İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 132
Praktiki tapşırıqlar və fəaliyyətlər Praktik tapşırıq 3.1. Verilmiş sahədə müxtəlif növ ədviyyat, bitki çayları və dərman
bitkilərinin becərilmə texnologiyasını müəyyən edin.
Tapşırıq və fəaliyyətlər Təlimat və tövsiyələr 1.
Əkiləcək (səpiləcək) ədviyyat, bitki
çayları və dərman bitkilərinin növündən
asılı olaraq qulluq işlərinin
müəyyənləşdirilməsi
Əkiləcək bitkinin növ və sortunu müəyyən
edin.
Seçdiyiniz sortun bioloji xüsusiyyətlərini
araşdırın.
Bioloji xüsusiyyətinə uyğun olaraq
vegetasiya müddətini müəyyənləşdirin.
Əkdiyiniz (səpdiyiniz) ədviyyat, bitki
çayları və dərman bitkilərinə tətbiq edilən
qulluq işlərini müəyyən edin.
Qulluq işlərini sortun biologiyasına və
vegetasiya müddətinə uyğun olaraq tətbiq
edin.
2.
Ədviyyat, bitki çayları və dərman
bitkiləri sahəsində bitki sıxlığının təyini
Əkiləcək ədviyyat, bitki çayları və dərman
bitkilərinin səpin-əkin materialını seçin.
Səpin-əkin materialını seçdikdən sonra
bitkilərin sahədə yerləşdirmə üsulunu
dəqiqləşdirin.
Sortun biologiyasına və səpin üsuluna
uyğun olaraq səpin sxemi müəyyən edin.
Səpin sxeminə əsasən qida sahəsini tapın.
Qida sahəsinə uyğun olaraq hektarda bitki
sayını müəyyənləşdirin.
3.
Növbəli əkin sxeminin tərtibi
Növbəli əkinlərin әsas istiqamәtini
müəyyən edin.
Növbəli əkinlərdə sələfləri
müəyyənləşdirin.
Ədviyyat, bitki çayları və dərman
bitkilərinin yerləşdirilməsi üçün illik plan
tutun.
Göstərilmiş bitkilәrdәn növbәli әkin sхеmi
tәrtib edin.
Növbәli әkinlәrin mәnimsәnilmәsi
cədvəlini tәrtib еtdikdәn sonra rotasiya
cədvəli tәrtib еdin.