İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
140
Öyrənmə elementi vacibliyi haqqında məlumat:
Əziz tələbələr!
Məlumdur ki,
bitkilərin böyüməsi, inkişafı
və yüksək məhsul verməsi
onların düzgün suvarılmasından asılıdır. Suvarmanın əsas məqsədi
isə torpaqda əkiləcək
bitki üçün əlverişli şərait yaradılması və torpağın münbitliyinin qorunub saxlanmasıdır.
Bunun üçün əkin sahələrində suvarma üsulları və normalarını bitkilərin növünə görə seçmək,
su itkilərini törədən səbəbləri müəyyən etmək əsas şərtdir. Belə ki, suvarmanı düzgün təşkil
etdikdə suvarma suyunun səmərəli istifadə olunmasına şərait yaranır, torpağın
münbitliyi
artır, əkinə yararlı sahələr çoxalır və nəticədə yüksək məhsulun əldə edilməsi mümkün olur.
Bu da təsərrüfatın gələcək inkişafının əsası deməkdir.
Əziz tələbələr! Siz
bu təlim elementində ədviyyat, bitki çayları
və dərman bitkilərinin
suvarma vaxtını təyin edə biləcəksiniz.
Dostları ilə paylaş: