İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi) 142
suya tələbkarlığının yaxşı göstəricisidir. Razyana bitkisinin yarpaqları hava quraqlığına,
kökləri isə az rütubətli torpaqlara uyğunlaşmışdır.
Ədviyyat, bitki çayları və dərman bitkilərinin suya tələbkarlığı onların inkişaf
fazasından da çox asılıdır. Suya ən böyük tələbat onun toxumunun şişib cücərməsi
fazasındadır. Bitki cavan cücərti və şitil dövründə rütubətə çox tələbkardır. Çünki kök sistemi
torpağın tez quruyan üst 15-20 santimetrlik qatında yerləşir.
Tərəçiçəklilər və kərəviz fəsiləsinə aid olanların və çoxillik ədviyyat, bitki çayları və
dərman bitkilərinin suya tələbatı nisbətən azdır.
Yarpağından və kökündən istifadə edilən ədviyyat, bitki çayları və dərman bitkiləri
torpağın rütubətinə münasibətinə görə isə 3 qrupa bölmək olar:
Daha cox tələbkar: ədviyyat, bitki çayları və dərman bitkilərinin şitilləri;
Çox tələbkar: kərəviz,
Az tələbkar: cəfəri
Bu qruplaşma nisbi xarakter daşıyır. Çünki əksər ədviyyat, bitki çayları və dərman
bitkiləri torpaqda rütubət torpağın tam tarla rütubət tutumunun 75-85 %-i qədər olduqda
yaxşı inkişaf edir.
Torpaq qatının saxlaya bildiyi suyun maksimum miqdarına tam tarla rütubət tutumu
deyilir. Qumlu torpaqda onun çəkisinin 16-18 %-i, qumsal torpaqlarda 22-24 %, yüngül
gillicələrdə 24-26 %, orta gillicələrdə 29-31 %, ağır gillicələrdə 33-35 %, torflu torpaqlarda
isə 70 %-i qədər və daha çoxdur.
Suvarma norması - bütün vegetasiya dövründə kənd təsərrüfatı bitkilərinin tələbatını
ödəmək üçün 1 ha torpaq sahəsinə verilən suyun miqdarıdır.
Suvarma rejimi - kənd təsərrüfatı bitkilərinin suvarma normasını, suvarmaların sayını və
müddətini təyin edir.
Suvarma vaxtları aşağıdakı şəkildə təsnifləşdirilir:
Dondurma şumu olunmuş sahələrə qış qabağı, hər hektara 500-700 m
3
normada
verilən torpaq doydurucu su
qış aratı adlanır;
Səpin (əkin) qabağı ağır və quru torpaqlarda suvarılır. Buna
yaz aratı deyilir.
Suvarma vaxtları
Tam
Vegetasiya
Dövrü
Arat