İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə138/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   134   135   136   137   138   139   140   141   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
143 
Suvarmadan sonrakı səpin, 
arata səpin
 
adlanır; 

Şitil və ya vegetativ hissələr əkildikdə aparılan suvarmaya 
əkin suyu
deyilir;

Səpindən sonra aparılan suvarma 
səp-suvar
adlanır;

Səpindən, yaxud əkindən bir neçə gün sonra başlanıb, vəziyyətdən asılı olaraq hər 5-
10, bəzən 15-20 gündən bir təkrar aparılan suvarmaya 
vegetasiya suyu
 
deyilir. 
Suvarmaya sərf olunan suyun əsas hissəsi buna aiddir;

Sərinləşdirmə məqsədilə vegetasiya suyu arasındakı vaxtda quru, isti havada az su 
norması ilə (30-100 m
3
/ha) yağış yağdırma üsulu ilə verilən su 
sərinləşdirici su 
adlanır. Bu zamanlar yarpaqlar sərinləşir, torpaqdan bitki ona vacib olan elementləri 
normal alır, havanın nisbi rütubəti artır.
Bitkinin vəziyyətlərindən, onun növündən, inkişaf fazasından asılı olaraq suvarmanın 
vaxtını və verilən suyun normasını müəyyən edirlər. 
Payız, qış qabağı və erkən yaz əkinləri təbii rütubətin çox, buxarlanmanın isə az olduğu 
müddətdə soyuğa davamlı bitkilərin kütləvi tez cücərməsinə və həmin rütubət hesabına xeyli 
böyüməsinə şərait yaradır. Bu halda alaqlarla mübarizə də xeyli asanlaşır, lakin rütubət 
rejimi, süni suvarma yolu ilə nizamlanır. Çoxillik ədviyyat, bitki çayları və dərman 
bitkilərinin (tərxun, nanə) sahələri dekabr-yanvar aylarında hektara 700-1000 m

su 
verilməklə qış aratına buraxılmalıdır. 
Yarpağından, gövdəsindən və kökündən istifadə edilən ədviyyat, bitki çayları və 
dərman bitkiləri nisbi sükunət dövründə temperatura, rütubətə, işığa, habelə qidaya tələbkar 
olmur, əksinə soyuğa, istiyə, quraqlığa, kölgəyə, davamlı olur, yaşıl bitki halında isə işığa, 
suya, qidaya, istiliyə tələbkardır. 
Kökündən istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkilərinin suvarılmasında 
vaxtın düzgün seçilməsinə və bol suvarmaya riayət etmək lazımdır. Əks halda istədiyimiz 
keyfiyyətli və yüksək məhsuldarlığı əldə edə bilmərik. Ümumiyyətlə, kökündən istifadə edilən 
ədviyyat, bitki çayları və dərman bitkiləri üçün torpağın optimal tarla rütubət tutumu 70-75 
% qəbul edilib. 
Toxum səpiləndən sonra və bitkilərin ilk inkişaf fazalarında hər hektara az norma ilə 
tez-tez su vermək lazımdır. Bitkilər böyüdükcə suvarma müddəti uzadılır (10-12 gündən bir), 
hər hektara su norması artırılır. Kökünün intensiv formalaşdığı dövürdə suvarma 7-10 
gündən bir, isti yay günlərində isə 3-4 gündən bir həyata keçirilir. Kökmeyvəsinin yetişdiyi 
dövrdə suvarma arası müddət 12-15 gün olur. 
Torpaqda nəmlik az olduqda kərəvizin kök forması torpaqda yüksək nəmlik tələb etdiyi 
üçün 2-3 gündən bir, isti yay günlərində hər gün suvarma tələb edir.
Müxtəlif bitkilərinin suvarılmasının vaxtını müəyyən etmək üçün torpağın 10-15 
santimetrlik üst qatının quruma dərəcəsi nəzərə alınmalıdır.
Torpaqları sukeçirməsinə görə 
isə üç qrupa bölmək olar: 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin