə məşğul
olan Gelienergetika SSRİ-də və bir çox xarici ölkələrdə diqqət
mərkəzindədir. Bu enerjidən istilik təsərrüfatı sistemlərində,
binaların qızdırılmasında və hətta günəş batareyası ilə işləyən
avtomobillərdə və s. istifadə olunması nəzərdə tutulur. Bir çox ölkə
alimləri yer ətrafı orbitdə qurulacaq günəş elektrik stansiyalarının
layihələri üzərində çalışırlar. Ancaq bu problem hələlik tam həll
olunmamışdır.
Bu yaxınlarda energetika problemi ilə əlaqədar məsələlərin
müzakirəsində məşhur sovet alimi P.L.Kapitsa antimaddəni poten-
sial yanacaq kimi qeyd etmişdir. Antimaddənin mövcudluğu artıq
sübut olunmuş və təcrübə məqsədilə reaktor tezləndiricisində
çox cüzi miqdarda istehsal olunmuşdur. Hələ 1969-cu ildə Ser-
puxov nüvə tezləndiricisində iki antiproton
və bir antineytron-
dan ibarət antihelium-3 nüvəsi alınmışdır. Fərz olunur ki, maddə
və antimaddə görüşdükdə şüalanma əmələ gəlir və parçalanma
120
XIII. Gələcəyin enerjisi, neft və qazın əvəzləyiciləri haqqında
nəticəsində çox böyük miqdarda enerji ayrılır. Bu problem hələlik
fərziyyə səviyyəsindədir. A. Eynşteynin məşhur kütlə və enerji ek-
vivalentliyi nisbətindən istifadə edərək hesablama ilə müəyyən
edilmişdir ki, 1 qram maddə ilə antimaddə görüşməsindən alınan
enerji 10 min ton kömürün yandırılmasından alınan enerjiyə
bərabər olacaqdır. Beləliklə, bir ton antimaddə bütöv yer kürəsinin
bir illik enerji tələbatını ödəyə bilər.
Sözsüz bu əfsanəyəbənzər elmi fərziyyənin çox yaxın gələcəkdə
həyata keçməsi barədə qəti qərara
gəlmək bugünkü inkişaf
səviyyəsi üçün tezdir. Ancaq ümid böyükdür və gələcək nəsillər
üçün alimlərin səyinin öz bəhrəsini verəcəyinə şübhə yoxdur.
«Əfsanəvi layihələr»dən bəhs etdikdə «qaranlıq deşiklər»
məsələsindən də bəhs etmək yersiz olmazdı. Onları kosmik «toz-
soranlar» adlandırmaq olar. Bu deşiklər intəhasız boşluqlar olub
orada hər şey yoxa çıxır, itir. Bunlara qaranlıq ona görə deyilir ki,
oradan hətta işıq şüaları da çıxa bilmir.
Qalaktikada ölən ulduzların ölçüləri çox böyük sıxlıq şəraitində
kiçilir, qravitasiya cazibə qüvvəsi həddindən artıq azalır və
nəticədə «qaranlıq deşik» əmələ gəlir.
Sovet akademiki Y.B. Zeldoviçin fikrinə görə «qaranlıq deşikləri»
qoşa ulduzlar sistemində axtarmaq lazımdır. Burada məntiq
belədir: əgər adi ulduz və «qaranlıq deşiklər» cüt əmələ gətirirsə,
onlar ümumi mərkəz ətrafında fırlandıqda güclü cazibə nəticəsində
«qaranlıq deşik» qonşu ulduzdan maddələri özünə soracaqdır. Bu
sorulan maddələr özündən xarakterik şüalar buraxacaqdır. Bu
nəzəri uzaqgörmə bir neçə il bundan əvvəl digər sovet alimləri
tərəfindən sübut edilmişdir.
Gələcəkdə bu prosesdən alınan enerji istifadə edilə bilərsə, plan-
etimiz yeni bir zəngin enerji mənbəyi qazanar.
İnsan zəkasının hududları sonsuzdur və aparılan elmi axtarışlar
tükənməkdə
olan neft, qaz, kömür və s. yanacaq növlərini əvəz
edə biləcək enerji növləri axtarmaqda davam edir. Bu işdə onlara
böyük müvəffəqiyyətlər arzulayaq.